Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

11 


 

Səhmdarlar  tərəfindən  təyin  olunan,  onlara  hesabat  verən  və  bankın  idarə 



edilməsinə və fəaliyyətinə nəzarət edən orqan olan Müşahidə Şurası; 

 



Bankın gündəlik idarə edilməsi üçün məsul icraedici orqan olan İdarə Heyəti;  

 



Mühasibat  uçotu  prosedurları,  nəzarət  və  bankın  daxili  auditi  üzrə  məsul  olan 

Audit Komitəsi. 

8.2. Təşkilati struktura dair tələblər 

Bankın təşkilati strukturu iş funksiyalarını, vəzifə və  iş  yerləri üzrə qruplaşdırılmasını,  

həmin iş yerlərinin müəyyən qarşılıqlı-əlaqəli struktur bölmələrinə ayrılmasını müəyyən 

edir. Təşkilati bölmələr arasındakı qarşılıqlı münasibət:  

 

həm şaquli (iyerarxik əlaqə və ya hesabat vermə),  



 

həm  də  üfüqi  ola  bilər  (bir  neçə  struktur  bölmələrinin  biznes  prosesində  qarşılıqlı 



hesabat vermə əlaqəsi olmadan birgə iştirakı).  

Bankın  effektiv  təşkilati  strukturunun  yaradılmasında  aşağıdakı  ümumi  məsələlər 

əhəmiyyətlidir: 

 



Bankın əməliyyatlarının xüsusiyyəti və bankın spesifik biznes strategiyası; 

 



Biznes  proseslərinin  optimal  dərəcədə  səmərəli  olması  (təxmin  edilən  vaxt 

çərçivəsində və uyğun məsrəflə yüksək keyfiyyətli nəticələr əldə edilməsi); 

 

Funksiyaların ayrılması və digər daxili nəzarət formalarının (risklərin idarə edilməsi, 



qanunvericiliyə  riayət  olunması)  müvafiq  şəkildə  həyata  keçirilməsinə  imkanların 

mövcudluğu.  

Bütün  bankların  riayət  etməli  olduğu  normativ  hüquqi  tələblərlə  yanaşı,  mükəmməl 

təşkilati  strukturun  yaradılması  adətən  yuxarıdakı  məsələlərin  tarazlaşdırılmasını  tələb 

edir. Məsələn, “hərtərəfli müştəri qayğısı və xidməti” strategiyası fiziki şəxslərə xidmət 

göstərən  filialda  daha  çox  məsrəf  tələb  edən  işçi  heyətinə  ehtiyacla  nəticələnə  bilər. 

Lakin  yüksək avtomatlaşdırılmış  minimal  məsrəfli  xidmət prosesi prioritet təşkil  etdiyi 

hallarda  “hərtərəfli  müştəri  qayğısı  və  xidməti”  strategiyası  bankın  əməliyyat 

strategiyası  ilə  uyğunsuzluq  təşkil  edəcəkdir.  Digər  bir  misal,  məsələn,  ödənişlərin 

həyata  keçirilməsinə  nəzarət tələbi bu prosesin bir şəxs  tərəfindən  həyata  keçirilməsini 

istisna etməlidir 

Bu  səbəbdən,  bankın  müfəssəl  hazırlanmış  təşkilati  strukturu,  onun  fəaliyyət  sahəsinə 

və  ölçüsünə  uyğun  olmalıdır.  Təşkilati  strukturun  yaradılmasında  önəmli  faktorlara  

bankın  təklif  etdiyi  xidmətlər,  müştəri  seqmentləri    və  əməliyyatların  coğrafi  dairəsi 

aiddir. Fəaliyyətini müxtəlif filiallar (şöbələr, məntəqələr) vasitəsilə həyata keçirən bank 

üçün qərar qəbul etmənin mərkəzləşdirilməsi  və baş idarədə arxa ofis xidmətinin təşkil 

edilməsi,  bankın  infrastrukturu  (kommunikasiya  vasitələri,  informasiya  texnologiyaları 

(İT) sistemi) ilə tarazlaşdırılması vacibdir. 

Münasib  təşkilati  struktur  yaradıldıqdan  sonra,  onun  fəaliyyət  göstərməsi  bir  sıra  

səbəblərdən müəyyən vaxt tələb edə bilər: 

 

lazımi  bacarıqlara  malik  işçilər  işə  götürülməli  və  ya  müvafiq  işçilərə  təlim 



keçirilməli; 


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

12 


 

təşkilati  strukturu  dəstəkləmək  üçün  əməliyyat  prosedurları  hazırlanmalı  və 



yoxlanılmalı;  

 



İT sistemlərinə və avadanlıqlara investisiyalar qoyulmalıdır.    

Təşkilati strukturda müvafiq peşə səriştəli işçilərin mövcudluğu, onların öz funsiyalarını 

lazımi  səviyyədə  həyata  keçirilməsi  üçün  əhəmiyyət  kəsb  edən  praktiki  amildir. 

Təşkilati struktur işçiləri işlə təmin etmək məqsədi ilə deyil, bankın biznes məqsədlərinə 

nail olmaq və nəzarət tələblərini yerinə yetirmək məqsədilə yaradılmalıdır. 

Təşkilati  strukturun  daxilindəki  hər  bir  bölmənin  öz  məqsədlərini,  funksiyalarını, 

vəzifələrini,  bankın  digər  bölmələri  ilə  əlaqələrin  və  digər  məlumatları  əks  etdirən 

əsasnamələri  olmalıdır.  Əsasnamələr  bölmələr  tərəfindən  bankın  strategiyasına  uyğun 

olaraq tərtib edilməli və İdarə Heyəti tərəfindən təsdiqlənməlidir. 

Hər  bir  işçinin  funksiyalarını,  vəzifələrini,  səlahiyyətlərini,  hesabat  vermə  prosesində 

iştirakı  və  əgər  varsa  məhdudiyyətləri  onun  vəzifə  təlimatında  müəyyən  edilməlidir. 

Vəzifə  təlimatları  işçilər  tərəfindən  imzalanmalı,  müvafiq  bölmə  rəhbəri  tərəfindən 

təsdiqlənməli  və  bankın  İnsan  Resursları  Departamentində  saxlanılmalıdır  (İR 

Standartına bax). 

Bankın  təşkilatı  strukturu  təsdiq  edildikdən  sonra,  struktura  və  onun  əsas  tərkib 

hissələrinə (funksional bölmələrə) cavabdeh olan şəxslər (kurator), onların vəzifələri və 

hesabat vermə prosesi tam və aydın müəyyən olunmalıdır.  

Hər bir bankda ən azı dörd funksional bölmə mövcud olmalıdır. Bu funksional bölmələr 

bankın əməliyyatlarının xüsusiyyətlərinə və onlar arasındakı qarşılıqlı nəzarət əlaqəsinə 

görə fərqlənirlər. Bu funksional bölmələr aşağıdakıları əhatə edir: 

 

Müştərilərlə  birbaşa  iş:  müştərilərlə  əməliyyatları,  filial  əməliyyatları  və  digər 



pərakəndə fəaliyyət növləri; 

 



Risklərin idarə edilməsi: daxili nəzarət və risklərin idarə edilməsi infrastrukturu, 

mütəmadi  olaraq  bank  daxilində  müxtəlif  risk  növlərinin  müəyyən  edilməsi, 

ölçülməsi və nəzarət edilməsi; 

 



Bank  əməliyyatları:  kredit  vermə,  xəzinədarlıq,  banklararası  fəaliyyət, 

hesablaşma və klirinq əməliyyatları; 

 

İnzibati  və  yardımçı  xidmətlər:  arxa  ofis  və  mühasibat  uçotu,  Hüquq  Xidməti, 



İnsan Resursları, İnformasiya Texnologiyaları, Tədarük və sair.  

Bu  funksional  bölmələr  eyni  dərəcədə  əhəmiyyətlidir  və  bir-biri  ilə  sıx  əlaqəlidir. 

Funksiyaların və vəzifələrin bölüşdürülməsi prinsipinə əsasən funksional bölmələrin hər 

biri  təyin  edilmiş  kuratora  -  İdarə  Heyəti  Sədrinin  ayrı-ayrı  müavinlərinə  hesabat 

verməlidir. 

Bank tərəfindən müəyyən edilmiş təşkilati struktur: 

 

Bankın strateji məqsədlərinə nail olmasına kömək etməlidir; 



 

Aydın  müəyyən  edilmiş  funksiyalar,  hüquq  və  vəzifələr,  hesabat  vermə  strukturu 



bütün biznes proseslərində  yüksək səviyyəli səmərəliliyə nail olunmasına  köməklik 

göstərməlidir;  




Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə