TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə64/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   60   61   62   63   64   65   66   67   ...   186

138 

 

"...kutiləri  və  mehriləri  tabe  etmişlər"  və  ən  başlıcası,  "onların  ölkələri  hər  il 



(seyrəltmə  bizimdir  -  məsul  red.)  Aşşur  şəhərinə  bac  vermiş  və  öz  dağlarının 

sərvətlərini göndərmişlər". 

Deməli, təxminən e.ə. XII əsrin başlanğıcında aşşurlular qabaqkı illərdən fərqli 

olaraq Dağlıq Zaqros vilayətlərində yerlərini möhkəmləndirməyə ilk cəhdlər göstərir, 

həmin rayonların sakinlərindən hər il bac alırdılar. 

E.ə.  XII-XI  əsrlərdə  aşşurlular  bu  zonada  çox  tez-tez  "qonaq"  olurdular.  I 

Tiqlatpalasar  (e.ə.  XII  əsrin  sonu  -  XI  əsrin  əvvəli)  və  Aşşurbelkalla  (e.ə.  XI  əsr) 

buraya yürüşlər edirdilər. 

XII  əsrin  əvvəllərinə  yaxın  Elam  çarları  da  yırtıcı  nəzərlərini  Zaqros 

"ölkələri"nə  dikməyə  başlayırlar.  Elamlıların  ən  böyük  yürüşləri  I  Şutruk-

Nahhuntenin və Şilhak-İnşuşinakın (e.ə. XII əsrin ortaları) adları ilə bağlıdır. 

Babilistan  çarı  I  Navuxodonosor  lullubilərə  və  kassitlərə  çaldığı  qələbə 

haqqında məlumat verir. 

E.ə.  XI  yüzillik  Aşşurun  qüdrətinin  ən  yüksək  zirvəyə  çatdığı  əsr  idi.  Həmin 

yüzilliyin  sonuna  yaxın  tənəzzül  başlanır.  Hər  halda  Aşşur  çarlarının  Zaqros 

rayonlarına  müzəffər  yürüşləri  və  istilaları  haqqında  xəbərlər  yazılı  qaynaqlardan 

yoxa çıxır, bu zonanın sakinləri haqqında yazılı məlumatın da arası kəsilir. 

 

 




139 

 

VII   F Ə S İ L 



 

E.ə. II MĠNĠLLĠYĠN SONU - 

I MĠNĠLLĠYĠN BAġLANĞICINDA AZƏRBAYCAN 

ƏRAZĠSĠNDƏ ƏHALĠNĠN TƏRKĠBĠ 

 

Avtoxton  əhali.  Azərbaycan  ərazisində  və  həmhüdud  bölgələrdə  yaĢamıĢ 



tayfaların dilləri. E.ə. XIV və XIII əsrlərin qovuşuğunda başlanmış dəmir dövrünün 

əvvəllərində  əski  ictimai,  mədəni  və  müəyyən  qədər  etno-mədəni  və  dini  ənənələr 

keçmişdə  qalmağa  başladı.  Lakin  həmin  ənənələrin  bəzilərinin  izlərini  daha  sonrakı 

zamanlarda  izləmək  mümkündür.  Tayfaların  talelərini  dəfələrlə  dəyişdirmiş  gur 

hadisələrə,  müxtəlif  səciyyəli  dəyişikliklərə  və  sarsıntılara  baxmayaraq,  nəzərdən 

keçirilən  dövrdə  burada  etno-mədəni  və  dil  baxımından  keçmiş  tarixi  mərhələlərin 

nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olanların, Şimal-Şərqi 

Qafqaz  ailəsinin  dillərində  (şimalda)  və  hurri,  lullubi  və  digər  dillərin  dialektlərində 

(cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı. 

Arxeoloji  və  antropoloji  materiallar,  habelə  yazılı  mənbələr  əsasında  demək 

olar ki,  bölgənin avtoxton  əhalisi  müəyyən  müddət  ərzində  nisbətən sabit qalmışdır. 

Lakin  prinsipial  baxımdan  əhalinin  bu  cür  müəyyənləşdirilməsi,  "avtoxton  əhali" 

anlayışı  şərtidir.  Çünki  tayfalar  ayrılır,  özlərinin  ilkin  yaşayış  yerlərini  tərk  edərək 

uzaqlara  gedir,  uzaq  bölgələrin  sakinləri  ilə  qaynayıb-qarışır,  yeni  məskənlərdə 

"aborigenlərə" çevrilirdilər. 

Bu  dövrdə  Cənubi  Azərbaycan  vilayətlərinin  maddi  mədəniyyətində  nəinki 

Kiçik Asiya təsiri, habelə Kiçik Asiyadan, bəlkə də başqa bölgələrdən müəyyən əhali 

qruplarının  bu  əraziyə  bilavasitə  daxil  olması  müşahidə  edilir.  Məsələn,  Əlişar 

keramikası  bunu  təsdiqləyir.  Lakin  bu  ərazidə  yerli  tayfalar  başlıca,  üstün  etnik 

massiv olaraq qalmaqda idilər. 

Bölgənin  əsrlər  boyunca  bura  gəlmiş  etnik  qruplarla  qaynayıb-qarışmış 

avtoxton  əhalisi  Dəmir  dövrünün  başlanğıc  mərhələsində  əsasən  e.ə.  III  minillikdə, 

bəlkə  də  daha  erkən  zamanlarda  burada  yaşamış  etnik  elementlərdən  ibarət  idi.  Bu 

halda  iri  tayfa  birlikləri  arasında  yalnız  kutiləri  istisna  etmək  lazımdır.  Kutilər  artıq 

e.ə. II minilliyə doğru əski qüdrətlərini itirmişdilər. E.ə. I minillikdə isə onların tarix 

səhnəsini qəti surətdə tərk etdikləri güman olunur. 

E.ə.  II  minillikdə  də  hurrilər  Urmiyaətrafı  ərazidə  yaşayırdılar.  Sulduz 

vadisində aşkar olunmuş "Xabur keramikası" və e.ə. II minilliyin sonuna - I minilliyin 

başlanğıcına  aid  olan  Həsənli  materialları,  habelə  e.ə.  XVII-XVI  əsrlərdə  Cənubi 

Azərbaycan  ərazisində  mövcud  olmuş  hurri-ari  kontaktı  faktı  bunu  təsdiq  edir. 

Nəhayət,  hurrilərin  Xəzər  dənizindən  cənub-qərbdə  yerləşmiş  vilayətlərdəki  təsirinin 

gücünü həm arxeoloji materiallar, həm də onomastik dəlillər təsdiqləyir. 




140 

 

Bölgənin  cənub  hissəsində  lullubilər  yaşamaqda  idilər.  Maraqlıdır  ki,  bizim 



hətta e.ə. I minilliyin başlanğıcına aid olan mənbələrimiz Lullume, Zamua və Manna 

anlayışları  arasındakı  varisliyi  izləməyə  imkan  verir.  Aşşur  hökmdarı  II  Sarqonun 

Aşşur  allahına  məlum  "məktubu"nda  deyilir:  "Zamua  adlanan  Lullume  ölkəsi". 

Məlumdur ki, Zamua ölkəsi Manna çarlığının meydana gəldiyi vilayət idi. 

Güman  etmək  olar  ki,  lullubi  elementi  Urmiyaətrafı  vilayətlərdə  hələ  uzun 

müddət ərzində qalsa da və  Mannanın etnik tarixində  mühüm rol oynasa da, Manna 

çarlığı dövründə hurri qrupları bu zonada üstün etnik element olmuşdur. Antik dövrdə 

də hurrilərin burada yaşamaqda davam etdiklərini güman etmək olar. 

Erkən  dəmir  dövründə  bölgənin  cənub  hissələrində  başqa  tayfalar  və  tayfa 

qrupları damehranlılar, nikimxilər, turukkilər, uruatrilər və başqaları yaşayırdılar. Biz 

onların etnik-dil mənsubiyyəti haqqında heç nə bilmirik. 

Məhz  avtoxton  etnik  elementlər  bölgənin  tarixi  mədəniyyətinin  yaradıcıları 

idilər.  Həmin  mədəniyyət  modifikasiyalarla  İrandilli  tayfaların  gəlişinədək  mühafizə 

edilmişdir. İrandilli tayfalar xeyli dərəcədə bu mədəniyyəti mənimsəyərək, müəyyən 

mənada qədim mədəni ənənələrin davamçıları oldular. 

Ġrandilli  tayfaların  Azərbaycan  ərazisinə  soxulması.  Bölgənin  etnik 

görkəminin  dəyiĢməsinin  baĢlanğıcı.  E.ə.  II  minilliyin  sonu  -  I  minilliyin  ilk 

yüzilliklərində  Cənubi  Qafqazın  cənub-şərq  vilayətlərində  və  İran  yaylasının  şimal-

qərb  hissəsində  (Cənubi  Azərbaycanda  da)  etnik-dil  şəraiti  təxminən  bu  cür  idi. 

Güman etmək olar ki, kutilər başqa tayfalarla qaynayıb-qarışaraq tarix səhnəsini artıq 

tərk  etmişdilər.  Mənbələrdə  bizə  məlum  olmayan  mehran  dilinin  adı  çəkilir. 

Mənbələrdə "Sipirmena ölkəsi"nin də adı çəkilir. Qədim mətnlərdən birində məlumat 

verilir ki, bu ölkədə yaşayanlar "qadınlar kimi mırtıldayırlar" (yəni güman etmək olar 

ki,  anlaşılmayan,  fonetik  baxımdan  yad  dildə  danışırdılar).  Urmiyaətrafı  hövzənin 

qeyri-irandilli, daha çox hurri-lullubi zonası fövqəladə dərəcədə mühüm rol oynayırdı. 

Burada bir neçə iri və xeyli sayda xırda birliklər vardı. Bu zona tezliklə təqribən bütün 

istiqamətlərdən  yeni  gəlmələrlə  əhatə  edildi.  Gəlmə  əhali  kütlələri  ayrı-ayrı  hallarda 

tədricən  yerli  etnik  mühitə  daxil  olurdular.  Hələ  Manna  çarlığı  dövründə  də  belə 

olmuşdur. 

Bölgənin  şimal  hissələrinə  gəldikdə  isə,  orada  da  avtoxton  əhalinin  -  Şimal-

Şərqi  Qafqaz  dil  ailəsinin  dillərində  danışan  tayfaların  və  tayfa  qruplarının  yaşadığı 

şübhəsizdir.  Yuxarıda  qeyd  edildiyi  kimi,  həmin  dil  ailəsinə  Nax-Dağıstan  dilləri 

qrupu,  Qafqaz  Albaniyasının  dili,  habelə  hurri,  Urartu  dilləri,  Kiçik  Asiyanın,  Kipr, 

Lemnos adalarının bir neçə dili, etrusk və güman ki, kuti dilləri daxildir. 

Demək  lazımdır  ki,  Azərbaycanın  cənub  bölgələrində  və  onunla  həmhüdud 

olan ərazilərdə lap e.ə. I minilliyin başlanğıcınadək, bəzən isə bir qədər sonra da yerli 

etnoslar  hakim  etno-mədəni,  iqtisadi  və  hətta  siyasi  qüvvə  idilər.  Azərbaycan 

vilayətlərinin tarixi sivilizasiyası  ən qədim zamanlardan etibarən bu diyarda  yaşamış 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə