Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

-



 

Bazarın  inkişafı  və  bankın  mövqeyinin  xülasəsi  (SWOT  (bankın  güclü  və 

zəif  tərəfləri,  fəaliyyət  göstərdiyi  bazarda  imkanlar  və  təhlükələr)  təhlili 

göstərilməlidir); 

 

Yeniləşdirilmiş  strateji  məqsədlərin,  əməliyyat  hədəfləri  və  tədbirlər  planı  bütün 



bank və hər bir biznes bölməsi üzrə hazırlanmasını. 

 

Strateji  Plan  İdarə  Heyəti  və  ya  SPQ  tərəfindən  yuxarıda  göstərilən  sahələrə  əsasən 



hazırlanmalı  və  hər  il  yeniləşdirilməlidir.  Bu  prosesdə  SPQ  və  ya  İdarə  Heyəti 

Müşahidə Şurası ilə görüşlər keçirir və müzakirələr aparır. 

5.4. Strateji Planın əhatə etdiyi müddət  

Strateji  Plan  adətən  3-5  il  müddətini  əhatə  edilr  və  hər  il  üzrə  ətraflı  Maliyyə  Planı  ilə 

birgə Starteji Plana tələb olunan dəyişikliklər Müşahidə Şurası tərəfindən təsdiq edilir.  

5.5. Məlumat mənbələri  

Strateji  Plan  hazırlanarkən  maliyyə  bazarlarındakı  fəaliyyət  və  iqtisadi  informasiya 

haqqında  mövcud  məlumat  mənbələrindən  tam  istifadə  edilməlidir.  Bu  mənbələrə 

aşağıdakılar daxildir: 

 



AMB-nin  internet  səhifəsində  (www.nba.az)  dərc  etdirilən  analitik  və  statistik 

məlumatlar; 

 

Azərbaycan 



Respublikası 

Statistika 

Komitəsinin 

internet 

səhifəsində 

(www.statcom.baku-az.com) və ya digər vasitələrlə dərc etdiyi statistik məlumatlar; 

 

Digər  bazar  işçtirakçılarının  maliyyə  hesabatları  və  onlar  tərəfindən  dərc  olunan 



başqa məlumatlar (internet səhifəsi və ya digər vasitələrlə); 

Bank tərəfindən seçilən məlumat mənbələri və istifadə edilən informasiyanın etibarlılığı 

çox  vacibdir.  Belə  ki,  bu  məlumatlar  rəsmi  mənbələrdən  alınmalı,  rəsmi  informasiya 

vasitələrində dərc olunmalı və digər bazar iştirakçıları tərəfindən qəbul edilməlidir.   

İnformasiya,  bankın  müvafiq  xidmət  bölməsi  tərəfindən  toplanılmalı  və  Strateji  Planı 

hazırlayan  şəxslər  tərəfindən  bazarın  inkişafının  və  bankın  bu  bazarda  mövqeyinin 

təhlili zamanı istifadə edilməlidir.   

6. Strateji Planlaşdırma prosesi

 

6.1. Strateji Planlaşdırma prosesinin əsas mərhələləri 

Strateji  Planlaşdırma  prosesinin  əsas  mərhələləri  bankın  Strateji  Baxışı  və  Missiya 

Hesabatının hazırlandıqdan sonra həyata keçirilir və aşağıdakılardan ibarətdir:  

 

Tələb olunduqda SPQ-nin yaradılması; 



 

Bankın fəaliyyət göstərdiyi bazarın və rəqabət mühitinin inkişafının təhlili; 




Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 



 

Korporativ səviyyədə strateji məqsədlərin müəyyən edilməsi;  

 

Biznes  bölmələri  üzrə  strateji  məqsədlərin  və  əməliyyat  strategiyaların  müəyyən 



edilməsi; 

 



Strateji Planın tərtib edilməsi və təsdiqlənməsi;  

 



Starteji Planla müqayisədə bankın fəaliyyətinin təhlili; 

 



Bankın  fəaliyyətinin  təhlili  nəticələrinə  əsasən  Strateji  Planın  yeniləşdirilməsi.  

Təhlilin nəticələrinə əsasən və zərurət yarandıqda Strateji Baxış və Missiya Hesabatı  

üzrə yeniliklərin və dəyişikliklərin təklif edilməsi. 

 

Prosesin butün mərhələləri İdarə Heyəti tərəfindən nəzarət edilməlidir.  



 

Strateji  Planın  icra  edilməsini  təmin  edən  ən  mühüm  alətlərdən  biri  müvafiq  rəhbərlər 

tərəfindən  həyata  keçirilən  nəzarətdir.  Bu  nəzarət  mütəmadi  olaraq  bankın  müvafiq 

sənədlərinin  yoxlanılması  və  ayrı-ayrı  bölmələrdə  yığıncaqların  keçirilməsi  ilə  təmin 

edilir.  

6.2. Strateji Planlaşdırma üzrə İşçi Qrupunun yaradılması 

Aktivlərin  həcmi 30 mlrd. manatdan çox olan banklarda Strateji Planın  hazırlanmasına 

və  həyata  keçirilməsinə  nəzarət  edilməsi  üçün  İdarə  Heyəti  üzvünün  başçılığı  ilə  bank 

daxilindən mütəxəssislərdən ibarət Strateji Planlaşdırma Qrupu (SPQ) yaradıla bilər. 

SPQ-nun  tərkibinə  bütün  iclasları  protokollaşdıran  və  SPQ-nun  fəaliyyətini 

koordinasiya  edən  katib,  bankın  fəaliyyət  və  bazar  təhlillərinə  nəzarət  edən, 

strategiyaları  planlaşdıran  bankın  ayrı-ayrı  əməliyyat  bölmələrinin  başçıları  və  xüsusi 

təyin olunmuş məsul işçilər daxil edilə bilər.  

6.3. Bazar və rəqabət mühitinin inkişafının təhlili 

Bankın  fəaliyyət  göstərdiyi  bazarda  şəraitin  və  rəqabət  mühitinin  vəziyyətinin  inkişaf 

tendensiyalarını daim müşahidə edilməlidir. Bu müşahidələrin məqsədi aşağıdakılardır: 

 

Bankın cari rəqabətçilik mövqeyini müəyyən etmək; 



 

Bankın fəaliyyət göstərdiyi bazarın inkişafında əsas meylləri və bunun müqabilində 



bank üçün potensial imkanları və təhlükələri araşdırmaq; 

 



Rəqib  bankların  strateji  məqsədləri  və  əməliyyat  tədbirləri  barəsində  ümumi 

məlumatı araşdırmaq; 

 

İttifaq  və  birləşmələr  (qoşulma)  üzrə  potensial  namizədləri,  investisiya  sahələri  və 



digər bankların alınması üçün hədəfləri müəyyən etmək və qiymətləndirmək;   

 



Banklar üçün strateji məqsədlərin müəyyən edilməsinə imkan yaradan yerli maliyyə 

bazarlarının  əsas  xüsusiyyətləri  haqqında  aydın  və  müqayisə  edilə  bilən  məlumat 

əldə etmək. 



Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə