138
"...kutiləri və mehriləri tabe etmişlər" və ən başlıcası, "onların ölkələri hər il
(seyrəltmə bizimdir -
məsul red.) Aşşur şəhərinə bac vermiş və öz dağlarının
sərvətlərini göndərmişlər".
Deməli, təxminən e.ə. XII əsrin başlanğıcında aşşurlular qabaqkı illərdən fərqli
olaraq Dağlıq Zaqros vilayətlərində yerlərini möhkəmləndirməyə ilk cəhdlər göstərir,
həmin rayonların sakinlərindən hər il bac alırdılar.
E.ə. XII-XI əsrlərdə aşşurlular bu zonada çox tez-tez "qonaq" olurdular. I
Tiqlatpalasar (e.ə. XII əsrin sonu - XI əsrin əvvəli) və Aşşurbelkalla (e.ə. XI əsr)
buraya yürüşlər edirdilər.
XII əsrin əvvəllərinə yaxın Elam çarları da yırtıcı nəzərlərini Zaqros
"ölkələri"nə dikməyə başlayırlar. Elamlıların ən böyük yürüşləri I Şutruk-
Nahhuntenin və Şilhak-İnşuşinakın (e.ə. XII əsrin ortaları) adları ilə bağlıdır.
Babilistan çarı I Navuxodonosor lullubilərə və kassitlərə çaldığı qələbə
haqqında məlumat verir.
E.ə. XI yüzillik Aşşurun qüdrətinin ən yüksək zirvəyə çatdığı əsr idi. Həmin
yüzilliyin sonuna yaxın tənəzzül başlanır. Hər halda Aşşur çarlarının Zaqros
rayonlarına müzəffər yürüşləri və istilaları haqqında xəbərlər yazılı qaynaqlardan
yoxa çıxır, bu zonanın sakinləri haqqında yazılı məlumatın da arası kəsilir.
139
VII F Ə S İ L
E.ə. II MĠNĠLLĠYĠN SONU -
I MĠNĠLLĠYĠN BAġLANĞICINDA AZƏRBAYCAN
ƏRAZĠSĠNDƏ ƏHALĠNĠN TƏRKĠBĠ
Avtoxton əhali. Azərbaycan ərazisində və həmhüdud bölgələrdə yaĢamıĢ
tayfaların dilləri. E.ə. XIV və XIII əsrlərin qovuşuğunda başlanmış dəmir dövrünün
əvvəllərində əski ictimai, mədəni və müəyyən qədər etno-mədəni və dini ənənələr
keçmişdə qalmağa başladı. Lakin həmin ənənələrin bəzilərinin izlərini daha sonrakı
zamanlarda izləmək mümkündür. Tayfaların talelərini dəfələrlə dəyişdirmiş gur
hadisələrə, müxtəlif səciyyəli dəyişikliklərə və sarsıntılara baxmayaraq, nəzərdən
keçirilən dövrdə burada etno-mədəni və dil baxımından keçmiş tarixi mərhələlərin
nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olanların, Şimal-Şərqi
Qafqaz ailəsinin dillərində (şimalda) və hurri, lullubi və digər dillərin dialektlərində
(cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı.
Arxeoloji və antropoloji materiallar, habelə yazılı mənbələr əsasında demək
olar ki, bölgənin avtoxton əhalisi müəyyən müddət ərzində nisbətən sabit qalmışdır.
Lakin prinsipial baxımdan əhalinin bu cür müəyyənləşdirilməsi, "avtoxton əhali"
anlayışı şərtidir. Çünki tayfalar ayrılır, özlərinin ilkin yaşayış yerlərini tərk edərək
uzaqlara gedir, uzaq bölgələrin sakinləri ilə qaynayıb-qarışır, yeni məskənlərdə
"aborigenlərə" çevrilirdilər.
Bu dövrdə Cənubi Azərbaycan vilayətlərinin maddi mədəniyyətində nəinki
Kiçik Asiya təsiri, habelə Kiçik Asiyadan, bəlkə də başqa bölgələrdən müəyyən əhali
qruplarının bu əraziyə bilavasitə daxil olması müşahidə edilir. Məsələn, Əlişar
keramikası bunu təsdiqləyir. Lakin bu ərazidə yerli tayfalar başlıca, üstün etnik
massiv olaraq qalmaqda idilər.
Bölgənin əsrlər boyunca bura gəlmiş etnik qruplarla qaynayıb-qarışmış
avtoxton əhalisi Dəmir dövrünün başlanğıc mərhələsində əsasən e.ə. III minillikdə,
bəlkə də daha erkən zamanlarda burada yaşamış etnik elementlərdən ibarət idi. Bu
halda iri tayfa birlikləri arasında yalnız kutiləri istisna etmək lazımdır. Kutilər artıq
e.ə. II minilliyə doğru əski qüdrətlərini itirmişdilər. E.ə. I minillikdə isə onların tarix
səhnəsini qəti surətdə tərk etdikləri güman olunur.
E.ə. II minillikdə də hurrilər Urmiyaətrafı ərazidə yaşayırdılar. Sulduz
vadisində aşkar olunmuş "Xabur keramikası" və e.ə. II minilliyin sonuna - I minilliyin
başlanğıcına aid olan Həsənli materialları, habelə e.ə. XVII-XVI əsrlərdə Cənubi
Azərbaycan ərazisində mövcud olmuş hurri-ari kontaktı faktı bunu təsdiq edir.
Nəhayət, hurrilərin Xəzər dənizindən cənub-qərbdə yerləşmiş vilayətlərdəki təsirinin
gücünü həm arxeoloji materiallar, həm də onomastik dəlillər təsdiqləyir.
140
Bölgənin cənub hissəsində lullubilər yaşamaqda idilər. Maraqlıdır ki, bizim
hətta e.ə. I minilliyin başlanğıcına aid olan mənbələrimiz Lullume, Zamua və Manna
anlayışları arasındakı varisliyi izləməyə imkan verir. Aşşur hökmdarı II Sarqonun
Aşşur allahına məlum "məktubu"nda deyilir: "Zamua adlanan Lullume ölkəsi".
Məlumdur ki, Zamua ölkəsi Manna çarlığının meydana gəldiyi vilayət idi.
Güman etmək olar ki, lullubi elementi Urmiyaətrafı vilayətlərdə hələ uzun
müddət ərzində qalsa da və Mannanın etnik tarixində mühüm rol oynasa da, Manna
çarlığı dövründə hurri qrupları bu zonada üstün etnik element olmuşdur. Antik dövrdə
də hurrilərin burada yaşamaqda davam etdiklərini güman etmək olar.
Erkən dəmir dövründə bölgənin cənub hissələrində başqa tayfalar və tayfa
qrupları damehranlılar, nikimxilər, turukkilər, uruatrilər və başqaları yaşayırdılar. Biz
onların etnik-dil mənsubiyyəti haqqında heç nə bilmirik.
Məhz avtoxton etnik elementlər bölgənin tarixi mədəniyyətinin yaradıcıları
idilər. Həmin mədəniyyət modifikasiyalarla İrandilli tayfaların gəlişinədək mühafizə
edilmişdir. İrandilli tayfalar xeyli dərəcədə bu mədəniyyəti mənimsəyərək, müəyyən
mənada qədim mədəni ənənələrin davamçıları oldular.
Ġrandilli tayfaların Azərbaycan ərazisinə soxulması. Bölgənin etnik
görkəminin dəyiĢməsinin baĢlanğıcı. E.ə. II minilliyin sonu - I minilliyin ilk
yüzilliklərində Cənubi Qafqazın cənub-şərq vilayətlərində və İran yaylasının şimal-
qərb hissəsində (Cənubi Azərbaycanda da) etnik-dil şəraiti təxminən bu cür idi.
Güman etmək olar ki, kutilər başqa tayfalarla qaynayıb-qarışaraq tarix səhnəsini artıq
tərk etmişdilər. Mənbələrdə bizə məlum olmayan mehran dilinin adı çəkilir.
Mənbələrdə "Sipirmena ölkəsi"nin də adı çəkilir. Qədim mətnlərdən birində məlumat
verilir ki, bu ölkədə yaşayanlar "qadınlar kimi mırtıldayırlar" (yəni güman etmək olar
ki, anlaşılmayan, fonetik baxımdan yad dildə danışırdılar). Urmiyaətrafı hövzənin
qeyri-irandilli, daha çox hurri-lullubi zonası fövqəladə dərəcədə mühüm rol oynayırdı.
Burada bir neçə iri və xeyli sayda xırda birliklər vardı. Bu zona tezliklə təqribən bütün
istiqamətlərdən yeni gəlmələrlə əhatə edildi. Gəlmə əhali kütlələri ayrı-ayrı hallarda
tədricən yerli etnik mühitə daxil olurdular. Hələ Manna çarlığı dövründə də belə
olmuşdur.
Bölgənin şimal hissələrinə gəldikdə isə, orada da avtoxton əhalinin - Şimal-
Şərqi Qafqaz dil ailəsinin dillərində danışan tayfaların və tayfa qruplarının yaşadığı
şübhəsizdir. Yuxarıda qeyd edildiyi kimi, həmin dil ailəsinə Nax-Dağıstan dilləri
qrupu, Qafqaz Albaniyasının dili, habelə hurri, Urartu dilləri, Kiçik Asiyanın, Kipr,
Lemnos adalarının bir neçə dili, etrusk və güman ki, kuti dilləri daxildir.
Demək lazımdır ki, Azərbaycanın cənub bölgələrində və onunla həmhüdud
olan ərazilərdə lap e.ə. I minilliyin başlanğıcınadək, bəzən isə bir qədər sonra da yerli
etnoslar hakim etno-mədəni, iqtisadi və hətta siyasi qüvvə idilər. Azərbaycan
vilayətlərinin tarixi sivilizasiyası ən qədim zamanlardan etibarən bu diyarda yaşamış