Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə2/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   2   3   4   5   6   7   8   9   ...   43

 

          

 



bu  məsələlərdən  danışanda  da,  özünün  tədqiqatçı-alim 



mövqeyinin orijinallığını təmin edə bilmişdir. 

Səadət  xanım  Vahabova  ədəbiyyatşünaslıqda  oriji-

nal  tədqiqat  metodu,  problemə  yanaşma  tərzi  ilə  diqqəti 

cəlb  edən  ümid  verən  bir  alimdir.  Gələcəkdə  də  yeni-

yeni  orijinal  elmi  tədqiqat  əsərləri  ilə  oxucuların  görüş-

ünə  gələcəyinə  inanıram.  Buna  Səadətin  «Cəlil  Məm-

mədquluzadə  nəsrinin  poetikası»  adlı  monoqrafiyası  da 

əsas verir. 

 

 

      Alxan Bayramoğlu 



 

filologiya elmləri, doktoru,  

                professor 

 

 




 

          

 



G İ R İ Ş 



 

Həqiqi  sənət  milli  mədəniyyətin  çoxəsrlik  inkişa-

fında  özgün  rol  oynayır.  Çünki  bu  inkişafın  müəyyən 

mərhələsinin  ən  incə  və  xarakterik  cəhətləri  o  sənət 

nümunəsində  öz  əksini  qabarıq  şəkildə  tapır.  Ona  görə 

də bədii və sənət əsərinin mahiyyəti tək dünən, bu günlə 

yox,  keçmişlə,  gələcəklə  şərtlənir.  Azərbaycan  ədəbiy-

yatında  böyük  sənətkarlar  sırasında  görkəmli  satira 

ustası  Cəlil  Məmmədquluzadə  bu  baxımdan  mühüm  yer 

tutur.  Onun  da  əsərləri  təkcə  keçmişlə  deyil,  bu  günlə, 

gələcəklə səsləşir. 

Azərbaycan ədəbiyyatı tarixində Xaqani Şirvani ilk 

nasir  hesab  edilir.  (M.Sultanov,  H.Araslı,  O.Kəndli 

Herisçi,  H.Əfəndiyev,  Q.Xəlilov).  Onun  fars  dilində 

yazdığı  60  məktubu  yüksək  dəyərli,  fəlsəfi  nəsr  əsərləri 

kimi  qiymətləndirilmişdir.  Xaqanidən  sonra  xronoloji 

ardıcıllığı  nəzərə  alsaq,  nəsrimizin  inkişafında  Füzuli 

ikinci  hesab  edilir.  Füzulinin  ana  dilində  yazdığı 

«Şikayətnamə»  (yaxud  «Nişançı  paşa»)  əsəri,    bir  sıra 

məktubları,  farsca  yazdığı  «Səhhət  və  mərəz»,  «Rindü-

Zahid» əsərləri də nəsrin gözəl nümunələrindəndir. Onu 

da  qeyd  etmək  lazımdır  ki,  bu  əsərlərdə  təhkiyə  ilə 

yanaşı  şeir  parçaları  da  vəhdətdə  götürülür.  Realist 

hekayənin  banisi  hesab  edilən  A.Bakıxanovun  «Kitabi-

Əskəriyyə»  əsəri  də  bu  qəbildəndir.  Azərbaycan 

ədəbiyyatında  ilk  realist  hekayə  hesab  olunan  bu  əsər 

ana dilində yazılsa da, orada çoxlu ərəb və fars ifadələri 

də  işlənmişdir.  Azərbaycan  ədəbiyyatında  ikinci  realist 

nəsr əsəri isə İsmayıl bəy Qutqaşınlının təxminən 1835-

ci    ildə  fransız  dilində  qələmə  aldığı  «Rəşid  bəy  və 

Səadət 

xanım» 


hekayəsidir. 

Qeyd 


olunan 

bu 



 

          

 



müəlliflərdən  sonra  M.F.Axundov  ədəbiyyatımıza  istər 



mövzu,  istərsə  də  dil  baxımından  yeni  bir  əsər  gətirdi. 

Bu,  1857-ci  ildə  qələmə  alınan,  Azərbaycan  ədəbiy-

yatında  ilk  povest  kimi  qiymətləndirilən  «Aldanmış 

kəvakib» povestidir. 

«M.F.Axundovun  «Aldanmış  kəvakib»  povesti 

bədii  nəsrimizin  o  vaxta  qədərki  təcrübəsinə  sanki 

yekun  vurur  və  sonrakı  dövrlə  möhkəm  əlaqə,  onun 

üçün  sağlam  zəmin  yaradır.  Bədii  nəsrimizin  sürəkli, 

davamlı  inkişafı  isə  Zeynalabdin  Marağayinin  «İbrahim 

bəyin səyahətnaməsi» (1887) romanı və Cəlil Məmməd-

quluzadənin  «Danabaş  kəndinin  əhvalatları»  povesti 

kimi irihəcmli və  yüksək bədii dəyərli əsərlərlə başlayır 

(147, 100). 

Cəlil  Məmmədquluzadə  yaradıcılığa  başlayarkən 

qədim  və  zəngin  Azərbaycan  ədəbiyyatında  bədii  nəsr 

inkişaf  etməmiş  bir  sahə  idi  və  hekayə  kamil  janr  kimi 

bu  ədəbiyyatda  hələ  formalaşmamışdı.  Xalq  Mirzə 

Cəlilin  hekayələri  ilə  bu  janrı  öz  milli  ədəbiyyatının 

faktı  kimi  dərhal  qəbul  etdi.  «Bu  gün  Azərbaycan 

nəsrinin  –  romanlarının,  povestlərinin  müvəffəqiyyəti 

Cəlil  Məmmədquluzadənin  hekayələri  və  ümumiyyətlə 

hekayə  janrına  çox  borcludur.  Bu  gün  Azərbaycan 

nəsrinin məxsusi bir janr kimi formalaşması və  təşəkkül 

tapması  da  ilk  növbədə  bu  kiçik  janra  –  «damcıya» 

borcludur» (33, 138). 

Cəlil  Məmmədquluzadə  novator  yazıçı  olmuşdur. 

Onun  novatorluğu  həm  əsərlərindəki  ideya-məzmun, 

problematika  sahəsində,  həm  də  onların  bədii  həllində 

özünü  göstərir.  O,  ədəbiyyata  yeni  mövzu,  yeni  prob-

lemlər  gətirdiyi  kimi,  onlara  uyğun  olaraq  yeni  bədii 

forma, dil və üslub da gətirdi. «Ədibin yaradıcılığı gözəl 



 

          

 



bir ədəbi məktəb», (139, 45) misilsiz sənət qaynağıdır.  



C.Məmmədquluzadənin  «Xatiratım»  memuarından 

və  «Tərcümeyi-halım»  əsərindən  aydın  olur  ki,  «Poçt 

qutusu»  (1903)  haqqında  ilk  fikri  «Şərqi-rus»  qəzetinin 

redaktoru  M.Şahtaxtinski  söyləmişdir.  Həmin  hekayə 

barədə,  əsərin  sadə  dili,  üslubu  haqqında  «Novoye 

obozrenie»  (1905,  №146)  və  «İqbal»  (1913,  4  noyabr) 

qəzetlərində  də  müxtəsər  qeydlərə  rast  gəlmək  olur. 

Görkəmli  ədəbiyyatşünas  F.Köçərlinin  (1863-1920), 

«Usta  Zeynal»  məqaləsi  Mirzə  Cəlilin  nəsr  əsərləri 

barədə elmi-nəzəri fikrin başlanğıcıdır» (79, 9). 

Cəlil  Məmmədquluzadə  irsinin  sistemli  şəkildə 

öyrənilməsi görkəmli tənqidçi Əli  Nazimin (1906-1938) 

adı ilə bağlıdır. 1928-ci ildə o, «Türk  yurdu» jurnalında 

«Yeni  azəri  ədəbiyyatı  haqqında»  adlı  əsər  çap  etdirir. 

Tənqidçi  «Molla  Nəsrəddin»in  nəsri  haqqında»,  «Cəlil 

Məmmədquluzadə  və  yaradıcılığı»  kimi  elmi  məqalə-

lərlə  Mirzə  Cəlil  ədəbi  məktəbini  dəyərləndirərək,  onun 

yaradıcılığını yüksək qiymətləndirmişdir. 

Ədibin bədii irsinin tədqiqində akademik M.İbrahi-

movun da xidməti ayrıca yer tutur. O, «Böyük demokrat 

Molla  Nəsrəddin»  (1939),  «Böyük  demokrat»  (1957), 

«Böyük  satira  ustası»  (1966)  əsərlərində  ədibin  yara-

dıcılığının  müxtəlif  sahələrini,  yazıçı  və  jurnalist  kimi 

fəaliyyətinin  elmi  təhlilini  vermiş,  bütünlükdə  bədii 

nəsrini araşdırmışdır. 

Cəlil Məmmədquluzadə irsinin öyrənilməsində gör-

kəmli  ədəbiyyatşünas  alim,  professor  Əziz  Şərifin 

xidmətləri  də  xüsusi  qeyd  olunmalıdır.  «C.Məmmədqu-

luzadə  («Molla  Nəsrəddin»)»  (1946),  «Molla  Nəsrəd -

din»in  yaranması»  (1968)  əsərlərində  o,  ədibi  publisist, 

dramaturq və nasir kimi səciyyələndirməklə yanaşı, nəsr 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə