22
görürdü. Əks halda, öz ruhi-mə’nəvi gücünü həddindən artıq sərf
edən həkim xəstələnər və xəstələri müalicə etməyə yararsız olar.
Hətta xəstəyə sərf etdiyi gücü bərpa etmək üçün, başqa sözlə,
xəstədən aldığı «zərəri» ödəmək üçün xüsusi terminlərdən də
istifadə edilirdi. Lakin bu, qəbul etdiyi xəstələrin sayına görə plan
ödəyən müasir həkimlərə aid deyil. Onlar xəstəyə dərman tə’yin
etməklə öz vəziyyətlərini bitmiş hesab edirlər. Lakin həkim, heç
olmasa, tə’yin etdiyi dərmanların qəbulunun, onun göstərişlərinin
hansı
dəqiqliklə
yerinə
yetirilməsi
ilə
maraqlanmalıdır.
HƏQİQƏTdə o, xəstəlikdən qurtulmaq yolunu xəstəyə çatdıran bir
VASİTƏ olsa da, bu işə öz ürəyini də verməlidir, dərman tə’yin
etməklə «canını qurtarmamalıdır», xəstəyə dərman istehlakçısı kimi
yox, İnsan kimi yanaşmalıdır. Qədim həkimlər inanırdılar ki, bu işə
nə qədər fiziki və mə’nəvi güc sərf etsən, bir o qədər nəticə əldə
edəcəksən. Müasir həkimlər içərisində bunu bilənlər azdır, buna
əməl edənlər isə daha azdır. Qoy həkim lap «robot» olsun, laqeydlik
etsin , xəstənin etdiyi «hörməti» də həvəslə (h əvəslə yazdım, hərisliklə
yox) qəbul etsin, amma xidmət etdiyi təbabətin inandığı (ya
inanmadığı) müalicə üsullarını tətbiq etməyə çalışsın. Yə’ni, heç
olmasa, bu hiss onu tərk etməsin ki, x ə s t ə n i m ü a l i c ə e t m ə
k l a z ı m d ı r, heç olmasa, bacardığın qədər. Heç olmasa, həkim
təbabətin non nocere! (zərər vermə!) qanununu unutmasın.
Yeri gəlmişkən, bu cür qanunlar, ümumiyyətlə, bə’zi dəyərli biliklər
( o cümlədən, deontologiya ) xüsusi olaraq öyrənilmir. Biz Heç Hippokrat
andı da içməmişik, bizim öz andımız olub – Sovet həkiminin andı.
Bunları oxuyacaq bir çoxlarının, xüsusilə həkimlərin irad
tutacaqlarının bilirəm. Əlbəttə, ayrı-ayrı həkimlərin səriştəsizliyinin,
mə’nəvi düşkünlüyünün tə’siri ilə yaranmış fikirləri hamıya şamil
etmək olmaz. Öz sənətinə vicdanla qulluq edən, bacarığı ,səriştəsi,
tibb elminin imkanları daxilində əlindən gələni əsirgəməyən
həkimlər çoxdur. Onların qarşısında baş əyirəm. Lakin mən kimisə
( və nəyisə ) ya tə’rif, ya tənqid etmək fikrindən çox uzağam. Mən
23
həkimlik sənətinin çətinliklərindən, həkimlərin ümumi fikirdəki
kimi hər şeyə qadir olmalarının mümkünsüzlüyündən, həkimlərə
yox, Təbiətə, onun böyük qüvvəsinə arxalanmağın zəruriliyindən
söhbət açmaq istədim. Axı, həkim yalnız müalicə edir, təbiət
sağaldır.
24
SAĞLAMLIQ HAQQINDA
Sağlam dilənçi xəstə varlıdan
xoşbəxtdir.
A.Şopenhauer
Sağlamlıq hər bir insanın can
atdığı, ancaq qoruya bilmədiyi bir
nemətdir.
C.Labrüyer
İfratçılığı sevmirəm və ən’ənəvi təbabəti kəskin tənqid etməyin də
tərafdarı deyiləm. Əslində, bu haqda yalnız həqiqəti söyləmək
naminə və yazmış olduqlarımı «əzizlədiyimdən» yazdım. Əsl
həqiqət isə budur ki, təbabət haqqındakı tənqidi fikirlərin çoxu
«əsassızdır» və insanların quraşdırdığı stereotipin nəticəsidir.
İnsanlar təbabətin boynuna onun qadir olduğundan artıq yük qoyur,
o bunun öhdəsindən gəlmədikdə isə onu gücsüz hesab edirlər. Guya
insan necə gəldi yaşamalı, xəstələnməli, həkim isə onu müalicə
etməlidir. Gəlin e’tiraf edək ki, sağlam olmaq, lap elə xəstələndikdə
sağalmaq da həkimlərdən çox insanın özündən asılıdır.
Sağlamlıq – geniş əhatəli bir anlayışdır. Bu, təkcə
xəstəliklərin və fiziki qüsurların olmaması deyil , insanın tam fiziki,
ruhi və ictimai rifah halıdır. İnsanlar sağlamlıq haqqında az bilirlər,
çünki, yalnız onu itirdikdən sonra bu haqda düşünürlər. Təbabət də
sağlamlıq haqqında az bilir, axı o, sağlamlıqla yox, xəstəliklə
məşğul olur. Təbabət sağlamlıqla xəstəlik arasında kəskin sədd çəkə
bilmir və geniş yayılmış bə’zi xəstəlik (qeyri-sağlamlıq) halları,
məhz geniş yayılması səbəbi üzündən bir növ, normal hal kimi
25
qəbul edilir. Hamiləlik zamanı toksikoz, ağrılı doğuş, klimaks kimi
hallar buna misal ola bilər. Lakin bu cür münasibət cəfəngiyyatdır.
Əksinə, insan tam sağlam görünə bilər, özünü sağlam hiss edə bilər,
lakin eyni zamanda, sağlam olmaya bilər. Əgər zahirən sağlam olan
və özünü sağlam hiss edən bir gənc həddindən artıq əsəbi, qəddar
və aqressivdirsə, bu onun sağlam olmadığını göstərir.
Bəs hansı göstəricilərə əsasən insanın həqiqətən sağlam
olub-olmadığını müəyyən etmək olar? Sağlamlıqla xəstəlik arasında
kəskin sədd çəkə bilməyən, sağlamlıq anlayışını düzgün izah edə
bilməyən təbabət, sözsüz ki, onu müəyyən edən göstəriciləri,
kriteriləri də aydınlaşdıra bilməz. İnstrumental və laborator
müayinələrin nəticələri sağlamlıq üçün kriteri ola bilməz. Doğrudur,
həkim onlara sadəcə, informasiya mənbəyi kimi baxmamalı, onları
sistemli analiz etməli, nəticə çıxarmalıdır. Lakin ən yaxşı halda belə,
bu göstəricilər yalnız fiziki bədənin vəziyyətini xarakterizə edir,
insanın ruhi, mənəvi və psixiki vəziyyətinə dair heç bir məlumat
verə bilmir.
İnsanın sağlamlıq durumu bəzən psixoloji xüsusiyyətlərə
görə müəyyən etmək mümkündür. Nəzərinizə maraqlı bir test
çatdırmaq istəyirəm ( C. Ozavanın tərtib etdiyi ). Burada birinci üç
keyfiyyət hər biri – 5 bal, sonrakı üç keyfiyyət hər biri – 10 bal
qiymətləndirilir, sonuncu və ən vacib göstərici 55 bal hesablanır. 100
bal – tam sağlam olmaq deməkdir. Bu test öz sağlamlığı ilə məşğul
olanların əldə etdikləri irəliləyişi təyin etməsi üçündür. Lakin mən
onu sağlamlığı təyin edən meyar kimi yox, bəzi məqamları anlatmaq
baxımından maraqlı olduğu üçün nəzərinizə çatdırıram.
1.
Yorğunluğun olmaması. Siz heç vaxt həddən artıq
yorğunluq hiss etmirsiniz. Ancaq soyuq dəydikdə bir çox illər
ərzində olduğundan daha çox yorğunluq hiss edirsiniz. Hətta 10
ildə bir dəfə soyuqdəymə yaxşı əlamət deyil. Axı, heç bir quş, cücü
belə soyuqlamır, hətta soyuq iqlim şəraitində də, soyuq havada da.
Ona görə də hesab edilir ki, bu xəstəliyin kökləri dərindir.
Dostları ilə paylaş: |