Akkumulyasiya
üzrə
bioindikasiyanın
nəticələri
nümunənin götürülməsinin konkret müddətindən asılı deyildir
və deməli, ətraf mühitdəki çirkləndirici maddələrin təsadüfi,
qısa müddətli dəyişmələrindən asılı olmaması vacibdir. Bundan
əlavə kimyəvi analiz vasitəsilə bəzi hallarda ətraf mühitin
çirklənməsinin müasir səviyyəsini qiymətləndirməkdən əlavə
müxtəlif
pollyutantların
konsentrasiyasının
əvvəlki
dinamikasını da retrospektiv şəkildə qiymətləndirməyə imkan
verir
(müxtəlif
yaş
orqanizmlərində
onların
konsentrasiyalarının müqayisə edilməsi yolu ilə).
Effektiv toplayıcı bioindikator nümunələri kimi su
xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri,
molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala
bilirlər və mokyuskların məhvindən sonra belə indikasiya kimi
istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların
orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək
olar.
4.3. Qrupların və ekoloji sistemlərin təsnifat
və ordinasiya tədqiq metodları
Bioindikasiya məqsədilə ekosistemlərin və ya ayrı-ayrı
qrupların tədqiqi zamanı tələb edilir:
1) ekosistemin (və ya qrupun) məkan sərhədlərinin təyin
edilməsi;
2) bioindikasiya üçün əhəmiyyətli olan, biotikanı və ya
konkret
qrupu
məhdudlandıran
senotik
asılılıq
xarakteristikalarını aşkar və təsvir etmək.
Bu məsələlər müvafiq olaraq təsnifat (1) və ordinasiya
metodları ilə həll edilir.
Təsnifat yanaşması nəzərdə tutur ki, tədqiq olunan
qruplar (ekosistemlər) məkanca çox və ya az dərəcədə dəqiq
məkan sərhədlərinə malikdirlər, onların hüdudları daxilində
bircinsdir və qonşu qruplardan (ekosistemlərdən) həqiqətən
fərqlənirlər.
Riyazi analizin təsnifat metodlarının məqsədi nisbətən
diskret qrupların (ekosistemlərin) və onların məkan
sərhədlərinin seçilməsidir. Ordinasiya yanaşması (latınca
“ordino” – qaydaya salma), əksinə qrupların (ekosistemlərin)
sərhədlərini tanımır və ya da onların mövcud olmadığını
ehtimal edir. Ordinasiya metodları mühit qradiyentlərində
populyasiya
və
qrupların
kəmiyyət
dəyişiklikləri
qanunauyğynluqlarını aşkar edir.
Əslində, müxtəlif təbii ekosistemlərin təbii sərhədləri
müxtəlif dərəcədə ifadə oluna bilər: yüksək təzadlıqla və
olduqca zəif, praktiki surətdə olmaya da bilər (əgər qrupun
fasiləsiz məkan dəyişiklikləri müşahidə edilirsə).
Belə ki, ekosistem və qruplar, həqiqətən nisbi
diskretdirlər. Bu ilk növbədə, biotoplara (mühitin xüsusi
şərtlərinə malik ərazinin və ya akvatoriyanın sahəsidir ki,
biotopun özünün daxilində nisbətən bircinsdir və xarici
şəraitdən xeyli dərəcədə fərqlidir) lokallaşmış biogeosenozlar –
ekosistemlərdir. Bir çox konsorsiyalar kifayət qədər dəqiq
sərhədlərə malikdir. Bir qayda olaraq, diskret çoxnövlü
biosistemlər nisbətən yüksək bütövlüyə, çoxsaylı növlərarası
əlaqələr və əhəmiyyətli dərəcədə emercentlik xüsusiyyətinə
malikdir, ona görə də xolizm mövqeyindən tədqiq olunmalıdır.
Belə biosistem nümunəsi kimi kiçik axarı olmayan göl və ya
meşə kənarı (biogeosenos), balaca xüsusi mərcan rif və ikilaylı
molyuskalardır ki, öz həyat fəaliyyəti ilə xüsusi ətraf mühiti və
deməli xüsusi qruplar – konsorsiyalar yaradırlar. Oxşar
biosistemlər təsnifata yaxşı, ordinasiyaya isə pis uyğunlaşırlar
(belə ki, onların daxili mühiti kifayət qədər bircinsdir).
Əgər biota (və ya konkret qrup) qeyri-bircins, müxtəlif
abiotik şəraitdəki məkanlarda mövcuddurlarsa (məsələn, dəniz
sublitoralı, preriya və s.), onda bir qayda olaraq ayrı-ayrı növlər
arasındakı əlaqələr nisbətən zəif olur. Bu formasiyalar passiv
şəkildə yaranır, ayrı-ayrı növ populyasiyalarının məkanca
paylanması təsvirlərinin sadəcə şəkildə üst-üstə qoyulması
nəticəsində vahid ekoloji kontinium yaranır (biotanın elə
vəziyyətidir ki, növlər müstəqil və fasiləsiz surətdə
paylanırlar). Buna bənzər biosistemlərin tədqiqi üçün
reduksionist metodlar daha effektlidir. Aydındır ki, ekosistemin
daxili qeyri-bircins, dəqiq olmayan məkan sərhədlərinə malik
olmayan belə ekosistemlər (və ya qruplar) təsnifata pis,
ordinasiya isə yaxşı uyğunlaşırlar.
Təbii ekosistemlərin əksəriyyəti aralıq vəziyyət tuturlar.
Onların sərhədlərinin ifadə olunması dərəcəsi, daxili qeyri-
bircinslik, növlərarası qarşılıqlı əlaqələr, xüsusiyyətlərin
emercenliyi (sistemin elementlərinin heç birinə xas olmayan
yeni xüsusiyyətlərin yaranması) çox geniş dərəcədə dəyişir.
Ona görə də bioindikasiya ekoloji tədqiqatlarda təsnifat və
ordinasiya yanaşmalarının birlikdə istifadəsi adətən daha
məhsuldar olur.
Təsnifat
metodları
ekosistemlərin
(qrupların)
sərhədlərinin tədqiqatçı tərəfindən seçilməsi subyektivliyini
aradan qaldırmağa, riyazi yanaşma sayəsində onların ifadə
olunması dərəcəsini qiymətləndirməyə imkan verir. Daha
yüksək təsnifatı klaster analiz (ingiliscə “cluster” – qrup,
salxım deməkdir) metodları verə bilər. Burada obyektlər
siniflərə (klasterlərə) elə qruplaşdırılır ki, bir sinfə daxil olan
obyektlər, digər siniflərə daxil olan oxşar obyektlərlə
müqayisədə daha bircins olsunlar. Bu halda qrupların həm növ
tərkibi (nömrələnmiş klaster analizi adlanır), həm də müxtəlif
kəmiyyət xarakteristikaları müqayisə edilir. Son zamanlar bir
çox ekoloqlar nömrələnmiş klaster analizindən istifadə etməyə
üstünlük verirlər, belə ki: 1) bu və ya digər növün mövcudluğu
və ya yoxluğunun özü olduqca informativdir; 2) növ fərdlərinin
olması faktının aşkar edilməsi, populyasiya və ya qrupun
kəmiyyət xarakteristikalarını düzgün təyin edilməsindən daha
sadədir (bunun üçün nümunə götürülmələrin daha əməktutumlu
Dostları ilə paylaş: |