www.vivo-book.com
12
Valnonun qənaətinə görə – bu bulvar Ledəki Sen-Jermen
bulvarından bir addım da geridə qalmır.
Mənə qalsa, Sədaqət Xiyabanının – bu rəsmi adı
bulvarın on beĢ-iyirmi yerində, cənab Renala daha bir orden
qazandıran iri mərmər lövhələrdə oxuya bilərsiniz – bircə
qüsurundan Ģikayətlənə bilərəm ki, bu da vəhĢicəsinə
nəhəng çinar ağaclarıdır: rəhbərliyin əmrinə əsasən tez-tez
bu ağacları amansızcasına qırxıb-tökürlər. Həmin ağaclar ən
bəsit, fağır bostan tərəvəzlərinə oxĢamaqdansa, özlərinin
Ġngiltərədəki qardaĢlarına xas azad və gözəl biçimlərdə ola
bilərdi. Amma cənab merin sözü qanun olduğuna görə,
ictimaiyyətə məxsus olan bu ağacların hamısı ildə iki dəfə
qəddar amputasiyaya məruz qalır. Yerli liberallar deyirlər ki
– düzdü, bu söhbətlər biz az ĢiĢirdilib – cənab vikar Maloy
ağacların kəsilmiĢ tör-töküntüsünə əl qoyandan bəri Ģəhər
bağbanının əli daha da qəddarlaĢıb.
Bu gənc din xadimi bir neçə il əvvəl, abbat ġelan və
bu həndəvərdəki bir neçə yerli loğmana nəzarət eləmək üçün
Bezansondan göndərilmiĢdi. Veryerdə qocalığını keçirməyə
gəlmiĢ italyan hərəkatının iĢtirakçısı, cənab merin sözlərinə
www.vivo-book.com
13
görəsə bir vaxtlar eyni zamanda həm yakobinçi, həm də
bonapartçı olan qoca alay loğmanı bir dəfə necə olmuĢdusa,
ağacların mütəmadi Ģikəst edilməsinə görə özündə merə
narazılığını bildirmək cəsarəti tapmıĢdı.
Cənab Renal səsindəki həmiĢəki yekəxanalıq
ahəngiylə – belə ahəng adama adətən Fəxri Ordu ordeninə
layiq görülmüĢ alay həkimiylə danıĢanda lazım olur – ona
cavab vermiĢdi:
– Mən də kölgələri sevirəm, özüm də əmr verirəm ki,
ağacları kölgə sala biləcək Ģəkildə budasınlar. Bir də baĢa
düĢmürəm, əgər bütün ağaclar məsələn, qoz ağacı kimi gəlir
gətirmirlərsə, onlar daha nəyə lazımdı?
Bax, budur o! Veryerdə hər Ģeyi həll etməyə qadir
olan böyük söz: gəlir gətirmək! Buradakı əhalinin dörddə
üçünün bütün fikri-zikri bunda, məhz bundadır – nədənsə
gəlir götürməkdə.
Gəlir götürmək – gözünüzə bu qədər gözəl görünən
bu Ģəhərdə hər Ģeyi idarə edən ehtirasın adı budur. ġəhərin
baĢına dolanan sərin, geniĢ vadilərin gözəlliyinə məftun
olmuĢ səyahətçiyə əvvəlcə elə gəlir ki, buradakı insanlar
www.vivo-book.com
14
gözəllik aĢiqidirlər – düzdü, onların gözəlliyə qiymət
verdiyini inkar eləmək olmaz, axı mehmanxana saxlayan
sahibkarları varlandıran turistləri bu yerlərə cəlb edən də
məhz bu gözəllikdi.
Bir dəfə, günəĢli bir payız günündə cənab Renal
xanımıyla Sədaqət Xiyabanında gəziĢirdi. Xanım Renal
vacib bir sifət alıb, ağzı qızıĢan ərinə qulaq asa-asa üç
oğlanın hərəkətlərini narahatlıqla seyr edirdi.
Oğlanların arasında yaĢca ən böyüyü – onun
təxminən on bir yaĢı olardı – yuxarı dırmaĢmaq məqsədilə
elə hey parapetə sarı qaçırdı. Onda zərif bir səs Adolf deyə
çağırır və oğlan tezcə özünün cəsarətli məqsədindən
daĢınırdı. Xanım de Renalın hardasa otuz yaĢı olsa da, o hələ
çox qəĢəng idi.
– O Parisli daqqa hələ çox peĢman olacaq – cənab
Renal hörmətsizliyə məruz qalıbmıĢ kimi bir ahənglə
danıĢırdı, onun avazımıĢ yanaqlarının dərisi daha da
ağarmıĢdı. – Mənim sarayda da əlaqələrim var...
Düzdü, sizə bu əyalət barədə hələ düz iki yüz
səhifəlik məlumat verəcəm, amma mən əyalət insanlarının
www.vivo-book.com
15
uzun və usandırıcı dialoqlarıyla oxucunun zəhləsini tökəcək
qədər də qəddar adam deyiləm.
Merin o qədər nifrət elədiyi həmin Parisli daqqa iki
gün əvvəl təkcə həbsxana və Veryer Xeyriyyə Evinə deyil,
üstəlik cənab mer baĢda olmaqla Ģəhərin adlı-sanlı
mülkiyyətçilərinin himayəsində yerləĢən xəstəxanaya
burnunu soxmağa nail olmuĢ cənab Apper idi.
– BaĢa düĢmürəm, əgər siz kasıbların varidatıyla belə
incə xeyirxahlıqla davranırsınızsa, o parisli cənab sizə nə
edə bilər? – xanım Renal ehtiyatla soruĢdu.
– O, bura elə ona görə gəlib ki, bizim baĢımızı
piyləsin, sonra da gedib liberal qəzetlərdə axmaq-axmaq
məqalələr yazsın.
– Dostum, axı siz o məqalələri heç vaxt
oxumursunuz?
– Amma bizə həmiĢə o yakobinçi məqalələr barədə
xəbərdarlıq eləyirlər. Bunların hamısı bizim diqqətimizi
www.vivo-book.com
16
yayındırır və xeyir əməllərimizə mane olur. Özümə gəlincə,
bunu heç vaxt bizim küre
4
yə bağıĢlamaram.
III
KASIBLARIN VARĠDATI
Tanrının bir kəndə ən böyük lütfü, hər hansı
çəkişmələrdən uzaq, xeyirxah küredi...
Fleri
Gərək qeyd eləyim ki, Veryerin bu dağların Ģəfalı
havası hesabına dəmir kimi möhkəm sağlamlığını və
dəmirdən də möhkəm iradəsini qoruyub saxlamıĢ səksən
yaĢlı küresinin istənilən vaxt həbsxanaya, xəstəxanaya və
4
Küre – Fransada katolik kilsə xadimi, keşiş
Dostları ilə paylaş: |