Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 



3.



 

Korporativ İdarəetmə Prinsipləri

   

Mükəmməl korporativ idarəetmə təcrübəsi aşağıdakıları tələb edir: 

 



Bankın strateji məqsədlərinin və korporativ dəyərlərinin müəyyən edilməsini; 

 



Bank  daxilində  vəzifə  məsuliyyətlərinin  müəyyən  edilməsi  və  bütün  səviyyələrdə 

hesabatlığın tətbiqi; 

 

Müşahidə Şurası üzvlərinin öz vəzifələrinə layiq  və  idarəetmə strukturunda onların  



öz rolları barədə düzgün anlayışa malik olmalarının, digər idarəetmə organları və ya 

kənar şəxslər tərəfindən qeyri sağlam təsirlərə tabe olmamalarının təmin edilməsini; 

 

İdarə Heyəti tərəfindən müvafiq nəzarətin olmasının təmin edilməsini; 



 

Daxili  və  xarici  auditorların  nəzarət  funksiyasını  nəzərə  alaraq,  onların  həyata 



keçirdiyi işlərin səmərəli istifadəsini; 

 



Əmək  haqqı  siyasətinin  bankın  strategiyasına,  məqsədlərinə,  etik  dəyərlərinə  və 

nəzarət mühitinə uyğunluğunun təmin edilməsini; 

 

Korporativ idarəetmənin şəffaf şəkildə həyata keçirilməsini. 



Korporativ idarəetmə prinsipləri aşağıdakılara əsaslanır: 

 



Bankın fəaliyyətinin başlıca məqsədi bankın sahibkarları (səhmdarları) üçün bankın 

dəyərini artırmaqdır;  

 

Bank strateji baxışa malik olmalıdır; 



 

Bankın Strateji Baxışına uyğun Missiya Hesabatı tərtib edilməlidir;  



 

Strateji  Plan  bankın  Strateji  Baxışını  strateji  məqsədlərə,  hədəflərə  və  fəaliyyət 



planlarına çevirməlidir; 

 



Strateji  Planlaşdırma  prosesi  strategiyanın  hazırlanmasını,  bankın  fəaliyyət 

nəticələrinin  onun  strategiyasında  göstərilən  məqsəd  və  hədəfləri  ilə  müqayisə 

edilməsini,    bazar  şərtlərinin  dəyişməsinə  və  bankın  fəaliyyətinə  uyğun  olaraq 

planın yenilənməsini əhatə etməlidir; 

 

Bankın təşkilati strukturu Strateji Planın tətbiq edilməsi, bankın fəaliyyətinin  idarə 



və nəzarət edilməsi üçün münasib olmalıdır; 

 



Təşkilati  strukturun  komponentlərinin  funksiyalarını  və  məsuliyyətlərini  dəqiq 

müəyyən etmək üçün müvafiq səlahiyyətlər bölgüsü və daxili prosedurlar olmalıdır;  

 

İdarəetmə  və  nəzarət,  funksiyaların  ayrılması  və  verilmiş  səlahiyyətlər  bank 



daxilində məsuliyyətlərin aydın bölüşdürülməsi prinsiplərini əhatə etməlidir.  


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 



4.



 

Bankın Strateji Baxışının müəyyən edilməsi və Missiya Hesabatının tərtib 

edilməsi 

Aşağıdakı  sxem  bankın  Strateji  Baxışının  müəyyən  edilməsi  və  Missiya  Hesabatının 

tərtib edilməsi prosesini təsvir edir. 

 

4.1. Bankın Strateji Baxışı 



 

Bankın Strateji Baxışı, bankın sahibkarlarının razılaşdırılmış baxışıdır  və aşağıdakılara 

əsaslanır: 

a)

 



orta  və  uzun  müddətli  perspektivdə  bankın  dəyərinin  artırılmasına  imkan  yaradan 

bazarda hədəflənən roluna və mövqeyinə;  

b)

 

hədəflənən mövqeyə nail ola bilmək üçün lazım olan fəaliyyət və xüsusiyyətlərə; 



Bankın  bazarda  hədəflənən  rolu  və  mövqeyi  aşağıda  sadalanan  bir  neçə  əsas  biznes 

istiqamətləri  çərçivəsində  bankın  prioritetlərinin  müəyyən  edilməsi  yolu  ilə  təyin 

olunur: 

 



Müştəri seqmentləri: fiziki və hüquqi səxslər və ya ümumi istiqamətli müştərilər və 

sair;  


 

Təklif olunan maliyyə xidmətlərinin növləri: bank hesablarının aparılması, fiziki və 



hüquqi  şəxslərə  kreditlərin  verilməsi,  mübadilə  əməliyyatları,  broker  və  s  xidmət 

növləri daxildir; 

 

Bank əməliyyatlarının coğrafi dairəsi: bankın, filialların, şöbələrinin və bankı təmsil 



edən  digər  bölmələrinin  (məsələn,  mübadilə  məntəqələrinin)  faktiki  yerləşdiyi  yeri 

müəyyən edir; 

Strategiya  

və missiyanın 

müəyyən edilməsi 

 

İşçi qrupunun yaradılması



 

Bazarların və şəraitin təhlil edilməsi 

Ölçülə bilən məqsədlərin müəyyənləşdirilməsi

 

Strateji hədəflər 



Əməliyyat hədəfləri

 

Strateji plan üzrə fəaliyyət nəticələrinin 



 nəzərdən keçirilməsi 

Missiya 


Hesabatı

 

Strateji  



Plan

 

Strateji planlaşdırma qrupu



 

Strateji Baxış  




Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 



 

Digər  şirkətlərin  alınması,  birləşmələr,  qoşulmalar  və  ittifaqlar:  banka  yeni 

müştərilər  və  xidmətlər  gətirilməsi  və  potensial  faydaları  nəzərə  alınmaqla  həyata 

keçirilir; 

 

Maliyyələşdirmə  mənbələri:  əmanətlərin  və  hüquqi  şəxslərin  depozitləri 



kombinasiyası,  banklararası  maliyyələşdirmə,  istiqraz  vərəqələrinin  buraxılması  və 

sair;   


 

Digər  istiqamətlər:  portfelin  idarə  edilməsiı,  aktiv  və  passivlərin  strukturu, 



tənzimləyici  mühit,  bankın  əməliyyatlarına  və  mövqeyinə  təsir  edən  spesifik  bazar 

şəraitləri. 

Strateji  Baxışa  bankın  hədəflənən  mövqeyini  müəyyən  etməklə  yanaşı,  eyni  zamanda 

bankın  bu  mövqeyə  nail  olamasına  imkan  yaradan  daxili  və  xarici  faktorların  başa 

düşülməsi də daxildir. 

Daxili faktorlara aşağıdakılar aid edilə bilər: 

 



Əsas  müştəri  seqmentlərinə  xidmətlə  əlaqədar  bankın  səriştələrinin  rəqiblərlə 

müqayisədə nisbi üstünlüyü; 

 

Seçilmiş  maliyyə  xidmətlərinin  göstərilməsində  bankın  mövcud  təcrübəsinin 



rəqiblərlə müqayisəli nisbi üstünlüyü; 

 



Müştərilərə  təklif olunan  xidmətlərdə  aşağıda  göstərilən  səbəblərdən  yaranan  nisbi 

dəyər üstünlüyü: 

-

 

Əməliyyatların həcmindən yaranan üstünlük; 



-

 

Təcrübənin üstünlüyü; 



-

 

Digər səbəblər.  



 

Alqı,  birləşmə,  qoşulma  və  ittifaqlar  üçün  namizədlərin  seçilməsində  və  cəlb 



olunmasında bankın digərlərə nisbətən üstünlüyü və sair; 

 



Digər oxşar faktorlar. 

Xarici faktorlara aşağıdakılar aid edilə bilər: 

 



Bankın fəaliyyətində hədəflənən bazar seqmentlərində (xidmət və ya müştəri) digər 

banklara nisbətən daha sürətli inkişafı; 

 

Bank tərəfindən əhəmiyyətli kimi müəyyən olunmuş bazar seqmentlərində rəqabətin 



nisbətən daha az olması; 

 



Xarici mühütin digər təsir faktorları. 

4.2. Bankın Missiya Hesabatının tərtib edilməsi 

Bankın  Missiya  Hesabatı  onun  Strateji  Baxışının  əsas  prinsiplərinin  qısa  icmalıdır. 

Missiya  Hesabatının  layihəsi  İdarə  Heyətinin  və  Strateji  Planlaşdırma  Qrupunun  birgə 

iclaslarında  müzakirə  edilir.  Missiya  Hesabatı  bankın  imicinin  müəyyən  olunması  və 

nüfuzunun artırılması üçün əsas yaradır. 




Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə