86
Ömərin xilafəti dövründə müsəlmanların xəzinəsinə külli miqdarda gəlirin
gəlməsinə, əhaliyə müəyyən miqdarda məvacib təyin edilməsinə baxmayaraq,
bir tərəfdən xəlifənin sadə həyat tərzi, digər tərəfdən də onun Qureyşin böyük-
lərinə və dini ilk əvvəl qəbul edənlərə nəzarət etməsi onların külli miqdarda
sərvət toplamalarına imkan vermirdi.
Ömər məvacib paylanması üçün idarə təşkil edən zaman, bir tərəfdən əs-
gərlərin hüququnu onların neçə müharibədə iştirak etdiklərinə əsasən müəyyən
edər, digər tərəfdən isə ənsarla mühacirləri başqalarından üstün tutardı. Ömər
vəfat etdikdən sonra Qureyş rahat nəfəs almağa başlayıb yenidən sərvət
toplamaqla məşğul oldu. Bir müddət keçdikdən sonra əsgərlər gördülər ki,
onlar daim din düşmənləri ilə ön cəbhədə döyüşdükləri halda, bir dəstə adam
Mədinədə xoşgüzəran keçirərək beytul-maldan yüksək məbləğdə məvacib alır.
Həmçinin yeni müsəlman olmuşlar, onlardan bir neçə il qabaq müsəlman
olduqlarına görə, ümumi büdcədən əlavə yardımlar da alırlar.
Ötən fəsillərdə işarə olunduğu və İslam fiqhində də qeyd olunduğu kimi
mü
səlman olmayan ölkələr müsəlmanlarla sülh bağlamış olsalar onlardan cizyə
alınaraq xəzinəyə təhvil verilirdi. Qoşunun döyüşərək əldə etdiyi ərazilər isə
fatehlər arasında bölünürdü.
Hicazdan kənarda yerləşən fəth olunmuş ərazilərin məhsulunu toplamaq
mü
səlmanlar üçün çətin idi. Onlar həmin ərazilərə şəxsən nəzarət etmək istə-
səydilər və ya məhsulu toplamaq üçün oraya səfər etməli olsaydılar,
bu iş orada
çox
lu sayda əhali toplanmasına səbəb olardı.
Xəlifə Osman minbərə çıxaraq camaata belə dedi: “Mənim nəzərim budur
ki, sizin payınızı özünüzə qaytarım; belə ki, hər kəs öz evində öz torpağına sa-
hib olsun.” Ondan bu işin necə mümkün olacağını soruşduqda belə dedi: Əs-
gərləri çıxmaq şərtilə bu torpaqların sahibləri öz ərazilərini Hicazda, Yəməndə
və başqa yerlərdə əraziləri olanlarla dəyişdirə bilərlər.” Bu sözləri eşidən Mədi-
nə əhli sevindi. Çünki, belə olan halda hər kəs özünə yaxın olan ərazidə qala-
caq
dı. Beləliklə, ərazilərin dəyişdirilməsi prosesi başlandı. Təlhə ibn Ubeydul-
lah, Mərvan ibn Həkəm, Əşəs ibn Qeys və başqaları öz torpaqlarını kiçik ərazi
sa
hibləri ilə dəyişdirdilər və çox keçmədən Hicazda böyük torpaq sahibləri
mey
dana gəldi. Onlar bir tərəfdən məhsuldar torpaqlardan kifayət qədər gəlir
əldə edir, digər tərəfdən isə İslamı ilk qəbul etdiklərinə görə başqalarından artıq
məvacib alırdılar. Bundan əlavə, onlar xəlifənin də verdiyi hədiyyələrə yiyələ-
nirdilər.
Sonda baş verən narazılıqlar səbəbilə Bəsrə, Kufə və Misir qiyamçıları
xəlifənin sarayını mühasirəyə alaraq onu qətlə yetirdilər. Bu hadisə hicratin 35-
ci ilində (miladi 656) baş verdi. Xəlifə Osman Xəşşi-Kovkəb (indiki Bəqi) adlı
yerdə dəfn edilmiş və cənazə namazını Cübeyr ibn Mutim qılmışdır.
114
114
Tarixi ibn Əsir,
III cild, səh-180; Tarixi-Təbəri, II cild, səh-687-689.
87
Osmanın dövründə baş verən fəthlər
Xəlifə Əbu Bəkrin dövründə başlayan İraq, İran, Suriya və Misir fəthləri
da
vam etmişdir. Kufə valiliyinə bağlı olan sərkərdələr Azərbaycanda baş qal-
dıran üsyanları yatırıb Dəmirqapıya qədər irəliləyib bu bölgədə sülhü yenidən
bərpa etmişlər. Digər tərəfdən Təbəristan, Xorasan və Sind bölgələrində yeni
tor
paqlar İslam məmləkətinə qatılmışdır. Şərqi Anadoluda Ərzurum, Qars,
Gür
cüstan və Azərbaycan bölgələrinə səfərlər edilmişdir. Şam valisi Müaviyə
ibn Əbu Süfyan Antakya və Tarsus bölgələri ilə Kapadokya və Amuriyyəyə
qədər irəliləyib Çukurovada əsgər yerləşdirmişdir.
115
Şimali Afrikanın fəthi 648 – 648-ci ildə Misir valiliyindən Əmr ibn Ası
kənarlaşdıran xəlifə Osman onun yerinə süd qardaşı Abdullah ibn Səd ibn Sə-
rəhi təyin etdi. Daha öncə 646-cı ildə Şimali Afrikaya vali təyin edilən Ab-
dullah bəzi yerləri alaraq illik vergi bağlamışdır. Misirə vali təyin olunduqdan
sonra xəlifədən icazə alaraq Şimali Afrikaya keçmiş və köməkçi qoşun istəmiş-
dir. Buna əsasən xəlifə Osman əshabın seçilənlərindən Abdullah ibn Abbas,
Ab
dullah ibn Zübeyr, Abdullah ibn Ömər və Abdullah ibn Əmrin olduğu ordu-
nu Abdullah ibn Sədə köməyə göndərdi. Bərqaya gələn ordu burada Uqbə ibn
Nafe ilə birləşdi. Oradan Trablusqərbə (Tripoli) gələn İslam ordusu burada
Bizans valisi Qreq
orsun hazırladığı ordu ilə Subeytilada qarşılaşdı. Abdullah
ibn Səd əvvəlcə Qreqorsu İslama dəvət etmiş, qəbul etməsə cizyə verməyi, bu-
nu da qəbul etməsə müharibə edəcəyini bildirmişdir. Qreqors bu təklifləri rədd
et
dikdə iki tərəf arasında müharibə başlamış və Bizanslı sərkərdənin ölümü ilə
İslam ordusu qalib gəlmişdir. Bu qələbədən sonra Subeytila da müsəlmanlar tə-
rəfindən fəth edilmişdir.
116
Kiprin fəthi 653 – Suriya valisi Müaviyə ibn Əbu Süfyan xəlifə Ömərin
döv
ründə dəniz donanması yaratmaq istəsə də Ömər buna razı olmamışdır. Xə-
lifə Osmanın dövründə isə onun razılığı ilə Müaviyə ibn Əbu Süfyan Suriya
sərhədlərində dəniz donanması yaratdı. 648-ci ildə Osmanın dövründə Müa-
viyə Kipri fəth etmək üçün icazə istəmiş və Osman buna razılıq vermişdir.
Müa
viyə ilə Misir valisi Abdullah ibn Səd gəmiləri hazırlayıb Kipr üzərinə
hərəkət etdilər. 649-cu ildə edilən bu səfərdə Kipr fəth edilməsə də illik vergi
verməyə razı olmuşdur.
117
653-
cü ildə edilən səfərdə isə müsəlmanlar Kiprlə
yanaşı Radosu da ələ keçirmişlər.
115
Tarixi-
Təbəri, II cild, səh-591-593; Futuhul-buldan, səh-467-489; Əbdulvəhhab Nəccar, əl-
Xuləfau-Raşidin, səh-270-287.
116
Tarixi ibn Əsir, III cild, səh-88-93.
117
Futuhul-bulda
n, səh-218-226; Tarixi-Təbəri, II cild, səh-600-602; Tarixi ibn Əsir, III cild,
səh-95-98.