Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə149/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   145   146   147   148   149   150   151   152   ...   314

  

301 


Məmun  dedi:  “Onda  vəliəhdliyi  qəbul  et.”  İmam  (ə)  bu  təklifidə  rədd  etdikdə 

Məmun bu dəfə İmamı (ə) üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: 

“Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Şuranın üzv-

lərindən  biri  də  Hz.Əli  (ə)  idi.  Ömər  həmçinin  demişdi  ki,  kim  müxalif  olsa, 

boynu vurulsun. 

İndi səndə mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan 

başqa çarə görmürəm.”

463


 

Sonra Məmun İmamı (ə) təhdid edərək dedi: “Sən hə-

mişə mənim fikrimin əksinə hərəkət edirsən. And olsun Allaha ki, əgər vəliəhd-

likdən imtina etsən səni öldürəcəyəm.”

464

 

İmam Rza (ə) məcbur olub Məmunun 



təklifini qəbul edərək buyurdu: “Mən vəliəhdliyi bu şərtlə qəbul edirəm ki, ölkə 

işlərində  bir  dənə  də  olsun,  hökm  verməyim  və  hakimiyyət  orqanlarında da 

hakim təyin edib çıxartmaq, hökm və fətva vermək kimi işlərə qarışmayım.” 

Məmun İmam Rzanı (ə) istər xəlifə, istərsə də vəliəhd kimi hakimiyyətə gə-

tirməkdə bir neçə məqsəd güdürdü: 1) İmam Rzanı (ə) yüksək məqama əyləşdir-

məklə, xilafət ərazisində baş qaldırmış Əhli-beyt üsyanlarını yatırmaq mümkün 

olacaqdı.  Həqiqətən  İmam  Rza  (ə)  xəlifə  və  ya  vəliəhd  olduqdan  sonra  Əhli-

beytinin 

haqqının qəsb olunması barədə iddialar qüvvədən düşəcəkdi. 2) İmam 

Rza 



(ə) siyasi hakimiyyətə gətiriləndən sonra ölkədə baş verən ədalətsizliklərə 

cavabdeh olacaqdı. 3) İmam (ə) Mərvə gətirilərək, yüksək dövlət məqamına tə-

yin edilməklə, daim Məmunun nəzarəti altında qalacaq, sərbəst fəaliyyət imka-

nından  məhrum  olacaqdı.  Bütün  bunlardan  sonra  hicri  201/miladi  817-ci  ildə 

Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunin əmri ilə bü-

tün saray əyanları və qoşun başçıları İmamı (ə) vəliəhd kimi tanıdılar. İmama be-

yət edən ilk şəxs Məmunun oğlu Abbas oldu.

465


 

İmamla (ə) bağlılığını daha da sıx etmək istəyən Məmun qızı Ümmi Həbi-

bəni İmama (ə) verdi. Məmunun məqsədi bu idi ki, qızı ilə İmamın (ə) övladı 

ols


un və Məmun özündən sonra hakimiyyəti ona buraxsın. Bu uşaq bir tərəfdən 

Ab

basilərə, digər tərəfdən imamət sülaləsinə mənsub olduğu üçün hər iki tərəf 



onun hakimiyyətini qəbul edəcəkdi. 

İmam Rza  (ə) hicrətin 203-cü ilində səfər  ayının 30-u, miladi 818-ci ilin 

sentyabrında Xorasanın Tus şəhərində Məmunun göndərdiyi zəhərli üzümü ye-

yərək şəhid oldu və həmin şəhərdə Harunun qəbri yanında dəfn edildi. Künyəsi 

Əbəl-Həsəndir. 

 

İmam Rzanın (ə) ləqəbləri: 

1) Rza – 

razılıq mənasındadır; 

2) Siracullah – 

Allahın nur saçan yolu

3) Sabir – 

çox səbr edən; 

4) Fazil – 

fəzilətli; 

463

 əl-İrşad, səh-310. 



464

 İləluş-şəraye, I cild, səh-226. 

465

 İmam Rzanın həyatı, səh-82-87. 



  

                                                           




 

302 


 

İmam Rzanın (ə) zövcələri:  

1) 


Ümmi Həbibə binti Məmun; 2) Reyhanə – Hz.Təqinin (ə) anası; 

 

İmam Rzanın (ə) övladları:  

1) 

Məhəmməd Təqi (ə); 2) Qane; 3) Həsən; 4) Cəfər; 5) Hüseyn; 6) Aişə. 



İmam  Rzanın  (ə)  üzüyündə  bu  yazı  yazılmışdır:  “Maşaallahu  la  qüvvətə 

illa billah” – 

Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət sahi-

bi yoxdur. 

 

İmam Rzanın (ə) müasiri olmuş xəlifələr: 

1) 


Harun ər-Rəşid (786-809); 

2) 


Əmin (809-813); 

3) 


Məmun (813-833). 

 

Əbu İshaq Məhəmməd Mutəsim hicri 218-227 (miladi 833-842) 

Əbu İshaq Məhəmməd Mutəsim ibn Harun hicrətin 179-cu ili şəban ayında 

(mi

ladi  795,  oktyabr)  Bağdadda  anadan  olmuşdur.  Anası  türk  cariyələrindən 



olan Maridə adlı bir xanım idi.

466


 

Mutəsimin türk əsilli qadından doğulduğunu 

söy

ləyənlər, onun xilafəti dövründə türklərin təsiri altına düşməsini sübut kimi 



qeyd edirlər. Hətta bəzilərinə görə, Mütəsimin xəlifə seçilməsində də türklərin 

əvəzsiz xidməti olmuşdur. 

Böyük qardaşı Məmundan fərqli olaraq, Mutəsim elm və biliyə yox, fiziki 

ha

zırlıq tələb edən oyunlara və hərbi təlimlərə daha çox maraq göstərirdi. Elm-



dən uzaq halda böyüyən, hətta yazıb-oxumağı bacarmayan Mutəsim, bunların 

əvəzində fiziki cəhətdən güclü, hərb sənətini yaxşı bilən, ağır döyüşlərdən və 

uzun 

müharibələrdən çəkinməyən bir hökmdar idi.  



Harunun  vəfatından  sonra  Əminlə  Məmun  arasında  gedən  xilafət  uğrunda 

barizəyə qarışmayan Mutəsim, eyni zamanda onlardan heç birini müdafiə et-



mir. Xəlifə Məmunun xilafəti dövründə hicrətin 200-cü ili (miladi 816) Bağdad-

da çevriliş edərək özünü xəlifə elan edən İbrahim ibn Mehdiyə qarşı mübarizə 

aparmayan Mutəsim, eyni zamanda onun əlaltısınada çevrilmir. Məmunun Bağ-

dadı ələ keçirməsindən sonra fiziki cəhətdən daha güclü olan Mutəsim xəlifənin 

ən  yaxın  sərkərdələrindən  birinə  çevrilir.  Məmunun  xilafəti  dövründə  hərbi 

cəhətdən  özünü  doğruldan  Mutəsim  829-cu  ildə  (hicri  214)  Misir  qiyamlarını 

yatırmaqla yanaşı, Bizansa qarşı edilən səfərlərdə də qəhrəmanlığı ilə fərqlənir. 

Mutəsimin ən böyük xətalarından biri Mötəzilə məzhəbində olması ilə bə-

ra

bər,  bu  məzhəbi  əhli-sünnə  alimlərinə  zorla  qəbul  etdirməyə  çalışmasıdır. 



Mu

təsimdə qardaşı Məmun kimi Quranın hadis (yaranma) olmasına inanır və 

bu  əqidəni  qəbul  etməyənlərə  əzab  verirdi.  Əzaba  məruz  qalanlardan  biri  də 

466


 Tarixi-Təbəri, V cild, səh-205. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə