Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

 
59 
pozğunluqlar  yaradır.  Ekstrasenslər  məhz  energetik  bədəndəki 
pozulmaları  hiss  edirlər  və  nizamlayırlar.    Nəticədə,  müvafiq  fiziki 
orqanda  da  sağalma  baş  verir.    Müsbət  və  mənfi  yüklü  
hissəciklərdən  ibarət  olan  plazma  cisminin  qidası    sərbəst 
elektronlar və aeroionlardır ki, bunlar da orqanizmə tənəffüs zamanı 
aldığımız  hava  ilə  və  energetik  kanalların  ucları  olan  akupunktur 
höqtələrdən daxil olur. Həmin yüklü hissəciklər (əsasən elektronlar) 
hesabına energetik bədəndə enerjinin müxtəlif axınları baş verir. 
 
     Fikir  (düşüncə)  cismi,  mental 
cisim  və  ya  qoloqrafik  sahə 
adlanan  ikinci  sahə  adlanan 
ikinci  sahə  energetik  sistemin 
işıq  (xronal)  enerjisidir.  Bu  sahə 
fiziki  bədənin  qurulması  üçün 
bir  əsasdır,  başqa  sözlə,  onun 
işıq  «əksi»dir.  Adətən,  kiçik 
yaralar,  cızıqlar  və  s.  qoloqrafik 
bədənin  «qəlibi»  üzrə  bərpa 
edilir. 
Bizim 
fikir 
və 
düşüncələrimiz  qoloqrafik  sahədə  yerləşir  və  onların  emosionallıq 
dərəcəsindən  asılı  olaraq,  bu  sahənin  quruluşu,  qalınlığı  dəyişir. 
Qoloqrafiq  sahə  daim  Kosmosdan  axan  xronal  enerji  qəbul  edir, 
orqanizmi  lazımi  enerji  ilə  təmin  edir  və  «artıq»  (az  potensiallı) 
enerji  orqanizmindən  şüalanır.  Kosmik  enerji  qoloqrafik  sahə  üçün 
qida rolunu oynayır. 
Daha  incə  cisimlər  insanın  ölməz  tərkibi  hesab  edilir  və  əsasən, 
dərk edilməyən prosesləri, insanın həyat proqramını müəyyən edir.  
 
İndi  də  bir  qədər  «dərinə»  gedək.  Ana  bətnində  döl  yaranarkən 
dalğadan  ibarət olan çoxlu həcmli «şəkillər» (yəni qəliblər) də yaranır. Bu, 
bioloqların  və  genetiklərin  çətinliklə  də  olsa  gəldikləri  (gəlmək 
məvburiyyətində  qaldıqları)  nəticədir.  Müəyyən  edilmişdir  ki,  canlı 


 
60 
orqanizm  məhz  həmin  «şəkillər»  üzrə  inkişaf  edir.  Hər  bir  üzvün  hər 
hüceyrənin,  hüceyrə  nüvəsinin,  orqanoidlərin  öz  «qəlibi»  («qəlibləri») 
vardır. «Kobud» desək,DNT-nin belə ruhu vardır. Bunu, DNT molekulunu 
şüalandırmaqla  onun  xassələrini,  beləliklə  də  irsiyyətin  necə  ötürülməsini 
öyrənməyə cəhd edən alimlər qrupu tədüfən müəyyən etmişdir.(Onlar bunu 
DNT-nin fantomu adlandırmışlar). 
Həmçinin  orqanizmin  inkişaf  proqramının  məhz  onda  –  fantomda 
«gizləndiyi» də müəyyən edilmişdir. 
 
Canlı  orqanizmdə  irsiyyətin  daşıyıcısının  xromosomlar  olması  və 
onların  da  əsasən  DNT  molekulundan  təşkil  edilməsi,  orqanizmin  inkişaf 
proqramının  DNT-də  olması,  onun  ikiqat  spiral  quruluşa,  ikiləşmə 
qabiliyyətinə  malik  olması  elmə  çoxdan  məlumdur.  Lakin  bu  məlumatlar 
canlı  orqanizmin  inkişaf  etməsi  haqqında  tam  təsəvvür  yarada  bilmirdi. 
Bəli,  orqanizmin  inkişaf  proqramı  DNT-də  yazılmışdır.  Ancaq 
nukleotidlərin  müəyyən  ardıcıllığı  ilə  (və  ya  təkcə  bu  cür)  yox.  Özü  də 
məcazi  mənada  yox,  hərfi  mənada  yazılmışdır  –  SÖZlə!  Belə  ki,  DNT  öz 
molekulyar  səviyyəsində  akustik  sahə  şüalandırır  və  onun  radiodalğa 
spektrinin tədqiqi göstərir ki, DNT-nin akustikası nitqə oxşayır. Artıq elm 
aləmində DNT-də Yaradanın nitqi yazıldığı barədə fikirlər səslənir.  
 
Energetik  sistemi  yaradan  Həyat  Enerjisinin  tərkibi,  yəni 
tərkibində olan müxtəlif tezlikli enerjilər həm də üç kombinasiyada 
birləşərək, üç ünsür  əmələ  gətirir: öd, bəlğəm və  yel. Onlar insanın 
konstitusional  tipini  –  təbiətini  müəyyən  edir.  Belə  ki,  hər  bir 
insanda  onların  nisbəti  müxtəlifdir  və  insanın  hansı  konstitusional 
tipə  aid  olması  onların  nisbətindən  asılıdır.  Yaş  dövrü,  insanın 
emosional  vəziyyəti,  qidalanma  da  bu  nisbətə  təsir  edir.  Hər  bir 
orqanizmin  fərdi  xüsusiyyətlərinə  və  yaş    dövrünə  uyğun 
«hesablanmış»  ünsürlər  nisbətinin  pozulması  həmin  orqanizmdə 
ahəngdarlığın  pozulması  deməkdir.  Orqanizmdə  baş  verən  hər  bir 
dəyişiklik  (təbii  və  qeyri-təbii)  ünsürlər  arasındakı  tarazlığa  təsir 
edir. Bu pozulmanın  qarşısını  qidalanmanın  köməyi ilə almaq olar. 
Çünki  qidalar  da  öz  təbiətinə  görə    bir-birindən  fərqlənir  və  qəbul 


 
61 
edildikdən  sonra  təbiətlərinə  uyğun  ünsürə  «çevrilirlər».  Məhz  ona 
görə  qidalanmaya,  xüsusən,  müxtəlif  çeşidli  qidalarla  qidalanmağa 
böyük  əhəmiyyət  verilir.  Bu,  orqanizmi  lazım  olan  bütün  qida 
maddələri,  kimyəvi  elementlərlə  təmin  etməklə  yanaşı,  ünsürlər 
arasındakı tarazlığı saxlamağa (bəzən isə bərpa etməyə) xidmət edir. 
Müalicə  zamanı  insanın  hansı  konstitusional  tipə  mənsub  olmasını 
nəzərə  almaq  vacibdir.  Müalicə  elə  qurulmalıdır  ki,  ünsürlər 
arasındakı  pozulmuş  tarazlıq  bərpa  edilsin.  Adətən  (normal  halda) 
insan müxtəlif keyfiyyətli qidalara (isti, sərin, turş, şirin və s.) meyl 
etməklə bu tarazlığı tənzim edir. 
 
Energetik  sistemin  yaranması  Vahid, 
Yaradıcı,  Sonsuz,  Əbədi  İdrakdan  – 
Fövqəlşüurdan  «bir  parça»  ayrılmasıdır. 
Bir  «enerji  yığını»  olaraq  o,  əhval-
ruhiyyədən,  hisslərdən, omasiyalardan, bir 
sözlə,  insanın  hiss  edib  qavraya  biləcəyi 
hər  şeydən  asılı  olaraq  dəyişir.  Çünki 
emosiyalarımız, 
düşüncələrimiz 
(eyni 
zamanda,  onların  ifadəsi  olan  sözlərimiz!) 
enerji  parçasıdır.  Mən  energetik  sistemə 
təsir  edən  hər  hansı  qüvvəni,  enerjini  şərti 
olaraq, 
«sahəcik» 
adlandıracağam 
və 
sxematiklik  xətrinə  onu  energetik  sahədə 
ayrıca  yerləşdirəcəyəm.  Şəkil  də  bu, 
energetik  sahədən  fərqli  ştrixlənmişdir.  Sahəciyin  özünəməxsus 
energikası vardır. O, energetik sistemdən fərqli  və onun üçün artıq 
enerjidir. Ona görə də hər hansı sahəciyin sahəyə daxil olması onun 
işində  disharmoniya  və  xaosa  səbəb  olur.  Belə  ki,  öz  gücündən  və 
keyfiyyətindən  asılı  olaraq,  o,  energetik  sistemdə  müəyyən 
«gərginlik»  yaradır.  Bu  «gərginliyi»  aradan  qaldırmaq  üçün 
energetik  sistem  müəyyən  qədər  enerji  sərf  etməlidir.  Hər  bir  üzv, 
toxuma  energetik  sahənin  içərisindədir.  Ona  görə  də  sahəciyin 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə