63
3)
Təqriri – Hz.Peyğəmbərin səhabələr bir iş görəndə onu təsdiqləməsi və
ya susması və ya onu təsdiqləməməsi.
Təfsir elmi
Qurani-
Kərimin ayələrini izahlı şəkildə açıqlayan elmə təfsir elmi deyilir.
Təfsir elmi Hz.Peyğəmbər (s) dövründə təşəkkül tapmağa başlamışdır. Bütün
faktlar göstərir ki, Allah kəlamının ilk təfsirçisi də elə Hz.Peyğəmbərin (s) özü
olmuş, izahları ilə təfsir elminin əsasını qoymuşdur. “Qurani-Kərimin mənasını
yalnız Muhəmməd (s) anlayar” hədisi bunu açıq-aydın sübut edir. Səhabələr
Quranda yazılmış ayrı-ayrı sözlərin və gizli məqamların təfsirini Hz.Peyğəm-
bərdən (s) xahiş edir, özlərinin həyatında onun cavablarından istifadə edirdilər.
İlk təfsirçi Hz. Peyğəmbərdən (s) sonra Abdullah ibn Abbas sayılır. O,
“Tərcümanul-Quran” təfsirinin müəllifi kimi tanınmış, miladi tarixi ilə 686-cı
il
də vəfat etmişdir.
Hicri təqviminin ilk iki əsrində müsəlman aləmində yazılı Quran təfsiri
de
mək olar ki, yox idi. Ayrı-ayrı səhabələr və tabeindən olan şəxslər tərəfindən
Qu
ranın bəzi ayələrinə şərhlər verilsədə, bunlar bütöv Quranı əhatə etməməklə
yan
aşı, həm də şifahi formada idi. Hz.Əli (ə) ibn Əbu Talib, Abdullah ibn
Abbas, Abdullah ibn Məsud, Ubeyy ibn Kəb, Cabir ibn Abdullah, Həsən Bəsri
və b.-nın dilindən rəvayət edilən və Quranın seçmə ayələrini əhatə edən təf-
sirlər çox sonralar toplanaraq qələmə alındı. Təfsirlə adətən, mühəddislər-hədis
alimləri məşğul olurdular.Təfsirin mənbəyi olaraq Quran, Peyğəmbərin hədis-
ləri və səhabələrin sözləri əsas götürülürdü. Yəhya ibn Ziyad Fərra hicri 3/mi-
ladi 9-
cu əsrin ortalarına kimi yaşamış alimlər arasında bəlkə də yeganə şəxsdir
ki, Quran təfsirində kamil və müstəqil kitab yazmağa müvəffəq olmuş və hə-
min kitab günümüzə qədər gəlib çatmışdır. IX əsrin ikinci yarısından başlaya-
ra
q, sırf təfsir kitabları yazılmağa başlandı. Artıq Quran tədqiqatçıları bu və ya
digər ayənin nazil olma səbəblərini, möhkəm ya mütəşabih olduğunu, nəsx
olub-
olmadığını müstəqil şəkildə araşdırmağa başladılar.
X əsrin əvvəllərindən etibarən, təfsirçilik inkişaf etməyə başladı. Yazılan
təfsirlər əsasən iki hissəyə bölünürdü:
1)
Rəvayət təfsirləri – belə təfsirlərdə yalnız hər bir ayə haqqındakı hədis
və rəvayətlər toplanırdı. Müəllif yalnız bu və ya digər ayənin barəsində Pey-
ğəmbərdən, səhabədən və imamlardan rəvayət olunmuş hədisləri, səhabə və
tabeinin əxbarını qeyd etməklə kifayətlənir, özündən heç bir şərh vermirdi.
2)
Dirayət təfsirləri – belə təfsirlərdə isə müəllif yeri gəldikcə hədislərə
mü
raciət etsədə, öz ictihadından faydalanmağı da unutmurdu. Bu dövrün təfsir-
ləri arasında “Təfsiri-Təbəri”, “Təfsiri-Təbərsi” əsərləri xüsusi yer tutur. Qura-
ni-
Kərimin Azərbaycan dilinə tərcüməsi Qaraqoyunlu dövründə başlanmış
70
,
lakin təəssüf ki, bu tərcümələr əlyazma şəklində qalıb nəşr edilməmişdir.
70
Əzizə Cəfərzadənin araşdırması
64
Quranın Azərbaycan dilində “Kəşf əl-həqaiq ən nukət əl-ayati vəd-dəqaiq” adı
altında nəşr edilmiş ilk tərcümə və təfsiri Bakı qazisi Mir Məhəmməd Kərim
Ağaya məxsusdur. Üç cilddən ibarət olan bu tərcümə-təfsir “Kaspi” qəzetinin
Buxariyyə mətbəsində I-II cildlər 1904; III cild isə 1906-cı ildə nəşr
olunmuşdur.
Bundan iki il
sonra Şeyxülislam Məhəmməd Həsən Mövlazadə Şəkəvinin
“Kitabul-
bəyan fi təfsir əl-Quran” adlı iki cildlik tərcümə-təfsiri 1908-ci ildə
Tif
lisin “Qeyrət” mətbəsində çap olundu. Şəkəvi orijinal yolla gedərək Quran
ayələrinin tərcüməsini əsasən dırnaq içində, təfsirini isə dırnaqdan kənarda ver-
mişdir.
Hədis elmi
Peyğəmbər və məsumlardan bizə gəlib çatan kəlamlara hədis deyilir.
Hədislərin yazılması Peyğəmbərin (s) vəfatından sonra qadağan edilmişdir. Bu
qa
dağa əməvi xəlifəsi Ömər ibn Əbdüləziz tərəfindən götürülmüşdür. Abbasi-
lər xilafətinin ilk dövründə yaşamış məhşur hədis alimlərinin fəaliyyəti yalnız
bir sahə ilə məhdudlaşmır, onlar hər tərəfli biliyə malik, hədis, rical, təfsir, ərəb
qram
matikası və s. elmləri mükəmməl mənimsəmiş insanlar idi. Hicri ikinci əs-
rin ortalarında yaşamış bu şəxslər bir növ “rəvayət körpüsü” rolunu oynayırdı-
lar. Bunların ən məşhurları Süleyman ibn Mehran, Əməş (v.765), Əbdürrəh-
man ibn Ovzai (v. 774) və Süfyan Səvri (v. 779) idi. Təsadüfi deyildir ki, hədis
kita
blarının əksəriyyəti hicrətin I əsrinin sonlarından V əsrədək olan dövrlərdə
tərtib edilmişdir.
71
Əhli-sünnənin “Kitabus-sittə” adlandırılan altı hədis toplusu bunlardır:
1)
“Səhihi-Buxari” (810-870)
2)
“Səhihi-Müslim” (821-875)
3)
“Sünəni-Əbu Davud” (817-889)
4)
“Sünəni-Tirmizi” (815-893)
5)
“Sünəni-ibn Mace” (824-887)
6)
“Sünənin-Nəsai” (829- 915)
Bunlardan başqa aşağıdakı əhli-sünnə alimlərini də qeyd edə bilərik:
1)
Malik ibn Ənəs – “Əl-Müvətta”
2) Abdullah ibn Mübarək – “Kitabus-sünən”
3)
Təyalisi – “əl-Müsnəd”
4)
Əhməd ibn Hənbəl – “əl-Müsnəd”
Əhli-şiənin “Kitabu-ərbəə” adlanan dörd məşhur hədis toplusu bunlardır:
1)
Şeyx-Küleyni (878-941) – “Üsuli-Kafi”
2)
Şeyx Səduq (928-992) – “Mən lə yəhziruhul fəqih”
3) Şeyx Tusi (998-1067) – “Əl-İstibsar”
71
Geniş məlumat üçün bax: İbrahin Quliyevin “Hədisşünaslığın əsasları” Bakı, Elm-2013,
əsərinə