Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
22
da çox mehriban qarşılanan Şahin Gərayın şərəfinə Səfəvi sarayında ziyafətlər təşkil etmişdi
(5, 36, 37).
1629-cu ildə Qaraca Ərdəhan və Qarsdan bir dəstə rumlu Ağıskaya hücum edib əhalini
qarət etdikdə buranın hakimi Səlim xan Şəmsəddinli bu hadisəni qüruruna sığışdırmayıb az
sayda tüfəngçi və Şəmsəddinli qazıları ilə onları təqib etmək üçün qalanı tərk etmişdi. Baş ve-
rən savaşda atı büdrəmiş və o, atdan yıxılmış, osmanlı əsgərləri hücum edib onu ələ keçirmiş-
dilər. Bu səbəbdən Şəmsəddinli qaziləri məğlub olmuş və onların çoxu qətlə yetirilmişdi. Os-
manlılar əsir götürdükləri Səlim xanı da özləri ilə aparmışdılar. Qaraca Ərdahan hakimi Səfər
paşa Ağıskanın sahibsiz qaldığını düşünüb güclü ordu ilə qalaya hücum etsə də, qalanın tü-
fəngçiləri Ağıskanı qəhrəmancasına müdafiə etdilər. Bu zaman Qarabağ və Çuxur-Səədin bəy-
lərbəyiləri hadisədən xəbər tutub kömək üçün Ağıskaya qoşun göndərdilər. Qarabağ və Çu-
xur-Səəd ordusu Ağıska sərhəddinə çatmamış, Səfər paşa geriyə-öz məkanına qayıtdı. Ağıska
əmirliyi Səlim xanın oğlu İsmayıl xana verildi (5, 37, 38). Onun sarayda olan əmisi Aslan bəy
də qardaşı oğluna kömək etmək üçün Ağıskaya göndərildi. Qalada qurğuşun, barıt, silah ehti-
yatı qaydaya salındı. Səfəvi dövləti Ağıskada müdafiə tədbirlərini həyata keçirdiyi bir vaxtda,
1629-cu ilin sonunda Osmanlı ordusunun Diyarbəkrdən Mosul istiqamətində hərəkət etməsi
xəbəri alındı. I Şah Səfinin göstərişi ilə dərhal minbaşılar, yüzbaşılar, tüfəngçilər, müzəffər
əsgərlər Bağdada göndərildi. Eşik ağası Kəlbəli bəyə tapşırıldı ki, Bağdada gedib oradakı
qoşunun keyfiyyət və kəmiyyətini yoxlayıb lazımi ehtiyatlarla təmin olunmasını təşkil etsin.
Sipahsalar Zeynal xan Şamlı da böyük ordu ilə Bağdada göndərildi. Qorçubaşı və digər hərbi
hissələrə də Həmədan qışlağında hazır vəziyyətdə olmaları tapşırılmışdı (5, 38, 39).
H.1039-cu (m.1630) ildə təcrübəli baş vəzir Xosrov paşa Ərəb İraqına hücum edən Os-
manlı qoşununa sərdar təyin edildi (5,39). "Zeyl-itarix-ialamaray-yi" də qeyd edilir ki, o, haki-
miyyətləri altındakı islam və xristian bölgələrindən gətirilmiş toplar və digər döyüş sursatı ilə
təchiz edilmiş qapıqulu, yəni saray qulamları, sipahi oğlan, yeniçəri, ölkənin hakim və əmirlə-
rindən ibarət olan ordunu Səfəvi sərhəddində yerləşdirdi. Bütün sancaq əmirləri və kürd aşirət
və obaları da onunla birləşdi. Heç bir Osmanlı sərdarı sərhədə sayı, hərbi sursatı bu qədər çox
olan bir ordu ilə gəlməmişdi. Onlar Diyarbəkrdən hərəkət edib Mosula çatdılar. Xosrov paşa
hesab edirdi ki, Ərəb İraqını fəth etmək üçün əvvəl Şəhrizoru ələ keçirmək lazımdır və elə
buna görə də həmin tərəfə hərəkət etdilər. Sürətlə hərəkət etdikləri üçün topların bir qismini
Mosulda qoydular, qalan hissəsini isə Hilləyə yola saldılar. Xosrov paşa Bağdad mühasirə
edildikdə ordunun ərzaq təminatını gqcləndirmək üçün ordunun bir hissəsinə Hillə körpüsünü
keçərək biçin aparılan bölgələrdə ərzaq tədarükü görülməsinə göstəriş verdi. Özü isə Şəhrizura
gəlib iqamətgahını burada yerləşdirdi. Ərdəlan elinin və həm də eyni adlı vilayətin hakimi
Xanəhməd xan saraya dəvət edildi, qardaşı Mir Məmun da Xosrov paşaya tabe oldu və vila-
yətin qalaları Xosrov paşa tərəfindən tutuldu (5, 40). Şəhrizurun hökümət iqamətgahı olan
Gülənbər adlı qalası ələ keçirilib təmir edildi və vilayət Mustafa paşaya verildi. Bu zaman I
Şah Səfi tərəfindən İraqın müdafiəsi üçün göndərilən sipahsalar Zeynal xanın qoşunu Bağdada
gəlib, Gilanək məntəqəsində yerləşmişdi. O, Osmanlı sərdarının Şəhrizura gedib orada yerləş-
məsini eşitdikdə, Mahidəştə qayıtdı. Osmanlıların adlı-sanlı sərdarlarından Tağı paşa da bir
neçə başqa sərdarla 10000 nəfərə yaxın qoşunla Şəhrizur vilayətinin sərhəddindəki Mərivan
qalasında idi (5, 41). Cani bəy Şamlı və Vəli xan İmanlı Əfşar üç-dörd min qızıl baş əsgəri ilə
Mərivan tərəfə göndərildi ki, Osmanlı ordusunun sayı, döyüş keyfiyyətini öyrənərək onları
nəzarətdə saxlasınlar. Ehtiyac yaranardısa sipahsalar Zeynal xanın icazəsi ilə onların döyüşə
başlamasına da icazə verilirdi. Sipəhsalar Zeynal xan məğrur və iddialı olub Osmanlıların gü-
cünü, yerli şəraiti nəzərə almadan, ağırlıqları Mahidəştə qoyub qızılbaş süvariləri ilə mühari-
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
23
bəyə başladı (5, 42). Osmanlı ordusu manevr edib geri çəkilmiş, qızılbaş qaziləri qarətə başla-
dıqda əks-hücuma keçibonları ciddi məğlubiyyətə düçar etmişdilər. Zeynal xanın səhvi nəti-
cəsində Səfəvi ordusu Süştər hakimi Şebli sultan, Qapanat hakimi Həsən sultan, Vəli bəy
yüzbaşı Təkəli, qulam Vəli bəy yüzbaşını və xeyli əsgər itiridi. Zeynal xan bu hadisədən sonra
orada qalmağı məqsədəuyğun hesab etmədi və geri çəkilib Həmədan yaxınlığındakı qalanın
müdafiəsini təşkil edərək bütün qoşununu burada yerləşdirdi. Bu zaman Xosrov paşa dağ yolu
ilə hərəkət edib Həmədana yaxınlaşmışdı. Osmanlı ordusunun bura yaxınlaşması barədə mər-
kəzə məlumat çatdırıldı və bu xəbər Həmədan əhalisi arasında təşvişə səbəb oldu (5, 43, 44).
Seyid Hüseyn Astrabadinin məlumatına əsasən, qızılbaş ordusunun Həmədan və Dərəcəzeynə
hərəkəti ləngidiyinə görə, Həmədan şəhərinin boşaldılması qərara alındı və şəhər əhalisi müx-
təlif yerlərə köçürüldü (3, 239). Bundan cəsarətlənən Osmanlı ordusu Həmədana daxil olduq-
dan sonra, Dərəcəzeynə hərəkət etsələr də, dar yollarda qızılbaşların yerləşdirdikləri pusqu
dəstələrindən ehtiyat etdiklərinə görə Bağdad istiqamətində geri dönməyə məcbur oldular (4,
83).
Şah Səfinin qoşunu qışlaqdan Həmədana doğru hərəkət etdikdə, artıq Həmədan əhalisi
şəhəri tərk etmiş və qorunmaq üçün əlçatmaz yerlərə çəkilmişdilər. Zeynal xanın qoşunu da
şahın ordusu ilə birləşdi. Bir çox qızılbaş əmirləri və əsilzadələrinin ocaqlıqları, həmşinin ailə-
ləri də Gələmrou Əlişəkərdə olduğuna görə, Osmanlıların hücumu zamanı onlar ordudan ayrı-
lıb ailələrini müxtəlif yerlərə aparmış və bu da qoşunda pərakəndəliyə səbəb olmuşdu (5,47).
Osmanlı ordusu Həmədan və Dərəcəzeynə gəldikdə qızılbaş qaziləri onlara tez-tez hü-
cum edir, ələ keçirdikləri əsirləri qərargaha gətirirdilər. Osmanlı ordusu qızılbaşların mühari-
bəyə hazır olduğunu bildikdə Dərəcəzeyn ətrafından geri döndülər. Divanbəyi Rüstəm bəyə üç
minlik alayı ilə geri dönən Osmanlı ordusuna nəzarət etmək və hər an baş verə biləcək döyüşə
hazır olmaq göstərişi verildi. Zeynal xan Şamlının ordusu da Rüstəm bəyin ordusu ilə birləşdi.
Bu zaman Xosrov paşa Ərəb İraqına doğru hərəkət edirdi. Onun məqsədi Bağdadı tutmaq idi.
Bu zaman Luristanın yeni bəylərbəyi Hüseyn xan saraydan öz əyalətinə qayıtmışdı. Xosrov
paşa ona qarşı 7 min, bir qədər sonra isə 5 min əsgər göndərdi. Onların arasında döyüş Hersin-
də baş verdi. Saraydan verilən göstərişə uyğun olaraq vəziyyətə nəzarət edən divanbəyi Rüs-
təm bəy dərhal Hüseyn xana 3 min nəfərlik yardım göndərdi. Qızılbaşlar döyüşdə 500 nəfər
osmanlı əsgərini öldürdülər və yaraladılar. Qızılbaşlardan yaralanan və ölən əsgərlərin sayı isə
30-40 nəfər idi. Döyüşdən sonrahər iki ordu öz mövqeyinə çəkildi (5,48-49). Molla Kamalın
məlumatına görə, h.1039-cu ildə sipah salar Zeynalxan Şamlı döyüş əməliyyatının təşkilində
səhvə yol verdiyinə görə ölüm cəzasına məhkum edildi (4, 83).
İ.K.Pavlova araşdırdığı ”Xülasət üs-siyar” adlı qaynağa istinad edərək yazır ki, Osmanlı
ordusunun sərdarı Xosrov paşa əvvəl baş vermiş döyüşlərdə əsir götürülmüş Baba xan Salehlə
I Şah Səfiyə məktub göndərib sülh müqaviləsi bağlamağı təklif etmişdi. Çox təəssüf ki, onun
təklif etdiyi şərtlər məlum deyildir. Müəllif bu faktın dövrün digər mənbələrində olmadığını
qeyd etmişdir (6, 66). Halbuki, “Zeyl-i tarixi alamara-yi Abbasi” və “Tarixi Sultani ...” adlı
qaynaqlarda Xosrov paşanın göndərdiyi məktub və sülh şərtləri haqqında ətraflı məlumat var-
dır. Bu mənbələrdə göstərilir ki, Osmanlı sərdarı Xosrov paşa Bağdada çatmamış h.1039-cu
ildə əsir götürdükləri Baba xan Salehi azad edib onunla qızılbaş sarayına məktub göndərdi.
Tərəflər arasında müharibənin dayandırılması, sülh müqaviləsi bağlanması məqsədi ilə gön-
dərilmiş məktubda Şah Səfi hakimiyyətə keçməsi münasibətilə təbrik edilir və həm də ona
babasının vəfatına görə baş sağlığı verilirdi. Məktubda tərəflər arasında baş vermiş mühari-
bədə Zeynal xanın günahkar olması, onun Mərivanda Osmanlı ordusuna hücum etməsinin mü-
nasibətləri tam gərginləşdirməsi vurğulanırdı. Xosrov paşanın məktubunda müharibənin da-