Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 
47 
mənada asketlik həm də bir qədər zəiflik əlaməti sayılır. Çətin olanı 
bacarmaq,  mənəvi  düşkünlüklər  içərisində  öz  mənəviyyatını 
qoruyub saxlamaq əsl hünərdir. Axı, həm də həyatda gözəl nə varsa, 
insan  üçündür.  Onlardan  imtina  etmək,  bir  növ,  nankorluqdur. 
Qurani-Kərimdə də hər şeyin insan üçün yaradıldığı qeyd edilir: 
«Biz Adəm oğullarını şərəfli və hörmətli etdik, suya və quruya sahib etdik, 
özlərinə  təmiz  ruzi  verdik  və  onları  yaratdığımız  məxluqatın  çoxundan 
xeyli üstün etdik» (Əl-İsra surəsi, 70-ci ayə). 
«Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yaradan,  sonra  səmaya  üz 
tutaraq onu yeddi qat göy halında düzəldib, nizama salan Odur (Allahdır!). 
O hər şeyi biləndir!» (Əl-Bəqərə surəsi,29-cu ayə). 
«Göylərdə  və  yerdə  nə  varsa,hamısını  öz  tərəfindən  sizin  ixtiyarınıza 
qoyan  Odur.  Həqiqətən,  bunda  düşünən  qövm  üçün  ibrətlər  vardır»  (Əl-
Casiyə surəsi,13-cü ayə). 
Və nəhayət: «Ey insanlar! Allahın yaratdığı bu qədər neməti xatırlayın. 
Sizi nemətlərə qərq edən Allahdan başqa bir yaradıcı varmı? Ondan başqa 
heç  bir  Tanrı  yoxdur.  Belə  olan  halda  necə  olur  ki,  imandan  küfrə  dönə 
bilirsiniz» (Fatir surəsi,35/3) 
Dünyəvi  nemətlərə  uymaq,onların  əsiri  olmaq  kimi,  onlardan 
tamamilə  üz  döndərmək  də  düzgün  deyil.  Hər  şeydə  olduğu  kimi 
burada  da  həddi  bilmək  lazımdır.  Həddə riayət – təbiətin müttəfiqidir. 
Hər  şeydə  –yeyəndə,  içəndə,  hətta  sevəndə  belə  həddə  riayət  edin.  Bəli, 
asket 
həyatı 
keçirməyə 
dəyməz. 
Sadəcə 
olaraq, 
bəzi 
məhdudiyyətlərə  əməl  etmək,  necə  gəldi  yaşamamaq,  Təbiətin 
səsinə,  o  cümlədən,  öz  orqanizminə  qulaq  asmaq  kifayətdir.  Onda 
hansısa  sağlamlaşdırıcı  sistemlərə  aludə  olmaq,  trenajerlərə 
bağlanmaq, dəbə uyğun olmaq qaçmaq, aclıqla özünü üzmək lazım 
gəlməyəcək.  Nə  vaxt  necə  hərəkət  etməyi  orqanizmimiz  özü  bizə 
deyəcək.  Bunları  bilməklə  nəyi  isə  əzab-əziyyətlə  əldə  etmək  lazım 
gəlməyəcək,  istədiyimiz  hər  bir  şey  (lazımlı  fikirlər,  lazımlı 
məsləhətlər,  lazımlı  kitablar  və  lazımlı  adamlar)  özü  bizi  tapacaq. 


 
48 
Bunun  üçün  necə  gəldi  yox,düşünə-düşünə  yaşamaq  lazımdır.  Bu 
haqda həmişə düşünmək lazımdır. 
İnsanlar  dəbə  uymağa  meyllidir.  Hamı  «birlikdə»  musiqi  ilə 
məşğul  olur,  ingilis  dili  öyrənir,  qaçır, yoqa  ilə  məşğul  olur,  pəhriz 
saxlayır.  (Və  hamı  prezident  olmaq  istəyir  – prezident  isə  bir  nəfər 
olar). Həyatda özü olmağa, öz həyatını yaşamağa çalışmaq lazımdır. 
Onsuz  da,  insan  süni  (yəni  «boynumuza  düşən»),  hansı  rolda 
olursa-olsun (birincidə insan özünü başqalarına «göstərir», ikinci isə 
–özünə),  sonda  bunun  mənasız  olduğunu  dərk  edir  və  başqa  düşür 
ki, yalnız özü olmağa dəyərmiş. Gəlin, vegetarian, joq, həkim, alim, 
millət  vəkili,  prezident  yox,  özümüz  olmağa  çalışaq.  Həmin  sənət 
sahibləri  olsaq,  həmin  vəzifələrdə  çalışsaq,  həmin  həyat  tərzini 
yaşasaq belə. 
Seçilmək  naminə  və  ya  dəb  xətrinə  fərqli  həyat  tərzinə  keçmək 
lazım deyil. Onsuz da, bu, uzun çəkməyəcək. Seçilmək, fərqlənmək 
xətrinə  idmanla  məşğul  olanlar,  dindarlıq  edənlər,  oruc  tutanlar 
bilməlidir  ki,  bu  məqsədlə  edilən  heç  nəyin  faydası  olmur.  Bir  də 
insan  öz  dəyərliyini  başqa  şeydə    –  həqiqətən  dəyərli  olmaqda 
axtarmalıdır, hamıdan yaxşı (və ya «hamı kimi») evi olmaqda, fərqli 
geyinməkdə,  fərqli  həyat  tərzi  keçirməkdə  və  s.  yox.  Bunların  heç 
biri insanı dəyərli etmir. İnsanın nə vaxtsa onlardan məhrum olması 
mümkündür (labuddur) və o zaman dəyəri həmin şeydə olan insan 
dəyərsizləşəcəkdir. İnsan özünü başqa cür təsdiq etməlidir. O şeylər 
ki,  onları  heç  vaxt  heç  kəs  insanın  əlindən  ala  bilməsin. 
«Başqalarından öz qüdrətinlə üstün olmaqdansa, biliyinlə üstün ol» 
deyən Makedoniyalı İsgəndər nə qədər haqlıdır. 
Sağlam  həyat  tərzini  təbliğ  edən,  təbii  müalicə  üsullarına 
əsaslanan  müxtəlif  sağlamlaşdırıcı  sistemlər  mövcüddur.  Bunlar 
məlum  qadağalar  dövründə  (makinada  yazılmış  şəkildə)  dar 
çərçivədə  əldən-ələ  keçsə  də,  geniş  əhali  kütləsinə  məlum  olmayan 
xarici  müəlliflərin  əsərləri  olub,  yalnız  yenidənqurma  (qurma, yoxsa, 
dağıtma?)  dövründə  vəziyyətdən  istifadə  etməyi  bacaran  «diribaş» 


 
49 
adamların  (bəzən  isə  xeyirxah  insanların)  sayəsində  çoxtirajlı  kitab 
şəklində  yayılıb.  Bu  sistemlərdə  təbliğ  edilən  metodlardan 
bəzisi ,olduqca dəyərli olsa da, sadəliyi və geniş yayılması üzündən 
əhəmiyyətsiz hesab edilir (bu «gözdənsalmada» bulvar ədəbiyyatın 
və  səriştəsiz  insanların  da  rolu  var),  bəzisi  isə  əksinə,  sağlam 
düşüncənin  yox,  doğmaya  çevrilmiş  fikirlərin  (ifrata  varmanın) 
nəticəsi olsa da çoxlarını «yoluxdurur». 
İnsanlar  müxtəlif  metodlara  çox  zaman  təbabətin  bir  çox  hallarda 
gücsüzlüyün  nəticəsi  olaraq  əl  atır,  eşitdikləri,  rast  gəldikləri 
müxtəlif müalicə üsullarını sınaqdan keçirməyə məcbur olurlar. Son 
nəticə  də  isə  eynilə  rəsmi  təbabətə  hədsiz  ümid  bəsləyənlər  kimi 
ümidləri doğrulmur. Çünki həmin müalicə üsulları nə qədər faydalı 
olsa da, ümumi sağlamlaşdırıcı tədbirlərin fonunda əhəmiyyət kəsb 
edə  bilər,  daha  doğrusu,  həmin  tədbirlərdən  yalnız  biri  olmaqdan 
başqa  bir  şey  deyildir  və  müvəqqəti  yaxşılaşma  verə  bilsə  də,  
sağlamlıq problemini bütövlükdə həll edə bilməz.  
Oxuduğun  hər  bir  şeyi  tez-tələsik  özünə  «tətbiq  etmək»,  hansısa 
bir  sistemə  möcüzə  kimi  baxmaq  lazım  deyil.  Əslində,  bütün 
sağlamlaşdırıcı  sistemlərdə  bir  yarımçılıq  var,  onların  çoxu  qədim 
mənbələrdən  (əsasən,  Şərq  təbabətindən  və  yoqa  sistemindən) 
götürülmüş  hissə-hissə  məlumatlarla  doludur  və  bəzən  bu  hissələr 
bir-birini  təkzib  edir.  Onları  ümumləşdirmək,  düzgün  olanı  seçib 
götürmək  yenə  insanın  öz  boynuna  düşür.  Heç  bir  müalicə  üsulu, 
sağlamlaşdırıcı  sistem  panaseya  ola  bilməz.  (Hətta  rəsmi  təbabətdə 
də  bəzi  faydalı  maülicə  üsulları  nə  vaxtsa  dəbə  düşür,  yeri  gəldi-
gəlmədi 
işlədilir, 
ona 
panaseya 
kimi 
baxılır. 

bunu 
doğrultmadıqda isə birdəfəlik unudulur. Halbuki yerində işlənsəydi, 
çox fayda verərdi).  
Naturopatlar  çox  zaman  möcüzə  vəd  edirlər.  Kim  isə  özündə  (və 
yalnız  özündə)  sınaqdan  keçirib,  müsbət  nəticə  əldə  etdiyi  müalicə 
üsulunu canfəşanlıqla təbliğ edir, onun effektliyini  «elmi»  dəlillərlə 
sübut  edir,  lakin  təsadüfən  onun  «boyuna  biçilmiş»  həmin  müalicə 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə