Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   2   3   4   5   6   7   8   9   ...   35

 
10 
 
Nadanlığın  insanı  kor  edən  bir  zülmət  olduğunu  həmişə 
bilmişəm.  Lakin  onun,  demək  olar  ki,  hamıya  şamil  olduğunu  və 
mənim  təsəvvür  etdiyimdən  çox  -  çox  qatı  və  dərin  olduğunu  (o 
dərəcədə  ki,  insan  özünün  kimliyini  belə  unudub)  yalnız  indi 
anlamışam. Təbiət insanı  ağıllı  və  bilikli  yaradıb.  Lakin  insan  onun 
hesab  etdiyindən  daha  çox  (olduqca  çox)  şeyə  qadir  olan  ağıl  və 
biliyindən  ya  tamamilə  istifadə  etmir,  ya  da  onu  azdırır,  gərəksiz 
istiqamətə  yönəldir,  üzdəniraq  şəkildə  inkişaf  etdirir.  Birincilər  – 
əvvəllər  təsəvvürümdə  nadan  olanlardır,  ikincilər  isə  yerdə  qalan 
nadanlar – yə’ni hamımız.  
 
Bə’zən  deyirlər  ki,  nə  üçün  keçmişdə,  elmin,  texnikanın 
(əslində  isə  yalnız  texnikanın)  etmədiyi  bir  dövrdə  böyük  kəşflər 
edilib,  indi  isə  yox.  Bunu  onunla  izah  etməyə  çalışırlar  ki,  guya 
əvvəllər kəşf edilməmiş çox şeylər olub, yə’ni bir növ, elmdə boşluq 
olub, indi isə hər şey kəşf edilib və kəşf ediləsi heç nə qalmayıb (və 
ya çox az şey qalıb). Ona görə də kəşf sarıdan işlər ləng gedir. Lakin 
əslində belədirmi? Əgər kəşf edilməmiş sirlər azalmış olsaydı, insan 
həyatda  bu  qədər  çətinlik  çəkməzdi.  Bir  də,  təbiətin  sirləri 
tükənməzdir,  insan  heç  vaxt  onları  axıra  qədər  öyrənib  qurtara 
bilməz və öyrənməyə cəhd də etməməlidir. İnsan lazım olan qədər  
lazım  olanı  bilməlidir,  artıq  yox.  O  ki  qaldı  keçmişdə  edilən  böyük 
kəşflərə, səbəblərdən biri də odur ki, o vaxtın alimləri kəşf etməyin 
“sirrini”  biliblər.  Onlar  qol  –  budaqla  yox,  köklü  –  köməcli  ağacla 
çalışıblar, böyük təbiətin bir hissəsi olan özlərinin böyüklüklərindən 
istifadə ediblər.  
 
Dünyanın atomlardan və boşluqlardan ibarət olduğunu görmək üçün 
Demokrit  elektron  mikroskopundan  istifadə  etməyib,  göylərin  musiqisini 
eşitmək üçün Pifaqorun audio aparatları olmayıb, nə də Kainatın əyilməsini 
görmək üçün Eynşteyn Kosmosa uçmayıb. 
 
İnsan  Sonsuz(!),  Yaradıcı  İdrakdan  bəhrələnmək  əvəzinə 
özünün  sün’i  olaraq  qurduğu  dar  çərçivədən  faydalanmaq  istəyir. 
Lakin  bu  zaman  şeylərin  mahiyyətini  real  qiymətləndirmək  qeyri-


 
11 
mümkün  olur  (mənbə  məhdud  və  sün’i  olduğu  üçün).  Yalnız 
Yaradıcı  İdrakdan  bəhrələndikdə  təmiz  fikirlərə  malik  olmaq, 
şeylərin  mahiyyətini  real  qiymətləndirmək  mümkündür.  İnsan 
bə’zən  bilərəkdən  bundan  imtina  etmişdir.  Məsələn,  uzun  illər 
ərzində  materializm  bu  Böyük  Qüvvəni  görməyə,  duymağa  imkan 
verməyib. Hər bir kəşf, ixtira ona – sün’i oriyentrə söykənib. Yə’ni o 
şeylər elmi hesab edilib ki, onu materializm baxımından izah etmək 
mümkün  olsun.  Materializm  özü  həqiqətdən  uzaq  bir  cəfəngiyyat 
olduğundan, ona əsaslanan elmi bazanın çürüklüyündən danışmağa 
dəyməz.  Zənnimcə  Vahid,  Sonsuz,  Əbədi  İdrakın  inkar  edilməsi 
təsadüfi  olmayıb,  düşünülmüş  siyasət  olmuşdur.  Çünki  bu, 
insanların  təmiz,  həqiqi  fikirlərə  malik  olmasının  qarşısını  almış, 
yə’ni  insanlarla  Həqiqət  arasında  sədd  çəkmiş,  bununla  da  onları 
nadanlaşdırmışdır. Axı, yalnız nadanlara ağalıq etmək mümkündür. 
 
Müasir  insan  analitik  və  məntiqi  təfəkkür  imkanlarını  inkişaf 
etdirərək,  ətraf  mühiti  bilavasitə  duymaq  qabiliyyətini  itirib. 
Şeylərin 
mahiyyətini 
intuitiv 
olaraq 
dərk 
etmək 
(yə’ni 
Fövqəlşüurdan  bəhrələnmək),  qeyri-standart  nəticələrə  gəlmək 
müasir  insan  üçün  əlçatmaz  olub  (şüurdan  sui-istifadə  etdiyindən, 
«istifadəsiz  qalan»  şüuraltı  «korlaşıb»).  Elə  ona  görə  də  böyük 
ixtiralar,  nailiyyətlər  adi  həqiqətləri  dərk  etməyimizə  kömək  edə 
bilmir.  İnsan  zəkası  yalnız  bu  həqiqətlərin  «saxlandığı»  Yaradıcı 
İdrakdan bəhrələndikdə buna nail ola bilir.  
 
İnsan  şüuru  Fövqəlşüurun  bir  hissəsidir  və  onunla  qırılmaz 
əlaqədədir.  Fövqəlşüur  insan  şüurundan  axıb  keçən  çaya  bənzəyir. 
Bütün  kəşflər,  ixtiralar,  yə’ni  təbiətin  bütün  sirləri  bu  çayın 
sularında  daşınır,  bütün  ideyalar  ən  mükəmməl  şəkildə  onda 
«gizlənmişdir». İnsan nəyin haqqında çox düşünürsə, hansı ideya və 
fikirlərə  «köklənmişsə»,  onun  şüuru  da  həmin  ideya  və  fikirləri 
tutub saxlayır. Başqa sözlə, insan beynində o şeylər « ilişib qalır » ki, 
insan  həmin  şey  haqqında  düşünür,  həmin  «sim  üstə»  köklənir. 


 
12 
Haqqında  çox  düşündüyü  hər  bir  şey  insana  əvvəl-axır  agah 
olacaqdır.  
 
Elə bu səbəbdən də illərlə həllini tapmadıqları məsələni alimlər 
bir  anda  həll  edə  bilirlər,  bə’zən  gecə  yuxuda  görürlər.  Elə  bu 
səbəbdən  də  planetin  ayrı-ayrı  yerlərində  yaşayan  insanlar  eyni 
vaxtda eyni kəşf, ixtira edirlər. (Doğrudur, bundan sui-istifadə edən 
xalqlar  da  var).  Onların  hər  biri  əmindir  ki,  bu  kəşf,  ya  ixtira  ona 
məxsusdur.  Əslində  heç  vaxt  heç  kəs  heç  nə  icad  və  kəşf  etməyib. 
İnsan  yalnız  Fövqəlşüurdan  –  Vahid,  Əbədi,  Sonsuz,  Yaradıcı 
İdrakdan  bəhrələnmişdir.  Budur  İdrak  elminin  əsas  məğzi.  Necə 
bəhrələnmək isə insanın özündən asılıdır.  
 
İnsan  təbiətin  ona  bəxş  etdiyi  ağıl  və  biliyini  yanlışlığına 
qurban vermiş, beləliklə də nadanlaşmışdır. Bu nadanlıq insana çox 
baha başa gəlib. O, raketlər, kompüterlər, laboratoriyalar və s. üçün 
böyük vəsait, zəhmət, enerji, vaxt (tarix) sərf edib, əvəzində isə heç 
nə  əldə  etməyib.  Bəli,  sərf  etdiyi  ilə  müqayisədə  bu,  heç  nədir.  Nə 
maraqlı, cəzbedici hipotezlər, nə elmi faktlar, nə təcrübələrin qeyri-
adi  nəticələri  insana  heçnə  verməyib,  yalnız  əlindən  alıb  : 
sərbəstliyini və biliyini. Ən başlıcası isə, bununla İnsan təbiətin ona 
bəxş  etdiyi  və  deməli,  zəruri  olan  sağlamlığını  itirib.  Bu  sağlamlığı 
bərpa  etmək  üçün  yenə  yanlışlıq  edib,  Təbiətə,  onunla  əlaqəyə 
arxalanmaq  əvəzinə, özünün «icad» etdiyi  müalicə üsullarını  üstün 
tutub.  Çünki  insanın  məşğul  olduğu  elm  ELM  deyil,  qol-budaqdır 
və ona görə də yarımçıqdır. 
 
Mən  bütün  bunları  çox  sonra  anladım.  O  vaxt  isə  məni 
düşündürən nə üçün belə (yə’ni istədiyim və gözlənildiyi kimi yox) 
həkim  olmağım  idi.  Mən  institutu  bitirdikdən  sonra  bir  neçə  dəfə 
özünün, yaxud yaxın adamının xəstəliyi ilə əlaqədar məsləhət almaq 
istəyənlər  olmuşdu.  Çox  müalicə  almış  bu  adamlar  belə  güman 
edirlər  ki,  mən,  məhz  mən  onlara,  bəlkə  də  kömək  edə  bilmirəm. 
Onlar  gənc  və  təcrübəsiz  olsam  da  mənə  inanırdılar  və  ümid 
bəsləyirdilər,  mənim  biliyimə,  bacarığıma  inanırdılar.  Mən  isə 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə