Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 
35 
özü  də  çeşid-çeşid  istehsal  edildiyi  indiki  vaxtda  nə  qədər  xəstə 
insan var – hamı bu və ya digər dərəcədə xəstədir. Yox, mən dərman 
müalicəsini  tamamilə  inkar  etmirəm,  lakin  ondan  yalnız  kəskin 
hallarda, özü də ağılla istifadə edilməsini düzgün sayıram.  
 
Əgər  tərəqqi  insanlara  xoşbəxtlik  gətirsəydi,  tibbi 
texnikanın köməkliyi ilə insanları sağlam etmək mümkün olardı və 
elmin  gen  mühəndisliyinə  qədər  inkişaf  etdiyi  indiki  dövrdə 
insanlar  xəstəlikdən  bu  qədər  əziyyət  çəkməzdilər.  Heç  bir  aparat 
insanın  yaşadığı  hissləri,  ağrını  və  s.  duymağa  qadir  deyil.  Elə 
qarşısını  almağa  da.  Aparatlar  yalnız  insana  onun  daha  çox  xəstə 
olması  barədə  məlumat  verir,  ona  kömək  etmək  iqtidarında  deyil. 
Bax,  texniki  tərəqqinin  üstündən  xətt  çəkməyin  tərafdarıyam. 
Ümumiyyətlə,  mən  «köhnə  fikirli»  adamam.  «Köhnə  dəbli 
komediyaları»  sevirəm.  Tərəqqini  qəbul  etmirəm.  Sivilizasiyanı  isə 
zibilizasiya hesab edirəm.  
 
Təbabəti  və  səhiyyənin  səviyyəsini  də,  həkimin  bilik  və 
bacarığını  da  ideal  hesab  etsək  belə,  insan  özü  çalışmasa,  müalicə 
tam  effektli  olmayacaqdır,  sağalma  yox,  müvəqqəti  yaxşılaşma 
olacaqdır.  Çünki  həkim,  ən  yaxşı  halda,  insanın  fiziki  bədənini 
sağaldacaqdır, onun energetik sahəsinə təsir göstərə bilməyəcəkdir. 
İnsan  isə  tamdır,  təkcə  fiziki  bədəndən  ibarət  deyil,  ondan  daha 
böyük,  daha  əhəmiyyətli  energetik  sahəyə  də  malikdir.  Qeyri-
sağlam  həyat  tərzi  fiziki  bədəndə  iz  buraxdığı  kimi,  energetik 
sahəyə  də  təsir  edir,  onda  dəyişiklik  yaradır.  Bəzi  xəstəliklər  hətta 
sırf  energetik  sahədəki  dəyişikliklərlə  əlaqədar  olur,  ona  görə  də 
xəstəyə diaqnoz qoymaq çətinləşir (fiziki bədəndə «defekt» tapılmır), 
gah bir üzv, gah da digər üzv xəstə hesab edilir, xəstə hesab edilən 
üzv  heç  bir  müalicəyə  tabe  olmur.  Çünki  ideal  müalicənin 
mümkünlüyünü  təsəvvür  etsək  belə,  təbabətin  təyin  etdiyi  müalicə 
yalnız fiziki bədəni sağaltmağa qadirdir. Energetik sahəyə isə yalnız 
insan özü təsir göstərə bilər. Doğrudur, xüsusi qabiliyyətli insanlar – 
ekstrasenslər  başqasının  energetik  sahəsinə  təsir  göstərə  bilirlər. 


 
36 
Lakin  onların  da  köməyinə  arxalanmayın.  Bəxtiniz  gətirib 
fırıldaqçıya yox, «nadir tapıntı» olan həqiqi ekstrasensə rast gəlsəniz 
belə,  tam  sağalmadan  söhbət  gedə  bilməz.  Çünki  ekstrasens  yalnız 
energetik  bədənə  təsir  edə  bilir,  fiziki  bədəni  isə  «unudur».  Bu 
mənada  o,  energetik  sahəni    «görməyən»  həkimlə  eyniləşir.  Fərq 
yalnız  ondadır  ki,  güclü  energetik  sahə  fiziki  bədənin  də  tezliklə 
sağalmasına  səbəb  olur.  Ümumiyyətlə,  sağlamlıq  üçün  əvvəlcə 
energetik  sahəni  yenidən  qurmaq  lazımdır.  Lakin  bu  işlə  həmişə 
məşğul  olmaq  gərəkdir  –  təmiz  fikirlər,  təmiz  hisslər,  təmiz 
niyyətlərlə  yaşamaqla.    Ekstrasensin  «təzələdiyi»  energetik  sahə  isə 
köhnə həyat tərzi, köhnə fikirlər qalarsa,tezliklə yenidən «köhnəlir». 
Bundan  başqa,  ekstrasensor  təsir  energetik  sahaəni  təmizləməklə 
insana  qüvvə  verə  bilsə  də,  ona  yüngüllük  gətirə  bilsə  də,  onun 
iradəsini  iflic  edir.  Çünki  insan  yenə  də  özünü  xəstəlik  qarşısında 
aciz  hiss  edir.  Nəyinsə  qarşısında  aciz  olmaq  isə  elə  aciz  olmaq 
deməkdir.  
 
Ümumiyyətlə həkimlər ekstrasenlərə, bir sözlə, başqasına 
ümid bəsləyən insan həm də kimdənsə asılılıq, acizlik xüsusiyyətləri 
qazanır,  bundan  başqa,  ÖZÜNÜN  və  başqalarının  gözündə  xəstə  
«obrazı»  yaradır.  Bu, insanı  doğrudan  da  xəstə  edir, iradəsini  qırır. 
Əksinə,  öz  sağlamlığının  qeydinə  qalan,  fiziki  məşqlər  edən,  rejimi 
gözləyən insan xəstəliyə qalib gəlməyin  mümkünlüyünü dərk edir. 
Bu  isə  insanı  ruhlandırır, ona  yeni  iradə  gücü  verir. Digər  tərəfdən 
isə  insan  özünün  dəyərli,  qiymətli,    qayğısını  çəkməyə  layiq  varlıq 
olduğunu  kəşf  edir,  öz  gözündə  sanki  ucalır,  özünü  sevməyə 
başlayır.  Bu,  çox  vacib  cəhətdir.  Çünki  yalnız  özü  sevdikdən  sonra 
başqalarının  insanı 
sevməsi  mümkündür.  Söhbət,  əlbəttə, 
eqoizmdən  getmir.  Eqoist,  əslində,  özünü  sevmir,  bu  sevgisizliyi 
«ört-basdır etmək üçün» eqoistlik edir. 
 
Bəlkə də insanın özünü sevməməsi fikri ilə razılaşmayacaqsınız. 
Lakin  hərəkətlərimiz  bunun  əksini  deyir.  Elə  öz  yaşayış  tərzimizlə 
öz sağlamlığımıza zərbə vurmağımız da bunun təzahürüdür. Sadəcə 


 
37 
olaraq, hamımız az da olsa eqoistik və bunu sevgi hesab edirik. Alt 
şüur isə bilir ki, bu belə deyil, yoxsa insan öz qədrini bilərdi.  
 
Tez-tez həkimə müraciət edən, tibb müəssisələrinə gedib-gələn 
insan  həm  də  neqativ  enerji  ilə  kontaktda  olur.  Xəstəxanaya  daxil 
olarkən  sizi  bürüyən  əhval-rühiyyəni  xatırlayın.  Bir  fikir  verin: 
xəstəxana.  Başqa  «-xana»larla  müqayisə  edin.  Xəstəlik  məkanı, 
xəstəlik ocağı mənasını verəcəkdir. Bilərəkdən bu cür deyilməsə də, 
lap düz çıxıb. Xəstəlik yox, sağlamlıq ocağı yaratmaq lazımdır. Qoy 
burada  insanlar  xəstəliklə  uğursuz  çarpışmaq  əvəzinə,  öz 
sağlamlıqlarını qorumağı, sağlam olmağı öyrənsinlər. Burada yalnız 
su-, günəş-, ətir-, musiqi-, gülüş-terapiyası və başqa bu kimi müalicə 
üsulları tətbiq edilsin. Onda heç xəstəxanalara da ehtiyac olmayacaq. 
Moralistlərin, utopistlərin arzularına oxşadı, deyilmi? 
 
Qədim  həkimlər  müalicəyə  başlamazdan  əvvəl  xəstəyə 
deyirdilər: «Bax, biz  üçük  –  mən,  sən,  bir  də  xəstəlik. Ona  görə  də, 
əgər sən mənim tərəfimdə olsan, biz ikimiz onun öhdəsindən gələrik. 
Əgər  sən  onun  tərəfinə  keçsən,  mən  siz  ikinizin  öhdəsindən  gələ 
bilmərəm».  Xəstəliyin  qarşısında  əyilməklə,  sağalmağa  ümidsizlik 
etməklə insan xəstəliyin tərəfində olmuş olur. Lakin insan xəstəliyin, 
ümumiyyətlə,  heç  bir  çətinliyin  qarşısında  baş  əyməməlidir. 
Xəstəliyin  gücsüz,  öhdəsindən  gəlmək  mümkün  olan  bir  şey 
olduğunu dərk etməlidir. Axı, xəstəlikləri insan özü qazanır. Deməli 
o,  insanın  hesab  etdiyi  qədər  «qüdrətli»  deyil.  Deməli  o,  insanın 
iradəsindən bilavasitə asılıdır, insanın hesab eydiyi qədər «qüdrətli» 
deyil. Deməli insan onu yaxına buraxmaya,beləliklə də aciz edə bilər. 
Bununla  yanaşı,  bir  ağıllı  məsləhəti  də  yadda  saxlamaq  lazımdır. 
Zəif  düşməni  həmişə  qüvvətli  hesab  et.  Ondan  gözünü  çəkmə  və  özünü 
qoru.  Qüvvətli  dostunu  isə  zəif  san,  zəif  düşmən  tərəfindən  də  məğlub 
olarsan.  Elə  ona  görə  də,  «zəif  düşmən»    olan  xəstəliyə  laqeyd 
yanaşmayın,  qüvvətli  dostunuz  olan  həkimlərə  isə  tam  arxayın 
olmayın,  özünüzə  güvənin.  İnsanın  xəstəliyə  nə  cür  münasibət 
bəsləməsinin,  ona  necə  yanaşmasının  digər  böyük  əhəmiyyəti  də 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə