Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   28   29   30   31   32   33   34   35   36

 
Akkumulyasiya 
üzrə 
bioindikasiyanın 
nəticələri 
nümunənin  götürülməsinin  konkret  müddətindən  asılı  deyildir 
və  deməli,  ətraf  mühitdəki  çirkləndirici  maddələrin  təsadüfi, 
qısa müddətli dəyişmələrindən asılı olmaması vacibdir. Bundan 
əlavə  kimyəvi  analiz  vasitəsilə  bəzi  hallarda  ətraf  mühitin 
çirklənməsinin  müasir  səviyyəsini  qiymətləndirməkdən  əlavə 
müxtəlif 
pollyutantların 
konsentrasiyasının 
əvvəlki 
dinamikasını  da  retrospektiv  şəkildə  qiymətləndirməyə  imkan 
verir 
(müxtəlif 
yaş 
orqanizmlərində 
onların 
konsentrasiyalarının müqayisə edilməsi yolu ilə).  
 
Effektiv  toplayıcı  bioindikator  nümunələri  kimi  su 
xərçəngəbənzər  xitin  zirehləri  və  həşaratların  sürfələri, 
molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala 
bilirlər və mokyuskların məhvindən sonra belə indikasiya kimi 
istifadə  edilə  bilər),  mamır,  bəzi  quş  və  məməli  heyvanların 
orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək 
olar. 
 
4.3. Qrupların və ekoloji sistemlərin təsnifat  
və ordinasiya tədqiq metodları 
 
 
Bioindikasiya  məqsədilə  ekosistemlərin  və  ya  ayrı-ayrı  
qrupların tədqiqi zamanı tələb edilir: 
 
1) ekosistemin (və ya qrupun) məkan sərhədlərinin  təyin 
edilməsi; 
 
2)  bioindikasiya  üçün  əhəmiyyətli  olan,  biotikanı  və  ya 
konkret 
qrupu 
məhdudlandıran 
senotik 
asılılıq 
xarakteristikalarını aşkar və təsvir etmək. 
 
Bu  məsələlər  müvafiq  olaraq  təsnifat  (1)  və  ordinasiya 
metodları ilə həll edilir. 
 
Təsnifat  yanaşması  nəzərdə  tutur  ki,  tədqiq  olunan 
qruplar  (ekosistemlər)  məkanca  çox  və  ya  az  dərəcədə  dəqiq 
məkan  sərhədlərinə  malikdirlər,  onların  hüdudları  daxilində 


bircinsdir  və  qonşu  qruplardan  (ekosistemlərdən)  həqiqətən 
fərqlənirlər.  
 
Riyazi  analizin  təsnifat  metodlarının  məqsədi  nisbətən 
diskret  qrupların  (ekosistemlərin)    və  onların  məkan 
sərhədlərinin  seçilməsidir.  Ordinasiya  yanaşması  (latınca 
ordino”  –  qaydaya  salma),  əksinə  qrupların  (ekosistemlərin) 
sərhədlərini  tanımır  və  ya  da  onların  mövcud  olmadığını 
ehtimal  edir.  Ordinasiya  metodları  mühit  qradiyentlərində 
populyasiya 
və 
qrupların 
kəmiyyət 
dəyişiklikləri 
qanunauyğynluqlarını aşkar edir. 
 
Əslində,  müxtəlif  təbii  ekosistemlərin  təbii  sərhədləri 
müxtəlif  dərəcədə  ifadə  oluna  bilər:  yüksək  təzadlıqla  və 
olduqca  zəif,  praktiki  surətdə  olmaya  da  bilər  (əgər  qrupun 
fasiləsiz məkan dəyişiklikləri müşahidə edilirsə). 
 
Belə  ki,  ekosistem  və  qruplar,  həqiqətən  nisbi 
diskretdirlər.  Bu  ilk  növbədə,  biotoplara  (mühitin  xüsusi 
şərtlərinə  malik  ərazinin  və  ya  akvatoriyanın  sahəsidir  ki, 
biotopun  özünün  daxilində  nisbətən  bircinsdir  və  xarici 
şəraitdən xeyli dərəcədə fərqlidir) lokallaşmış biogeosenozlar – 
ekosistemlərdir.  Bir  çox  konsorsiyalar  kifayət  qədər  dəqiq 
sərhədlərə  malikdir.  Bir  qayda  olaraq,  diskret  çoxnövlü 
biosistemlər  nisbətən  yüksək  bütövlüyə,  çoxsaylı  növlərarası 
əlaqələr  və  əhəmiyyətli  dərəcədə  emercentlik  xüsusiyyətinə 
malikdir, ona görə də xolizm mövqeyindən tədqiq olunmalıdır. 
Belə  biosistem  nümunəsi  kimi  kiçik  axarı  olmayan  göl  və  ya 
meşə kənarı (biogeosenos), balaca xüsusi mərcan rif və ikilaylı 
molyuskalardır ki, öz həyat fəaliyyəti ilə xüsusi ətraf mühiti və 
deməli  xüsusi  qruplar  –  konsorsiyalar  yaradırlar.  Oxşar 
biosistemlər  təsnifata  yaxşı,  ordinasiyaya  isə  pis  uyğunlaşırlar 
(belə ki, onların daxili mühiti kifayət qədər bircinsdir). 
 
Əgər  biota  (və  ya  konkret  qrup)  qeyri-bircins,  müxtəlif 
abiotik  şəraitdəki  məkanlarda  mövcuddurlarsa (məsələn, dəniz 
sublitoralı, preriya və s.), onda bir qayda olaraq ayrı-ayrı növlər 
arasındakı  əlaqələr  nisbətən  zəif  olur.  Bu  formasiyalar  passiv 


şəkildə  yaranır,  ayrı-ayrı  növ  populyasiyalarının  məkanca 
paylanması  təsvirlərinin  sadəcə  şəkildə  üst-üstə  qoyulması 
nəticəsində  vahid  ekoloji  kontinium  yaranır  (biotanın  elə 
vəziyyətidir  ki,  növlər  müstəqil  və  fasiləsiz  surətdə 
paylanırlar).  Buna  bənzər  biosistemlərin  tədqiqi  üçün 
reduksionist metodlar daha effektlidir. Aydındır ki, ekosistemin 
daxili  qeyri-bircins,  dəqiq  olmayan  məkan  sərhədlərinə  malik 
olmayan  belə  ekosistemlər  (və  ya  qruplar)  təsnifata  pis, 
ordinasiya isə yaxşı uyğunlaşırlar.  
 
Təbii  ekosistemlərin  əksəriyyəti  aralıq  vəziyyət  tuturlar. 
Onların  sərhədlərinin    ifadə  olunması  dərəcəsi,  daxili  qeyri-
bircinslik,  növlərarası  qarşılıqlı  əlaqələr,  xüsusiyyətlərin 
emercenliyi  (sistemin  elementlərinin  heç  birinə  xas  olmayan 
yeni  xüsusiyyətlərin  yaranması)  çox  geniş  dərəcədə  dəyişir. 
Ona  görə  də  bioindikasiya  ekoloji  tədqiqatlarda  təsnifat  və 
ordinasiya  yanaşmalarının  birlikdə  istifadəsi  adətən  daha 
məhsuldar olur.  
 
Təsnifat 
metodları 
ekosistemlərin 
(qrupların) 
sərhədlərinin  tədqiqatçı  tərəfindən  seçilməsi  subyektivliyini 
aradan  qaldırmağa,  riyazi  yanaşma  sayəsində  onların  ifadə 
olunması  dərəcəsini  qiymətləndirməyə  imkan  verir.  Daha 
yüksək  təsnifatı  klaster  analiz  (ingiliscə  “cluster”  –  qrup, 
salxım  deməkdir)  metodları  verə  bilər.  Burada  obyektlər 
siniflərə  (klasterlərə)  elə  qruplaşdırılır  ki,  bir  sinfə  daxil  olan 
obyektlər,  digər  siniflərə  daxil  olan  oxşar  obyektlərlə 
müqayisədə daha bircins olsunlar. Bu halda qrupların həm növ 
tərkibi (nömrələnmiş klaster analizi  adlanır), həm də  müxtəlif 
kəmiyyət  xarakteristikaları  müqayisə  edilir.  Son  zamanlar  bir 
çox ekoloqlar nömrələnmiş klaster analizindən istifadə etməyə 
üstünlük verirlər, belə ki: 1) bu və ya digər növün mövcudluğu 
və ya yoxluğunun özü olduqca informativdir; 2) növ fərdlərinin 
olması  faktının  aşkar  edilməsi,  populyasiya  və  ya  qrupun 
kəmiyyət  xarakteristikalarını  düzgün  təyin  edilməsindən  daha 
sadədir (bunun üçün nümunə götürülmələrin daha əməktutumlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə