Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 
50 
üsulu başqalarında heç də o cür effekt vermir. Əslində, hər hansı bir 
sistemin «sirri» tərkib hissəsində ümumi sağlamlaşdırıcı tədbirlərin, 
sağlam həyat tərzinin tələblərinin (təbii qidalanma, hərəkət rejimi və 
s.) olmasındadır. Yerdə qalan əlavələr – hər bir sistemin fərqləndirici 
cəhətləri  müəllifin  «bər-bəzəyidir»,  yəni  onun  inamından, 
intuisiyasından və s. doğan cəhətlərdir. Bu cəhətlər nə qədər «qeyri-
adi»  olsa  belə,  həmin  sistem  öz-özlüyündə  möcüzə  yarada  bilməz. 
Hər  şeydən  əvvəl  ona  görə  ki,  hər  şey  bizim  düşüncələrimizdən 
asılıdır, onu isə heç bir sistem «bağışlamır».  
İlk  növbədə,  ÖZ  GÜCÜNƏ  İNANMAQ  lazımdır.  Bu  inamın 
gücünə  möhkəmlənən  İRADƏNİZ  müalicəni  başlamağınıza,  sonra 
isə  davam  etdirməyinizə  köməklik  göstərəcək.  Bu  İRADƏNİN 
hesabına siz, müalicə prosesində qarşınıza çıxan hər cür çətinlikləri 
dəf  edəcək,  sağlamlıq  üçün  vacib  olan  aclığa,  pəhrizə  dözə 
biləcəksiniz.  
Təbii  üsullarla  müalicədə  şərait,  imkan,  ən  nəhayət,  fərdilik 
nəzərə alınmalıdır. Əgər aclığa başlamış bir adamın vaxtaşırı təbiət 
qoynunda  olmağa,  su,  hava  proseduralarını  yerinə  yetirməyə 
imkanı  yoxdursa,  xüsusən,  o,  neqativ  münasibətlə  əhatə  olunubsa, 
belə aclığın faydası yox, zərəri ola bilər. Əlbəttə, söhbət heç də ideal 
imkanlardan  getmir.  Real  həyatda  bu  cür  imkanlar  yoxdur  və  ona 
görə də ideal həyat tərzindən də söhbət gedə bilməz. Ancaq hər bir 
insan  bacardıqca    buna  cəhd  etməli,  imkan  daxilində  sağlam  həyat 
tərzinin  tələblərini  yerinə  yetirməlidir.  Amma  nədənsə,  insanlar 
məhz bu sahə də «ya hər şey, ya da heç nə» prisipinə üstünlük verirlər. 
Bunun «alternativi» kimi «etməməkdənsə etmək yaxşıdır» frikrini təklif 
edə  bilərəm.  Hansısa  ideal  imkanların    yaranacağını,  hansısa 
«möcüzəli» günün gələcəyini gözləmək özünü aldatmaqdır.  
Hər  kəs  öz  orqanizminin  fərdi  xüsusiyyətlərinə  (astroloji 
göstəricilər,  irsi  xüsusiyyətlər  və  s.),  konstitusional  tipinə  uyğun 
gələn  tədbirləri  seçməlidir.  Adətən,  insan  şüursuz  olaraq  nəyi  isə 
faydalı,  gərəkli  hesab  edir.  Nəticədə  çox  zaman  lazım  olan  yox, 


 
51 
istənilən,  xoşa  gələn,  yaxud  bəyənilən  seçilir.  Belə  ki,  bəzən  insanı 
hisslərin  tələbini  ödəyən  cəhətlər    «cəzb  edir»,  insan  hisslərə  «sərf 
edən»  cəhətləri  seçir  (nə  yemək,  nə  vaxt  yatmaq  və  s.).  Yəni  insan 
özünü  inandırır  ki,  məhz  bu,  sərfəlidir.  İnsan  öz  hisslərinin  ağası 
olmağı, onları ağıla tabe etdirməyi bacarmalıdır. Təbiətlə həmahəng 
yaşayan,  öz  orqanizminə  qulaq  asmağı  bacaran  insan  seçimdə  də 
yanılmır, daha doğrusu, o belə seçim qarşısında qalmır, bu cür insan 
nəyin  gərəkli,  nəyin  gərəksiz  olduğunu  intuitiv  olaraq  ayıra  bilir: 
xoşa gələn  məhz  lazınm  olan olur.  Bəzən  isə  seçim  yalnış  rəyin,  yəni 
əvvəlcədən formalaşmış münasibətin («fərziyyələrin») nəticəsi olur. 
Belə  olan  halda  nəyin  intuisiyanın  gücü,  nəyin  şüurun  yanlışlığı 
olduğunu ayırmaq lazımdır.  
Bundan başqa, aclıq, vegetarianlıq, qaçış, tənəffüs təmrinləri, fiziki 
təmrinlər  heç  biri  xüsusi  rejim  olmadan  fayda  verə  bilməz.  Rejim 
heç də adətən başa düşüldüyü kimi darıxdırıcı, ciddi tələblər deyil, 
adi nizamdır, təbiətin ziddinə getməməkdir. Vaxtilə vaxtı üç hissəyə 
bölmək: bir hissəni ibadətə, bir hissəni işə, bir hissəsini isə istirahətə 
sərf  etmək  düzgün  hesab  edilib.  İstirahət  edərkən  öz  bədəninə 
qulluq etmək vacib sayılıb. Çünki istirahətə laqeyd yanaşmaq qalan 
iki  vəzifəni  layiqincə  yerinə  yetirməməyə  səbəb  olar.  Müasir  insan 
ibadətə  vaxt  sərf  etmir.  Bununla  nə  itirdiyindən  də  xəbəri  yoxdur. 
İbadət  –  relaksasiyadır,  meditasiyadır,  saflaşmadır,  durulmalıdır. 
Müasir  insan  istirahət  etməyi  də  bacarmır:  ya  istirahəti  uzanmaq, 
yatmaq,  televizora  baxmaq  kimi  başa  düşür,  ya  da  istirahət  üçün 
ümumiyyətlə  vaxtı  qalmır.  İbadətin  və  istirahətin  vaxtını  da  iş  üçün 
ayıran insan yenə də işini çatdırmır, hey tələsir, vurnuxur. Yaşamaq 
üçün  işləmək  məqsədilə  işləyə-işləyə,  yaşamaq  yaddan  çıxır,  təkcə 
işləmək qalır və nəticədə, sanki işləmək üçün yaşayır.      
Öz  həyat  tərzini  dəyişməyə  psixoloji    cəhətdən  tam  hazır 
olduqdan  sonra  başlamaq  lazımdır.  Bəzən  insan  həvəslə  bir  işə 
girişir, intensiv fiziki məşqlər edir, aclığa başlayır, vanna qəbul edir 
və  s.  .  Sonra  bütün  bunları  birdən  atır.  Bu  zaman  insan  özünü 


 
52 
əvvəlkindən  pis  hiss  edə  bilər.  Çünki,  qulluq  edilməyə  öyrəşən 
orqanizm  «elə-belə»  yaşamağa  çətinlik  çəkir.  Hər  şeyə  tədricən 
alışmaq,  azdan  başlamaq  lazımdır.  Özünü  hər  an,  hər  dəqiqə 
məcbur  etmək  lazım  deyil.  Belə  olduqda,  bunun  nə  vaxtsa  əvəzi 
çıxır,  insanın  buna  heç  həvəsi  olmur.  Bir  də,  «etiraz  səsi»  heç  də 
həmişə  tənbəllikdən  olmur,  orqanizmin  tələbatından  doğur.  Öz 
orqanizminizə  qulaq  asmağı  bacarın.  Nəyin  tənbəllik  olduğunu, 
nəyin orqanizmin tələbatından doğduğunu ayırmaq lazımdır. İnsan 
öz  iradəsizliyi  üzərində  qələbə  çalmağa  çalışmalıdır,  təbiətin 
üzərində yox. 
Sağlam  həyat  tərzinə  tam  keçdikdən  sonra  da  həddi  gözləmək 
vacibdir.  Əsas  məsələ,  gördüyün  işi  axıra  çatdırmaqdır  (fiziki 
kamillikdən  başlayıb,  mənəvi  kamilliyə  getmək).  Ümumiyyətlə, 
insan  başladığı    işi  axıra  çatdırmağa  çalışmalıdır.  Əgər  görülən  iş 
yarımçıq qalarsa, o biri «yarımçıq» – görülməmiş iş onun üçün yük 
olur,  həmişə  onunla  qalır.  (Dad  yarımçıq  əlindən.)  Deyirlər,  boynun 
ardında (süysündə) olan şişkinlik həmin yığılıb qalmış, görülməmiş 
işlərin  fiziki  bədəndə  qoyduğu  izdir.  O,  energetik  sistemdə  də 
(psixikada və daha incə qatlarda) iz qoyur. Nəticədə, insanda psixiki 
natarazlıq yaranır.  
Bir  çox  narahatlıqlarımızın  səbəbi  görülməmiş  işlərin  «yükü»dür. 
(Hətta  deyilməmiş  sözlərin  də  yükü  vardır,  fikrini  deməyib, 
yarımçıq  saxladıqda  o  da  «yükə»  çevrilir.  Qorxub,  çəkinib  və  ya 
«müdriklik  edib»  içəri  ötürdükdə  isə  o,  onsuz  da  çıxır  –  məsələn, 
herpes  «uçuq»  şəklində  dodaqlardan.  Elə  içəridə  də  «herpes»  çıxa 
bilər  (daxili,  ruhi  və  ya  (və)  fiziki  əzablar  (xəstəlik)  şəklində).  Ona 
görə  də  konflikt  vəziyyətlərdə  susmaq  yox.  Öz  sözünü  deməyi 
bacarmaq müdriklikdir. Əlbəttə, təmkinlə.  
Bəzən  sağlam  həyat  tərzinin  tələblərini  pozmaq  –  «keçmişə 
qayıtmaq»  günün  bioritmini  ilə  əlaqədar  olur.  Elə  günlər  və  gün 
ərzində  elə  anlar  vardır  ki,    insanın  neqativ  (o  cümlədən,  qeyri-
sağlam  həyat  tərzinə  aid  olan)  işlərə  meyli  artır,  ən  iradəli  adamda 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə