Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 
53 
belə  «iradəsizlik»  yaranır.  Sizdə  yaranan,  sizə  «yad»  olan  hisslərin 
müvəqqəti  olduğunu  yadınıza  salmaqla,onları  asanlıqla  dəf  edə 
bilərsiniz.  
Yeni  həyat  tərzinin  tələblərinə  vaxtaşırı  və  başdansovdu  əməl 
edilməsi  də  heç  bir  fayda  verə  bilməz.  Müntəzəmlik  və  dəqiqlik 
vacib  şərtlərdir.  Əgər  bir  dəfə  səhlənkarlığa  yol  versəniz,  bu,  adət 
halına  keçəcək.  Hər  işdə  olduğu  kimi,  sağlam  həyata  da  sədaqətlə 
qulluq etmək lazımdır. Sədaqət həmişə mükafatlandırılır.  
Çoxları  sağlamlıq  haqqında  məsləhətləri  oxuyarkən  başlamaq 
üçün  qərar  verir,  amma  bu  işi  başqa  vaxta  saxlayır.  Başqa  vaxtkı 
başqa insan olmayacaq, yenə insanın özü olacaq. Sabah yox, elə  bu 
gtün, bu an başlamaq lazımdır – düşüncələrimizdən. Başlamaq üçün 
qərar verdiyiniz andan başlayın, sabaha, o biri günə qoymayın, onda 
heçnə  alınmayacaq.  Aqillər  deyib  ki,  o  şeyə  ki,  sabah  malik  olmaq 
istəmirsən, bu gün at,o şeyə ki, sabah malik olmaq istəyirsən – bu gün əldə 
et. Birdə  ki,  həyat  –  indiki  zamandadır,  gələcək    – xəyaldır  (keçmiş 
isə  artıq  keçib).  Həyatımız  bizim  indiki    hazırki  anlarımızın 
toplumundan  ibarətdir.  Məhz  ona  görə  də  hər  şeyi  indi  etməyə 
çalışın . Hər «indiki an»ın qədrini bilin.  
Bütün  bunlarla  yanaşı  bir  şeyi  də  yadda  saxlayın.  Ən  əsası  öz 
düşüncəlirimizdir.  Onlarla  işləmçək  lazımdır.  Deyirlər,  əgər  at 
həmişə eyni yolla gedərsə, onu təzə yolla öyrətmək çətin olur. Lakin 
hər dəfə yol ayrıcına çatanda yüyəni çəkib, atın başını təzə yola sarı 
çevirmək kifayətdir. Müəyyən bir vaxtdan sonra daha buna ehtiyac 
qalmır,  at  təzə  yola  öyrəşir.  Öz  düşüncələrinizlə  də  bu  cür  işləyin, 
hər  dəfə  «yüyəni  çəkin».  Bir  də  unutmayın:  ağıllı  adamlar  öz 
ruhlarını  möhkəmlətməyə  can  atırlar,  axmaqlar  isə  yalnız 
bədənlərini möhkəmləndirməklə məşğul olurlar.                                       
                                                                                                                                                                                                                
 
 
                                        


 
54 
                                        RUH  HAQQINDA 
 
 
Mələklər aləminin quşuyam, 
Bu torpaq aləmindən deyiləm. 
                                              Ç.Rumi 
 
 
İnsanlar artıq öz ilahi təbiətlərini 
 üstünlüyünü hiss etmirlər. 
A.Düma 
 
 
Qatı  dindarlıq  zəmanəsində  deyilən  bu  sözlər,  ilahi  olan  hər  şeyin 
inkar  edildiyi,  «bütün  dinlərin  puç  və  əfsanə»,  «xalq  üçün  tiryək» 
hesab  edildiyi  dövrün  insanları  üçün  «qanunauyğun»  səslənir. 
Çünki bu insanlar özlərinin böyük bir  hissəsindən – ruhdan imtina 
etmək məcburiyyətində qalıblar.  
Beynəlxalq  elmi  toplantılardan  birində  iştirakçılardan  insan  rəsmi  çəkmək 
xahiş  edilib.  Həmin  günün  mövzusu  olmaq  uşaq  problemlərinə  həsr 
edildiyindən, kiminsə uşaqları da insan «hesab edib-etmədiyini»  yoxlamaq 
məqsədilə 
aparılan 
bu 
kiçik 
«eksperiment» 
zamanı 
çoxsaylı 
iştirakçılardan  yalnız  biri    «hədəfə  düşmüş»  və  uşaq  rəsmi  çəkmişdir. 
İxtiyar sahibi olsaydım,mən də bu xahişlə, məsələn, həkimlər auditoriyasına 
müraciət  edərdim.  Ancaq  bir  qədər  başqa  formada  və  başqa  məqsədlə. 
Görəsən,  hamı  yox,  heç  olmasa,  İnsan,  onun  sağlamlıq  problemləri  ilə 
məşğul olanlar İNSAN dedikdə nə təsəvvür edirlər. Təkcə gördüklərinimi? 
   Bəs  hisslərimiz,  düşüncələrimiz  haradadır?  Əslində,  onları  heç 
vaxt inkar etməmişik. Ancaq nə olduğunu da biolməyə çalışmamışıq. 
İnsan  beyninin  fəaliyyəti  ilə  bağlı  hadisələr  hesab  etməklə 
kifayətlənmişik.  Bu,  mücərrəd  səslənmirmi?  Qəribədir,  ENERJİ, 
onun çevrilmələri haqqında danışmışıq, həm də maddi olmayan hər 


 
55 
şeyi  inkar  etmişik.  Amma  bu  gün,dalğaların  minlərlə  kilometrlərə 
ötürülərək,  hamının  adi  bir  şey  kimi  seyr  etdiyi  televizora 
verilməsinə  inanmağımıza  baxmayaraq,  ruh  adlı  bir  anlayışı  inkar 
etməyimiz  ağlasığmaz  görünür.  «Ruh»  deyəndə  mistik  bir  şey 
düşünmüşük, «ölən cismimdir, ruhum sizdədir» sözlərini də ritorik 
ifadə  kimi  bəyənmişik,  ürəklərdə  yaşamağa  bənzər  bir  söz  hesab 
etmişik.    «Ruh»  sözünü  «psixika»  sözü  ilə  əvəz  etməklə  özümüzü 
aldatmışıq. 
   «Ruh» kəlməsi həmişə «elmə zidd olan» dinlə bağlanılıb. Əslində, 
ən  böyük  elm  elə  dinin  özüdür.  Lakin  biz  dini  həmişə  elmə  qarşı 
qoymuşuq.    Çünki    «Oxumaq, oxumaq, yenə də oxumaq» kimi  «qeyri-
adi», «orujinal» bir ifadəni əlimizdə bayraq, dilimizdə əzbər edərkən, 
Məhəmməd  Peyğəmbərin  (s)    «Bir  gün  elmlə  məşğul  olmaq  70  illik 
ibadətdən  üstündür»  kəlamından  xəbərsiz  olmuşuq.  (İnsan  nədən 
xəbərsiz  deyil  ki?)  Zənnimcə  yalnız  əsl  elm  –  insanı  həqiqətə 
qovuşduran  bilikləri  qazanmaq  ibadətlə  müqayisə  edilə  bilər.  Elm 
adı altında cəfəngiyyatla məşğul olmaq insana bu «hüququ» vermir.  
   İnsanın  dinin  əsl  mahiyyətini  anlamamasının,  onu  xurafatla 
eyniləşdirməsinin 
əsas 
səbəbi 
dinin 
düzgün 
«təqdim» 
edilməməsidir. Din bizə elə şəkildə  «təqdim edilib» ki, inamdan çox 
inamsızlıq yaradır, agah etmək əvəzinə çaşqınlıq doğurur, Sevgi yox, 
xof  aşılayır.  Filosof  Oskar  Bernqard  bunu  çox  gözəl  ifadə  edib: 
«Allah-təala  min  illər  boyu  öz  mələkləri  vasitəsilə  ötən  zamanların 
peyğəmbərlərinə  xəbər  dalınca  xəbər  göndərib  və  hər  dəfə  də 
insanlar  bu  xəbərlərdən  din  qurub».  Biz  bu  xəbərlərdən  xəbərsizik. 
Az-çox  bildiyimiz,  tanıdığımız  dindir,  insanların  xürafata 
yaxınlaşdırdığı  din.  Lakin  onun  mahiyyətini  olduğu  kimi  dərk  edə 
bilsən  işıqlanarsan,  əsl  ZİYA-lı  olarsan.  (Hamının  özünə  yapdığı, 
yerli-yersiz  işlənən  bu  söz  də  bayağılaşıb).  Lakin  insan  bundan 
imtina  edib  və  qaranlığa  üstünlük  verib.  Gəlin,  işığa  çıxaq,  öz  ilahi 
üstünlüyümüzdən  xəbərdar  olaq,  öz  müqəddəsliyimizi  dərk  edək, 
ondan faydalanaq və beləliklə də xoşbəxt olaq.  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə