www.vivo-book.com
820
lələyini kağızın üzərində gəzdirirdi. – Sərrast deyilmiĢ bircə
kəlmə sözlə o bu hoqqabazın iyirmi oyununu puç eləyə
bildi”.
– Biz yeni hərbi hücumlar məsələsində təkcə
yadellilərə ümid ola bilmərik, – markiz arxayınlıqla deyirdi.
“Qlob”a çılğın məqalələr yazan bu gənclik bizə üç-dörd min
cavan komandir verə bilər. Bəlkə də onların arasından bu
dəfə daha alicənab olacaq Kleberlər, QoĢlar, Jurdanlar,
PiĢeqryular çıxacaq.
– Biz onu Ģöhrətlə təmin etmək barədə düĢünmədik, –
iclas sədri dedi. – Onun adını əbədiləĢdirmək lazım idi.
– Axır ki, Fransada iki partiya olmalıdı, biz buna
çalıĢmalıyıq – markiz de La-Moll davam elədi. – Amma bu
partiyalar təkcə fərqli adlarına görə deyil, qətiyyətlərinə,
dəqiq sərhədlərinə görə fərqli partiyalar olmalıdır. Biz kimi
əzməli olduğumuzu müəyyən eləməliyik. Bir tərəfdən
jurnalistlər, seçicilər, bir sözlə ictimai rəy – gənclik və
onlara heyran olanlar var. Hələ ki, onlar boĢ-boĢ sözlərlə
özlərini ovutsunlar, cənablar, üstünlük bizim əlimizdədir.
Biz büdcəni idarə edirik.
www.vivo-book.com
821
Onun sözünü yenə kəsdilər.
– Siz, cənab, – markiz de La-Moll onun sözünü kəsən
adama olduqca təmkin, nəzakət, amma təkəbbürlə müraciət
elədi, – əgər mənim sözlərimdən inciyirsinizsə, onda,
deməli, büdcəni idarə eləmirsiniz, sadəcə, ildə dövlət
büdcəsindən qırx min frank yeməklə məĢğulsunuz. YaxĢı
cənab, bir halda ki, siz məni buna məcbur edirsiniz, mən
çəkinmədən sizi nümunə göstərmə cəsarətini özümdə
taparam. Sizin Müqəddəs Lüdovikin arxasınca xaç yürüĢünə
çıxan möhtərəm əcdadlarınız kimi, siz bu yüz iyirmi min
frankın qarĢılığında qarĢımıza ən azı bir alay
çıxartmalıydınız. YaxĢı, heç olmasa, bir qoĢun, heç olmasa
yarım qoĢun, yaxĢı, heç olmasa, hərbi məqsədlər uğrunda
ölümü gözə alan əlli nəfər. Bəs hanı sizin adamlarınız? Sizin
təkcə xidmətçiləriniz var ki, onlar da üsyan olacağı təqdirdə
qorxudan özləri sizi öldürərlər. Taxt-tac, kilsə, zadəganlıq –
əgər siz zəhmət çəkib, hər departamentdə əlli nəfər sadiq
əsgərdən ibarət dəstə saxlamasanız, bunların hamısı sabah
bir günün içində məhv ola bilər, cənablar. Özü də mən təkcə
fransız Ģücaətiylə deyil, həm də ispan möhkəmliyilə sadiq
www.vivo-book.com
822
əsgərlərdən danıĢıram. Bu adamlardan yarısını bizim
oğullarımız, bacılarımızın, qardaĢlarımızın oğulları, bir
sözlə, zadəgan oğulları təĢkil eləməlidi. Onlardan hər birinin
də yanında min səkkiz yüz on beĢinci il təkrar olunacağı
təqdirdə ancaq baĢlarına üçrəngli kokard qoyub, boĢ-boĢ
danıĢacaq meĢĢan gənci deyil, Katelino kimi təmizürəkli,
sadə bir kəndli balası olmalıdı. Bizim zadəgan oğullarımız
onların hamisi olmalıdı, hətta daha yaxĢı olardı ki, onlar süd
qardaĢı olsunlar. Qoy bizlərdən hər birimiz hər bir
departamentdə beĢ yüz nəfərdən ibarət bir dəstə saxlamaq
üçün illik gəlirinin beĢdə birini sərf eləsin. Bunu eləyəndən
sonra xarici hücumlar barədə cəsarətlə fikir yürütmək olar.
Yadelli əsgər hər departamentdə beĢ yüz nəfər silahlı
dostunun olduğunu bilməsə, o heç vaxt Dijona qədər də
gedə bilməz. Nə qədər ki, siz əlinə silah götürüb, Fransanın
qapılarını onların qarĢısında açmağa hazır olan iyirmi min
zadəganın olduğunu əminliklə deyə bilmirsiniz, əcnəbi
krallar sizə qulaq asmayacaqlar. Deyəcəksiniz ki, bu – ağır
öhdəlikdir. Amma cənablar, nəzərə alın ki, bu bədəli
ödəməklə biz özümüzü xilas eləyirik. Ġndi biz zadəganlarla
www.vivo-book.com
823
azad mətbuat arasında ölüm-dirim müharibəsi gedir. Qərar
verin – siz ya zavod sahibi, ya kəndli olmalı, ya da əlinizə
silah almalısınız. Əgər çəkingənlik sizi rahatladacaqsa,
çəkinin, amma mən sizə axmaq olmayıb, gözlərinizi açmağı
məsləhət görürəm. Yakobin mahnısında deyilən kimi
“batalyonlarda düzlənin” – sizə ancaq bunu deyə bilərəm.
Belə olanda, monarxiya sütunları üçün qaçılmaz təhlükə
olduğunu hiss eləyən Qustav Adolf öz malikanəsindən üç
yüz lye uzağa atılıb, Qustavın protestant knyazları üçün
elədiklərini sizin üçün eləyər. Yoxsa əllərinizi əllərinizin
üstünə qoyub, boĢ-boĢ söhbət eləmək sizin xoĢunuza gəlir?
Aradan beĢ yüz il keçəcək və Avropada ancaq respublikalar
və prezidentlər olacaq, bircə nəfər kral da qalmayacaq. Bu
dörd hərflə K-R-A-L-la birlikdə kilsə xadimləri və
zadəganlar da yer üzündən silinəcək. Onda biz çoxluğun
qarĢısında əzilib-büzülən namizədlərə baxıb xoĢhal olacağıq.
Bu dəqiqə Fransada hamının tanıyıbsevdiyi məĢhur
generalın olmadığı, Avstriya və Prussiya alayında barıt
iyləyən əlli nəfər unter olduğu halda bizim ordumuzun
kralın taxt-tacını qorumaq üçün əldən-ayaqdan getdiyi
www.vivo-book.com
824
barədə çox çərənləmək olar. Xırda burjuaziyadan çıxmıĢ iki
yüz min gənc müharibə arzusundadır.
– Bu qədər acı həqiqət bəs eləmədimi? – deyəsən,
ruhani zümrəsində xüsusi hörməti olan vacib bir Ģəxs
təkəbbürlə onun sözünü kəsdi. Cənab de La-Moll
əsəbiləĢmək əvəzinə, onun üzünə gülümsədi və bu Jülyenə
olduqca qəribə göründü.
– YaxĢı, bu qədər acı həqiqət bəsdi, gəlin nəticə
çıxaraq, cənablar. Qanqrenli ayağı kəsilməli olan adam öz
cərrahına ayağının tamam sağlam olmasını iddia eləməyinin
heç bir xeyri yoxdur. Ġfadəmə görə məni bağıĢlayın,
cənablar – alicənab hersoq da bizim cərrahımızdır.
– Axır ki, o mətləb üstünə gəldi, – Jülyen düĢündü. –
Deməli, bu gecə mən birbaĢa ..... gedirəm?
XXIII
Dostları ilə paylaş: |