www.vivo-book.com
463
rahiblərindən biri merə məktub yazdı, mersə öz növbəsində
Jülyen üçün yazıb imzaladığı və təkcə səyahət edənin adının
yerini boĢ saxladığı yol icazəsini öz əliylə yepiskop sarayına
gətirdi.
Gecə saat on ikidə Jülyen dostu Fukenin yanına getdi, o
isə əsl ağlı baĢında olan adam kimi, eĢitdiyi təzə xəbərə –
dostunun qarĢısında açılan geniĢ üfüqlərə heyran qalmaq
əvəzinə təəccübləndi.
– Bu məsələnin axırı onunla qurtaracaq ki, sənə nəsə bir
xəzinə iĢi verəcəklər, – liberalların tərəfdarı olan dostu dedi,
– bunun da axırı o olacaq ki, sən elə bir çirkli iĢə
bulaĢacaqsan ki, xəbərlərini qəzetlərdən oxuyacağıq. Mən
sənin xəbərini sən ancaq buralarda biabır olanda eĢidəcəm.
Bu sözləri yadında saxla. Lap pul məsələsində də sənin
burada qalıb halal odun alveri eləyərək ildə yüz luidor
qazanmağın, öz iĢinə özünün ağalıq eləməyin daha yaxĢıdı,
nəinki hakimiyyətdən – qoy onun baĢında lap Süleyman
Ģahın özü dayansın – ildə dörd min frank almaq.
Amma Jülyen bu mülahizələrdə əyalətdə yaĢayan varlı
adamın xırdaçı məhdudluğunu gördü. Axır ki, ona böyük
www.vivo-book.com
464
hadisələrin baĢ verdiyi meydana çıxmaq imkanı verilirdi.
Ona toxluğa bu qədər əmin olmaq əvəzinə daha çox geniĢ
imkanlar lazım idi. Ġndi içində bir damcı da olsun, acından
ölmək qorxusu yox idi. Oğlanın nəzərində ağıllı, hiyləgər,
amma Bezanson, ya da Aqda yepiskopu qədər nəzakətli
adamlarla dolu olan Parisdə yaĢamaq hər Ģeyi kölgədə qoya
biləcək bir xoĢbəxtlik idi.
O, dostuna dedi ki, indi öz xoĢuyla deyil, abbat Pirarın
göstəriĢiylə hərəkət eləyir.
Səhəri gün, o özünü dünyanın ən xoĢbəxt adamı kimi
hiss eləyərək Veryerə getdi – oğlan xanım Renalı görməyə
ümid eləyirdi. Amma o əvvəlcə özünün xeyirxahına, qoca
abbat ġelana baĢ çəkdi. Abbat onu qaĢqabaqla qarĢıladı.
– Siz özünüzü az da olsa, mənə borclu hesab
edirsinizmi? – oğlanın salamını belə cavabsız qoyan abbat
ġelan soruĢdu. – Ġndi siz mənimlə səhər yeməyi
yeyəcəksiniz, bu müddət ərzində atınızı gətirəcəklər, siz də
səhər heç kimlə görüĢmədən Veryerdən çıxıb gedəcəksiniz.
Jülyen əsl seminariya tələbəsinə xas olan təvazökar
ifadəylə:
www.vivo-book.com
465
– EĢitdimsə, əməl eləməliyəm! – dedi.
Onlar sonrakı söhbətində dindən və latın kəlamlarından
baĢqa heç bir Ģeydən danıĢmadılar.
Jülyen atın belinə sıçrayıb, bir lye yol gedəndən sonra
meĢə talasına çıxdı: ətrafa göz gəzdirib, həndəvərdə heç
kimin olmadığını görəndən sonra meĢənin dərinliyinə getdi.
GünəĢ qüruba əyiləndə o atı qabağına çıxan bir kəndliyə
tapĢırdı, sonra üzüm bağına girib, sahibinə yalvardı ki,
nərdivanı ona satsın. Üzümlük sahibi nərdivanı satandan
sonra Veryerdəki Sədaqət Xiyabanına qədər oğlana kömək
etməyə də razılaĢdı.
– Mən özüm də bədbəxtin, qaçaqmalçının biriyəm, –
kəndli oğlanla sağollaĢanda dedi. – ƏĢi, mənə nə var e!
Nərdivanın pulunu artıqlamasıyla ödədiniz. Mənim özümün
də həyatımda elə anlar olub ki, dünyaya dəyər!
Gecə elə qaranlıq idi ki, göz-gözü görmürdü. Saat bir
olanda Jülyen çiynində nərdivanla Veryerə girdi. O tezcə
cənab Renalın gözəl bağından keçən çayın kənarına düĢdü.
Jülyen nərdivanını divara dirəyib yuxarı qalxdı.
www.vivo-book.com
466
“Birdən məni bağda itlər qarĢılasa, nə olacaq? – o
düĢündü. – Hər Ģey bundan asılıdı”.
Ġtlər hürüĢəndə oğlan astadan fit çaldı, itlər onu tanıdı
və gəlib Jülyenə yaltaqlanmağa baĢladılar.
Hündür, dəmir hasarın bütün çıxacaqları bağlı olsa da,
oğlan birtəhər xanım Renalın yataq otağının pəncərəsinə
çatdı. Bağçaya baxan pəncərə yerdən doqquz-on fut
hündürlükdəydi.
Pəncərə qapaqlıqlarında Jülyenə yaxĢı tanıĢ olan,
ürəkĢəkilli əl yeri vardı. Amma bədbəxtlikdən indi bu əl
yerinə otaqdakı zəif fənərin iĢığı düĢmürdü.
– Ġlahi! – oğlan düĢündü. – Bu gün xanım Renal öz
otağında yatmayıb! Bəs o harda yata bilər? Ailə Veryerdədi,
yoxsa bu itlərin burada nə iĢi vardı? Axı otaqda iĢıq
yoxdusa, kim mənə zəmanət verir ki, otağa girəndə orada
cənab Renalla, ya da baĢqa yad bir adamla üz-üzə
gəlməyəcəm. Aləm dəyəcək bir-birinə!
Ġndi ən ağıllı hərəkət burdan çıxıb getmək ola bilərdi,
amma Jülyen bu barədə düĢünmək də istəmirdi.
www.vivo-book.com
467
– Əgər orada baĢqa adam olsa, nərdivanı da atıb, qaçıb
aradan çıxaram. Amma otaqda onu görsəm – görəsən, məni
necə qarĢılayacaq? Axı o indi tövbə eləyib, özü də yaman
dinə-imana gəlib – buna Ģübhəm yoxdu. Amma əgər o hələ
də mənə məktub yazırsa, deməli, məni birdəfəlik yaddan
çıxartmayıb...
Axırıncı fikir onu cəsarətə gətirdi.
Ürəyi tir-tir əssə də, ya həlak olmağını, ya da o qadınla
görüĢməyini qərara alıb pəncərə qapaqlarını daĢlamağa
baĢladı. Cavab gəlmədi. O, nərdivanı pəncərənin qırağına
dayayıb, pəncərəni yavaĢ-yavaĢ, sonra bərkdən döyməyə
baĢladı.
“Ġndi nə qədər qaranlıq olsa da, məni gülləylə vurmaq
su içimi qədər asandı”. – Jülyen düĢündü.
Bunu düĢünəndə bayaqdan özünə cəsurluq kimi
görünən hərəkəti indi ona ağılsızlığın son həddi kimi gəldi.
– Ya bu otaqda heç kim yoxdu, ya da burada yatan
adam artıq oyanıb, odur ki, daha ondan gizlənməyin adı
yoxdu: bircə ondan özümü gözləyim ki, məni heç kim
eĢitməsin, baĢqa otaqlarda yatanlar da oyanmasın.
Dostları ilə paylaş: |