www.vivo-book.com
715
Ġkinci mərtəbə elə hündürdəydi ki, əlində məktubla
bağçada, cökə ağaclarının altında gəziĢən Jülyen pəncərədən
madmazel de La-Mollu görə bilməzdi. Qız da onu görə
bilməzdi – baĢları məxsusi vurulmuĢ cökə ağacları onu
gizlədirdi.
“Mən neynirəm? – qəfildən Jülyen acı-acı düĢündü. –
Bu nə ehtiyatsızlıqdır?! Əgər bu sevgi məsələsi oyundursa,
onda
mənim
burada
əlimdə məktub gəziĢməyim
düĢmənlərin oyununa getməkdi”.
Qrafa Norberin otağı bacısının otağının düz üstündə
yerləĢirdi və Jülyen cökə ağaclarının yaĢıl talvarı altından
çıxsa, qraf və dostları onu asanca müĢahidə edə bilərdilər.
Madmazel de La-Moll pəncərədə göründü. Oğlan
məktubun ucunu qıza göstərdi, Matilda baĢını tərpətdi.
Jülyen əsas pilləkənlərlə otağına tərəf qaçanda gözəl
Matildayla üz-üzə gəldi. Qız məktubu sakitcə onun əlindən
alaraq, gülən gözlərlə ona baxdı.
“Yazıq xanım Renalın gözləri sevgi ilə dolu olurdu –
Jülyen düĢündü. – Hətta biz onunla yaxın olandan yarım il
keçəndən sonra da o məktubları mənim əlimdən necə utana-
www.vivo-book.com
716
utana alırdı. O, bircə dəfə də mənə baxanda gözləri
gülməmiĢdi”.
Jülyen bu barədə çox düĢünmək istəmədi, deyəsən, o öz
xatirələrindən utanırdı. “Amma doğrudan da necə böyük
fərq var – fikirlərsə ondan əl çəkmirdi. – Bər-bəzəkdən
tutmuĢ, davranıĢa qədər hər Ģeyləri çox fərqlidi. Matildanı
otuz addımlıqdan görən zövqlü adam o dəqiqə qızın hansı
təbəqəyə məxsus olduğunu baĢa düĢər. Doğrudan da, qızın
bu keyfiyyətinə Ģübhə etmək mümkün deyil”.
Jülyen öz fikirlərinin sonuna kimi arabir zarafatyana da
olsa, bir Ģeyi etiraf etməkdən çəkinirdi – axı xanım Renalın
onun uğrunda qurban verə biləcəyi markiz de Kruazenası
yox idi. Jülyenlə rəqabətə girə biləcək tək insan – prefekt
köməkçisi, Mojironların hamısı öldüyünə görə özünü de
Mojiron adlandıran o mənhus cənab ġarko idi.
Günorta saat beĢdə Jülyen üçüncü məktubu aldı.
Məktubu qız ona kitabxananın düz qapısı ağzında atıb,
qaçaraq getdi.
“Bu nə məktublaĢma həvəsidir?! – Jülyen gülərək
düĢündü. – Üz-üzə danıĢmaq daha sadə olmazdımı? Aydın
www.vivo-book.com
717
məsələdi ki, bunlara mənim məktublarım lazımdır,
vəssalam”.
Oğlan tələsmədən məktubu açdı.
“Yenə də bu gözəl ifadələr... – oğlan düĢündü, amma
məktubu oxuyanda onun rəngi ağardı. Burada cəmi səkkiz
sətirlik mətn vardı: “Mən sizinlə danıĢmalıyam. Mütləq bu
axĢam danıĢmalıyam. Gecə saat bir olan kimi bağçaya çıxın.
Bağbanın hündür nərdivanı quyunun kənarındadı, onu
götürün, pəncərəyə dayayıb, mənim otağıma çıxın. Ġndi
aydınlıqdı, hər Ģey görünür, amma eybi yoxdu”.
XV
DEYƏSƏN, BU OYUN DEYĠL AXI?!
İlahi, cəsarətli hədəfi onun həyata keçməsindən ayıran
zaman kəsiyi necə də əzablıdır! Nə qədər əbəs qorxular var!
Nə qədər tərəddüd var! Oyuna həyatını, hələ üstəlik, bundan
daha artığını – şərəfini qoymusan!
www.vivo-book.com
718
Şiller
“Məsələ ciddiləĢir, – Jülyen düĢündü. – Nəsə, bu
məsələ ikibaĢlı iĢə oxĢamır. – O, bir az düĢünəndən sonra
öz-özünə dedi. – Bu necə ola bilər? Bu gözəl qız mənimlə
kitabxanada danıĢmaq istəyir, özü də sərbəst Ģəkildə, çünki
haqq-hesablarla zəhləsini tökməyim deyə, markiz heç vaxt
kitabxanaya girmir. Bura ancaq xanım de La-Moll və qraf
Norber gələ bilər, amma onlar da gün uzunu evdə olmur, evə
gəlməklərini də izləmək olduqca asandır. Və arxasınca
Ģahzadələr sürünən gözəl Matilda məni belə bir dəhĢətli
ehtiyatsızlığa sövq eləyir! Aydın məsələdi – məni ya tezcə
məhv eləmək, ya da gülünc hədəfinə çevirmək istəyirlər.
Əvvəl bunu məktublar vasitəsilə eləmək istədilər, amma
mənim yazdıqlarım həddən artıq ehtiyatlı məktublar oldu.
Ġndi bunlar məni geriyə yolu olmayan bir hərəkətə sövq
eləmək istəyirlər. Deyəsən, bu cənablar məni ya tamamilə
axmaq, ya da yüngülbeyin cavan oğlan hesab eləyirlər.
Lənətə gələsiniz! Ġndi gecə həddən artıq iĢıqlı olur, ay hər
www.vivo-book.com
719
yerə iĢıq salır, mənsə iyirmi beĢ futluq beletaja
dırmaĢmalıyam! Ġlahi, qonĢu evlərdən məni dərhal görə
bilərlər! Hə, o pilləkənlərdə mən əla görünəcəm!
Jülyen fit çala-çala otağına gedib, yol sandığını
yığıĢdırmağa baĢladı. Qərara gəlmiĢdi ki, Matildaya cavab
verməsin. Amma bu müdrik qərar onun qəlbini sakitləĢdirə
bilmədi.
Oğlan sandığının qapağını örtəndə düĢündü:
“Birdən, Matilda ciddi olsa, necə? Belə olsa, mən onun
gözündə ən qorxaq adam olacağam. Mənim əsil-nəcabətim
yoxdur, deməli, əvəzimə danıĢa biləcək əsl keyfiyyətlərə
sahib olmalıyam”.
Jülyen öz otağında o baĢ-bu baĢa gedib-gəlməyə
baĢladı. Aradan on beĢ dəqiqə keçmiĢdi.
“Burada daha düĢünməli bir Ģey yoxdu – nəhayət, o öz-
özünə dedi. – Aydın məsələdi, o məni qorxaq hesab edəcək.
Və mən nəinki hersoq Retsin ziyafətində deyildiyi kimi,
kübar cəmiyyətin ən gözəl qızından məhrum olacam, həm
də mənim uğrumda gələcək hersoq, əvəzolunmaz cavan
oğlan markiz de Kruazenuanın qurban veriləcəyini görmək
Dostları ilə paylaş: |