fasiləsiz məlumat verir və həmçinin onu radio- və elektrik
rabitə ilə ötürür.
Profiloqraf
- mexaniki – tross üzərində və ya ölçmə ştanqasında
olan ölçmə yükü ilə dərinliyi ölçür. Nəticələri saatla təhciz
olunmuş qeyd edən mexanizmə ötürməklə suyun dibində yerini
dəyişir;
- hidrostatik – suyun dibində tross üzərində yerini
dəyişə bilən təzyiq ötürücü vasitəsilə dərinliyi ölçür. 15 m -ə
kimi dərinliyə hesablanıb;
- akustik – exolotun tətbiqinə hesablanıb (şək.2.9).
Müşahidə obyekti ilə qarşılıqlı əlaqə üsuluna görə
cihazlar təmasda olan və təmasda olmayan növlərə bölünür.
Təmasda olanlar: suyun sərfini ölçmək üçün ultra səs sistem,
suyun sərfini
ölçmək üçün hərəkət edən gəmidə kompleks
cihazlar. Təmasda olmayanlar: yer səthinin aerokosmik
tədqiqatları üçün cihazlar ( radiasiya termometrləri, qar
örtüyündə su ehtiyatlarını təyin etmək üçün qamma-çəkici
cihazlar ), həmçinin buzun səth axın sürətini və qalınlığının
radiolokasiya ölçüləri üçün cihazlar.
Şək. 2.9. Profiloqraf ilə dərinliyin ölçülməsi: V.Ş. – vibratot-
şüalandırıcı, V.Q. – vibrator-qəbuledici, 1 – gedən siqnal, 2 - əks
olunan siqnal, d – profiloqrafın dərinliyi.
Okean cihazları – dəniz mühitinin xarakteristikalarının
hidrofiziki, hidrokimyəvi, dəniz geoloji, hidrobioloji və digər
ölçüləri üçün texniki vasitələ; dəniz suyunun, qruntunun,
bitkilərinin və heyvanlarının nümunəsini götütmək üçün
qurğularr.
Tətbiqinə görə aşağıdakılara bölünür:
- dərinliyi təyin etmək üçün cihazlar (lotlar və exolotlar);
- dəniz suyunun fiziki xarakteristikalarının təyini üçün
(termometrlər və səsin suda yayılmasının sürətini ölçən
cihazlar);
- suyun dinamikasının əsas parametrlərinin (axınların
sürət və istiqamətini) ölçülməsi üçün – hərf çapedici fırlanğıc
(HÇF), axının və temperaturun avtomatik rəqəm ölçücüsü
(TARÖ);
- dalğaların elementinin təyini üçün (dalğaölçənlər);
- səviyyənin tərəddüdü (futştok, mareoqraflar);
-
hidrokimyəvi
ölçülər
üçün
(elektrosolomerlər,
oksimetrlər, pH-metrlər, fotoelektrik kolorimetrlər və s.);
- buzlaqların müşahidəsi üçün (buzlaqları ölçən reykalar,
buzlaqların aeroçəkilişi üçün cihazlar və s.).
İstifadə üsullarına görə okean cihazları aşağıdakılara
ayrılır:
- stasionar – sahildə və ya açıq dənizdə daimi (futştok,
mareoqraflar, termoqraflar) və ya uzun müddətli (tellurik
stansiyalar, seysmoqraflar) təhkim olunur;
- avtonom – okeanların və dənizlərin açıq hissələrində bir
neşə saatdan bir neçə aya kimi sərbəst işləmək üçün təxsis
edilmişdir (buy stansiyalar);
- gəmi;
- yedəkdə olanlar;
- kompleksli.
Şək.2.10. Dəniz dibinin relyefini exolot zondlama yolu ilə
təyin edirlər.
Yerin hidrosferinin müasir monitorinq sisteminin
ümumi
sxemi şək. 2.11 –də verilmişdir.
Şək. 2.11. Yerin hidrosferinin vəziyyətinin müşahidəsi (a),
müşahidə materiallarının toplanması və emalı (b) sistemi
2.3. Qurunun və geoloji mühitin monitorinqi.
Torpaq monitorinqinin əsas məsələləri – a) Torpaq
örtüyünün zaman və məkanca antropogen və təbii dəyişməsini
təyin edən amil və proseslərin öyrənilməsi; b) torpaqların
xüsusiyyətlərinin
və
onların
təbii
münbitliyinin
müəyyənləşdirilməsi və qiymətləndirilməsi; c) torpağın
pestisid, ağır metallar və digər inqridiyentlərlə çirklənməsinə
nəzarət; ç) torpağın tərkib və xüsusiyyətlərinin, həmçinin
torpaq
örtüyünün
dəyişməsinin
tendensiya
və
proqnozlaşdırılmasının aydınlaşdırılması.
Bu məsələlər, xüsusi seçilmiş sahələrdə distansion
tədqiqat
metodlarından
istifadə etməklə, stasionar və
yarımstasionar müşahidələrin köməyi ilə həll olunur. Müşahidə
obyektləri kimi, bütün əsas torpaq-iqlim zonalarında yerləşən
və intensiv antropogen təsirlərə məruz qalan tipik landşaftlar
seçilir. Paralel olaraq, fon ərazilər də tədqiq olunur.
Hər tərəfdə monitorinq: a) xüsusən toksiki olan ağır
metallar – civə, qurğuşun, kadmium; b) xüsusən toksiki olan
üzvü çirkləndiricilər – benz(a)piren, polixlorbifenid.
Ümumi monitorinq – lokal tullantılar zamanı torpağa
daxil olan toksikantlar (sink, nikel, vanadium, manqan və s.);
kənd təsərrüfatı məhsullarında toplanma qabiliyyətinə malik
üzvü çirkləndiricilər.
Torpağı çirkləndirən əsas mənbələrə uyğun olaraq,
iki müşahidə obyekti ayırırlar:
1)
kənd
təsərrüfatı
rayonlarının
torpaqları
(nümunələrin götürülməsi ildə iki dəfə - yazda, qarın
əriməsindən sonra və vegrtasiya dövründən sonra). Ağır
metalların torpağa daxil olma intensivliyini təyin etmək üçün,
qar nümunəsinin götürülməsi hər il qışın sonunda aparılır.
2) sənaye – energetik mənbələrin ətrafındakı
torpaqlqr ( ildə bir dəfə yazda qar əridikdən sonra torpaq –
coğrafi profil nöqtələrindən nümunələrin götürülməsi ).
Dostları ilə paylaş: |