Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə10/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

 

          

 

31 


Müxtəlif hadisə və 

predmetlərin təsviri 

onu söyləyənin 

şahidliyi və  iştirakı 

ilə təqdim olunur 

Əhvalat 

rəvayət 

şəklində 

təqdim olunur 

Əhvalat yarı 

şahidlik, yarı 

rəvayət şəklində 

təqdim olunur 

Danabaş kəndinin 

məktəbi 

Poçt qutusu 

Danabaş  kəndinin 

əhvalatları 

Kişmiş oyunu, İki alma  Usta Zeynal,  

Pirverdinin xoruzu 

İranda hüriyyət,   

Oğru inək 

Qurbanəlibəy  Rus qızı 

Molla Fəzləli,       

Qoşa balınc 

Dəllək 


Qəssab 

Konsulun arvadı,  

İki qardaş 

Quzu 


Taxıl həkimi 

Xanın təsbehi,      

Hünərli qadınlar 

Nigarançılıq 

İki ər 

Zırrama, Qiyamət 



Şərq fakültəsi  Fatma xala 

Baqqal Məşədi 

Rəhim, Yuxu 

Təzə xəbər 

 

Şeir bülbülləri,      



Eydi-rəmazan 

 

 



Sirkə, Proletar şairi 

 

 



Atlar dayandı 

 

 



Bəlkə də qaytardılar, Toy   

 

Hamballar,          



Şəhər və kənd 

 

 



Qəza müxbiri, 

 

 



Yan tütəyi, Sarı 

 

 



Saqqallı uşaq, 

Ucuzluq 


 

 

Buz, Zəlzələ 



 

 

 




 

          

 

32 


Cəlil  Məmmədquluzadə  nəsrində  süjet  xəttinin 

təqdimi  dəqiqdir.  Ədib  süjet  və  hadisələr  haqqında  söh-

bət  açmağa  geniş  yer  vermir,  fikirlərini  əsas  etibarilə 

hadisələrin  inkişafında,  süjetlərin  xarakterində  ifadə 

edir.  Cədvəldən  də  aydın  olur  ki,  Cəlil  Məmmədqulu-

zadə nəsrində süjet xətti daha çox müəllifin şahidliyi ilə 

təqdim  olunur.  Birinci  sütundan  olan  əsərlərdən  yalnız 

biri  –  «Kişmiş  oyunu»  birinci  şəxsin,  yəni  İranda 

günləri  «məşəqqət  və  korluqla»  keçən  seyidin  dilindən 

nağıl formasında təqdim olunur. Qalan əsərlər isə ədibin 

öz  dilindən  həqiqətən  görmüş  və  iştirak  etmiş  hadisələr 

kimi  qələmə  alınmışdır.  Bu  qəbildən  olan  əsərlərə 

ardıcıl  bir  silsilə  kimi  də  ümumi  nəzər  yetirmək  heç  də 

doğru  olmazdı.  Əsərlərdə  təqdim  olunan  şahidlik  və  

iştirak  fərdiliyi  hər  bir  hadisədə  mühakimə  və  məz-

mununa görə öz orijinallığı ilə fərqlənir. Burada:  

1)  Müəyyən  yaş  dövrü  ilə  bilavasitə  bağlı  olan 

müəllif şahidliyi və iştirakı; 

a) kiçik yaş dövrünü əhatə edən hekayə süjetlərinin 

təqdimi: «Danabaş kəndinin məktəbi», «Buz»; 

b)  gənclik  dövrlərini  əhatə  edən  hekayələr:  «Yan 

tütəyi», «Xanın təsbehi», «Toy»; 

c)  ahıl  dövrü  əhatə  edən  hekayələr:  «Saqqallı 

uşaq», «İki alma», «Qoşa balınc» və s. 

2)  Bədii  publisist  fonda  ictimai  fikirlərin  tənqidi 

(«Qəza  müxbiri»,  «Eydi-rəmazan»,  «Qiyamət»)  və  s. 

əhatə olunur. 

İkinci  sütunda  qruplaşan  hekayələrdə  ədib  sadəcə  

rəvayət  üsulunda  süjet  təqdimini  seçir,  hər  hansı  bir 



 

          

 

33 


hadisə  müəyyən  həyati  xarakterlərlə,  tipik  şərait  və  

hadisələrlə təsvir olunur. 

Əhvalat  süjetini  yarı  şahidlik,  yarı  rəvayət  fonunda 

təqdim  etmək  üsulu  Cəlil  Məmmədquluzadə  yaradıcılı-

ğında ilk nəsr əsəri olan «Danabaş kəndinin əhvalatları» 

povestində  sənətkarlıqla  nümayiş  etdirilir.  «Əhvalatlar» 

hekayəçi  tərəfindən  təqdim  olunsa  da  Cəlil  Məmməd-

quluzadənin  «mən»i  şərti  olaraq  yoxdur.  Bunun  əvəzinə  

əsərdə  iki  «mən»,  iki  hekayəçi  var:  lağlağı  Sadıq  və 

qəzetçi  Xəlil.  Müəlliflik  hüququ  hekayəçiyə  verildiyi 

kimi, bütün məsuliyyət də sanki onun üzərinə qoyulmuş-

dur»  (132,  24).  Əsərə  yazılmış  «Bir  yüngülvari  müqəd-

dimə»də  povestin  təhkiyəçisi  əsərdəki  əhvalatların 

uydurulmadığını,  real  həyatdan,  gündəlik  məişətdə  baş 

verən fakt və hadisələrdən götürülmüş olduğunu, bunları 

isə  hekayəçi  ya  özü  görüb,  ya  da  başqalarından  eşit-

diyini  vurğulayır.  Yaxud  «Rus  qızı»  əsərində  süjet 

müəllifin  öz  şahidliyi  ilə  təqdim    olunsa  da  rəvayəti 

davam  etdirən  Məşədi  Qulamhüseyn,  «Taxıl  həkimi» 

əsərində isə  davamçı kəndlilərdir. Burada – a) müəllifin 

təhkiyə  şərhi;  b)  müşahidə  edilə  bilinən  əlamət  və 

keyfiyyətlərin  təsviri;  c)  daxili  və  mənəvi  düşüncələrin 

əks olunması başlıca şərtlərdəndir. 

Ədibin  nəsrində  süjet  mövzunun  açılmasının  əsas 

vasitələrindəndir.  Yunan  filosofu  Aristotel  yazmışdı  ki, 

«hər  bir  kamil  süjetin  başlanğıcı,  ortası  və  sonu  olma-

lıdır.  Süjet  istədiyi  yerdə  başlanmamalı,  istədiyi  yerdə 

tamam  olmamalıdır»  (6,  17).  Cəlil  Məmmədquluzadə 

nəsrində  süjet  xəttini  təşkil  edən  hadisələr  stabil  bir 



 

          

 

34 


forma  ardıcıllığı  ilə  deyil,  hadisələr  onların  bilavasitə 

inkişafına  zəmin  yaradan,  personajlar  arasındakı  mü na-

qişə  və  ziddiyyətlərin  gah  gərginləşməsi,  getdikcə 

mürəkkəbləşməsi,  gah  da  zəifləyən  forma  ilə  sistemə 

salınması ilə tamamlanır. Onun nəsr yaradıcılığında şəx-

si  üslub  xüsusiyyətləri  çoxdur.  Bu  orijinallıq  əsərlərin 

süjet  quruluşunda  özgün  bir  formada  üzə  çıxır  (istər 

məzmun,  istər  forma  daxilində).  Yazıçı  məharətlə  ənə-

nəvi  qanunları  «pozur»,  orijinal  təsvir  və  təhkiyə  üsul-

ları ilə hadisələrin daha qabarıq təsvirinə nail olur. 

Cəlil  Məmmədquluzadə  nəsrində  süjet  xəttinin 

inkişafına müxtəlif formalarda təsadüf olunur.  

Ümumiyyətlə,  «ədəbiyyatşünaslıqda,  bütün  kompo-

zisiya  prinsipləri:  süjet  və  onun  elementlərinin  –  kolle-

ziya,  intiriqa  və  situasiyanın  seçilməsi,  obraz ların  qanu-

nauyğun  yerləşdirilməsi,  ayrı-ayrı  fəsillərin  və  səhnə-

lərin  zəruri  olması,  bədii  priyomlar  və  s.  son  nəticədə 

sənətkarın  ideyası,  yaradıcılıq  vəzifəsi  ilə  müəyyən 

edilir. 

Bədii  ədəbiyyatda  kompozisiyanın  üç  şəkli  daha 

geniş yayılmışdır. 

Birinci  halda  müəlliflər  əsərlərində  müəyyən  bir  ha-

disə  təsvir edərək onu tədrici inkişaf yolu ilə aparmağı və 

öz niyyətlərini əsərin lap axırında açmağı üstün tuturlar. 

İkinci halda, təsvir  edilən əhvalatın sonu əsərin lap 

başlanğıcında  verilir,  təfsilata  isə  yazıçı  sondakı  hissə-

lərdə keçir. 

Üçüncü  halda,  təsvir  edilən  əhvalatın  məğzini, 

cövhərini təşkil edən məsələ əsərin ortasında gedir. Baş-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə