Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   2   3   4   5   6   7   8   9   ...   35

 

onun  bütün  sahələrinin    bir–birinə  bağlılığı    unudulub,  hərə    öz 
«xarab  olmuş  maşınını  »  təmir  etməyə  çalışır,  eşələnir,  hissələrin 
tərkibini  belə  öyrənməyə  can  atır.  Bu  hissənin  aid  olduğu  maşını, 
onu  məhz  həmin  maşını  «düzəltmək»  üçün  öyrəndiyini  unudur. 
Laboratoriyalarda  eşələnməkdənsə  (bu  da  lazım olsa  belə),  nəfəsini 
dərib  düşünmək,  qol–budağın    bir  kökü  olduğunu  yada  salmaq 
daha çox fayda verərdi. 
Bir  dəfə  E.  Rezerford  gecədən  xeyli  keçmiş  laboratoriyaya 
gəlir və əməkdaşlarından birinin burada məşğul olduğunu görüb 
soruşur: 

 
Bu vaxt burada nə edirsiniz? 

 
İşləyirəm. 

 
Bəs gündüz nə işlə məşğul idiniz? 

 
İşləyirdim. 

 
Bəs səhər tezdən neyləyirdiniz? 

 
Əlbəttə, professor, səhər də işləyirdim. 
        Rezerford qaşlarını çatıb əsəbiliklə soruşur: 

 
Cavan oğlan, bəs siz nə vaxt düşünürsünüz? 
 
Burada  bir  haşiyə  çıxmaq  istəyirəm.  Bir  çox  alimlərin, 
tədqiqatçıların  həyatı,  gördükləri  işlər  haqqında  oxuyarkən 
onların  dühasına,  həm  də  fədakarlığına  heyran  olursan,  riqqətə 
gəlirsən.  Eyni  zamanda,  düşünürsən  ki,  bunların  son  nəticədə 
insana (insanlığa) faydası nədir?  
Atom bombasının ixtirası ilə nəticələnən 
α
-, 
β
- və 
γ
-şüaların kəşfi 
kimi. 
 
   Elmdəki böyük nailiyyətlər, heyrətedici kəşflər danılmazdır, insanı 
heyran  edir.  Lakin  bu  da  sirr  deyil  ki,  bunlar  böyük  və  sadə 
həqiqətləri dərk etməyimizə kömək edə bilmir. Senekanın sözləri də 
elmin  ən  böyük  nailiyyətlərinə  baxmayaraq,  həmişə  qüvvədə  qalır: 
“Vaxt  olacaq,  gələcək  nəsillər  təəccüb  edəcəklər  ki,  biz  necə  aydın 


 

həqiqətləri  bilməmişik”.  Səbəb  isə  birdir:  nadanlıq.  Bəli,  nə  qədər 
elmlə  məşğul  olsaq  da,  nə  qədər  yeni  elm  sahələri  “icad”  etsək  də 
cahilik.  Əksinə,  nə  qədər  çox  elm  sahəsində  məşğul  oluruqsa, bir o 
qədər  cahilləşirik.  Çünki,  əslində  bircə  elm  mövcuddur:  İDRAK 
ELMİ. Lakin bu elm öyrənilmir. 
 
Əgər biz elmin xırdalıqlarına getmək əvəzinə, həyatı duymağa, 
anlamağa,  kimliyimizi  dərk  etməyə  çalışsaydıq,  buna  çoxdan  nail 
olmuşduq.  Buna  nail  olmaq  isə  insanın  rifahını  yüksəltmək,  onun 
sağlamlığını tə’min etmək demək olardı – öz–özünə, avtomatik. Heç 
olmasa, insanı öyrənən elm sahələri prosesləri hüceyrə, molekulyar 
səviyyələrdə  öyrənməklə  nəyə  isə  nail  olmağa  çalışarkən,  bir  adi 
həqiqəti xatırlamırlar ki, insan nə öz–özünə, nə də tək yaranmayıb! 
Onun kimliyini dərk etmədən onu öyrənmək mümkün deyil. Məgər 
bunu başa düşmək çətindirmi ki, İnsan Təbiətin bir hissəsidir, biz də 
insan  üçün  nə  etmək  istəyiriksə,  istər  sağlamlığı  olsun,  istər, 
ümumiyyətlə,  rifahı,  bu  böyük  Əlaqəyə  arxalanmalıyıq.  Təbiəti 
öyrənmək  istəyiriksə,  yenə,  onun  bir  hissəsi  olduğumuzu 
unutmamalıyıq,  ilk  növbədə,  özümüzü  öyrənib,  kimliyimizi  dərk 
etməliyik.  Bundan  sonra  bir  hissəsini  –  özümüzü  öyrəndiyimiz 
Təbiəti  dərk  etmək  asan  olacaqdır.  Kosmosu  oraya  raketlər 
göndərməklə  yox,  Təbiətin  özünün  bizə  bəxş  etdiyi  ağıl  və  biliklə 
daha  tez  öyrənmək,  beləliklə  də,  fəth  etmək  olardı.  Lakin  insan 
bunun mümkünlüyünü belə düşünməyib. Onsuz da həmin raketlər 
heç  yerə  gedib  çıxmayacaqlar,  elmə  informasiya  bolluğu,  yeni 
mə’lumatlar,  təsvirlər  verməkdən  başqa  heç  nə  əldə  etməyəcəklər. 
Çünki, axtardığımız beynimizdədir, daha doğrusu, öz içərimizdədir. 
 
Lakin  biz  kimliyimizi  bilməklə,  öz  böyüklüyümüzü  başa 
düşmək,  nə  dərəcədə  azad,  sərbəst  beləliklə  də  çox  şeyə  qadir 
olduğumuzu  dərk  etmək  və  bütün  bunların  sayəsində  hər  şeyin 
“ovcumuzun içində” olduğunu anlamaq əvəzinə, ELM adı ilə təbiəti 
özümüzə  tabe  etməyə,  ona  sahib  olmağa  çalışmışıq.  Biz  təbiətin 
özüyük,  beləliklə  də  onun  sahibiyik.  (Görəsən,  Nəsimi  «Həqq 


 

mənəm, Həqq məndədir» deməklə Həqqi inkar edib, yoxsa Həqqin 
onun özündə olduğunu demək istəyib?). 
 
Təbiətlə eyniliyimizi, beləliklə də böyüklüyümüzü dərk etmək 
əvəzinə,  təbiətə  sahib  olmaq  üçün  onu  özümüzə  tabe  etmək 
istəmişik,  beləliklə  də,  əslində  bizim  olan  təbiəti  rəqibə  çevirmişik. 
Təbiəti özünə tabe etmək istəyi ilə insan müəyyən mə’nada həm də 
özünü  özünə  tabe  etməyə  çalışmış  olur.  Və  bu  baxımdan  insan  öz 
istəyinə  çatmışdır.  O,  bu  böyük  təbiətin  içərisindən  bircə  şeyi  –  öz 
ağlını  və  sərbəstliyini  ram  edə  bilib.  Bəli,  biz  bilik  qazanırıq,  elmlə 
məşğul  oluruq,  guya  təbiətin  sirlərini  açmağa  çalışırıq.  Lakin  başa 
düşmürük  ki,  bunu  yalnız    m  ü  d  r  i  k  l  i  k  l  ə,  Təbiəti,  İnsanın 
Təbiətlə  əlaqəsini  dərk  etməklə  əldə  etmək  olar,  onun  üzərində 
tərəqqi adı ilə eksperimentlər aparmaqla yox.  
 
Tərəqqi  dedikdə,  insanın  təbiət  üzərində  hökmranlıq  dərəcəsinin 
artması  başa  düşülür.  Cəmiyyət  meydana  çıxdığı  bir  vaxtdan  daim, 
dönmədən  tərəqqi  etmişdir,  xüsusi  ilə  də  öz  ətrafında  misligörünməmiş 
sün’i mühit yaratmışdır. Tarix boyu hər şey – həyat formaları, əmək alətləri, 
yeni materialların alınması və s. inkişaf etmişdir. Təkcə  İnsanın  özündə 
heç bir tərəqqi yoxdur.  
Doğrudur,o  özünün  ibtidai  və  qədim  əcdadlarından  olduqca  çox  bilir. 
Ancaq mahiyyət e’tibarı ilə o, daha ağıllı və daha xoşbəxt ola bilməyib. 
 
Həyat  bir  çaya  bənzəyir,  əgər  axınla  üzsən,  o  sənə  qüvvə 
verəcək,  kömək  edəcək,  onun  ahənginə  düşə  biləcəksən,  çox  dəqiq 
işləyən  mürəkkəb  mexanizmin  bir  hissəsi  olub,  harmoniya  ilə 
yaşaya  biləcəksən.  Lakin  İnsan  nəhəng  Həyat  çayında  axınla  yox, 
axına qarşı üzməyə çalışır. Bu zaman o, çox qüvvə sərf etsə də, heç 
nəyə nail ola bilmir. Çünki insan ondan «qopmuş» bir hissədir, hissə 
isə bütovdən, tamdan güclü ola bilməz və onunla «öcəşməməlidir». 
Əgər  insan  həyatın  axınını  duya  bilsə,  onun  yenilməz  gücünü  öz 
cüz’ i sə’yləri ilə birləşdirər və yalnız bu zaman kamilləşər. İnsan isə 
bu  gücü  görmək,  onunla  birləşmək  əvəzinə,  ona  qarşı  “üzür”, 
cahilləşir, nadanlaşır. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə