Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

 
32 
bunun  yalnız  formal  xarakter  daşıması  bir  yana,  mahiyyəti  belə 
düzgün  anlaşılmır.  Profilaktika  haqqında  rəsmi  olaraq  söylənilən 
fikirlərdən  biri  ilə  sizi  də  tanış  etmək  istəyirəm:    «Yer  üzündə 
xəstəliklər çoxdur. Ona görə  də,  birincisi, çox vacibdir ki, həll edək 
ki, biz nəyin qarşısını almağa hazırlaşırıq. İkincisi – elmi konsepsiya-
nın  olmasıdır.  O  olmasa,  profilaktika  ilə  məşğul  olmaq 
əhəmiyyətsizdir.  Üçüncüsü  –  biz  tibb  işçilərinin  profilaktikanı 
aparmağa  hazırlığıdır.  Dördüncüsü  –  əhalinin  özünün  həm 
dediklərimizi  qəbul  etməyə,  həm  də  həyata  keçirməyə  hazır 
olmasıdır.  Sonuncu  –  əsas  cəhəd  isə  bizim  məsləhətlərin  yerinə 
yetirilməsi üçün obyektiv şəraitin olmasıdır».  
         Bu  fikirlərdə  hər  şey  var,  hədəfə  düşməkdən  başqa.  Xəstəlik 
yox,  heç  olmasa,  profilaktikada  belə  ümumi  yanaşma  prinsipi 
yoxdur. Ancaq bunun elə böyük bir zərəri yoxdur. Bir tərəfdən, artıq 
qeyd  etdiyim  kimi,  rəsmi  təbabətdə  profilaktika  formal  xarakter 
daşıyır. Digər tərəfdən, ona görə ki, sağlam olmaq, birinci növbədə, 
insanın özündən asılıdır.  
       Dinimiz də xəstə olmamaq üçün lazım olan hər cür tədbiri vacib 
sayır,  hər  cür  gigiyenik  tədbirləri  tövsiyə  edir,  insan  sağlamlığına 
zərər  verə  biləcək  hər  bir  şeyi  haram,  yaxud  murdar  hesab  edilir. 
Abdəst,  qüsl  kimi  təmizlik  ayinləri  də  sağlamlığın  əvvəlcədən 
qorunmasına  xidmət  edir.  «Ey  iman  gətirənlər!  Namaz  qılmaq 
istədiyiniz  zaman  üzlərinizi,  dirsəklərinizə  qədər  əllərinizi,  topuqlarınıza 
qədər  ayaqlarınızı  yuyun.Təmiz  deyilsinizsə,  boy  abdəsti  alın»  (Surə-5, 
ayə 6). Əl - əyaqların yuyulması təkcə çirkabın yuyulması və suyun 
başqa fiziki təsirləri ilə bağlı əhəmiyyyət kəsb etmir, həm də neqativ 
enerjinin  «yuyulması»  deməkdir.  (Suyun  hər  cür  informasiyasını 
özünə  götürmək  qabiliyyəti  vardır).  Bütün  bunların  sağlamlığa 
xidmət  etməsi  Quranda  da  qeyd  edilir.  «Allah sizin üçün bir çətinlik 
yaranmasını  istəmir.  Ancaq  sizi  təmiz  görmək  və  sizə  nemətlərini  bəxş 
etmək istəyir. Ümid edilir ki, şükür edəcəksiniz». 
 


 
33 
         Beləliklə, sağlamlığı qorumaq vacibdir. Çünki: 
-
 
sağlam olmaq bir əxlaqi borcdur. 
-
 
Sağlamlığı qorumaq xəstəliyi müalicə etməkdən asandır, çünki müalicə 
      «keçikmiş» tədbirdir. 
-
 
“nərmənazik” insan orqanizmi və müasir həyat tərzi bunu tələb edir.  
-
 
onsuz da, gec-tez insan bu problemlərlə üzləşir və buna məcbur olur.  
 
      Düzgün  yaşamağı  bacarmayan,  acgözlük  edən  insan  öz  gücünü 
qüvvəsini,  nəfsinin  quluna  çevrildiyi  üçün  həm  də  iradəsini  özü 
özünün əlindən alır, beləliklə də özünü gücsüzləşdirir  muti edir. 
Nəticədə, bu gücsüz varlıq mikroskopik varlıqların qarşısında belə, 
aciz qalır. Xəstəliklərin əsas səbəbi təbiətdən üz çevirməyimiz, onun 
qanunlarına  tabe  olmaq  istəməməyimizdir.  İnsan  təbiətin  səsinə 
qulaq asmır, öz həyatını nizamlamaq haqqında düşünmür, gərginlik 
içərisində  yaşayır,  bir  sözlə,  qeyri-sağlam  həyat  tərzi  keçirir  və 
müxtəlif xəstəliklər qazanır. 
       Xoşbəxtlikdən,  təbiət  insana  xəstəliklərin  öhdəsindən  gəlmək 
imkanı  da  verib,  onu  öz  «qopardığı»  gücü  qaytarmaq  şansından 
məhrum  etməyib.  Peyğəmbərimiz  (s)  belə  buyurub:    «Uca  Allah 
yaratdığı  hər  bir  dərdin  şəfasını  da  yaratmışdır».  İnsanın  bunu  bilməsi 
olduqca  əhəmiyyətlidir.  Bu,  insanın  ümidsizliyə  qapılmasının 
qarşısını alır, onun müalicə olunmaq, xəstəliyə qalib gəlmək əzmini 
artırır.  Dinimiz  sağlam  olmağı  vacib  saydığı  kimi,  xəstələndikdə 
laqeydlik  etməməyi,  müalicə  yollarını  axtarmağı  da  vacib  sayır, 
lazım olan bütün mümkün imkanlardan istifadə edilməsinə tövsiyə 
edir.  
         Lakin düzgün yaşamağı bacarmayan «səhv edərək» xəstəlikləri 
qazanan  insan  bu  xəstəliklərdən  xilas  olmaq  yollarını  axtararkən 
yenə  yanlışlıq  edir,  bu  işi  özü  görmək  əvəzinə  onu  başqalarına 
həvalə  edir,  həkimlərin,  ekstrasenslərin  köməyinə  arxalanır.  İnsan, 
birinci növbədə özünə güvənməli, özü özünün həkimi olmalıdır. O, 
müalicədə  passiv  iştirakçı  olmamalı,  dərman  həzm  edən  aciz 


 
34 
vücuda çevrilməməlidir. Axı, o, üzərində əməliyyat aparılan təcrübə 
dovşanı  deyil.  Təbiətə  arxalanan,  təbiətin  bizə  bəxş  etdiyi 
nemətlərdən  –  qidadan,  sudan,  havadan,  kosmik  enerjidən  ağılla, 
müdriklərlə  istifadə  edən,  təbiətin  ahənginə  uyğun  yaşayan  insan 
özü  üçün  ən  yaxşı  həkimdir.  Nə  həkimin  təyin  etdiyi  rəngbərəng 
dərmanlar, nə də ekstrasensin yüklədiyi enerji xəstəliyi tam sağalda 
bilməz.  Yalnız  öz  «qopardığını»  qaytarmaqla  öz  gücünü  bərpa 
etmək,  beləliklə  də  sağalmaq  olar.  Təbabətin  müalicədə  yardımçı 
olduğunu,  müalicənin  yalnız  «təbii  müalicəyə»  qoşulmaqdan  – 
orqanizmin  müdafiə  qüvvələrini  möhkəmləndirməkdən  ibarət 
olmalı  olduğunu  bilirik.  Təbabətin  bu  işi  heç  də  «layiqincə»  yerinə 
yetirmədiyini, təbii müalicəyə qoşulmaq əvəzinə özünün icad etdiyi 
üsullarla  müalicə  etməyə  cəhd  etdiyini  də.  Son  nəticədə  uğursuz 
olan bu cəhdin iştirakçısı olmaqdansa, öz gücünə arxalanmaq yaxşı 
deyilmi?  Axı,  onsuz  da,  orqanizmin  müdafiə  qüvvələrini 
gücləndirmək  fiziki  məşqlər,  bədəni  möhkəmlətmək,  qidalanmada 
məhdudiyyət, rejimə riayət və  s.  hesabına  həyata  keçirilir ki, bu da 
yalnız insanın özündən asılıdır.   
        Sağlamlıq  üçün  vacib  olan  sağlam  həyat  tərzinin  «tərkib 
hissələrindən» biri və ən əsası sağlam düşüncədir ki, onu da insana 
heç  kəs  bağışlaya  bilməz.  Neqativ  fikirlərə  son  qoymağı,  təmiz, 
sağlam  fikirlərlə  yaşamağı  yalnız  o  özü  –  iradəsi  hesabına  qazana 
bilər.  Digər  tərəfdən,  keçirdiyi  hissləri,  öz  vəziyyətini,  halını 
YALNIZ insan özü hiss edə bilir. Ona görə də, xəstəliyin gedişini və 
müalicənin nəticəsini, orqanizmdə gedən dəyişilmələri yalnız o özü 
hiss  edə  bilər.  Bunu  laborator  və  instrumental  müayinələrin 
nəticələrinə əsasən öyrənməyə cəhd edən həkim yox.  
           Əgər  elm,  bilik  sağlamlıq  problemlərini  həll  edə  bilsəydi, 
həkimlər  özləri  də  başqalarında  müalicə  etmədikləri  xəstəliklərlə 
xəstələnməzdilər.  Əgər  dərmanlar  insanları  sağlam  edə  bilsəydi, 
onların bugünkü nəhəng istehsalı şəraitində xəstəliklər olmamalı, ya 
heç  olmasa,  azalmalı  idi.  Sadə  məntiq.  Dərmanların  sonsuz  sayda, 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə