www.vivo-book.com
167
“Yox, bu qadın mənə üstdən aĢağı baxa bilməz!” o
düĢündü – “Əgər belədirsə, onda bu xanımın gözəlliyinin
qarĢısında dirənmək üçün heç bir səbəb yoxdu. Özü də əgər
mən özümə hörmət eləmək istəyirəmsə, onun sevgilisi
olmalıyam”.
Əgər o öz dostunun sadəlövhcəsinə nağıl elədiyi
sevgi əhvalatlarını eĢitməsəydi, bu fikir onun ağlına
gəlməzdi.
Bu qəfil qərar ona elə təsir elədi ki, düĢündü:
“Bu qadınlardan biri mütləq mənim olmalıdır!” Bunu
özlüyündə deyəndə, qəfildən fikirləĢdi ki, xanım Dervillə
dilxoĢluq eləmək onun daha çox xoĢuna gələrdi. Ona görə
yox ki, onun bu qadından xoĢu gəlirdi. Sadəcə, xanım Dervil
onu eləcənə mürəbbi kimi tanıyırdı, daha xanım Renal kimi
oğlanı ilk dəfə qoltuğunda mahud gödəkcəsini tutmuĢ halda
görməmiĢdi.
Amma xanım Renal bu dəqiqə onların qapıları
önündə dayanıb, qulaqlarına qədər qızara-qızara zəngi
vurmağa ürək eləməyən həmin gənci xatırlayıb, sevgiylə
gülümsədi.
www.vivo-book.com
168
Öz addımlarını götür qoy eləyən Jülyen əmin oldu ki,
xanım Dervillə bağlı ümidlərinin üstündən xətt çəkməlidi,
çünki çox yəqin ki, bu qadın xanım Renalın ona qarĢı laqeyd
olmadığını hiss eləyir.
Beləliklə, o çar-naçar xanım Renalı seçməliydi. “Bəs
mən bu qadın barədə nə bilirəm ki?” o düĢündü. “Bircə bunu
bilirəm ki, buradan gedənə qədər mən onun əlini əlimə
alırdım, o əlini çəkirdi. Ġndi mən əlimi çəkirəm, o mənim
əlimi əlinə alır. YaxĢı fürsət düĢüb əlimə, mənə üstdən aĢağı
baxdığına görə ondan qisas ala bilərəm. Allah bilir, onun nə
qədər sevgilisi olub! Yəqin məni də ona görə seçib ki,
mənimlə görüĢmək daha rahat olacaq?”
Sivilizasiyanın həddən artıq olmasının dərdi də elə
budur. Təhsil görmüĢ iyirmi yaĢlı gəncin ruhu hər cür
səbəbsizlikdən min arĢın uzağa qaçır, bu olmadansa sevgi ən
darıxdırıcı öhdəçiliyə çevrilir.
“Mən bu qadının sevgisini həm də ona görə
qazanmalıyam ki, gələcəkdə kimsə keçmiĢdə mənim
mürəbbi olduğumu üzümə vursa, sevgi xatirinə bu iĢə
www.vivo-book.com
169
razılaĢdığımı bəhanə gətirə bilim” – Jülyenin xırdaçı
Ģöhrətpərəstliyi onun qulağına bunları pıçıldayırdı.
Jülyen əlini bir də qadının əlindən çəkdi, sonra özü
xanım Renalın əlindən yapıĢıb sıxdı.
Onlar gecəyarısı qonaq otağına qalxanda xanım
Renal sakitcə onun qulağına dedi:
– Siz, doğrudan, bizi tərk eləyirsiniz? Doğrudan,
gedəcəksiniz?
Jülyen ah çəkərək, dedi:
– Mən getməliyəm, çünki mən sizə dəlicəsinə
vurulmuĢam, gənc rahib üçün bağıĢlanmaz günahdır!
Qəfildən xanım Renal onun əlinə elə ehtirasla sığındı
ki, özü də bilmədən yanağını Jülyenin isti yanağına
toxundurdu.
Bu iki adam həmin gecəni necə də fərqli yaĢadı!
Xanım Renal ehtirasın ən ali mərtəbəsində özünü xoĢbəxt
hiss eləyirdi. Nazlı-qəmzəli, təzə-təzə vurulan gənc qızlar
tədricən sevgi həyəcanlarına öyrəĢir və əsl ehtirası duya
biləcək yaĢa çatanda onlar üçün heç bir yenilik hissi qalmır.
Amma heç vaxt sevgi romanları oxumayan xanım Renal
www.vivo-book.com
170
üçün indi hər Ģey təptəzəydi. Nə heç bir acı həqiqət, nə də
gələcəyin hansısa kölgəsi onun hisslərinə təsir eləmirdi. Ona
elə gəlirdi ki, aradan on il keçəcək və o özünü yenə də
bugünkü kimi xoĢbəxt hiss eləyəcək.
Hətta bir neçə gün əvvəl xanım Renala əzab verən
əxlaq və sədaqət andı qarĢısında qorxusu belə ondan yan
keçdi – qadın vaxtsız gələn qonaq sayaq bu hisslərdən
qurtuldu.
“Mən icazə vermərəm ki, aramızda nəsə olsun. Biz
Jülyenlə bu aya kimi necə yaĢamıĢdıqsa, eləcə də
yaĢayacağıq. O mənim dostum olacaq, vəssalam” – xanım
Renal öz-özünə təkrarlayırdı.
XIV
ĠNGĠLĠS QAYÇISI
On altı yaşlı qızların yanaqları qızılgül kimi olsa da,
yenə də allanır.
www.vivo-book.com
171
Polidori
Jülyenə gəlincə, Fukenin təklifindən sonra o özünü
olduqca bədbəxt hiss eləyirdi – oğlan qəti qərara gələ
bilmirdi.
“Ġlahi, deməli, mən o qədər də möhkəm deyiləm,
mənim iradəm çatmır! Məndən Napoleona əsgər olmazdı!
Amma ən azından, ev sahibəsi bir müddət mənim könlümü
əyləndirə bilər” – o düĢünürdü.
XoĢbəxtlikdən məsələləri özü üçün belə sıralamağı
onun əsl ruhi vəziyyətilə üst-üstə düĢmürdü. Təzə yay donu
geyinmiĢ xanım Renalın gözəlliyi onu qorxudurdu. Bu paltar
hətta Parisdə belə onun ağlını baĢından alardı. Qüruru imkan
vermirdi ki, taleyini təsadüflərə həvalə eləsin, ya da çətin
anlarda onu vəziyyətdən çıxaracaq iti ağlına ümid eləsin.
Fukenin danıĢdıqlarından və Bibliyadan oxuduğu sevgi
hekayətlərindən nəticə çıxararaq o özü üçün diqqətlə
iĢlənmiĢ qəti plan cızmıĢdı.
Dostları ilə paylaş: |