Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə5/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   2   3   4   5   6   7   8   9   ...   43

 

          

 

16 


lar  insanları  əzən  zorakılığı,  xalqa,  xalq  dilinə  etinasız 

yanaşan  mənəviyyatsızları  ələ  salır,  kinayəli,  eyhamlı 

ifadələrlə  ifşa  edirlər.  Əhvalatların  hekayəçiləri  başqa 

danabaşlılar  kimi  passiv  bir  mövqe  seçmirlər.  Hadisələr 

söylənilir  və  yazılır.  Gördüklərini  danışmaq,  mühitinin 

ziddiyyətlərinə göz yummamaq «adi» əhvalatlar çərçivə -

sində təqdim etmək onların vicdanlarının səsidir. 

Əsərin bədii sisteminə daxil olan bu epiqraf müəllif 

istəyi,  müəllif  mövqeyinin  ifadəsidir.  Bu,  başqa  perso -

najların fəaliyyətində də özünü açıqdan-açığa göstərir. 

Hadisələrin  bilavasitə  baş  verməsinin  səbəbkarı 

olan  Xudayarbəyin  «vicdanının»  səsi  zorakılıqdır.  Əsə-

rin  əvvəlində  onun  mərhum  Kərbəlayı  Heydərlə  dostlu-

ğundan  danışılır.  Kərbəlayı  Heydərin  ölümündən  dərhal 

sonra Xudayarbəy onun arvadını almaq arzusuna düşür: 

«Kərbəlayı  Heydərin  canı  ağzından  çıxan  kimi 

Xudayarbəy  Zeynəbin  yanına  adam  göndərdi  ki,  mə ba-

da-məbada  özgəsinə  dil  verə  və  özgəsinə  ərə  gedə. 

Niyə?  Ondan  ötrü  ki,  guya  Kərbəlayı  Heydər  ona,  yəni 

Xudayarbəyə  vəsiyyət  edib  ki,  Zeynəbi  o  özü  alsın, 

qoymasın özgə namərdə ərə getsin» (111, 292). 

Bu  nankorluq  Xudayarbəyin  «vicdanının»  səsi, 

acgözlüyün, xəbis mənəviyyatın vicdan üzərində qələbə-

sidir. 


Yoxsulluq  məngənəsində  sıxılan  Məhəmməd  Həsən 

əminin  dünya  malında  gözü  yoxdur.  O,  məzlumluğu, 

sadəlövlüyü,  nəcibliyi,  xeyirxahlığı,  ailəsinə  mehriban 

ər,  övladını  çox  sevən  ata  olması  ilə  diqqəti  cəlb  edir. 

Məhəmməd  Həsən  əmi  öz  ürəyinin  hökmü  ilə  hərəkət 

edir.  Təəssüf  ki,  cəmiyyət  onunla  amansız  rəftar  edir. 

Onun  şüur  və  düşüncəsi  cəmiyyətin  hakimləri,  güclülər 

qarşısında boyun əyməyə istiqamətlidir. Bütün insani və 




 

          

 

17 


mənəvi  keyfiyyətlərinə  baxmayaraq  yoxsulluq  və  qorxu 

onun  vicdanını  əzir,  təhqir  edir.  Məhəmməd  Həsən  əmi 

qələbə çala bilmir. 

Eyni  vəziyyət  göz  yaşları  içərisində  boğulan,  heç 

bir  hüququ  olmayan  çarəsiz  qadını  –  Zeynəbi  də  təhdid 

edir.  Məhəmməd  Həsən  əmidən  fərqli  olaraq  o,  öz  qəlb 

çırpıntılarına  qulaq  asıb  mübarizə  aparmaq,  əyilməmək, 

sınmamaq  istəyir.  Onun  bu  mübarizəsi  qolu  zorlular 

tərəfindən  «dəli»,  «dəlisov»  kimi  qiymətləndirilir. 

Zeynəb əlləri qoynunda, çıxılmaz vəziyyətdə qalır, o öz 

ürəyi istəyən kimi hərəkət edə bilmir. 

Məqsədli  şəkildə  istifadə  olunan  «hamıda  o  insaf 

var»  ifadəsi  «mənin»  öz  vicdanına  qələbəsi  (Xudayar-

bəy),  zorakılığın  vicdanda  qələbəsi  (Məhəmməd  Həsən 

əmi, Zeynəb) ilə tamamlanır. 

C.Məmmədquluzadənin  süjet  xətti  və  kompozisi-

yanın  ilk  özülü  kimi  istifadə  etdiyi  epiqraflarda  xalq 

ədəbiyyatından istifadə də müəyyən yer tutur. Ədibin bu 

epiqraflarında folklordan alınmış nümunələr iki variant-

dadır: 


a)  Alqışlar  –  «Qoqol,  Allah  sənə  rəhmət  eləsin» 

(111, 422). 

b)  Atalar  sözləri  –  «Atı  atın  yanına  bağlasan  ya 

halını götürər, ya xasiyyətini» (111, 567). 

Alqışlar  folklorun  arxaik  janrı  sayılıb  insanların 

bir-birinə  münasibətindən  doğmuşdur.  C.Məmmədqulu-

zadənin  təbliğ  və  müraciət  etdiyi  ədiblərdən  biri  də 

N.V.Qoqoldur.  Qoqolun  realizmi,  satirik  qələmi,  Mirzə 

Cəlil məramına, üslubuna çox yaxın idi. «Qurbanəlibəy» 

əsərində  «Qoqol,  Allah  sənə  rəhmət  eləsin»  epiqrafı  bu 

təsiri  bir  daha  vurğulayır.  Ədibin  «Qurbanəlibəy» 

hekayəsi ilə Qoqolun «Kolyaska» əsəri arasında oxşarlıq 




 

          

 

18 


haqqında  bir  sıra  tədqiqatçılar  məlumat  vermişlər.  Hər 

iki  əsər  real  həyatı  –  biri  rus  ictimai  mühitini,  ikincisi 

isə  Azərbaycan  ictimai  gerçəkliklərini  əks  etdirir.  Bu 

əsərlərin  süjet  xətti,  kompozisiyası  demək  olar  ki, 

eynidir. Buna baxmayaraq hər iki əsər fərdi üslub,  milli 

dünyagörüş  baxımından  fərqlidir.  Çertokutski  huşsuz, 

heç  kəsdən  asılı  olmayan,  istefaya  çıxmış  polkovnik-

dirsə,  Qurbanəlibəy  müstəmləkə  ağalığı  altında  inləyən 

xalqa    müstəmləkəçilərin  köməyi  ilə  qolu  zorluluq  edən 

bir  bəydir.  Təbii  ki,  belə  fərqli  təqdimat  əsərin  məz-

mununa  canlılıq  və  fərdilik  gətirmişdir.  «Kolyaska» 

əsərindən  başqa  «Müfəttiş»  əsərində  səhv  olaraq  bir 

adamı  başqa  bir  adamın  yerinə  qəbul  etmələri  forma 

baxımından «Qurbanəlibəy» əsərində də göstərilir. Şirin 

söyləmə  tərzi  ilə  ədib  naçalnikin  gəlmə  səhnəsini  «bir-

dən  qaçhaqaç  düşdüyünü»  hamının  qapıya  qaçmasını, 

hər  dəfə  də  yanılıb  dayanmalarını,  «qurbağanın  gölünə 

daş atdılar» ifadəsi ilə maraqlı bir fonda vermişdir.  

C.Məmmədquluzadə  əsərlərində  istifadə  olunan 

epiqraflardan  yalnız  bu  epiqraf  əsərin  süjet  xəttinin  bir 

məqamı  kimi  özünü  göstərməyə  xidmət  etmir.  Sadəcə 

olaraq bu epiqrafda əsarət və zorakılığı qamçılayan ədib 

«Qoqol,  Allah  sənə  rəhmət  eləsin»  ifadəsi  ilə  müəyyən 

içtimai  quruluş  və  təbəqələrin,  qoluzorluların,  hakimlə-

rin  özbaşnalıqlarına  qarşı  mübarizə  və  ifşanı  alqışla-

yırdı. 


C.Məmmədquluzadə xalqın maariflənməsinə, insan-

ların  şüuruna  təmizliyin,  kamilliyin  hopmasına  çalışan 

sənətkarlardandır. Bu qəbildən «Oğru inək» əsəri və ona 

verilən  epiqraf  maraqlıdır.  Əsərdə  oğurluq  kimi  pis  bir 

vərdiş  tənqid  olunur.  Bu  epiqraf  məzmun  etibarı  ilə 

nəsihətamiz,  müdrik  fikri  ifadə  edir.  «Atı  atın  yanında 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə