70
dən götürməyə hazıram. Mən müsəlmanların işinin idarə olunmasında Allah ki-
ta
bına və Peyğəmbər sünnəsinə əməl edəcəyəm.”
Əbu Bəkrin xilafəti dövründə baş verən hadisələr
Riddə hadisələri: Məlum olduğu kimi, öz qəbilələrinin müqəddaratını həll
edən bir dəstə şeyxlər qorxudan və tamahdan İslamı qəbul etmişdilər. Onlardan
bəziləri Peyğəmbərlə görüşmüş, bəziləri isə Peyğəmbəri görməməklə bərabər
onun dediklərindən də xəbərsiz idilər. Beləliklə, onlar İslam şəriətinin əsasları
ilə tanış deyildilər. Bir sıra qəbilələr İslamın vacib qanunlarından sayılan zəkatı
ödəməkdə çətinlik çəkirdilər. Onlar Peyğəmbərin vəfat xəbərini eşitdikdən son-
ra baş qaldırıb əmrdən çıxmağa başladılar. Bir neçə yalançı peyğəmbərlər də
xal
qı aldadaraq öz ətraflarına toplamışdılar.
Məkkədə yaşayan Qureyş, Taifdə yaşayan Səqif qəbiləsi İslam dinində qal-
dılar. Peyğəmbərin vəfatı xəbəri Məkkəyə çatdıqda Məkkənin hakimi İtab ibn
Useyd qorxusund
an qaçıb gizləndi. Məkkə əhlinin də dindən dönəcəyindən ha-
mı qorxurdu. Elə bu an Süheyl ibn Əmr Kəbənin qarşısında dayanıb dedi: “Ey
Məkkə əhalisi! Məbada siz sonuncu müsəlman və ilk olaraq dindən üz döndə-
rənlərdən olasınız! And olsun Allaha ki, İslam dininin işləri düzələcək. Pey-
ğəmbərin vədəsi yerinə yetəcəkdir.” Süheylin bu çıxışı Məkkənin İslam dinin-
dən çıxmasının qarşısını aldı. Bu həmin Süheyl idi ki, Hüdeybiyyə sülhü im-
zalandıqda “Rəhman” kəlməsini müqavilədən çıxartdırmışdır. Lakin qısa müd-
dət ərzində dərk etmişdi ki, yeni dinin müqabilində müqavimət göstərmək fay-
dasız və imkansızdır. Qureyşdən olan bəziləri imanlı müsəlman olmuş, qəbilə
başçılarının bir çoxu isə öz xeyrlərini müsəlmançılıqda görüb xəlifə ilə həm-
karlıq edirdilər. Nəcd, Yəmamə və Bəni-Tağlib qəbilələri yalançı peyğəm-
bərlərin ətrafına toplaşdıqdan sonra bu peyğəmbərlərin fəaliyyəti daha da ge-
nişlənmişdi.
Əbu Bəkrin xilafəti dövründə hər an dindən çıxanların Mədinəyə hücumu
göz
lənilirdi. Bütün bunları nəzərə alan xəlifə, Usamənin qoşununu Mutəyə
göndərmək istəmədi. Lakin Usamə və bəzi böyük səhabələr xəlifəyə bildirdilər
ki, nəyin bahasına olursa-olsun, gərək bu iş yerinə yetirilə. Çünki Peyğəmbər
(s) ömrünün son anla
rında bu qoşunu yola salmaq istəyirdi. Sonda xəlifənin
göstərişinə əsasən Usamənin qoşunu hərəkət etdi. Sonrakı hadisələrdə
üsyançıların məğlub edilməsində bu işin nə qədər təsirli olduğunu göstərdi.
Usamənin qoşununu yola saldıqdan sonra xəlifə və onun müşavirləri
iğtişaşları bir-birinin ardınca yatırmağa başladılar. Ərəbistanda sakitlik
yaratmaq üçün Xa
lid ibn Vəlidin rolu böyük olmuşdur. Nəhayət peyğəmbərlik
iddiası edənlər, o cümlədən Tuleyha ibn Xuveylid, Səccah, Müseylimətul-
Kəzzab və Əsvədül-Ans bir-birinin ardınca ya tutuldular, ya da qaçıb aradan
çıxdılar. Cənub və şərqdə yerləşən şəhər və qəbilələr yenidən Mədinəyə tabe
oldular. Həzrə-Maut sakitləşdi, Yəmən də kiçik müqavimətdən sonra təslim
oldu.
71
Bu qalmaqallar yatırıldıqdan sonra baş vermiş ən mühüm hadisə bu oldu
ki, artıq bədəvilər və qəbilə başçıları başa düşdülər ki, müqavimət göstətməyin
və daxili münaqişələrin sonu gəlib çatmışdır. İslam hökumətinə tabe olub Əbu
Bəkrə itaət etmələrinin onların xeyrinə olduğunu hiss etmişdilər. Böyük çətin-
lik
lə də olsa Riddə hadisələri xəlifə Əbu Bəkrin qələbəsilə sona çatdı.
Əbu Bəkrin xilafəti dövründə Sasanilərə qarşı edilən döyüşlər
Xəlifə Əbu Bəkr Sasani imperiyasının əlində olan İraq bölgəsini fəth etmək
üçün Bəhreyndə mürtədlərlə vuruşan Əla ibn Hədraminin yanında vuruşan
Bəni Şeyban ibn Sələbə qəbiləsinə mənsub Müsənna ibn Harisi kiçik bir dəstə
ilə şimala göndərdi. Şimala doğru hərəkət edən Müsənna yürüşə davam edərək
Şəttul-Ərəbə qədər irəliləyib bu bölgədə olan İran orduları ilə bir neçə döyüş
apar
dı. Bundan xəbər tutan xəlifə Əbu Bəkr Xalid ibn Vəlidi İraq tərəfə Sasani
sərkərdəsi Hörmüzə qarşı göndərdi. Bəsrədə Suveyd ibn Qutbə ilə birləşən Xa-
lid ibn Vəlid iranlılara qarşı döyüşməyə başladı. Daha sonra Hirəyə gələn Xa-
lid, Hirə xalqı ilə hər il 90 min dirhəm cizyə ödəmək, İranlılara qarşı müsəl-
manların tərəfini tutmaq şərti ilə sülh bağladı.
86
Hirənin fəthindən sonra Əbu Bəkr Xalid ibn Vəlidi İraqdan çağırıb Şama
gön
dərdi. Bu ərəfədə Xalid icazəsiz olaraq həccə getmiş, bu işə görə Əbu Bəkr
onu danlamış və cəza olaraq İraq ordusuna rəhbərlik vəzifəsindən azad etmiş-
dir. Lakin bu heçdə məntiqi səbəb ola bilməz. Çünki Əbu Bəkr və onun tərəf-
darları çox uzaqgörən olmuşlar və bilirdilər ki, belə çətin anda layiqli sərkər-
dəni işindən uzaqlaşdırmaq olmaz. Həqiqət bundan ibarətdir ki, Hirədə bağla-
nan sülh Ənbar və Aynut-təmir şəhərləri tutulduqdan sonra müsəlmanların şərq
böl
gəsindəki mövqeləri möhkəmləndi. Digər tərəfdən də göndərilmiş qoşunun
Rum imperiyası tərəfindən məğlub edilməsi təhlükəsi olduğundan Əbu Bəkr
Xalidi Şama göndərir. Şamda baş verən hadisələrdən də məlum olur ki, Xalidin
vəzifəsinin dəyişilməsi müsəlmanlar üçün faydalı olmuşdur.
Xəlifə Əbu Bəkr yardım olaraq İraq bölgəsinə İyaz ibn Qanəmi ilə Kaka
ibn Əmri göndərdi. Ubullaya yaxınlaşan Xalid ordusunu üç yerə ayırıb bir his-
səsini Müsənna ibn Harisin başçılığı ilə irəliyə göndərdi. Müsənnanın ardınca
Ədiyy ibn Hatəmi, onun ardınca da özü hərəkət etdi. İslam ordusu Xəfir adlı
məntəqədə Hörmüzün başçılığı altında olan İran ordusu ilə qarşılaşdı. Baş ve-
rən döyüşdə sərkərdə Hörmüzün ölümü ilə əlaqədar olaraq İran ordusu məğlub
edildi.
87
Vələcə və Ulleysdə baş verən döyüşlər
İran ordusunun bu məğlubiyyətindən sonra müsəlmanlar Qubaz və Ənuşə-
ca
nın başçılığı altında olan iran ordularını da məğlub etdilər. İslam ordusundan
86
Tarixi-
Təbəri, II cild, səh-307.
87
Tarixi-
Təbəri, II cild, səh-309-310.