Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə143/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   139   140   141   142   143   144   145   146   ...   314

  

289 


muşdu.  Bizansın  möhkəm  qalalarından  olan  Macidə  və  Qurrə  qalaları  xilafət 

or

dusu qarşısında tab gətirməyib təslim oldu. Bizansa qarşı edilən bu yürüşdə 



xəlifə  Məmunla  birlikdə  məhşur  sərkərdələrdən  Əşnas,  Uceyf  ibn  Ənbəsə  və 

Cəfər ibn Dinar (ləqəbi Xəyyat) da iştirak edirdi. Məmunun əmri ilə Əşnas Sin-

dus qalasını, Uceyf ilə Cəfər isə Sinan qalasını fəth etmişdir. Lakin qışın gəl-

məsi ilə əlaqədar olaraq xəlifə Məmun  yürüşü dayandırıb Anadoluya, oradan 

da Şama gələrək qışı burada keçirdi.

442


 

İslam ordusunun geri qayıtmasından xəbər tutan Bizans imperatoru Feofil 

böyük bir ordu ilə Tarsus və Məsis şəhərlərinə hücum edərək minlərlə insanı 

qətlə yetirib xeyli əsirlə geri qayıtdı. Buna cavab olaraq xəlifə Məmun hicrətin 

216-

cı ili (miladi 831) böyük bir ordu ilə yenidən Bizans torpaqlarına daxil ola-



raq  Antioxiya  və  Herakliya  şəhərlərini  ələ  keçirdi.  Məmunla  yanaşı  qardaşı 

Əbu İshaq Mutəsim Bizansın otuz qalasını, sərkərdə Yəhya ibn Əksəm isə Tu-

vana şəhərini alaraq, xeyli əsir ələ keçirdi. Digər tərəfdən Bizansın bir neçə qa-

la

sını ələ keçirən xəlifə Məmunun oğlu Abbas, imperator Feofilin başçılıq etdi-



yi ordunu da məğlub etmişdir. Lakin yenə də havaların soyuması ilə əlaqədar 

ola


raq Məmun Şama qayıtmışdır.

443


 

Bu arada 832-

ci ildə Misirə gedən xəlifə Məmun Əbdus Fihrinin üsyanını 

ya

tırdıqdan sonra yenidən Bizansla müharibəyə başlamışdır. 



Misir səfərindən sonra Bizansın Lölöə qalasını mühasirəyə alan xəlifə Mə-

mun və qardaşı Mutəsimin başçılığı altında olan islam ordusu qalanı fəth et-

mişdir.

444


 

Hicrətin 218-ci ili (miladi 833) xəlifə Məmunun əmrinə əsasən oğlu Abbas 

Tu

vanada  qalalar  tikdirdi.  Həmin  il  xəlifə  Məmun  Bizansın  iri  şəhərlərindən 



olan Amuriyyəni ələ keçirmək məqsədilə Anadoluya daxil oldu. Lakin Tarsus 

şəhərinə çatdıqda Bədəndun adlı məntəqədə xəstələnərək öldü.

445

 

 



Xürrəmilər hərəkatının başlanması 

Ümumiyyətlə, Azərbaycanda azadlıq hərəkatının parlaq səhifələrindən biri 

də  IX  əsrin  əvvəllərində  ərəb  xilafətinə  qarşı  altmış  ildən  artıq  davam  etmiş 

Xür


rəmilər  hərəkatıdır.  Əslində,  Xürrəmilər  onları  əhatə  edən  cəmiyyətdəki, 

tün ədalətsizliklərin kökünü məhz sosial bərabərsizlikdə görürdülər. 



Tarixi mənbələrə görə, xürrəmilər hərəkatı Əbu Müslim Xorasaninin 755-

ci ildə ölümündən dərhal sonra, onun intiqamını almaq şüarı altında meydana 

çıxmışdır. V-VI əsrlərin böyük mütəfəkkiri olan Şərq tarixşünası Əbu Müzəf-

fər İsfərani yazır ki, adətən xürrəmilər iki təriqətə bölünürlər. Biri islamın VII 

əsrin əvvəllərində meydana gəlməsindən əvvəl mövcud idi və bunlar “Məzdə-

442


Tarixi-

Təbəri, V cild, səh-181; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-369. 

443

Tarixi-


Təbəri, V cild, səh-182; İbn Kəsir, əl-Bidayə, X cild, səh-270. 

444


Tarixi-

Təbəri, V cild, səh-185. 

445

 Tarixi-Təbəri, V cild, səh-195. 



  

                                                           




 

290 


ki

lər”  adlanırdılar.  İkinci  təriqəti  isə  VII  əsrin  əvvəllərində  yaranmış  İslam 

döv

ləti  dövründə  meydana  gəlmişdir  ki,  bunları  da  “Babəkilər”  adlandırır-



dılar. 

Ümumiyyətlə,  Azərbaycanın  istiqlaliyyətini  qorumaq,  bərpa  etmək,  onu 

yad

ellilərin tapdağından qorumaq Xürrəmilərin əsas idealı idi. Xürrəmilər belə 



man edirdilər ki, dünya daimi və əbədi olduğu kimi, insanların ruhu da toxu-

nul

maz və əbədidir. Xürrəmilər tarixdə ilk dəfə olaraq, yadelli zülmkarlara qar-



şı  mübarizədə  azadlıq  rəmzi  kimi  qırmızı  bayraq  qaldırmış  və  qırmızı  paltar 

gey


mişlər. Son zamanlara qədər çox saylı müəlliflərin əsərlərində Xürrəmilər 

hərəkatının məqsədi, mahiyyəti və onun rəhbəri Babəkin şəxsiyyəti kimi, “Xür-

rəm” sözünün mənası da müxtəlif cür verilmişdir. Bu sözün mənası ilə əlaqədar 

bir neçə fikir və fərziyyələr irəli sürülmüşdür. 

IX-

X  əsr  müəlliflərindən  bir  neçəsinin  fikrinə  əsasən,  bu  söz  Ərdəbil 



yaxınlığında olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır. 

Guya  üsyan  ilk  dəfə  yadellilərə  qarşı  yerli  əhali  tərəfindən  məhz  burada 

başlandığından, onun iştirakçıları Xürrəmilər adlanmışdır. Ümumiyyətlə, “Xür-

rəm” sözünün Məzdəkin qadını Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər 

də vardır. 

Belə  ki,  Məzdəkin  ölümündən  sonra  onun  zövcəsi  Xürrəmə  Mədaindən 

Rey vilayətinə qaçmış, burada ərinin təlimini təbliğ etmiş və bununla da onun 

ətrafına  toplananlar  Xürrəmilər  adlandırılmışlar.  “Xürrəm”  sözü  fars  dilində 

“şad-xürrəm, yaxşı, qayda” kimi də izah edilir. 

Şərqşünas  Səid  Nəfisinin  yazdığına  görə,  Bəzz  dağlarında  və  ona  yaxın 

ərazilərdə yaşayan Xürrəmilərə rəhbərlik üstündə Cavidan ibn Şəhrək və Əbu 

İmran yazda və yayda bir-biri ilə vuruşar, qışda isə döyüşü dayandırıb, təsərrü-

fat

ları ilə məşğul olardılar. 



Cavidan Bəzz qalasının sahibi və Ərdəbil ətrafındakı xürrəmilərin başçısı 

i

di. Çoxlu qoyun sürüsü olan Cavidan, hər il Zəncan bazarında artırdığı qoyun-



la

rın müəyyən bir hissəsini satıb icmanın cari ehtiyacını təmin edirdi. Gələcək 

sərkərdə  Babəklə də ilk  tanışlığı bu səfərlərin birində baş vermişdir. O,  bura 

gətirdiyi iki min qoyunu satıb, geri qayıdarkən Babəkgildə gecələməli olur. Ca-

vidan həmin gecə söhbət zamanı müəyyən edir ki, Babəkin güclü mühakiməsi 

və olduqca saf idrakı var. Məhz elə ona görə də anasının razılığı ilə o, Babəki 

özü ilə Bəzz qalasına gətirir. Qısa müddət ərzində Xürrəmilərin təlimini öyrə-

nən Babək Cavidanın ən yaxın köməkçisi və məsləkdaşı olur. 

Tarixi mənbələrin rəsmi məlumatlarına görə, Xürrəmilərin Ərəblərə qarşı 

azad


lıq mübarizələri təxminən altmış bir il davam etmişdir. Onun üçdə iki his-

səsini Babəkə qədərki dövr təşkil edir ki, onun da xeyli hissəsinə Cavidan baş-

çılıq etmişdir. Ümumiyyətlə, Xürrəmilər o dövrlərdə Cavidana Allah qədər ina-

nıb ona sadiq idilər. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə