Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   28   29   30   31   32   33   34   35   36

burada  P

və  P
х
  –  mübafiq  olaraq  bütün  yırtıcı  olmayan 
orqanizmlərin  (qurbanların)  və  yırtıcıların  məhsullarının  cəm 
qiyməti, С
х
 – bütün yırtıcıların cəm rasionudur. 
 
Bir  qayda  olaraq  qrupulardakı  qidalanma  münasibətləri 
daha mürəkkəbdir və sadalanan  şərtlər ödənilmir. Ona görə də 
qrupların  “real”  məhsullarının  düzgün  qiymətləndirilməsi 
qrupdakı trofik əlaqələrin təfərrüatlı analizini tələb edir (adətən 
–  trofik  seçicilik  indeksləri  və  s.  nəzərə  alınmaqla  əsas  və 
ikinci  dərəcəli  trofik  əlaqələrin  blok-sxemindən  istifadə 
edilməklə). 
Qrupun 
trofik 
struktrunun 
kifayət 
qədər 
mürəkkəbliyində yuxarıda göstərilən sadə tənliklə hesablanmış 
“real” məhsulun qiyməti həqiqi qiymətdən bir və ya daha artıq 
tərtib fərqlənə bilər. 
 
Qrup 
və 
ekosistemlər 
üçün 
ekoloji-fizioloji 
xarakteristikaların  münasibətlərindən  daha  tez-tez  istifadə 
edirlər:  
 
-  hər  hansı  bir  zaman  dövrü  ərzində  qrupun  “real” 
məhsulun  mübadiləyə  sərf  edilən  cəm  xərclərin  nisbəti  (P/R- 
əmsalı); 
 
-  hər  hansı  bir  zaman  dövrü  ərzində  qrupun  “real” 
məhsulun  həmin  dövr  üçün  biokütlənin  orta  qiymətinə  olan 
nisbəti (P/R- əmsalı cəmiyyətin xüsusi məhsuldarlığı), və s. 
 
Stabil  ekosistemdə  bioloji  məhsulun  istehsal  prosesi  və 
istehlakı  sabit  sürətlərlə  gedir  və  yaxşı  balanslaşdırılmışdır 
(PR),  ona  görə  də  biosenozun  özünə  təsiri  minimuma 
endirilmişdir.  Ekosistemlərin  avtogen  suksessiyası  üzvi 
maddənin  məhsuldarlıq  prosesləri  üzərində  destruksiya 
proseslərinin  üstünlüyü  ilə,  maddələrin  daxili  dövranının  və 
enerjinin  qapanmasının  artması,  ekoloji  sistemin  özünü 
tənzimləmə,  özünü  təmizləmə  qabiliyyətinin  yüksəlməsi  və 
daxili  mühitin  yüksək  keyfiyyətinin  saxlaması  ilə  xarakterizə 
edilir (P/R<1). Bir qayda olaraq allogen  suksessiya tərs gedən 
proseslərlə  (P/R>1)  müşahidə  edilir.  Ekosistemin  özünü 


tənzimləmə qabiliyyəti azalır, onun daxili mühitinin keyfiyyəti 
tədricən korlanır. 
 
Ekosistemin  (qrupun)  təsirə  davamlılığı.  Qrupların 
təsvir tərkibinin bioindikasiya rolu.  
 
Ekosistemin 
və 
ya 
konkret 
qrupun 
mühüm 
xarakteristikası təsirə qarşı davamlığıdır: rezistiv  (obyektin öz 
vəziyyətini  dəyişməz  saxlamaq,  təsirə  müqavimət  göstərmək 
qabiliyyəti)  və  elastikliyi  (təsir  qurtardıqdan  sonra  ilkin 
vəziyyətə qayıtmaq qabiliyyəti). Dayanıqlığın kəmiyyət ölçüsü 
maksimal  təsir  səviyyəsində  öz  vəziyyətini  qoruyub  saxlamaq 
qabiliyyətidir.  Beləliklə,  ekosistemin  biotasını  məhdudlaşdıran 
amillər  hiperməkanı  (və  ya  bioindikator  kimi  istifadə  edilən 
cəmiyyət): 
 
-  təsirə  rezistent  dayanıqlığı  izobola  ilə  təsvir  edilir,  bu 
biotanın 
(cəmiyyətin) 
xarakteristikalarının 
bütün 
amil 
qiymətlərinin elə birləşmələrini məhdudlandıran sahəsidir ki, o, 
fon  qiymətlərindən  fərqlənmirlər  (təsir  xaricində  müşahidə 
edilən); 
 
-  elastkiki  dayanıqlıq  elə  bir  izobola  ilə  təsvir  edilir  ki, 
amil  qiymətlərinin  bütün  birləşmələrini  məhdudlandıran 
sahəsidir  ki,  onda  rifah 
funksiyalarının 
qiymətlərinin 
dəyişmələri geri dönəndirlər (təsir aradan qaldırıqdan sonra öz 
fon qiymətlərinə qayıdırlar). 
 
Ekosistemin  təsirə  qarşı  rezistiv  dayanıqlıq  meyarı  həm 
statistik, həm də dinamiki biotik xarakteristikaların bütün ilkin 
(fon) qiymətlərinin saxlanması təşkil edir.   
 
Qrupun  (eləcə  də  bütün  ekosistemin)  təsirinə  elastiki 
dayanıqlığın  meyarı  ilkin  növ  tərkibinin  saxlanmasıdır.  Əgər 
növ tərkibi dəyişməz qalıbsa, deməli təsir başa çatdıqdan sonra 
biotanın  həm  kəmiyyət  göstəriciləri,  həm  də  onların 
tənzimlədiyi  abiotik  mühitin  parametrləri  tədricən  bərpa 
olunacaqlar. Hərgah növ tərkibi dəyişibsə, onda hətta təsir sona 
çatdıqda  belə  biota  və  abiotik  mühitin    parametrlərinin 
gözlənilməz  (bəzi  hallarda  –  qəzalı)  dəyişiklikləri  olduqca 


ehtimal olunandır. Beləliklə, növ tərkibi qrup və ekosistemlərin 
daha  əhəmiyyət  kəsb  edən  xarakteristikadır.  Qrupların  digər 
kəmiyyət  xarakteristikaları  da  bioindikasiya  üçün  vacibdir, 
lakin  növ  tərkibinə  görə  onlar  ikinci  dərəcəlidir  və  köməkçi 
əhəmiyyətə malikdir. 
 
Bundan  əlavə,  qrupların  növ  tərkibi  nəzərə  alınmaqla 
bioindikasiyanın senotik metodları həm də ən böyük ayırdetmə 
qabiliyyətinə 
malikdirlər.  Bu  onunla  şərtləndirilir  ki, 
orqanizmlərin  ətraf  mühitin  parametrlərinə  qarşı  qoyulan 
tələbləri  xüsusilə  növ  cəhətdən  spesifikdir  və  hətta  bir  növ 
daxilində  belə  əhəmiyyətli  dərəcədə  dəyişə  bilər,  hələ  iri 
taksonlar  barəsində  bir  şey  demirik.  Eyni  zamanda  növ 
diaqnostikası olduqca əmək tutumludur və tədqiqatçıdan xüsusi 
ixtisas  səviyyəsi  tələb  edir.  Ona  görə  də  tətbiq  edilən 
bioindikasiya 
metodlarının 
seçilməsi 
ətraf 
mühitin 
keyfiyyətinin  qiymətləndirilməsi  dəqiqliyi,  həmçinin  konkret 
tədqiqat  kollektivinin  real  imkanları  tələblərindən  asılı  olaraq 
müəyyən edilir.  
 
4.2.4. Akkumulyasiya üzrə bioindikasiya (yığılan 
bioindikatorlardan istifadə) 
 
 
Qeydedici 
və 
toplanan 
və 
ya 
akkymulyasiya 
bioindikatorları  fərqləndirilir.  Yuxarıda  nəzərdən  keçirilən 
qeydedici  bioindikasiya göstəriciləri  biotaya  mühit amillərinin 
ümumi  təsir  səviyyəsi  barəsində  mühakimə  yürütməyə  imkan 
verir.  Akkumulyasiya  üzrə  bioindikasiya  amillərin  (kimyəvi) 
özlərini  keyfiyyətcə  qiymətləndirməyə  imkan  verir,  bunun 
üçün  orqanizmlərin  toxumlarında,  müəyyən  orqanlarda  və 
bədənin  hissələrində  çirkləndirici  maddələrin  toplanması 
xüsusiyyətindən  istifadə  edilir.  Bir  sıra  polyutantların 
orqanizmdən  yavaşca  çıxarılan  konsentrasiyası  (məsələn, 
metallar,  bəzi  xlorüzvi  birləşmələr  və  s.)  ətraf  mühitdəkindən 
bir neçə tərtib yüksək ola bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə