Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

Missiya Hesabatı bir neçə məqsədlərə xidmət edir: 



 

Missiya  Hesabatı,  kənar  tərəflər,  o  cümlədən  potensial  müştərilər,  biznes 



partnyorları,  rəqiblər  və  nəzarət  orqanları  ilə  münasibətdə  bankın  imic  və  biznes 

üslubunu müəyyən edir; 

 

Missiya  Hesabatı,  bankın  orta  səviyyə  rəhbərliyini  və  digər  işçilərini  bankın  əsas 



məqsəd  və  prinsipləri  ilə  tanış  edir,  biznes  qərarları  qəbul  etmək,  davranış  tərzini 

seçmək və dəyərləndirmək üçün istiqamətləndirici prinsiplərlə təmin edir;   

 

Missiya  Hesabatı,  bankın  korporativ  mədəniyyətini  yaratmaq  və  dəstəkləmək  üçün 



baza kimi çıxış edir. 

4.3. Bankın Strateji Baxışının daxili və xarici istifadəçilərə çatdırılması 

Bankın  Missiya  Hesabatı  onun  Strateji  Baxışının  daxili  və  xarici  istifadəçilərə 

çatdırılması  üçün  əsas  vasitədir.  Bankın  Missiya  Hesabatı  iki  əsas  istifadəçi  qrupuna 

çatdırılır: 

1

 



Mövcud  və  potensial  səhmdarlar  və  bankın  daxilində  digər  maraqlı  tərəflər. 

Bankın  Strateji  Baxışı  ətraflı  olaraq  İllik  Hesabat  vasitəsilə  istifadəçilərə 

çatdırılmalıdır.  Strateji  Baxış,  bank  daxilində,  işçilər üçün təlimat  kitabçası  kimi 

və yeni işçilər üçün ilkin tanışlıq təlimatı kimi istifadə edilməlidir. 

2

 

Bazar  iştirakçıları  və  digər  kənar  tərəflər.  Bank  Strateji  Baxışının  istifadəçilərə 



çatdırılmasını,  bankın  imic  və  biznes  üslubunun  təbliğ  edilməsini  broşur  və 

reklam  vasitəsi  ilə  həyata  keçirməli  və  bunun  üçün  əsas  vasitə  kimi  Missiya 

Hesabatından istifadə etməlidir. 

 

4.4.  Strateji  Baxışın  və  Missiya  Hesabatının  müəyyən  edilməsi  prosesində 



səlahiyyətlərin bölüşdürülməsi   

Müşahidə  Şurası  bankın  Strateji  Baxışının  və  Missiya  Hesabatının  ilkin  formasının 

tərtib  edilməsinə,  hər  il  fəaliyyətin  effektivliyinin  və  xarici  şərtlərin  dəyişilməsi 

əsasında  yeniləşdirilməsinə  məsuliyyət  daşımalıdır.  İlkin  layihə  İdarə  Heyəti  və  ya 

Strateji  Planlaşdırma  Qrupu (bundan  sonra  SPQ)  tərəfindən  hazırlanmalı  və  Müşahidə 

Şurası tərəfindən təhlil edilməlidir. Strateji Baxış və Missiya Hesabatı Müşahidə Şurası 

tərəfindən  təsdiq  edildikdən  sonra,  Səhmdarların  Ümumi  Yığıncağına  təqdim 

edilməlidir. 

Strateji Baxışa və Missiya Hesabatına edilən dəyişikliklərdə Müşahidə Şurası tərəfindən 

qəbul edilməli və Səhmdarların Ümumi Yığıncağına təqdim edilməlidir. 




Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 



5.  Strateji Plan 

5.1.  Strateji Planın məqsədi 

Strateji  Plan,  bankın  Strateji  Baxışını  və  Missiya  Hesabatını  aydın  müəyyən  edilmiş, 

ölçülə bilən məqsədlərə çevirir və bu məqsədlərə nail olmaq üçün onları tədbirlər planı 

ilə əlaqələndirir. 

Strateji Planda bankın öz fəaliyyətində nail olmaq istədiyi məqsədlər və bu məqsədlərə 

nail  olmaq  üçün  razılaşdırılmalı  məsələlər  göstərilməlidir.  Strateji  Plan  ilk  növbədə 

İdarə  Heyəti  üçün  istinad  nöqtəsidir.  O,  İdarə  Heyətinin  hər  bir  üzvünün  birbaşa 

cavabdeh olduğu fəaliyyətləri və onların bütövlükdə Strateji Planın həyata keçirilməsinə  

köməklik göstərəcək nəzərdə tutulan fəaliyyətlərini əks etdirməlidir. 

Strateji  Plan,  Müşahidə  Şürası  ilə  İdarə  Heyətinin  əməkdaşlıq  mühitində  keçirilən 

müzakirələri  və  danışıqları  vasitəsilə  hazırlanır.  Strateji  Planda  nəzərdə  tutulan 

fəaliyyətlərlə  ayrı-ayrı  menecerlərin  razılaşması  və  qəbulu  üçün  onlar  bu  müzakirə  və 

danışıqlarda iştirak etməlidirlər.  

Strateji  Plan  daxildə  qiymətləndirmə  və  bankdan  xaricdə  təbliğat  üçün  istinad 

nöqtəsidir.  Strateji  Plana  istinadlar  bankdan  xaricdə  verilən  şərhlərin  eyniliyi,  daxildə 

isə Strateji Planda nəzərdə tutulanlarla müqayisədə bankın cari fəaliyyətinin təhlili üçün 

əsasları təmin edir. 

5.2. Strateji Planın tərtib edilməsi və təsdiqlənməsi 

Strateji  Plan,  bazar  təhlillərinin  nəticələrinə  və  İdarə  Heyəti  tərəfindən  təklif  edilən 

korporativ  və  biznes  bölmələri  səviyyəli  strateji  məqsədlərə  əsasən,  tərtib  edilməli  və 

hər  il  yeniləşdirilməlidir.  Strateji  Planın  layihəsinin  hazırlanması  məsuliyyəti  SPQ-nun 

üzərinə  düşür.  Planın  layihəsi  İdarə  Heyəti  ilə  razılaşdırılandan  sonra  Müşahidə 

Şurasına təqdim edilir. Strateji Plan Müşahidə Şurası tərəfindən təsdiq edilir. 

5.3. Strateji Planın əhatə etdiyi sahələr 

Strateji Plandakı təhlillərin mürəkkəblik və intensivlik dərəcəsi, bankın əməliyyatlarına 

və  strateji  məqsədlərinə  uyğun  olmalıdır.  Bu  səbəbdən,  Strateji  Planın  məzmunu  ayrı-

ayrı banklarda fərqlənə bilərsədə, aşağıdakılar nəzərə alınmalıdır: 

 



Strateji Baxış və Missiya Hesabatı; 

 



Əvvəlki  maliyyə  ili  üçün  müəyyən  edilmiş  strateji  məqsədlər  üzrə  bankın 

fəaliyyətinin təhlili; 

 

Bazarın inkişafı və bankın bu bazardakı mövqeyinın təhlili: 



-

 

Bankın fəaliyyət göstərdiyi bazarda mühit və rəqabət (baxılan il ərzində baş 



verən hadisələri əks etdirməlidir); 

-

 



Cəmi  aktivlər,  müştəri  bazası,  ticarət  markası,  mənfəətlik  kimi  amillər  və 

fəaliyyətin  qiymətləndirilməsi  üzrə  digər  meyarları  nəzərə  almaqla    bankın 

bazar mövqeyinin təhlili; 

-

 



İttifaq, birləşmə, qoşulma, investisiya və digər bankın alınması imkanları; 


Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə