98
çevirərək dibinə yağ atırlar. Sonra birinci suyu az-az onun üzərinə tökürlər,
Beləliklə, halva qay-nayıb qazmaq bağlaya-bağlaya çevrilir və qazmaq bağladıqca
onu çıxardaraq, bir qaba yığırlar. Buna hil, mixək, zəncəfil, istiot, Ģərbət və darçın
qataraq qarıĢdırırlar. Alınan qarıĢığı xırda-xırda, 100-120 q-lıq kündələr Ģəklində
göturüb əldə yumrulayaraq üzərinə qoz ləpəsi yapıĢdırırlar. Beləliklə, bütün xəmir
qazmaq halına gətirilərək halva halına salınır.
QUYMAQ. Quymaq üçün tavaya yağ töküb, qaynamağa baĢlayarkən
üzərinə sarıkök ilə unu qarıĢdıra-qarıĢdıra tökürlər. Halvaya nisbətən bunun unu az
olur, burada un yağın içərisində qaynaraq qızarır. Bunun üzərinə qaynar su töküb
zəif od üzərinə qoyur, arabir yoxlayırlar. Hərgah qazmaq bağlayıbsa, ərsinlə altını
üstə, üstünü alta çevirirlər. Quymaq tam hazır olanda qablara çəkib üzərinə darçın
ilə Ģəkər tozu tökürlər.
PAXLAVA. Paxlavanın xəmirini un, yağ, acı xamra və su ilə yoğururlar.
Xəmir gələndən (yetiĢəndən) sonra xırda kündələr hazırlayırlar. BiĢirilən qabın
içərisinə yağ sürtüb birinci yuxa ora sərilərək onun da üzərinə yağ sürtülür, sonra
ikinci yuxa sərilir. Bunun üzərinə isə qabaqcadan hazırlanmıĢ iç (qoz, Ģəkər,
darçın, hil, mixək, sarıkök qarıĢığı) tökərək yayırlar. Daha sonra üçüncü yuxa
yayılır və üzərinə iki qaĢıq yağ çəkilərək iç tökub yayırlar. Beləliklə, bütün yuxalar
eyni halda sərilir. Sonuncu iki yuxanı isə bunların üzərinə sərirlər. Alınan paxlava
kütləsini bıçaqla fal-fal, paxlava Ģəklində kəsərək, hər tikə (fal) paxlavanın üzərinə
ya bir para fındıq və ya mixək sancılır. Paxlava kəsilməmiĢdən üzərinə zəfəranlı
yumurta sürtülür. Sonra od üzərinə qoyulur, ocaqdan götürülənə yaxın üzərinə
Ģəkər Ģərbəti tökülüb beĢ dəqiqədən sonra götürülür.
QOBUT. Buğdanı yuyub qurudandan sonra qovrurlar, sonra onu əl
daĢında çəkib qovut edir, üzərinə bəzən doĢab töküb yeyirlər. Amma çox vaxt
Ģəkər tozu qatırlar.
BALIQDAN HAZIRLANAN XÖRƏKLƏR
QIZIL BALIQ. Qızıl və azatmayı balıqlarından gözəl kabab olur. Onu
tavada qızardırlar və bir də döĢəmə-plov ilə biĢirirlər. Yeyərkən üzərinə əsasən
turĢ nar sıxırlar və ya sirkə-badımcanla və baĢqa xuruĢlarla yeyirlər.
ZĠYAD BALIĞI. Ziyad balığı təmizləyib içərisinə qabaqcadan
hazırlanmıĢ ləvəngi ilə (qoz, soğan, duz və istiot qarıĢıq) qarnını, qulaqlarını,
ağzını doldurub isti təndirdə biĢirirlər. Ziyad balığından kabab, tavada biĢmiĢ,
qurudulmuĢ və Ģor balıq halında da istifadə edilir. Ziyaddan biĢən bütün növləri
çörək və plovla yeyirlər.
XƏġƏM BALIĞI. XəĢəm balığı ziyad balığından yağlı olur. Bundan da
ləvəngi balıq hazırlanır. Quru, duzlanmıĢ Ģəklində yeyilir, habelə kabab edilir.
Onun bütün biĢmiĢ növləri plov və çörəklə yeyilir.