359
Bədrin ölümündən dərhal sonra onun intiqamını almaq üçün İshaq Fərğani
xila
fətə qarşı qiyam qaldırdı. Lakin xəlifənin göndərdiyi ordu İshaq Fərğanini
məğlub edərək qiyamı yatırmışdır.
Hicrətin 291-ci ilində (miladi 904) vəzir Qasim ibn Vəhbin vəfatından
sonra Abbas ibn Həsən Müktəfinin vəziri təyin edildi. Əvvəlki vəzirin xatirəsi-
ni əziz tutan xəlifə Müktəfi, onun qızını öz oğlu Əbu Əhməd Məhəmməd üçün
aldı.
Tulunilər dövlətinin süqutu
Misir, Şam və əl-Cəzirə torpaqlarında hakimlik edən Tulunilər dövləti öz
adın Buxaradan Bağdada göndərilmiş Əhməd ibn Tulun (868-884) adlı türk qu-
lamdan alır.
Onun ölümündən sonra hakimiyyətə gələn oğlu Xumaraveyh (884-896) xə-
li
fə Mütəzidlə (892-902) hicrətin 289-cu ilində (miladi 892) bağladığı müqa-
viləyə əsasən, iri məbləğdə vergi ödəmək şərti ilə Misir, Şam və Şimali Meso-
po
tamiya ərazilərinə hakim oldu. Bu anlaşma Xumaraveyhin ölümünə qədər
qüv
vədə qalmış, onun ölümündən sonra isə xələfləri vergini ödəməkdən imtina
etmişlər.
Miladi tarixilə 902-ci ildə (hicri 289) Abbasi xəlifəsi təyin edilən Müktəfi
Mi
sir, Şam və əl-Cəzirədə hökmranlıq edən Tulunilərin hakimiyyətinə son qoy-
maq qərarına gəldi. Bu məqsədlə xəlifə Müktəfi hicrətin 291-ci ilində (miladi
904) Məhəmməd ibn Süleymanın başçılığı altında olan böyük bir ordunu Misir
bölgəsinə göndərdi. Miladi tarixilə 905-ci ildə Misirin paytaxtı Fustat şəhəri
yaxınlığında baş verən döyüşdə Tuluni sərkərdəsi öldürüldü və bununla da xi-
lafət ordusu qalib gəldi. Sülalənin sağ qalanları Bağdada əsir kimi göndərildilər.
Tulunilərin süqutundan sonra Misir bölgəsində İbrahim Xəlici adlı bir şəxs
xi
lafətə qarşı üsyan edərək Misir torpaqlarını ələ keçirdi. Bundan narahat olan
xəlifə Müktəfi böyük bir ordunu Misir bölgəsinə göndərdi. Hicrətin 293-cü ili
rəcəb ayında (miladi 906) baş verən döyüşdə məğlub olan İbrahim Xəlici əsir
ki
mi Bağdada göndərildi.
Qərmətilərlə müharibələr
Müktəfi xilafəti boyunca qərmətilərlə xeyli müharibələr aparmışdır. Qərməti
hərəkatı xəlifə Mütəzidin dövründən başlamışdır. Mütəzidin dövründəki qərməti
təzahürləri əsasən, Kufə ətrafında müşahidə edilirdisə, indi onların səsi Suriya və
İraq səhralarından gəlirdi. Əvvəlcə onların başçısı Zikrəveyhin iki oğlu Yəhya və
“Xal
lı” ləqəbli Hüseyn, daha sonra isə özü bəzi ərəb qəbilələri ilə birləşərək, ti-
ca
rət yollarında ciddi təhlükə yaratdılar. Qərmətilərlə baş verən döyüşlərdə min-
360
lərlə xilafət əsgəri qətlə yetirildi. Miladi tarixilə 904-cü ildə (hicri 291) Bağdada
gətirilmiş “Xallı” və silahdaşlarının əvvəlcə əlləri sonra isə ayaqları kəsildi.
573
Eyni vaxtda xəlifə Müktəfi Fars bölgəsini ələ keçirən Samanilərə qarşı da
mü
barizə aparırdı. (Qərmətilər və Samanilər haqqında ətraflı məlumat veriləcək).
Bizansla aparılan müharibələr
Xəlifə Müktəfinin dövründə Bizansla aparılan müharibələrdə nisbətən fasi-
lə yaranmışdır. Bizansla münasibətləri gərginləşdirmək istəməyən xəlifə sülhü
qo
rumağa çalışırdı. Onun hakimiyyəti dövründə Bizansla xilafət arasında bir
neçə dəfə əsir mübadiləsi baş tutmuşdur.
Miladi tarixilə 903-cü ildə (hicri 290) Bizans imperatoru VI Levin (886-
912) təklifi ilə müsəlmanlarla Bizans arasında növbəti əsir mübadiləsinə hazır-
lıq görülməyə başlandı.
Lakin növbəti ilin şəban ayında (miladi 904) yüz min nəfərlik Bizans ordu-
su sərhəd bölgələrinə hücum edərək, qətl-qarət törətdikdən sonra xeyli əsirlə
ge
ri qayıtdı. Buna cavab olaraq Bizansa yürüş edən müsəlmanlar Antakya şə-
hərini fəth etdilər. Bu yürüş nəticəsində beş min nəfər Bizanslı öldürüldü, bir o
qədəri də əsir götürüldü. Antakya fəthi müsəlman ordusunun ən böyük qələbə-
lərindən hesab edilir.
Hicrətin 292-ci ilində (miladi 904) Andronikin başçılığı altında Mərəş şə-
hərinə hücum edən Bizans ordusu xeyli müsəlmanı qılıncdan keçirdi. Həmin
ilin
şəban ayında (miladi 905) Bizansla müsəlmanlar arasında növbəti əsir mü-
badiləsi baş tutdu. Bu mübadilə nəticəsində 1500 nəfərə yaxın müsəlman əsir-
lik
dən azad edildi.
Hicrətin 293-cü ilində (miladi 906) bizanslıların növbəti hücumu nəticə-
sində xeyli müsəlman qılıncdan keçirildi. Buna cavab olaraq xilafət ordusu da
Bi
zansa qarşı yürüşə başladı. Tarsus şəhərindən başlayan hərbi əməliyyatlar
nəticəsində beş min nəfər bizanslı əsir götürüldü. Bizans sərkərdəsi Andronik
aman istəyib təslim oldu və əlində olan müsəlman əsirləri də təhvil verdi. Kon-
ya qa
lasını ələ keçirən müsəlmanlar başda Andronik olmaqla, bütün əsirləri gö-
tür
üb Tarsusa qayıtdılar.
Hicrətin 294-cü ilində (miladi 908) müsəlmanlarla Bizans arasında baş tutan
əsir mübadiləsi nəticəsində üç min nəfərdən artıq müsəlman əsirlikdən azad edildi.
Xəlifə Əbu Məhəmməd Əli Müktəfi hicrətin 295-ci ili zilqədə ayının 12-də
(mi
ladi 908) Bağdadda vəfat etdi. Xilafəti dövründə Rəhəbə şəhərindəki came
məscidini və Bağdadda Şatibiyyə sarayını tikdirmişdir.
574
Əbul-Fəzl Cəfər Müqtədir hicri 295-320 (miladi 908-932)
573
Tarixi-
Təbəri, V cild, səh-642-643; Tarixi ibn Əsir, VII cild, səh-530-532, 541-551; Natiq
Rəhimov, İslam Tarixi, II cild, səh-275.
574
Tarixi-
Təbəri, V cild, səh-670; Tarixi ibn Əsir, VIII cild, səh-8.