Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 
26 
Yorğunluq – bütün xəstəliklərin əsas səbəbidir. (Dünyanın müxtəlif 
güşələrində  yaşayan,  sivilizasiyanın  gedib-çıxmadığı  tayfaların 
dilində «yorğunluq» sözü yoxdur – Müəllif
2.
 
Yaxşı iştaha. Əgər siz ən adi bir qidanı sevinclə, ləzzətlə və 
Yaradana  dərin  minnətdarlıq  hissi  ilə  yeyə  bilmirsinizsə,  demək, 
iştahanız  pisdir.  Əgər  adi  qara  çörək  və  ya  düyü  yarması  sizə  çox 
iştahaçan gəlirsə, demək iştahanız yaxşıdır və mədəniz sağlam aclıq 
hissinə malikdir. Buraya həm   də  normal  cinsi  istək  və  təmin 
olunmaq  hissi  də  aiddir.  Bunlar  insani  xoşbəxtliyin  təminatçısı 
olmaqla yanaşı, Kainatı hiss etdirməyə, beləliklə də ucaltmağa qadir 
olan vasitədir.  
3.
 
Dərin  və  yaxşı  yuxu.  Əgər  siz  yuxu  görürsünüzsə  və  ya 
yuxuda  sayıqlayırsınızsa,  demək,  istirahətiniz  səthidir  və  kifayət 
qədər  deyil.  İnsan  üçün  kifayət  edərsə,  4  saatdan  6  saata  qədər 
davam  edən  yuxu  sağlam  hesab  edilir.  Uzandıqdan  3  -  4  dəqiqə 
sonra 
yuxuya 
getmirsinizsə, 
deməli, 
beyniniz 
müəyyən 
narahatlıqdan azad deyil, ona görə də yuxunuz sakit olmayacaq və 
nəzərdə tutduğunuz vaxt yuxudan dura bilməyəcəksiniz. 
4.
 
Yaxşı yaddaş. Yaddaş – həyatımızda yeganə ən vacib amildir ki, 
fərdiyyətimizin  əsası,  mövcudluq  dənizində  kompasdır.  Əla  yaddaş, 
keçmişin  xəzinəsi  olmadan,  biz  kibernetik  maşından  artıq  bir  şey  ola 
bilmərik.  Yaddaş  həyat  təcrübəsi  toplamağa,  onun  da  sayəsində  sağlam 
düşüncə sahibi olmağa xidmət edir. Yaş artıqca yadda saxlamaq qabiliyyəti 
zəifləsə  də,  yaddaşın,  eşitdiyin  və  gördüyün  hər  bir  şeyi!  Xatırlamaq 
dərəcəsinə qədər sonsuz inkişafı mümkündür. 
5.
 
Yaxşı əhval-ruhiyyə. Sağlam adam qəzəbdən,qorxudan, kindən, 
paxıllıqdan  azadddır,  onun  əhval-ruhiyyəsi  həmişə  yüksəkdir,  o  hər 
cür  şəraitdə  zövq  almağı  bacarır,  nə  qədər  çox  çətinliklərə  və 
düşmənə rast gəlirsə, bir o qədər xoşbəxt olur, ruh yüksəkliyi bir o 
qədər çox olur. Buna nail olsanız –  gəlişiniz, səsiniz və hətta tənqidi 
fikirləriniz  ətrafınızdakı  insanlarda  dərin  minnətdarlıq  və  dolğun 
hisslər oyadacaqdır, sözləriniz xeyirxahlıqla dolu olacaqdır. 


 
27 
6.
 
Fikirlərin və işin aydınlığı. Sağlam adamlar hər şeyi cəld və 
aydın  şəkildə  düşünmək,  həll  etmək  və  yerinə  yetirmək 
qabilliyyətinə  malik  olurlar.  Onlar  cəld,  dəqiq,  zirək,  çevik  və 
zərurətin  tələblərinə  cavab  verməyə  hazırdırlar;  surət  –  Azadlığın 
ifadəsidir.  Sağlam  adamlar  həmişə  nizam-intizamı  bərpa  etmək 
qabiliyyəti  ilə  fərqlənirlər.  Nizam-intizama  olan  bu  meyli 
heyvanlarda  və  bitki  aləmində  müşahidə  etmək  olar.  Hərəkət  və 
formaların  gözəlliyi  özü  elə  sonsuz  Kainatın  nizamı  anlamağın 
ifadəsidir.  Sağlamlıq  və  xoşbəxtlik,  yararlılıq  və  sevinc  də  bu 
nizamın  gündəlik  həyatımıza  keçmiş  ifadəsidir.    İlailik,  əbədilik, 
sağlamlıq və əyat ayrılmazdır.  
7.
 
Ədalətə  cəhd  etmə.  Əgər    ədalət  sizdən  ötrü  yalnız 
arzuladığınız  konsepsiya  və  ya  ideya  deyilsə,onun  mənasını  daim 
axtarırsınızsa,  hər  yeni  gün  sizə  təbiətdəki  Nizamı  tam  anlamağı 
öyrədirsə,  sizin  səy  və  məqsədiniz  əxlaqın,  mənəviyyatın  ən  ucqar 
dərinliyinə çatmağa yönəlmişdirsə, demək siz ədalətə cəhd edirsiniz. 
Ədalətə meyl Kainatın təbii nizamı ilə ahəngdar yaşamaq arzusunu 
göstərir.  
 
 
Bəzən  sağlamlığın  meyarı  «tələbkar»  olur.  Məsələn,  belə 
bir  fikir  mövcuddur  ki,  insana  o  vaxt  tam  sağlam  demək  olar  ki, 
onun bütün dişləri salamatdır. Elə ki, dişləri xarab olmağa başlayır, 
demək, o adam xəstələnmişdir. Bu gün süd dişləri sağlam olan uşaq 
belə  tapmaq  çətindir.  Yeri  gəlmişkən,  süd  dişləri  bir  qaydada, 
nizamla  düzülür.  Onlar  töküldükdən  sonra  yerində  çıxan  daimi 
dişlər isə əyri-üyrü olur. Deməli, artıq orqanizmin inkişaf proqramı 
korlanmışdır  (həyat  tərzinin  nəticəsi  olaraq).  Təsəvvür  edin  ki, 
bütün  orqanların  işi,  orqanizmin  ümumi  inkişafı  da  o  cür 
«əyilmişdir». 
 
Ümumiyyətlə,  müasir  dövrdə  tam  sağlam  adama  nadir 
hallarda  təsadüf  etmək  olar.  Bu  və  ya  digər  dərəcədə,  gizli  və  ya 
aşkar  hamı  xəstədir.  Sivilizasiya  insana  embrional  inkişaf 


 
28 
mərhələsindən  başlayaraq  dağıdıcı  zərbələr  vurur.  Nəticədə,  yeni 
doğulmuş uşağın genetik yaddaşında artıq xəstəlilklərin rüşeymləri 
olur. Söhbət heç də irsi xəstəliklərdən yox, qazanılma xəstəliklərdən 
gedir.  Sonrakı  həyat  dövründə  də  qeyri-sağlam  həyat  tərzi 
keçirməklə,  müxtəlif  xəstəliklərin  başlanğıcı  qoyulur.  Belə  hesab 
edilir ki, hətta irsi zəmini olan xəstəlikləri insan öz həyatı dövründə 
«qazanır», çünki onların başlanmasına şərait yaradır. 
 
Müasir  insan  təbiətin  ona  bəxş  etdiyi  ehtiyatın  –  gücün-
qüvvənin qədrini bilmir. Təbiət isə insan orqanizmini on alazım olan 
bütün  ehtiyyatlarla  təmin  etmişdir.  Bu  ehtiyatlardan  qənaətlə 
istifadə  etdikdə,  onları  qənaətlə  işlətdikdə  onlar  tükənmir.  Bəzi 
tədqiqatçıların  fikrincə,  bu  ehtiyatlar  insana  160  il  bəs  etməlidir. 
Bəzilərinin  fikrincə  bu  rəqəm  daha  böyükdür.  Hər  halda,  yaşı  200-
dən artıq olan adam əfsanə yox, həqiqətdir və heç kəs öz «ehtiyatı» 
ilə ondan geri qalmır. Sadəcə olaraq, hər şey bu ehtiyatları necə sərf 
etməkdən  asılıdır.  İnsan  isə  təbiətin  ona  bəxş  etdiyi  ehtiyatları  və 
gücü  israfçılıqla,  acgözlüklə  sərf  edir,  hər  şeydə  –  yeyib-içməkdə, 
geyinməkdə,  isinməkdə,  danışmaqda,  hətta  hava  udmaqda  belə, 
«acgözlük»  edir.  Yaşamağı  təmin  edən  hər  bir  şeydən  israfçılıqla 
istifadə  etmək  isə  orqanizmin  ehtiyyatlarını  da  sürətlə  sərf  etmək 
deməkdir.  
             Hər  hansı  bir  fəaliyyət  nəticəsində  müvafiq  orqanın 
hüceyrələri  işləyir,  qocalır  və  sıradan  çıxır.  Onların  yenisi  ilə  əvəz 
edilməsi  isə  hüceyrələrin  bölünməsi  yolu  ilə  həyata  keçirilir.  Bu 
bölünmə sonsuz sayda deyil, müəyyən limit çərçivəsindədir. Belə ki, 
insanın energetik sisteminin enerjisi sonsuz olmadığından, o, yalnız 
müəyyən  sayda  bölünməni  əyata  keçirə  bilir.  Hüceyrələrin 
bölünməsi,  daha  doğrusu,  bölünmə  sürəti  isə  onların  nə  dərəcədə 
«işlədilməsindən»  asılıdır.  Məsələn,  çox  yedikdə  mədənin  selikli 
qişasının hüceyrələri daha intensiv işləyir (mədə şirəsi ifraz edir və 
s.) və daha tez sıradan çıxır. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə