5
bu məsələlərdən danışanda da, özünün tədqiqatçı-alim
mövqeyinin orijinallığını təmin edə bilmişdir.
Səadət xanım Vahabova ədəbiyyatşünaslıqda oriji-
nal tədqiqat metodu, problemə yanaşma tərzi ilə diqqəti
cəlb edən ümid verən bir alimdir. Gələcəkdə də yeni-
yeni orijinal elmi tədqiqat əsərləri ilə oxucuların görüş-
ünə gələcəyinə inanıram. Buna Səadətin «Cəlil Məm-
mədquluzadə nəsrinin poetikası» adlı monoqrafiyası da
əsas verir.
Alxan Bayramoğlu
filologiya elmləri, doktoru,
professor
6
G İ R İ Ş
Həqiqi sənət milli mədəniyyətin çoxəsrlik inkişa-
fında özgün rol oynayır. Çünki bu inkişafın müəyyən
mərhələsinin ən incə və xarakterik cəhətləri o sənət
nümunəsində öz əksini qabarıq şəkildə tapır. Ona görə
də bədii və sənət əsərinin mahiyyəti tək dünən, bu günlə
yox, keçmişlə, gələcəklə şərtlənir. Azərbaycan ədəbiy-
yatında böyük sənətkarlar sırasında görkəmli satira
ustası Cəlil Məmmədquluzadə bu baxımdan mühüm yer
tutur. Onun da əsərləri təkcə keçmişlə deyil, bu günlə,
gələcəklə səsləşir.
Azərbaycan ədəbiyyatı tarixində Xaqani Şirvani ilk
nasir hesab edilir. (M.Sultanov, H.Araslı, O.Kəndli
Herisçi, H.Əfəndiyev, Q.Xəlilov). Onun fars dilində
yazdığı 60 məktubu yüksək dəyərli, fəlsəfi nəsr əsərləri
kimi qiymətləndirilmişdir. Xaqanidən sonra xronoloji
ardıcıllığı nəzərə alsaq, nəsrimizin inkişafında Füzuli
ikinci hesab edilir. Füzulinin ana dilində yazdığı
«Şikayətnamə» (yaxud «Nişançı paşa») əsəri, bir sıra
məktubları, farsca yazdığı «Səhhət və mərəz», «Rindü-
Zahid» əsərləri də nəsrin gözəl nümunələrindəndir. Onu
da qeyd etmək lazımdır ki, bu əsərlərdə təhkiyə ilə
yanaşı şeir parçaları da vəhdətdə götürülür. Realist
hekayənin banisi hesab edilən A.Bakıxanovun «Kitabi-
Əskəriyyə» əsəri də bu qəbildəndir. Azərbaycan
ədəbiyyatında ilk realist hekayə hesab olunan bu əsər
ana dilində yazılsa da, orada çoxlu ərəb və fars ifadələri
də işlənmişdir. Azərbaycan ədəbiyyatında ikinci realist
nəsr əsəri isə İsmayıl bəy Qutqaşınlının təxminən 1835-
ci ildə fransız dilində qələmə aldığı «Rəşid bəy və
Səadət
xanım»
hekayəsidir.
Qeyd
olunan
bu
7
müəlliflərdən sonra M.F.Axundov ədəbiyyatımıza istər
mövzu, istərsə də dil baxımından yeni bir əsər gətirdi.
Bu, 1857-ci ildə qələmə alınan, Azərbaycan ədəbiy-
yatında ilk povest kimi qiymətləndirilən «Aldanmış
kəvakib» povestidir.
«M.F.Axundovun «Aldanmış kəvakib» povesti
bədii nəsrimizin o vaxta qədərki təcrübəsinə sanki
yekun vurur və sonrakı dövrlə möhkəm əlaqə, onun
üçün sağlam zəmin yaradır. Bədii nəsrimizin sürəkli,
davamlı inkişafı isə Zeynalabdin Marağayinin «İbrahim
bəyin səyahətnaməsi» (1887) romanı və Cəlil Məmməd-
quluzadənin «Danabaş kəndinin əhvalatları» povesti
kimi irihəcmli və yüksək bədii dəyərli əsərlərlə başlayır
(147, 100).
Cəlil Məmmədquluzadə yaradıcılığa başlayarkən
qədim və zəngin Azərbaycan ədəbiyyatında bədii nəsr
inkişaf etməmiş bir sahə idi və hekayə kamil janr kimi
bu ədəbiyyatda hələ formalaşmamışdı. Xalq Mirzə
Cəlilin hekayələri ilə bu janrı öz milli ədəbiyyatının
faktı kimi dərhal qəbul etdi. «Bu gün Azərbaycan
nəsrinin – romanlarının, povestlərinin müvəffəqiyyəti
Cəlil Məmmədquluzadənin hekayələri və ümumiyyətlə
hekayə janrına çox borcludur. Bu gün Azərbaycan
nəsrinin məxsusi bir janr kimi formalaşması və təşəkkül
tapması da ilk növbədə bu kiçik janra – «damcıya»
borcludur» (33, 138).
Cəlil Məmmədquluzadə novator yazıçı olmuşdur.
Onun novatorluğu həm əsərlərindəki ideya-məzmun,
problematika sahəsində, həm də onların bədii həllində
özünü göstərir. O, ədəbiyyata yeni mövzu, yeni prob-
lemlər gətirdiyi kimi, onlara uyğun olaraq yeni bədii
forma, dil və üslub da gətirdi. «Ədibin yaradıcılığı gözəl
8
bir ədəbi məktəb», (139, 45) misilsiz sənət qaynağıdır.
C.Məmmədquluzadənin «Xatiratım» memuarından
və «Tərcümeyi-halım» əsərindən aydın olur ki, «Poçt
qutusu» (1903) haqqında ilk fikri «Şərqi-rus» qəzetinin
redaktoru M.Şahtaxtinski söyləmişdir. Həmin hekayə
barədə, əsərin sadə dili, üslubu haqqında «Novoye
obozrenie» (1905, №146) və «İqbal» (1913, 4 noyabr)
qəzetlərində də müxtəsər qeydlərə rast gəlmək olur.
Görkəmli ədəbiyyatşünas F.Köçərlinin (1863-1920),
«Usta Zeynal» məqaləsi Mirzə Cəlilin nəsr əsərləri
barədə elmi-nəzəri fikrin başlanğıcıdır» (79, 9).
Cəlil Məmmədquluzadə irsinin sistemli şəkildə
öyrənilməsi görkəmli tənqidçi Əli Nazimin (1906-1938)
adı ilə bağlıdır. 1928-ci ildə o, «Türk yurdu» jurnalında
«Yeni azəri ədəbiyyatı haqqında» adlı əsər çap etdirir.
Tənqidçi «Molla Nəsrəddin»in nəsri haqqında», «Cəlil
Məmmədquluzadə və yaradıcılığı» kimi elmi məqalə-
lərlə Mirzə Cəlil ədəbi məktəbini dəyərləndirərək, onun
yaradıcılığını yüksək qiymətləndirmişdir.
Ədibin bədii irsinin tədqiqində akademik M.İbrahi-
movun da xidməti ayrıca yer tutur. O, «Böyük demokrat
Molla Nəsrəddin» (1939), «Böyük demokrat» (1957),
«Böyük satira ustası» (1966) əsərlərində ədibin yara-
dıcılığının müxtəlif sahələrini, yazıçı və jurnalist kimi
fəaliyyətinin elmi təhlilini vermiş, bütünlükdə bədii
nəsrini araşdırmışdır.
Cəlil Məmmədquluzadə irsinin öyrənilməsində gör-
kəmli ədəbiyyatşünas alim, professor Əziz Şərifin
xidmətləri də xüsusi qeyd olunmalıdır. «C.Məmmədqu-
luzadə («Molla Nəsrəddin»)» (1946), «Molla Nəsrəd -
din»in yaranması» (1968) əsərlərində o, ədibi publisist,
dramaturq və nasir kimi səciyyələndirməklə yanaşı, nəsr
Dostları ilə paylaş: |