Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə6/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   2   3   4   5   6   7   8   9   ...   43

 

          

 

19 


bağlasan  ya  halını  götürər,  ya  xasiyyətini»  atalar  sözü 

pis  bir  vərdişin,  mənfi  adətin  yayılmasının  səbəbi  kimi 

tutarlı  vasitəyə  çevrilmişdir.  Əsərin  ideyası  ilə  sıx bağlı 

olan  bu  epiqraf  oğru  sahibi  və  oğru  inəyi  real  həyati 

detallarla oxucuya çatdırır. 

Ədib  bəzən  əsərində  ünvanı  məlum  olmayan  mən-

bədən  istifadə  edir.  «Şeir  bülbülləri»  əsərində  verilən 

epiqrafı nəzərdən keçirək: 

«Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor, 

Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor» 

(Ədəbiyyat  zavodlarımızda  verilən  dərslərdən) 

(111, 506). 

C.Məmmədquluzadə  bizi-bizdən  ayıran,  bizi  başqa-

laşdırıb  özümüzü-özümüzə  biganələşdirən  bütün  eybə-

cərliklərə  qarşı  çıxırdı.  Bu  eybəcərliklər  nadanlıq,  dili 

unutma,  mənəviyyatımıza,  milli  varlığa  laqeydlik  idi. 

Onun  yaradıcılığının  gözəl  nümunələrindən  olan  «Şeir 

bülbülləri»  əsəri  elə  bu  mətləb  üzərində  qurulub. 

Ziyalılar və dil. Əsərdə ziyalıların tənqidi günün zəruri, 

aktual  məsələsini  təşkil  edir.  «Şeir  bülbülləri»  əsərində 

iki  ziyalının  ümumi  və  fərdi  xüsusiyyətləri,  onların 

zahiri və daxili aləminin özünəməxsusluğu sənətkarlıqla 

qələmə  alınmışdır.  Əsərdəki  epiqraf  süjetdəki  əhvalatın 

məzmunu  ilə  əlaqədardır.  Keçmişdən  miras  qalmış 

yararsız,  anlaşılmaz  şeirlər,  qəliz  ifadələrlə  yoğrulmuş 

qafiyəbazlar,  gülünc  məzmunda  verilmişdir.  Bu  baxım-

dan  ədibin  işlətdiyi  epiqraf  istər  dil,  istərsə  də  məzmun 

baxımından  qəribə  görünür.  Bu  gülünc  sitat  cəmiyyətin 

aparıcı  qüvvələri  olan  mənəviyyatımıza,  dilimizə  yad 

münasibət göstərən ziyalılara açıq məsxərədir.  

Epiqrafın  müəllifi  yəqin  ki,    Mirzə  Cəlilin  özüdür. 

Ədib  bu  gülünc,  mənasız  parça  ilə  kinayəsini  daha 




 

          

 

20 


qüvvətli  ifadə  etmək  istəmişdir.  Epiqrafın  sonunda 

məqsədli  şəkildə  «Ədəbiyyat  zavodlarımızda  verilən 

dərslərdən»  qeydi  milli  varlığa  laqeyd  ziyalılara  ittiha-

mın şiddətini bir az da qüvvətləndirmişdir. 

Göründüyü  kimi,  ədibin  əsərlərində  işlətdiyi  epiq-

raflar  real  şəxsiyyətin  adı  ilə,  həm  də  xalqın  həyatı, 

məişəti  ilə  əlaqədə  yaranıb  formalaşmış  alqışlar  və 

atalar  sözü  ilə  ifadə  olunub,  əsəri  məzmun  və  forma 

cəhətdən tamamlayır. 

Cəlil  Məmmədquluzadə  nəsrində  süjet  və  kompo-

zisiya  quruluşu  arasındakı  məntiqi  bağlılıq  proloq  və 

epiloq anlayışlarının işlədilməsi ilə də diqqəti cəlb edir. 

Ədəbin  nəsrində  istifadə  olunan  bu  poetik  strukturu 

nəzərdən  keçirək:  «Danabaş  kəndinin  əhvalatları»  əsə-

rində  süjet  xəttinin  quruluşu  və  psixoloji  konflikt  oriji -

naldır.  Hadisələrin  inkişafında  və  obrazların  fəaliyyə-

tində  daha  çox  real  məntiq  əsasdır.  «Quruluş  baxımın-

dan  isə  «Danabaş  kəndinin  əhvalatları»  əsas  hissədən 

«Eşşəyin  itməkliyi»,  «Bir  yüngülvari  müqəddimə»dən 

və  «Xitamə»dən  ibarətdir.  Müasir  ədəbiyyatşünaslıqda 

proloq və epiloq adlanan həmin müqəddimə və xitaməni 

ilk  dəfə  Azərbaycan  nəsrinə  Mirzə  Cəlil  gətirmişdir» 

(79, 27-28).  «Danabaş kəndinin əhvalatlarına verilən bir 

yüngülvari  müqəddimədə  C.Məmmədquluzadə  yaradıcı-

lığına  xas  olan  bir  sıra  mühüm  poetika  –  sənətkarlıq 

xüsusiyyəti öz ifadəsini tapmışdır. Belə ki, burada sanki 

hadisələr neytral bir şəxs tərəfindən nəql edilir. Müəllifə 

zahirən  bütün  bu  baş  verənlərin  dəxli  yoxdur.  Əslində 

isə hadisələrdə müəllif müdaxiləsi bu təhkiyənin özündə 

və  hadisələrin  gedişindən  aydın  seçilir.  Maraqlıdır  ki, 

Mirzə  Cəlilin  bütövlüklə  nəsr  yaradıcılığına  bu  zahiri 

neytrallıq,  nağılvari  təhkiyə  və  onların  arxasında 




 

          

 

21 


duraraq  acı  göz  yaşı  tökən    vətəndaşlıq  yanğısı  xasdır. 

«Bir  yüngülvari  müqəddimə»ni  bu  baxımdan  C.Məm-

mədquluzadə  nəsrinin,  bütövlüklə  yaradıcılığının  poe-

tika – sənətkarlıq açarı və manifesti hesab etmək olar.   

Proloq,  aydındır  ki,  bədii  əsərdə  müqəddimə, 

oxucunu əsərdə təsvir edilən hadisələrdən əvvəlki  məsə -

lələrlə,  yaxud  müəllifin  ifadə  etmək  istədiyi  fikirlərlə 

qabaqcadan  tanış  edən  giriş  hissəsidir.  «Danabaş  kən-

dinin əhvalatları» əsərində «Bir yüngülvari müqəddimə» 

oxucunu  əsərdə  təsvir  edilən  hadisələri  qavramağa, 

yazıçının  ifadə  etmək  istədiyi  ideyanı  dərk  etməyə 

qabaqcadan  hazırlayır,  Danabaş  kəndi  haqqında  ilk 

təsəvvür yaradır. 

Proloq  təhkiyəsində  ədib  iki  vasitədən  istifadə 

edir: 

1.

 



Hadisələrin eyni bir şəxs tərəfindən nəql edilməsi. 

(Lağlağı Sadıq). 

2.

 

Hadisələrin  başqa  bir  şəxs  tərəfindən  qələmə 



alınması. (Qəzetçi Xəlil). 

Əhvalatları  söyləyən  hekayəçi  hadisələrin  baş 

verdiyi  zaman  daxilində  yaşayır,  hadisələrin  canlı  şa-

hididir.  Yəni,  təhkiyyəçi  hadisələrin  şahidi  kimi  Dana-

baş  kəndinin  sakinidir.  Onun  əsas  funksiyası  danışmaq, 

gördüklərini  söyləməkdir.  Müdaxilə  etmək,  münasibət 

bildirmək  ondan  kənardır.  Əsərdə  proloqdan  istifadə 

hadisələrin  geniş  təsviri  üçün  zəngin  imkan  verir. 

Həyatdan  «gülməli»,  «yaxşı»  əhvalatları  seçib,  «dün-

yadan  köçəndən  sonra  unudulmamaq  üçün»  dəftərə 

yazmaq,  oxucuda  bir    qədər  intizar,  maraq  oyadır.  Bu 

maraq  əhvalatların  davamına  yönəlir,  «povestin  hər  bir 

oxucusu  yaxşı  mənada  dinləyiciyə-  danabaşlılardan 

birinə çevrilir» (125, 77). 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə