Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   2   3   4   5   6   7   8   9   ...   35

 
13 
bilirdim ki, heç nəyəm, bir həkim kimi, xəstəni sağaltmalı(!) olan bir 
adam kimi heç nəyə qadir deyiləm. İlk əvvəl özümü günalandırdım. 
Düşündüm ki, tibb elminin imkanlarının məhdudluğuna, təhsildəki 
qüsurlara  baxmayaraq,  mən  həddindən  artıq  «fədakarlıq» 
göstərsəydim, istədiyim kimi həkim ola bilərdim. Sonra gördüm ki, 
qətiyyən.  Və  düşündüm  ki,  bizim  institut  gözəl,  bahalı  parçadan 
paltar  tikən  naşı  dərziyə  oxşayır:  tikdiyi  paltar  heç  nəyə  yaramır, 
parça da korlanır. (Təkcə bizim institutmu?)  
 
İndi də qalmaqda davam edən sovet təhsil sisteminin güclü olmasına 
şübhəm  yoxdur.  Lakin  vəhşi  rus  patriotizmi  kimi  o  da  vəhşidir.  Onun 
yetişdirdiyi  mütəxəssislər  müdrik  insanlar  yox,  nevropatlar  olurlar.  Orta 
məktəbi  bitirən  hər  bir  şəxs  az  qala  riyaziyyatı  riyaziyyatçı  kimi,  kimyanı 
kimyaçı  kimi,  fizikanı  fizik  kimi  bilməlidir,  ədəbiyyatşünas  olmalıdır  və  s. 
Özlüyündə bu, əlbəttə yaxşıdır. Lakin mə’lumdur ki, bütün uşaqların  əqli 
inkişafı  eyni  səviyyədə  olmur.  (Görünür,  sovet  adamının  (bu  söz  lap 
inkubator  cücəsi  kimi  səslənir)  uşaqları  yalnız  vunderkind  olmalı 
idilər.)  Doğrudan  da,  bu  təhsil  sistemi  məhz  yüksək  əqli  inkişafa  malik 
uşaqlar üçün nəzərdə tutulub. Bunun ən böyük qəbahəti ondadır ki, yerdə 
qalanlar nə  isə yox, heç  nə  götürmürlər. Nəticədə, bir qism savadlılar  və 
nəhəng  savadsız  kütlə  yetişir.  Məktəblərdəki  qiymət  yarışı  isə  mənə 
sosializm  yarşı  qədər  əcaib  tə’sir  bağışlayır.  Bu,  cəmiyyətdə  hökm  sürən 
sün’i  ayrıseçkiliyin  bünövrəsini  qoyur.  Lakin  «yaxşı  oxuyanlar»  və  «pis 
oxuyanlar»a  bölünənlərin  heç  biri  qazanmır.  Birincilər  «bayrağı  əldə 
saxlamaq» həvəsi ilə əsəb gərginliyinə, ikincilər isə natamamlıq kompleksinə 
düçar  olurlar.  Çox  savadlı  olsa  da,  mə’nəviyyatsız  adamlar  yetişdirməyə 
qabil olan bu sistem kökündən dəyişdirilməlidir. Qiymətin şərti bir me’yar 
olduğu,  şəxsiyyətin  dəyərinin  təkcə  biliklə  yox,  mə’nəvi  keyfiyyətlərlə  də 
ölçüldüyü  uşaqlara  aşılanmalıdır.  Mənə  qalsa,  qiyməti  ümumiyyətlə  ləğv 
edərdim. (Uşaq bağçalarında heç bir qiymət yoxdur, ancaq uşaqlar çox şey 
öyrənə  bilir).  Bir  də,«Oxumaq,  oxumaq,  yenə  də  oxumaq»  şüarı  sırf  hərfi 
mənada «tədbiq» edildiyindən, istirahət, əyləncə, asudə vaxtın təşkili və s. 
formal  xarakter  daşıyır  .  Axı,  uşaqların  OYUNa  etiyacı  var.  Onların  bu 


 
14 
təbii ehtiyacını ödəməmək gələcək nevrozun bünövrəsini qoymaq deməkdir. 
(Formal  xarakter  daşıyan  «dərsdənkənar  tədbirlər»  isə  uşaqların 
əylənməsinə xidmət etmir, əksinə, onları kiminsə qarşısında hesabat vermiş 
kimi  sıxır).  Ali  təhsil  ocaqlarında  da  təhsil  «antikvar»    olsa    da  
«dolğundur».  Sonda  isə  aydın  olur  ki,  riyazi    formullarla,  kimyəvi 
tənliklərlə  və  s.  doldurulmuş  beyinlər  heç  də  ondan  az  yüklənmiş 
beyinlərdən  yaxşı  işləmir.  Əks  halda,  daha  yüngül  təhsil  sisteminə  malik 
olan  ölkələr  daha  yüksək  inkişaf  səviyyəsində  olmazdı,  mütəxəssisləri    isə 
daha    ağıllı  olmazdılar.  Sovet  təhsil  sisteminin  yetişdirmələri  isə  ya 
uğursuz    pessimistlər,  ya  da  karyera  düşkünləri  olurdular.  İndi    də  eyni 
proses gedir. Nəticədə, ömrü boyu öz sevdiyi iş əvəzinə, qarşısına çıxan  işlə 
məşğul olan darıxdırıcı insanlar ordusu yaranır. 
 
Təhsil  sistemindəki  qüsurlar,  tədrisin özündəki  çatışmazlıqları 
bir  kənara  qoyduqda  belə,  tibbin  xəstəliklər    qarşısında  aciz  olması 
məni  çox  düşündürürdü.  Belə  çıxır  ki,  müəllimlərdən  və 
tələbələrdən  asılı  nə  varsa,  hamısı  yerli–yerində  olsa  belə,  yenə  də 
sözün  əsl    mə’nasında  yaxşı  həkim  olmaq  mümkün  deyil.  Yə’ni 
insanlarin  —  xəstələrin  arayıb    axtardıqları  kimi  yaxşı.  Yeri 
gəlmişkən,  şöhrət    qazanmaq  asandır  —  buna  ucuz    deyirlər, 
həqiqətən  yaxşı olmaq — bax, əsas məsələ budur.  
 
Əslində,  həkim  ancaq    yardımçı  rol  oynayır,  yə’ni  müalicə  
prosesində  həkim  yalnız  yardım  edən,  kömək  edəndir.  Çünki  hər 
hansı bir  xəstəlik zamanı orqanizm öz müdafiə qüvvələrini səfərbər 
edir,  yə’ni    özü  öz  müalicəsi  ilə    məşğul  olur.  Həkimin  vəzifəsi 
müdafiə  sistemlərinin  işə  düşməsinə  yardımçı  olmaqdır,  onları 
gücləndirməkdir.  Yə’ni  həkim  heç  də  «hakimi  –  mütləq»  deyil. 
Qədim  Misirin  həkimlik  etikası    tələb  edirdi  ki,  xəstəni  müayinə 
edərək  həkim,  müalicənin  gedişi  haqqında  xəstəyə  aşağıdakı  üç 
ifadədən  biri  ilə  açıq  şəkildə  bildirsin:        «Bu,  mənim  müalicə  edə 
bildiyim xəstəlikdir», «Bu, ola bilsin ki, mənim müalicə edə bildiyim 
xəstəlikdir», «Bu, mənim müalicə edə bilmədiyim xəstəlikdir». 


 
15 
 
Nədənsə, insanlarda həkimin hər şeyə qadir olmalı olduğu haqda fikir 
formalaşıb.  Hətta  bə’zən  həkimin  xəstələnməsi  də  «eyib»  sayılır  (Yunan 
hakimlərinə  xidmət  edən  həkimlər  xəstələnsəydi,  onlara  məvacib 
verməzmişlər).  Bu  cür  ifratçılıq  da  xəstəliyin  yenilməzliyi  fikri  kimi 
düzgün deyil. 
 
Bir  cəhəti  də  qeyd  edim  ki,  özü  müalicəyə  başlayan  orqanizm 
şüurlu  insanı  (yə’ni  insan  şüurunu)  da  xəbardar  edir.  Ağrı, 
temperatur,  öskürək  və  s.  əlamətlər,  əslində,  bir  siqnal  rolunu 
oynayır.  Orqanizmin  öz  ehtiyat  qüvvələrindən  istifadə  etməsinə 
yardımçı  olmaq  əvəzinə  təbabət  nə  yolla  olur-olsun  verilən  siqnalı 
aradan  qaldırmağa  çalışır,  çünki  onu  nəticə  yox,  səbəb  hesab  edir. 
Bununla da o, nəinki  səbəbi aradan qaldırmır,  əksinə, onu gizlədir. 
Lakin  orqanizm  bu  dəfə  başqa  yolla  SOS  verir.  Ona  görə  də 
müəyyən bir üzvü müalicə etdikdən bir müddət sonra başqa bir üzv 
xəstələnir.  Bə’zən  xəstə  müəyyən  bir  müalicədən  sonra  tezliklə 
sağalır  və  onun  yaxşı  müalicə  edildiyi  güman  edilir.  Lakin  bir 
müddət  keçdikdən  sonra,  bə’zən  isə  bilavasitə  müalicədən  sonra 
başqa  şikayətlər  meydana  çıxır.  Lakin  heç  kəs  bunun  məhz  həmin 
yaxşı  müalicənin  nəticəsi  olduğunu  düşünmür.  Xəstəliyi  (daha 
doğrusu,  onun  əlamətlərini)  aradan  qaldırmaq  asandır,  xəstəni 
sağaltmaq isə çətin. 
 
Müdrik insanlar bə’zən nəinki xəstəliyin əlamətini, onun özünü belə, 
aradan  qaldırmağa  cəhd  etmirlər.  Xəstəliyə,  ağrılara  dözməyi,  bununla 
özlərinin hansısa  günahını yumağı  üstün tuturlar, hətta ona şükr edirlər. 
Dinimizdə  xəstəliyə  dözümün,  ondan  şikayətlənməməyin  savabı  olduğu 
bildirilir. İmam Sadiq (ə) buyurmuşdur:     « Qızdırma Allahın yer üzündə 
zindanı  və  mö’minin  cəhənnəm  odundan  bəhrəsidir  ».  Bəli,  xəstəlik  çox 
zaman  bizim  xeyrimizədir.  O,  insana  düzgün  yaşamaq  lazım  olduğunu 
çatdırır.  Ona  (və  hər  şeyə)  şükr  etmək  də  ona  görə  lazımdır  ki,  insan 
bununla nəyi  isə  yadına salsın. Lakin sağlam olmağa borclu olduğumuzu 
da  unutmamalıyıq  –  bu,  artıq  bizim  özümüzə  yox,  kainata  olan 
borcumuzdur  (onun  bir  parçası  olduğumuz  üçün).  «Özümü  müalicə 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə