Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

 
75 
oxu  ətrafında  fırlanmasına  uyğundur,  yəni  sutkalıq  –  24  saatlıq 
ritmdir. 
 
 Hər bir canlı orqanizm sanki xarici aləmin modelini təşkil edir. 
Yəni  canlı  orqanizmlər  təbiətlə  sinxrondur,  öz  işini  Günəşin 
çıxmasına və batmasına uyğun «qurur». Səhər yuxudan durmazdan 
əvvəl  bədən  temperaturu  və  qan  təzyiqi  bir  qədər  yüksəlməyə 
başlayır,  orqanizmin  aktiv  fəaliyyəti  üçün  lazım  olan  hormonların 
ifrazı güclənir və s. Təbiət elə qurulmuşdur ki, hər bir bioloji növün 
aktivlik  dövrü  onun  daha  asan  qida  əldə  etmək  vaxtına  düşür. 
İnsanın daxili bioloji saatı da dəqiqliklə işləyir. Lakin insan öz şüuru 
ilə  hərəkət  edir  və  öz  həyat  tərzini  daxili  bioloji  saata  yox,  özünün 
«tərtib  etdiyi»  rejimə  uyğun  qurur.  Əvəzində  isə  özünə  müxtəlif 
xəstəlikləri  qazanır.  Cənub  qütbündə  Yerin  öz  oxu  ətrafında 
fırlanmasını kompensasiya edən (yəni həmin sürətlə əks istiqamətdə 
fırlanan)  lövhələr  üzərində  aparılan  təcrübələr,  habelə,  kosmik 
stansiyada göbələklərin sutkalıq ritmlə yaşaması göstərmişdir ki, bu 
ritm 24 saatlıq olsada, Yerin öz oxu ətrafında fırlanması hesabına baş 
vermir.  O,  Yerin  Günəş  ətrafında  fırlanması  ilə,  Günəşin,  Ayın, 
planetlərin təsiri ilə də bağlı deyil, yəni orqanizmin öz daxilindədir
 
Lakin  qeyd  edilən  amillər  də  insan  orqanizminə  təsir  edir  və 
müxtəlif ritmlər yaradır. Günəşin təsiri özünü 12 ildən bir baş verən 
aktivləşmə (günəş qasırğası) zamanı qabarıq şəkildə biruzə verir. Bu 
zaman  xəstəlik  hallarının  sayı  artır.  Ayın  Yerdəki  proseslərə    təsiri 
daha böyükdür. Məsələn, əgər bədirlənmiş ayın işığı pəncərədən bir 
yaşına çatmamış uşağa, heç olmasa, bircə dəfə düşərsə, böyüyəndə o, 
əsəbi olacaqdır. Bu, bir neçə dəfə təkrar olarsa, həmin adam lunatik 
də  ola  bilər.  Arktikada  buzların  qırılması,  okeanlarda  ən  böyük 
daşqınlar,  insanlarda  əsəbilik  və  s.  əsasən,  ayın  bədirləndiyi  vaxta 
düşür.  Bəzi  ölkələrdə  bu  dövrdə  bir  sira  cərrahi  əməliyyatların 
edilməsi belə qadağan edilmişdir. 
 
Ayın təsiri onun Yer ətrafında fırlanması ilə bağlıdır. Ay Yerin 
hansı  tərəfində  olursa,  həmin  tərəfdə  qabarma,  əks  tərəfdə  isə  – 


 
76 
çəkilmə  müşahidə  edilir.  Bu,  Yerdəki  bütün  proseslərə,  o  cümlədən, 
insan  orqanizmində  gedən  proseslərə  təsir  edir.  Yəni  insan 
orqanizmində  də  «qabarma»  (genişlənmə)  və  «çəkilmə»  (sıxılma) 
baş verir.  
 
 
 
 
 
Digər  tərəfdən,  ay  təqviminə  (biz  bunu  hicri  təqvim  kimi 
tanıyırıq) uyğun olan aylıq bioritm mövcuddur. Bu, ayın fəzaları ilə 
bağlıdır. Əyani şəkildə biz bunu ayın görünüşü ilə izləyə bilərik.  
 
 
 
Hər  28-29  gündən  bir  ay  təzələnir,  yəni  yenidən  görünməyə 
başlayır, sonra yenidən kiçilməyə başlayır: Günəş Ayın o biri üzünü 


 
77 
(Yerə  baxmayan)  işıqlandırırsa,  o,  demək  olar  ki,  görünmür.  Bu, 
ayın təzələnməsidir, yəni Hicri təqvimlə növbəti ayın başlanmasıdır.   
 
 
Ay Yer ətrafında fırlandıqca, onun daha çox hissəsi işıqlanır və 
öz orbitinin 1/4-də onun yarısı görünür. Bu müddət ayın I fəzasıdır.  
Həmin  mövqedən  orbitin  yarısına  qədər  olan  müddət  II  fəzadır. 
Orbitin yarısında olarkən, yəni II fəzasının sonunda ayın səthi (Yerə 
baxan) tam işıqlanır və ya bədirlənmiş olur.  
 
Getdikcə  ayın  daha  az  hissəsi  işıqlanır  və  orbitin  daha  1/4-ni  fəth 
etdikdə onun o biri yarısı görünür. Bu, ayın III fəzasıdır.  
 
 
 
 
Orbitin  daha  1/4-ni  gedərkən  ay  daha  da  kiçilir  və  nəhayət, 
görünməz olur. Bu IV fəzadır. Sonra o, yeni dövrəyə başlayır. 
 


 
78 
 
Orqanizmdə  gedən  fizioloji  proseslər  ay  təqviminə  uyğun 
olaraq dəyişir. Hər ay fizioloji proseslər də «təzələnir» və müəyyən 
axınla  başa  çatır.  Ümumiyyətlə,  Yer  üzündə  nə  varsa,  hamısı  aylıq 
ritmə  tabe  olur.  Ona  görə  də  hər  hansı  bir  işi  ayın  əvvəlində 
başlamaq lazımdır. Bu zaman o, təbii axınla davam edəcək və sona 
çatacaq. Keçmişdə əkin-biçin işlərini ay təqviminə əsasən aparılardı. 
Peyğəmbərlərimiz  Məhəmməd  Əleyhissəlamın  «Ayı  görüncə  oruc 
tutun! Təkrar görüncə orucu buraxın!» kəlamı da təsadüfi deyil. 
 
Ay  ərzində  energetika  (yəni  onun 
güclənməsi)  başdan  ayağa  doğru  axır,  yəni 
fizioloji  funksiyalar  növbə  ilə  (və  nizamla  ) 
bədənin müxtəlif  hissələrində güclü olur. 
 
Eyni sözləri (başdan ayağa doğru enerji 
«axını»)  Yerin  Günəş  ətrafında  fırlanması  ilə 
əlaqədar  olaraq  –  illik  təqvim  haqqında  da 
demək  olar.  Belə  ki,  ayrı-ayrı  planetlər  öz 
«hökmranlıqları» 
dövründə 
növbə 
ilə 
bədənin  ayrı-ayrı  hissələrini  aktivləşdirir
Başqa  sözlə,  hər  bürc  dövründə  energetika 
bədənin müəyyən hissəsində  «yığılmış» olur. 
 
Lakin  ayrı-ayrı  planetlərin  təsiri  ayın 
təsirinə  nisbətən  zəifdir  və  illik  bioritm 
dedikdə,  adətən,  bu  təsirlə  bağlı  olan  ritm 
yox,  beş  vacib  orqanın  il  ərzində    növbə  ilə  aktivləşməsi  nəzərdə 
tutulur. Qədim Şərq fəlsəfəsinə görə Təbiət 5 ilkin elementdən təşkil 
edilmişdir  ki,  bunlar  da  insan  bədənində  beş  əsas  orqanla  təmsil 
edilir:  Ağac  –  qara  ciyərlə,  Od  –  ürəklə,  Metal  –  ağ  ciyərlərə,  Su  – 
böyrəklərə,  Torpaq  –  dalaqla.  Təbiətdə  ilkin  elementlərdən  hər 
birinin  hökmranlıq  dövrü  var.  Yaz  –  Ağac  dövrü,  yay  –  Od  dövrü, 
payız  –  Metal  dövrü,  qış  –  Su  dövrü  və  fəsillərarası  dövr  –  Torpaq 
dövrü hesab edilir. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə