325
nəticəsində, xilafətin məşhur sərkərdələri Bağır, Bəğlun, Musa ibn Buğa əl-Kə-
bir və Harun ibn Süvartəkin tərəfindən öldürüldü.
512
Əbu Cəfər Məhəmməd Müntəsir hicri 247-248 (miladi 861-862)
Əbu Cəfər Məhəmməd Müntəsir ibn Cəfər hicrətin 222-ci ilində (miladi
837) xəlifə Mutəsimin xilafəti dövründə Samirədə anadan olmuşdur. Anası hə-
bəşili bir kəniz olan Müntəsir, xəlifə seçilərkən iyirmi beş yaşında idi.
Atası Mütəvəkkilin qətlindən dərhal sonra Müntəsir ilk öncə qardaşları
Mü
təzzlə Müəyyədi və məşhur sərkərdə Vəsifi çağırıb onlardan beyət aldı. Da-
ha sonra digər saray əyanları da beyət etdilər. Lakin
onun xilafətini qəbul etmə-
yən Ubeydullah ibn Yəhya on min nəfərlik dəstə ilə çevriliş etmək istəsə də, bu
fik
rindən daşındı. Çünki onun xəlifə kimi görmək istədiyi Mütəzz xəlifə Mün-
təsirin əlində idi.
513
Bu hadisədən sonra Müntəsir Ubeydullah ibn Yəhyanın yerinə Əhməd ibn
Xəsibi özünə vəzir təyin etdi.
Atası Mütəvəkkildən fərqli olaraq, həddən artıq mərhəmətli və insaflı olan
Mün
təsir, Əhli-Beytlə mülayim davranırdı. Onun hakimiyyəti dövründə Əhli-
beyt imamlarına və Bəni-Haşim seyidlərinə zülm olunmadı, əksinə həbsdə olan
Əhli-beyt tərəfdarları sərbəst buraxıldı. Müntəsir valilərə tapşırmışdı ki, ələ-
vilərlə mehriban davranaraq onlara ehsan etsinlər. Onun xilafət illərində Fədək
tor
pağı yenidən Əhli-beyt nümayəndələrinə qaytarılmış və Hz.Hüseynin
(ə) zi-
yarəti üzərindəki qadağan götürülmüşdür.
514
Eyni zamanda Müntəsir xəlifə iqamətgahını da atası Mütəvəkkilin inşa
etdirdiyi Cəfəriyyə şəhərindən Samirəyə qaytardı. Qısa müddət sonra əhalinin
də, Cəfəriyyədən köçürülməsi ilə əlaqədar olaraq, tənəzzülə uğrayan şəhər bir
neçə ay ərzində demək olar ki, xarabalığa çevrildi.
Vəsifin Bizans sərhəddinə göndərilməsi
Xilafəti əldə edən Müntəsir, bir neçə ay sonra vəziri Əhməd ibn Xəsibin təh-
ri
ki ilə sərkərdə Vəsifi, hicrətin 248-ci ilində (miladi 862) Bizans imperatorunun
hü
cumlarının qarşısını almaq üçün Bizansla sərhəd bölgələrə göndərdi. Xəlifənin
gös
tərişinə əsasən Vəsif on minlərlik qoşunla Malatya istiqamətində hərbi səfərə
çıxdı. Vəsifin Malatyaya gəlişindən az sonra Müntəsir ona bildirdi ki, göndərildi-
yi bölgədə ən azı dördü qalıb, bizanslılarla döyüşsün, soyuqlar düşəndə isə istira-
hətə çəkilsin. Müntəsirin hakimiyyətinin sonuna qədər Bizans sərhəddində qalan
Vəsif, Müstəinin xəlifə seçilməsiylə Samirəyə qayıtmışdır.
515
512
Tarixi-
Təbəri, V cild, səh-334-338; Tarixi-Məsudi, IV cild, səh-115-122; Tarixi ibn Əsir,
VII cild, səh-95-102; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-349.
513
Tarxi-
Təbəri, V cild, səh-341.
514
Tarixi-
Təbəri, V cild, səh-351-353; Tarixi ibn Əsir, VII cild, səh-114-115, Natiq Rəhimov,
İslam Tarixi, II cild, səh-224.
515
Tarixi-
Təbəri, V cild, səh-345; Tarixi ibn Əsir, VII cild, səh-111-112.
326
Müntəsirin qardaşlarını vəliəhdlikdən kənarlaşdırması
Müntəsir Abbasi xəlifəsi təyin edildikdən sonra vəzir Əhməd ibn Xəsib,
Vəsif və Buğa Mütəzzlə Müəyyədin vəliəhdliyi ilə razılaşmayıb, xəlifədən tə-
ləb etdilər ki, onları vəliəhdlikdən uzaqlaşdırıb, özündən sonra oğlu Əbdul-
Vəhhabı vəliəhd təyin etsin. Çünki Mütəzzlə Müəyyəd, Müntəsirdən fərqli ola-
raq türklərə qarşı mənfi münasibətdə idilər.
Türklərin təzyiqinə tab gətirməyən xəlifə Müntəsir, sonda qardaşlarını
vəliəhdlikdən kənarlaşdırmaq qərarına gəldi. Bu məqsədlə xəlifə hər iki qarda-
şını yanına çağıraraq buyurdu: “Elə zənn edirsiniz ki, sizi vəliəhdlikdən uzaq-
laşdırıb, öz oğlumun böyüməsinə kimi gözləmək və onu vəliəhd təyin etmək
arzu
sundayam? Allaha and olsun ki, məndən sonra əmim oğlanlarının hakimiy-
yəti ələ keçirmələrindənsə, öz qardaşlarımın xilafətə keçmələri mənə daha xoş-
dur. Amma ətrafımda olan bu əyanlar sizi vəliəhdlikdən kənarlaşdırmağımı
məndən tələb edirlər. Qorxuram ki, əgər dediklərini yerinə yetirməsəm, sizi öl-
dü
rərlər. And olsun Allaha, mənim gözümdə bunların hamısının qanı sizin biri-
nizin
həyatına bərabər deyil. Bu üzdən onların istəyini qəbul etməyi məsləhət
gördüm”.
Hicrətin 248-ci ili (miladi 862) xilafət sarayında təşkil edilmiş məclisdə və-
zir Əhməd ibn Xəsib tərəfindən hər iki vəliəhdin istefa kağızı oxundu. Bundan
sonra elan olund
u ki, xilafətin hər yerində xütbələrin sonunda vəliəhd kimi az
yaşlı Əbdul-Vəhhabın adına dualar oxunsun.
516
Vəliəhdlik məsələsindən qısa müddət sonra xəlifə Müntəsir xəstələnərək
vəfat edir. Əhməd ibn Mutəsim tərəfindən cənazə namazı qılınan xəlifə Samirə
şəhərində dəfn edildi. Tarixi mənbələrə əsasən Müntəsir, məzarının yeri dəqiq
bili
nən ilk Abbasi xəlifəsidir.
517
Əbul-Abbas Əhməd Müstəin hicri 248-252 (miladi 862-866)
Əbul-Abbas Əhməd ibn Məhəmməd ibn Mutəsim hicrətin 220-ci ili (mila-
di 834) xəlifə Mutəsimin xilafəti dövründə Samirədə anadan olmuşdur.
Xəlifə Müntəsirin ölümündən sonra məşhur sərkərdələrdən olan Buğa əl-
Kəbir, Buğa əs-Səğir və Otamış bir araya gələrək, yeni seçiləcək xəlifənin kim
ola
cağı barədə məşrəvət etdilər. Türklər, Məğaribilər və İsrövşənəlilər elə bir
şəxsi xəlifə seçmək istəyirdilər ki, hakimiyyətə gəldikdən sonra, onlara zərəri
to
xunmasın. Bir günlük müzakirədən sonra, həmin şəxslər hicrətin 248-ci ili
(mi
ladi 862) Müntəsirin əmisi, iyirmi səkkiz yaşlı Əhməd ibn Məhəmməd ibn
516
Tarixi-
Təbəri, V cild, səh-342-350; Tarixi-Məsudi, IV cild, səh-133-136; Tarixi ibn Əsir,
VII cild, səh-112-114.
517
Tarixi-Təbəri, V cild, səh-351.