Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 
22 
görürdü.  Əks  halda,  öz  ruhi-mə’nəvi  gücünü  həddindən  artıq  sərf 
edən  həkim  xəstələnər  və  xəstələri  müalicə  etməyə  yararsız  olar. 
Hətta  xəstəyə  sərf  etdiyi  gücü  bərpa  etmək  üçün,  başqa  sözlə, 
xəstədən  aldığı  «zərəri»  ödəmək  üçün  xüsusi  terminlərdən  də 
istifadə  edilirdi.  Lakin  bu,  qəbul  etdiyi  xəstələrin  sayına  görə  plan 
ödəyən  müasir  həkimlərə  aid  deyil.  Onlar  xəstəyə  dərman  tə’yin 
etməklə  öz  vəziyyətlərini  bitmiş  hesab  edirlər.  Lakin  həkim,  heç 
olmasa,  tə’yin  etdiyi  dərmanların  qəbulunun,  onun  göstərişlərinin 
hansı 
dəqiqliklə 
yerinə 
yetirilməsi 
ilə 
maraqlanmalıdır. 
HƏQİQƏTdə  o,  xəstəlikdən  qurtulmaq  yolunu  xəstəyə  çatdıran  bir 
VASİTƏ  olsa  da,  bu  işə  öz  ürəyini  də  verməlidir,  dərman  tə’yin 
etməklə  «canını qurtarmamalıdır», xəstəyə dərman istehlakçısı kimi 
yox, İnsan kimi yanaşmalıdır. Qədim həkimlər inanırdılar ki, bu işə 
nə  qədər  fiziki  və  mə’nəvi  güc  sərf  etsən,  bir  o  qədər  nəticə  əldə 
edəcəksən.  Müasir  həkimlər  içərisində  bunu  bilənlər  azdır,  buna 
əməl edənlər isə daha azdır. Qoy həkim lap  «robot» olsun, laqeydlik 
etsin , xəstənin etdiyi   «hörməti» də həvəslə (həvəslə yazdım, hərisliklə 
yox)  qəbul  etsin,  amma  xidmət  etdiyi  təbabətin  inandığı  (ya 
inanmadığı)  müalicə  üsullarını  tətbiq  etməyə  çalışsın.  Yə’ni,  heç 
olmasa, bu hiss onu tərk etməsin ki,  x ə s t ə n i   m ü a l i c ə   e t m ə 
k   l a z ı m d ı r, heç olmasa, bacardığın qədər. Heç olmasa, həkim 
təbabətin non nocere! (zərər vermə!) qanununu unutmasın.   
 
Yeri  gəlmişkən,  bu  cür  qanunlar,  ümumiyyətlə,  bə’zi  dəyərli  biliklər 
( o cümlədən, deontologiya ) xüsusi olaraq öyrənilmir. Biz Heç  Hippokrat 
andı da içməmişik, bizim öz andımız olub – Sovet həkiminin andı.  
 
Bunları  oxuyacaq  bir  çoxlarının,  xüsusilə  həkimlərin  irad 
tutacaqlarının bilirəm. Əlbəttə, ayrı-ayrı həkimlərin səriştəsizliyinin, 
mə’nəvi  düşkünlüyünün  tə’siri  ilə  yaranmış  fikirləri  hamıya  şamil 
etmək  olmaz.  Öz  sənətinə  vicdanla  qulluq  edən,  bacarığı  ,səriştəsi, 
tibb  elminin  imkanları  daxilində  əlindən  gələni  əsirgəməyən 
həkimlər  çoxdur.  Onların  qarşısında  baş  əyirəm.  Lakin  mən  kimisə 
(  və  nəyisə  )  ya  tə’rif,  ya  tənqid  etmək  fikrindən  çox  uzağam.  Mən 


 
23 
həkimlik  sənətinin  çətinliklərindən,  həkimlərin  ümumi  fikirdəki 
kimi  hər  şeyə  qadir  olmalarının  mümkünsüzlüyündən,  həkimlərə 
yox,  Təbiətə,  onun  böyük  qüvvəsinə  arxalanmağın  zəruriliyindən 
söhbət  açmaq  istədim.  Axı,  həkim  yalnız  müalicə  edir,  təbiət 
sağaldır. 
 
                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
24 
SAĞLAMLIQ   HAQQINDA 
 
 
 
 
 
 
 
 
 
 
Sağlam dilənçi xəstə varlıdan 
xoşbəxtdir. 
                                                                            A.Şopenhauer                              
 
 
 
 
 
 
Sağlamlıq hər bir insanın can 
atdığı,  ancaq qoruya bilmədiyi bir 
                                 nemətdir. 
 
 
 
    C.Labrüyer 
 
 
İfratçılığı  sevmirəm  və  ən’ənəvi  təbabəti  kəskin  tənqid  etməyin  də 
tərafdarı  deyiləm.  Əslində,  bu  haqda  yalnız  həqiqəti  söyləmək 
naminə  və  yazmış  olduqlarımı  «əzizlədiyimdən»  yazdım.  Əsl 
həqiqət  isə  budur  ki,  təbabət  haqqındakı  tənqidi  fikirlərin  çoxu 
«əsassızdır»  və  insanların  quraşdırdığı  stereotipin  nəticəsidir. 
İnsanlar təbabətin boynuna onun qadir olduğundan artıq yük qoyur, 
o bunun öhdəsindən gəlmədikdə isə onu gücsüz hesab edirlər. Guya 
insan  necə  gəldi  yaşamalı,  xəstələnməli,  həkim  isə  onu  müalicə 
etməlidir. Gəlin e’tiraf edək ki, sağlam olmaq, lap elə xəstələndikdə 
sağalmaq da həkimlərdən çox insanın özündən asılıdır. 
 
Sağlamlıq  –  geniş  əhatəli  bir  anlayışdır.  Bu,  təkcə 
xəstəliklərin və fiziki qüsurların olmaması deyil , insanın tam fiziki, 
ruhi və ictimai rifah halıdır. İnsanlar sağlamlıq haqqında az bilirlər, 
çünki, yalnız onu itirdikdən sonra bu haqda düşünürlər. Təbabət də 
sağlamlıq  haqqında  az  bilir,  axı  o,    sağlamlıqla  yox,  xəstəliklə 
məşğul olur. Təbabət sağlamlıqla xəstəlik arasında kəskin sədd çəkə 
bilmir  və  geniş  yayılmış  bə’zi  xəstəlik  (qeyri-sağlamlıq)  halları, 
məhz  geniş  yayılması  səbəbi  üzündən  bir  növ,  normal  hal  kimi 


 
25 
qəbul  edilir. Hamiləlik  zamanı  toksikoz, ağrılı  doğuş,  klimaks  kimi 
hallar  buna  misal  ola  bilər. Lakin  bu  cür  münasibət cəfəngiyyatdır. 
Əksinə, insan tam sağlam görünə bilər, özünü sağlam hiss edə bilər, 
lakin eyni zamanda, sağlam olmaya bilər. Əgər zahirən sağlam olan 
və  özünü  sağlam  hiss  edən  bir  gənc  həddindən  artıq  əsəbi,  qəddar 
və aqressivdirsə, bu onun sağlam olmadığını göstərir.   
 
Bəs  hansı  göstəricilərə  əsasən  insanın  həqiqətən  sağlam 
olub-olmadığını müəyyən etmək olar? Sağlamlıqla xəstəlik arasında 
kəskin  sədd  çəkə  bilməyən,  sağlamlıq  anlayışını  düzgün  izah  edə 
bilməyən  təbabət,  sözsüz  ki,  onu  müəyyən  edən  göstəriciləri, 
kriteriləri  də  aydınlaşdıra  bilməz.  İnstrumental  və  laborator 
müayinələrin nəticələri sağlamlıq üçün kriteri ola bilməz. Doğrudur, 
həkim  onlara  sadəcə,  informasiya  mənbəyi  kimi  baxmamalı,  onları 
sistemli analiz etməli, nəticə çıxarmalıdır. Lakin ən yaxşı halda belə, 
bu  göstəricilər  yalnız  fiziki  bədənin  vəziyyətini  xarakterizə  edir, 
insanın  ruhi,  mənəvi  və  psixiki  vəziyyətinə  dair  heç  bir  məlumat 
verə bilmir.  
 
İnsanın  sağlamlıq  durumu bəzən  psixoloji  xüsusiyyətlərə 
görə  müəyyən  etmək  mümkündür.  Nəzərinizə  maraqlı  bir  test 
çatdırmaq  istəyirəm  (  C.  Ozavanın  tərtib  etdiyi  ).  Burada  birinci  üç 
keyfiyyət  hər  biri  –  5  bal,  sonrakı  üç  keyfiyyət  hər  biri  –  10  bal 
qiymətləndirilir, sonuncu və ən vacib göstərici 55 bal hesablanır. 100 
bal – tam sağlam olmaq deməkdir. Bu test öz sağlamlığı ilə məşğul 
olanların  əldə  etdikləri  irəliləyişi  təyin  etməsi  üçündür.  Lakin  mən 
onu sağlamlığı təyin edən meyar kimi yox, bəzi məqamları anlatmaq 
baxımından maraqlı olduğu üçün nəzərinizə çatdırıram.  
1.
 
Yorğunluğun  olmaması.  Siz  heç  vaxt  həddən  artıq 
yorğunluq  hiss  etmirsiniz.  Ancaq  soyuq  dəydikdə  bir  çox  illər 
ərzində  olduğundan  daha  çox  yorğunluq  hiss  edirsiniz.  Hətta  10 
ildə bir dəfə soyuqdəymə yaxşı əlamət deyil. Axı, heç bir quş, cücü 
belə soyuqlamır, hətta soyuq iqlim şəraitində də, soyuq havada da. 
Ona  görə  də  hesab  edilir  ki,  bu  xəstəliyin  kökləri  dərindir. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə