Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 
62 
«növündən» və  energetik sistemdəki yerindən asılı olaraq, o, bu və 
ya digər üzvün fəaliyyətinə təsir edəcəkdir.  
 
Əslində, bu proseslər daha mürəkkəbdir və hər bir qüvvə (bu, 
bizim öz fikir və düşüncələrimiz, yediyimiz qidanın «sahəsi», ovsun, 
bədnəzər  və  s.  ola  bilər)  uyğun  enerjili  qatla  –  incə  cisimlə 
münasibətdə  olur.  Məsələn,  hər  bir  qidanın  öz  xronal  sahəsi 
(qoloqramması)  var  və  o,  fərqli  tezliyə  malikdir.  Qida  mədədə, 
tərkibindəki  qida  maddələri  hüceyrələrdə  yerləşdiyi  kimi,  qidanın 
xronal  sahəsi  də  insanın  qoloqrafik  sahəsində    «yerləşir». Nəticədə, 
orqanizmə daxil olan hər bir qida fiziki bədəni möhkəmləndirsə də, 
qoloqrammanı  müəyyən  dərəcədə  təhrif  edir.  (Bütün  bunlardan 
xəbəri olmayan Nizaminin sözləridir: O qədər çox yemə, ağırlıq etsin,O 
qədər  ac  qalma  can  əldən  getsin  ).  Adətən,  çox  yedikdə  və  ya  «ağır» 
qida yedikdən sonra insanı yuxu basır. Bu, müdafiə xarakteri daşıyır. 
Belə ki, yatarkən qoloqramma güclənir (yəqin ki xronal enerjinin az 
şüalanması  hesabına)  və  «kənar  qüvvəni»  dəf  edə  bilir  (daha 
doğrusu,  «uda»  bilir).  Əgər  insanı  həmişə  yedikdən  sonra  yuxu 
basırsa,  bu  onun  xronal  enerjisinin  çatışmadığını  göstərir.  Qidanın 
fiziki  bədənlə  yanaşı,  qoloqrafik  sahəyə  də  təsir  etməsi  nəticəsində 
insan  daim  istifadə  etdiyi  qidanın  xasiyyətinə  oxşar  xasiyyətlər 
qazanır, həmişə ətini yediyi heyvanın xüsusiyyətlərinə malik olur. 
 
Daha  incə  enerjili  «sahəcik»  isə  müvafiq  olaraq,  energetik 
sistemin daha incə qatlarına təsir edir. Düşüncə, fikir və hisslərimiz 
də  bir  «enerji  parçası»  olaraq  energetik  sistemdə  dəyişikliyə  səbəb 
olur.  (Sağlamlığın  emosiyalardan,  əhval-ruhiyyədən  asılı  olmasının 
səbəblərindən  biri  də  budur).  Burada  kənar  qüvvənin  keyfiyyəti 
mühüm rol oynayır.  İnsan üçün təbii olan Sevinc, Fərəh, Sevgi kimi 
hisslər  (və  onlardan  doğan  emosiyalar)  energetik  sistemdə  xoas 
yaratmır, əksinə, onu gücləndirir. Çünki, o, insan üçün təbiidir, yəni 
energetik  sistemlə  həmcins  enerjidir  (insana  özündən  pay  vermiş 
Vahid, Sonsuz, Əbədi İdrak – Mütləq Sevinc, Mütləq Fərəh, Mütləq 
sevgi,  Azadlıq  mənbəyidir).  İnsanın  təbiətinə  əslində  yad  olan  kin, 


 
63 
qəzəb, nifrət və s. bu kimi neqativ hisslərin enerjisi energetik sistem 
üçün yaddır və onun üçün artıq yükdür. Ona görə də energetik sahə 
onu dəf etməyə çalışır və bu zaman külli miqdarda enerji sərf edir. 
Bu enerji itkisi fiziki bədəndə də əks-səda yaradır.   
 
Hisslərin,  emosiyaların  təkcə  kefiyyəti  deyil,  gücü  də  mühüm 
əhəmiyyət  kəsb  edir.  Güclü  emosiyalar  –  istər  müsbət  olsun,  istər 
mənfi,  orqanizmə  mənfi  təsir  edir.  Qəfil  sevincin  insana  zərərini 
hamı bilir. Çünki həmcins olsa belə, müsbət enerji həddən artıq çox 
olduqda,  energetik  sistem  üçün  çox  artıq  yük  olur  və  o,  bu  yükü 
bəzən  daşıya  bilmir.  Həddi-qədəri  gözləmək  hikməti  burada  da 
özünü göstərir.  
 
Hər  bir  orqanizm  yaranarkən  ona  müəyyən qədər  enerji  verilir, 
yəni hər bir energetik sistem Fövqəlşüurdan müəyyən qədər pay alır. 
Hər  bir  energetik  sistemin  gücü  bu  payın  miqdarından  asılıdır, 
orqanizmin  yaşama  müddəi  və  davamlılığı,  onda  baş  verən 
energetik  proseslərin  sürəti  və  ritmi  bu  enerjinin  miqdarından 
asılıdır.  Dəqiqliklə  desək,  bu,  vaxt  enerjisidir.  Hər  bir  canlı  üçün 
vaxt və həyat ritmi müxtəlifdir. Efemer kəpənəklər də öz ömrünü üç 
yüz  il  yaşayan  tısbağa  kimi  intensiv  keçirir,  yəni  tısbağanın  həyatı 
üç yüz ilə sığışdığı kimi, kəpənəyin də ömrü bir günə sığışır. İnsanlar 
da öz vaxt enerjisinə və həyat ritminə görə (ömür çırağındakı yağın 
necə  yanmasına  görə)  bir-birindən  fərqlənirlər.  Lakin  başqa 
canlılardan fərqli olaraq, insan öz şüuru ilə (daha incə sahələrilə) bu 
prosesə  təsir  göstərə  bilər.  Yəni  ömür  çırağındakı  yağın  yanmasını 
artırıb-əskiltmək  insanın  özündən  asılıdır.  Hər  şey  malik  olduğunu 
necə sərf etməkdən asılıdır.  
Diqqət  yetirin:  insan  Fövqəlşüurdan  müəyyən  qədər  pay  alır  və        
ömür  çırağındakı  yağı  yox,  onun  yanmasını  artırıb-əksiltmək  insanın 
özündən  asılıdır.  Yəni  insan  ömrünü  uzatmaq  mümkün  deyil,  onu 
qısaltmamaq  olar  və  bu  da  onu  uzatmağın  yeganə  yoludur.  Ona  görə  də 
insan  ömrünü  uzatmağın  mümkünlüyü  haqqında  bütün  söhbətləri 
cəfəngiyyat  hesab  edirəm.  Qocalma  –  təbii,  elə  bu  səbəbdən  də 


 
64 
qarşısıalınmaz  bir  prosesdir.  «Qocalmanın  səbəsi»  adı  altında  edilən 
«kəşflər» isə onun mahiyyəti yox, çoxsaylı təzahürlərindən biridir.   
   Aydındır  ki,  orqanizm  yaranarkən  ona  verilən  Həyat  Enerjisi 
(ömür çırağındakı yağ) və onun çevrilmələrinin  proqramı (bu yağın 
necə  yanması)  kifayət  deyildir  və  daim  fəaliyyətdə  olan  –  yaşayan, 
enerji  sərf  edən  orqanizm  kənardan  enerji  –  qida  almalıdır. 
Orqanizm  daim  üç  cür  enerji  (prana)  ilə  təmin  edilir:  qida  enerjisi, 
hava  enerjisi  və  kosmik  enerji.  Qida  enerjisi  –  fiziki  bədəni,  hava 
enerjisi  –  energetik  bədəni  və  kosmik  enerji  (həyat  enerjisi)  – 
qoloqrafik bədəni qidalandırır.  
   İnsan Təbiətdən daha çox enerji ala bilər və eyni zamanda malik 
olduğu enerjini daha az sərf edə bilər. Yəni, orqanizmin enerji ilə nə 
dərəcədə  təmin  edilməsi  və  malik  olduğu  enerjinin  nə  qədər  sərf 
edilməsi insanın özündən asılıdır.  
   Malik  olduğu  enerjinin  necə  sərf  etmək  bilavasitə  insanın 
fəaliyyəti, daha doğrusu, öz həyat tərzini necə qurması ilə bağlıdır. 
Çünki hər üç enerji orqanizmin yaşamasına – fəaliyyətinə sərf edilən 
enerjidir  və  artıq  bilirik  ki,  israfçılıq  etməməklə  bu  enerjiyə  qənaət 
etmək olar.  
  Orqanizmin enerji ilə təmin edilməsinə gəlincə, bu enerjilərin çox 
və ya az qəbul edilməsi yenə insanın özündən asılıdır. Lakin Təbiət 
burada  da  həddi  gözləməyin  qayğısına  qalır,  daha  doğrusu,  bizi 
buna  «məcbur  edir».  Belə  ki,  hər  üç  enerji  müvafiq  bədənin 
qidalandırmaqla yanaşı, biri digərinin işinə  nəzarət edir, yəni onlar 
bir-biri  ilə  sıx  bağlıdır.  Artıq  bilirik  ki,  qida  fiziki  bədəni 
möhkəmləndirsə  də,  öz  «sahəsi»  ilə  qoloqrafik  bədəni  təhrif  edir. 
Ona  görə  də  elə  qidalarla  qidalanmaq  lazımdır  ki,  az  miqdarda 
qəbul etdikdə də orqanizmi lazımi qida enerjisi ilə təmin edə bilsin. 
Başqa  bir  misal.  Tənəffüs  zamanı  həm  orqanizm  oksigenlə  təmin 
edilir, həm də hava enerjisi energetik bədəni qidalandırır. Lakin tez-
tez  tənəffüs  etməklə  (biz  məhz  bu  cür  tənəffüs  edirik)  qida 
maddələrinin  mənimsənilməsi  üçün  vacib  olan  CO2-nı  azaltmış 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə