Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   28   29   30   31   32   33   34   35   36

metodları  tələb  olunur);  3)  kəmiyyət  xarakteristikalarına  görə 
təsnifat analizinin nəticələri tədqiqatçı üçün hansı göstəricilərin 
daha  vacib  olmasını  və  hesablamalarda  nəzərə  alınması  ilə 
müəyyənləşdiyi  halda,  nömrələnmə  təsnifatı  həmişə  eyni  bir 
əlamətdən istifadə edir.    
 
Nömrələnmiş  klaster  analizi  həm  ayrı-ayrı  müşahidə 
stansiyalarının  müqayisəsi  (Q-analizi  müxtəlif  stansiyalarda 
qrupların  növ  tərkibinin  oxşarlığını  qiymətləndirir),  həm  də 
ayrı-ayrı  növlərin  müqayisəsini  (R-analizi  müxtəlif  növlərin 
məkan  paylanmasının  oxşarlığını  qiymətləndirir)  aparmaq 
mümkündür.  Müxtəlif  stansiyalarda  qrupların  növ  oxşarlığı 
dərəcəsini  xarakterizə  edən  çoxlu  sayda  indekslərdən  (və  ya, 
əksinə  növlərin  məkan  paylanması  oxşarlığı)  daha  çox  sadəsi 
və məşhuru Syorsen əmsalıdır: 
b
a
c
K
S



2

burada  Q-analizdə  a  və  b-  iki  müqayisə  olunan  qruplarda 
növlərin miqdarı (və ya iki müqayisə edilən stansiyada)  c- hər 
iki qrup üçün (hər iki stansiyada) eyni olan növlərin miqdarıdır.   
 
Miqdar  verilənləri  üçün  (R-  analiz  zamanı)  analoji 
göstərici  Çekanovski  əmsalı 
CZ
K
  adını  daşıyır  və  aşağıdakı 
şəkildədir:  
 
 
 









i
i
i
i
CZ
x
x
x
x
n
i
m
K
2
1
2
1
,
2
 
burada 
i
x
1
və 
i
x
2
-  1  və  2  təsvirlərində 
i
-  növünün  bolluq 
göstəricisinin qiyməti (populyasiyanın sıxlığı və ya biokütləsi); 


i
i
x
x
n
i
m
2
1
,
- verilmiş bolluq göstəricisinin müqayisə edilən 
iki qiymətindən ən kiçiyi.  
 
Kəmiyyət  əlamətlərinə  görə  klaster  analizində  qrupların 
oxşarlıq  dərəcəsi  onların  nəzərə  alınan  əlamətlərinin  evklid 
məkanında  aralarındakı  məsafəsi  ilə  (çox  vaxt  bu  evklid 


məsafəsidir)  qiymətləndirilir.  Belə  əlamətlər  kimi  bioindikator 
əhəmiyyətə  malik  olan  (4.2.3  bölməsi)  qrupların  müxtəlif 
kəmiyyət  xarakteristikalarıdır.  Analizin  nəticələri  əyani  olaraq 
qistoqram  –  sxem  şəklində  ifadə  olunur  ki,  bu  da  hansı 
səviyyələrdə  müxtəlif  obyektlər  arasındakı  oxşarlığın  özünü 
büruzə verməsini göstərir.   
 
Klaster  analizindən  topoloji  analiz  vasitəsi  kimi  elmin 
müxtəlif  sahələrində  geniş  istifadə  edilir.  Lakin,  klaster 
analizinin  kəmiyyət  xarakteristikaları  üzrə  məhsuldarlığı 
əlamətlərin  az 
və 
ya  çox  dərəcədə  təsnifatlaşdırma 
alqoritmlərinin  və  nəticələrin  şərh  edilməsi  metodlarının 
(məsələn,  qrupun  seçilməsi  üçün  hansı  oxşarlıq  səviyyəsinin 
qəbul  edilməsini  tədqiqatçı  özü  müəyyən  edir)  subyektiv 
seçimi ilə (nömrələnmiş analiz istisna təşkil edir) məhdudlanır. 
 
Tək  aparılmış  ölçmələrin  nəticələrinin  verilənlərin 
seçilmiş  siniflərindən  birinə  ayırd  edilməsi  üçün  həmçinin, 
çoxölçülü  diskriminant  analiz  də  olduqca  faydalıdır  (əsasən 
təsnifat  metodu olmayaraq). O, nəinki təsnifatlaşma üzrə daha 
əsaslandırılmış  şəkildə  qərarın  qəbul  edilməsinə  imkan  verir, 
həm  də  obyektiv  surətdə  onun  meyarlarını  seçməyə  imkan 
yaradır.  Diskriminant  analizin  tətbiq  edilməsi  olduqca  effektli 
ola  bilər,  lakin  o,  materialın  reprezentativliyinə  olan  yüksək 
tələblərlə məhdudlanır.   
 
Ordinasiya  metodları  biotanın  mühit  amillərindən 
asılılıq  xarakteristikalarını  müəyyənləşdirməyə  imkan  verir. 
Onlar  obyektlərin  (məsələn,  qrupların  müvafiq  bioindikator 
əlamətlərinin  qiymətləri  ilə  xarakterizə  edən  müşahidə 
stansiyalarını)  hər  hansı  bir  ox  boyu  (məkan  qradiyentləri, 
mühit  amilləri,  zaman  oxları  və  s.)  nizama  salınmasını  yerinə 
yetirir.  
 
Ordinasiyanın  daha  sadə  və  yüksək  effektli  metodu 
bilavasitə  qradiyent  analizidir.  Onun  mahiyyəti  mühit 
amillərini  məhdudlaşdıran  qradiyentlər  üzrə  növ  bolluğu 
kəmiyyətlərinin  dəyişikliklərinin  aşkarlanmasından  ibarətdir. 


Biotaya  həqiqi  təsiri  müəyyən  edən  amillər  üzrə  daha  sonra 
reqressiya  analizi  yerinə  yetirilir.  Bilavasitə  qradiyent  analiz 
üsullarında  məhdudlaşdırıcı amillər  məlum olduqda və onların 
nisbətən az sayında effektiv surətdə tətbiq edilir.  
 
Ekoloqlar  tərəfindən  çox  vaxt  dolayı  ordinasiya 
metodlarından  da  geniş  istifadə  edilir,  məsələn,  ikiölçülü 
dərəcələnmə 
(metrik 
və 
qeyri-metrik) 
və 
çoxölçülü 
dərəcələnmə. 
 
Metrik 
dərəcələnmə 
metodlarına 
daxildir: 
əsas 
komponentlərin  analizi  (ƏKA);  əsas  koordinatların  analizi 
(principal 
coordiates 
analysis), 
uyğunluq 
analizi 
(correspondence  analysis;  məsafə  xi-kvadrat  meyarı  üzrə 
qiymətləndirilir);  uyğunluğun  trendsiz  analizi  (detrended 
correspondence analysis) və s. 
 
Qeyri-metrik  dərəcələnmə  metodlarına  daxildir:  qeyri-
metrik  dərəcələnmənin  özü  (dəyişənin  ədədi  qiyməti  onun 
dərəcəsi  ilə  əvəz  edilir);  qeyri-xətti  və  ya  qeyri-monoton 
dərəcələnmə,  assimmetrik  matris  analizi  (asymmetric  matrix 
analysis);  açılış  metodu  (unfolding);  dəyişənlər  arasındakı 
səbəb  əlaqələrini  aşkar  edən  trayektoriyalar  analizi  (path 
analysis) və s.  
 
Çoxölçülü  dərəcələnmə  metodlarına  daxildir:  kanonik 
korrelyasiya  (canonical  correlations);  “Prokrustov  analizi” 
(Procrustes  analysis);  uyğunluğun  çoxlu  analizi;  fərdi 
məsafələrin dərəcələnməsi (individual distance scaling); sərhəd 
şərtləri  ilə  dərəcələnmə  (constrained  scaling);  üçölçülü  açılış 
(3-way  unfolding);  qeyri-parametrik  test  (random  skewer 
analysis) və s.  
 
Dolayı  ordinasiya  metodlarının  tətbiqi  bəzi  hallarda  çox 
effektli  olur,  lakin,  bu  ekoloqdan  böyük  təcrübə  və  gördüyü 
tədbirlərin  həddinin  aşmamasını  tələb  edir.  Səbəb-nəticə 
əlaqələrinin  abstrakt  təqdimatı  (bilavasitə  ordinasiyadan  fərqli 
olaraq)  analiz  nəticələrinin  şərh  edilməsinin  dəqiqliyini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə