Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı
Azərbaycan Mərkəzi Bankı
7
-
Bazarın inkişafı və bankın mövqeyinin xülasəsi (SWOT (bankın güclü və
zəif tərəfləri, fəaliyyət göstərdiyi bazarda imkanlar və təhlükələr) təhlili
göstərilməlidir);
Yeniləşdirilmiş strateji məqsədlərin, əməliyyat hədəfləri və tədbirlər planı bütün
bank və hər bir biznes bölməsi üzrə hazırlanmasını.
Strateji Plan İdarə Heyəti və ya SPQ tərəfindən yuxarıda göstərilən sahələrə əsasən
hazırlanmalı və hər il yeniləşdirilməlidir. Bu prosesdə SPQ və ya İdarə Heyəti
Müşahidə Şurası ilə görüşlər keçirir və müzakirələr aparır.
5.4. Strateji Planın əhatə etdiyi müddət
Strateji Plan adətən 3-5 il müddətini əhatə edilr və hər il üzrə ətraflı Maliyyə Planı ilə
birgə Starteji Plana tələb olunan dəyişikliklər Müşahidə Şurası tərəfindən təsdiq edilir.
5.5. Məlumat mənbələri
Strateji Plan hazırlanarkən maliyyə bazarlarındakı fəaliyyət və iqtisadi informasiya
haqqında mövcud məlumat mənbələrindən tam istifadə edilməlidir. Bu mənbələrə
aşağıdakılar daxildir:
AMB-nin internet səhifəsində (www.nba.az) dərc etdirilən analitik və statistik
məlumatlar;
Azərbaycan
Respublikası
Statistika
Komitəsinin
internet
səhifəsində
(www.statcom.baku-az.com) və ya digər vasitələrlə dərc etdiyi statistik məlumatlar;
Digər bazar işçtirakçılarının maliyyə hesabatları və onlar tərəfindən dərc olunan
başqa məlumatlar (internet səhifəsi və ya digər vasitələrlə);
Bank tərəfindən seçilən məlumat mənbələri və istifadə edilən informasiyanın etibarlılığı
çox vacibdir. Belə ki, bu məlumatlar rəsmi mənbələrdən alınmalı, rəsmi informasiya
vasitələrində dərc olunmalı və digər bazar iştirakçıları tərəfindən qəbul edilməlidir.
İnformasiya, bankın müvafiq xidmət bölməsi tərəfindən toplanılmalı və Strateji Planı
hazırlayan şəxslər tərəfindən bazarın inkişafının və bankın bu bazarda mövqeyinin
təhlili zamanı istifadə edilməlidir.
6. Strateji Planlaşdırma prosesi
6.1. Strateji Planlaşdırma prosesinin əsas mərhələləri
Strateji Planlaşdırma prosesinin əsas mərhələləri bankın Strateji Baxışı və Missiya
Hesabatının hazırlandıqdan sonra həyata keçirilir və aşağıdakılardan ibarətdir:
Tələb olunduqda SPQ-nin yaradılması;
Bankın fəaliyyət göstərdiyi bazarın və rəqabət mühitinin inkişafının təhlili;
Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı
Azərbaycan Mərkəzi Bankı
8
Korporativ səviyyədə strateji məqsədlərin müəyyən edilməsi;
Biznes bölmələri üzrə strateji məqsədlərin və əməliyyat strategiyaların müəyyən
edilməsi;
Strateji Planın tərtib edilməsi və təsdiqlənməsi;
Starteji Planla müqayisədə bankın fəaliyyətinin təhlili;
Bankın fəaliyyətinin təhlili nəticələrinə əsasən Strateji Planın yeniləşdirilməsi.
Təhlilin nəticələrinə əsasən və zərurət yarandıqda Strateji Baxış və Missiya Hesabatı
üzrə yeniliklərin və dəyişikliklərin təklif edilməsi.
Prosesin butün mərhələləri İdarə Heyəti tərəfindən nəzarət edilməlidir.
Strateji Planın icra edilməsini təmin edən ən mühüm alətlərdən biri müvafiq rəhbərlər
tərəfindən həyata keçirilən nəzarətdir. Bu nəzarət mütəmadi olaraq bankın müvafiq
sənədlərinin yoxlanılması və ayrı-ayrı bölmələrdə yığıncaqların keçirilməsi ilə təmin
edilir.
6.2. Strateji Planlaşdırma üzrə İşçi Qrupunun yaradılması
Aktivlərin həcmi 30 mlrd. manatdan çox olan banklarda Strateji Planın hazırlanmasına
və həyata keçirilməsinə nəzarət edilməsi üçün İdarə Heyəti üzvünün başçılığı ilə bank
daxilindən mütəxəssislərdən ibarət Strateji Planlaşdırma Qrupu (SPQ) yaradıla bilər.
SPQ-nun tərkibinə bütün iclasları protokollaşdıran və SPQ-nun fəaliyyətini
koordinasiya edən katib, bankın fəaliyyət və bazar təhlillərinə nəzarət edən,
strategiyaları planlaşdıran bankın ayrı-ayrı əməliyyat bölmələrinin başçıları və xüsusi
təyin olunmuş məsul işçilər daxil edilə bilər.
6.3. Bazar və rəqabət mühitinin inkişafının təhlili
Bankın fəaliyyət göstərdiyi bazarda şəraitin və rəqabət mühitinin vəziyyətinin inkişaf
tendensiyalarını daim müşahidə edilməlidir. Bu müşahidələrin məqsədi aşağıdakılardır:
Bankın cari rəqabətçilik mövqeyini müəyyən etmək;
Bankın fəaliyyət göstərdiyi bazarın inkişafında əsas meylləri və bunun müqabilində
bank üçün potensial imkanları və təhlükələri araşdırmaq;
Rəqib bankların strateji məqsədləri və əməliyyat tədbirləri barəsində ümumi
məlumatı araşdırmaq;
İttifaq və birləşmələr (qoşulma) üzrə potensial namizədləri, investisiya sahələri və
digər bankların alınması üçün hədəfləri müəyyən etmək və qiymətləndirmək;
Banklar üçün strateji məqsədlərin müəyyən edilməsinə imkan yaradan yerli maliyyə
bazarlarının əsas xüsusiyyətləri haqqında aydın və müqayisə edilə bilən məlumat
əldə etmək.