TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə63/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   59   60   61   62   63   64   65   66   ...   186

136 

 

Qafqazdakı  oxşar  abidələri  üstələyir.  Yəqin  ki,  belə  dəfn  abidələrinin  qurulması 



mərhumun nəinki ictimai və mülki vəziyyəti, həm də ona pərəstişlə bağlıdır. 

Beləliklə,  Azərbaycanın  Son  Tunc  və  İlk  Dəmir  dövrü  abidələri  qəbilələrin 

mənəvi mədəniyyətinin və ideoloji aləminin müxtəlif sahələrini aşkar edir. 

Ümumilikdə  bu  dövr  yerli  əhalinin  inkişaf  tarixində  mühüm  bir  mərhələni, 

yeni ictimai quruluşa keçid ərəfəsini bütün dolğunluğu ilə əks etdirir. 

AĢĢurluların və elamlıların Zaqros vilayətlərinə yürüĢləri. E.ə. II minilliyin 

son yüzillikləri dərin dəyişikliklərlə əlamətdardır. Bu dövrün materialları formalaşmış 

əmlak  və  sosial  təbəqələşmədən,  sənətlərin  yeni-yeni  müvəffəqiyyətlərindən,  yaxşı 

möhkəmləndirilmiş  bir  çox  içqalalı  və  nekropollu  məskənlər  salınmasından  xəbər 

verir.  Belə  məskənlərin  yalnız  az  bir  qisminin  tədqiq  edildiyinə  baxmayaraq,  ətraf 

yerlərin siyasi və təsərrüfat mərkəzləri kimi onların əhəmiyyəti tamamilə aydındır. Bu 

şəhər-qalalar ətraf yerlərlə birlikdə Urmiyaboyu - Zaqrosboyu zonada ilk kiçik dövlət 

qurumları,  ilk  şəhər-dövlətlər  idi;  şəhər-dövlətlərdə  cəmiyyət  təşkilinin  aradan 

qalxmış  qəbilə-tayfa  prinsipi  əvəzinə  dövlət  hakimiyyətinin  ilk  fərqləndirici  əlaməti 

olan ərazi bölgüsü meydana gəlmişdir. Bir qədər sonra aşşurlular bu siyasi qurumları 

"ölkələr"  adlandırmışdılar.  Həmin  "ölkələr"də  baş  şəhər-qala  alu  dannu  ("qüvvətli 

şəhər",  bəzən  äl  sarruti  -  "çar  şəhəri")  ilə  yanaşı,  alani  şehruti  sa  limetisunu,  yəni 

"onların ətrafında yerləşən kiçik şəhərlər" də var idi. 

Aşşur  məlumatlarına  görə,  bu  "ölkələr"in  başında  bel  äli,  yəni  "məskən 

başçıları" və ya hətta sarrani - "çarlar" dururdular. 

İri  şəhər-qalalardan  biri,  eyni  zamanda  İda  "ölkəsi"nin  baş  şəhəri  Həsənli 

təpəsində  qazıntı  zamanı  aşkara  çıxarılmış  kompleks  idi.  Burada  e.ə.  X-IX  əsrlərdən 

qalan,  çox  qalın  divarları,  saray  və  məbəd  tipli,  möhtəşəm  tikililəri  olan  bir  şəhər 

aşkar  edilmişdir.  Şəhərin  divarlarından  kənarda  kənd  və  nekropol  varmış.  Buradan 

tapılmış  mərasim  piyaləsinin  üstünün  yazısından  məlum  olur  ki,  həmin  piyalə  İda 

ölkəsinin  hökmdarı  Baurinin  "sarayına"  məxsus  imiş.  İda  Daxili  Zamuadakı 

ölkələrdən  biri  idi.  Həsənli  təpəsində  aşkar  edilmiş  şəhərin  öz  adını,  təəssüf  ki, 

bilmirik. 

Bu  zaman  İranla  Zaqafqaziya  arasında,  həmçinin  İran  və  Zaqafqaziya 

vilayətləri  ilə  Ön  Şərq,  Kiçik  Asiya  vilayətləri  və  digər  rayonlar  arasında  əlaqələr 

güclənir. 

Şərqi  Zaqafqaziya  sakinləri  ilə  Cənubi  Azərbaycan  sakinləri  arasında 

münasibətlərdən  danışarkən  qeyd  etmək  lazımdır  ki,  bunlar  inkişafın  təxminən  eyni 

mərhələsində  olan  eyni  tipli  cəmiyyətlərin  münasibətləri  idi.  E.ə.  I  minilliyin  lap  ilk 

çağlarında  burada  əhalinin  nəinki  təsərrüfat  və  hərbi  həyatında,  həm  də 

mifologiyasında, təsəvvür və mərasimlərində atın rolu artır. 

Yalnız  əhalinin  əmlak  və  sosial  cəhətdən  kəskin  şəkildə  təbəqələşməsi, 

döyüşçülərin  başqalarından  seçilən  saysız-hesabsız  qəbirləri  deyil,  Zaqrosboyu 



137 

 

zonada  çoxlu  xırda  siyasi  vahidlərin  meydana  gəlməsi  də  e.ə.  II  minilliyin  sonunda 



Azərbaycanın  ən  çox  inkişaf  etmiş  vilayətlərində  və  qonşu  rayonlarda  ibtidai  icma 

quruluşunun dağıldığını və ilkin sinfi cəmiyyətlərin yaranmağa başladığını sübut edir. 

Bütün  bunlar  qəbilə-tayfa  prinsipinin  aradan  qalxmaqda  olduğunu  və  onun  yerinə 

dövlət  hakimiyyətinin  ilk  fərqləndirici  xüsusiyyəti  olan  ərazi  bölgüsünün  gəldiyini 

göstərir.   

Həmin  dövrdə  yadelli  hökmdarların  yürüşləri  nəticəsində  Cənubi  Azərbaycan 

regionunda vəziyyət xeyli mürəkkəbləşir. 

Hələ  e.ə.  II  minilliyin  ortalarında,  Babilistanda  kassitlər  dövləti  zəifləməyə 

başladığı zaman Aşşur və Elam dövlətləri güclənir.  

Aşşur  dövlətinin  e.ə.  XIV  əsrdə  başlanan  qəsbkarlığı  Zaqrosboyu  zona 

sakinlərinin  həyatında  mühüm  bir  amil  oldu.  Yeni  cəngavərlərin  kitabələri  Aşşur 

çarlarının  adlarını  yalnız  onların  müasirləri  üçün  deyil,  gələcək  nəsillər  üçün  də 

mənfur  adlara  çevirən  qəddarlıqların  başlanğıc  mərhələsi  haqqında  mühakimə 

yürütməyə imkan verir. 

Artıq  Aşşur çarı  I  Adadnerari (e.ə.  XIV  əsr)  Babilistanı və  Mitainini  məğlub 

edib Şərqə üz tutaraq Zaqros vilayətlərinə girir. Zəhmli hökmdar kassitlər, kutilər və 

lullubilər üzərində çaldığı qələbələrdən danışır. 

Sələfinin qarətçilik siyasətini davam etdirərək Zaqros vilayətlərinə yürüş edən 

I  Salmanasar  öz  kitabələrində  kutilərə,  Uruatri  ölkəsi  üzərində  çaldığı  qələbələri 

xatırladır.  Tukultininurta  (e.ə.  XIII  əsrin  sonu  -  XII  əsrin  əvvəli)  Zaqros  tayfaları-

kutilər, mehranilər, uruatrilər və başqaları üzərində çaldığı qələbələrdən bəhs edir. 

Aşşur 


istilaçılarının 

məlumatından 

görünür 

ki, 


hələ 

eramızdan 

əvvəl II minilliyin lap sonunda Zaqrosboyu zonada həm siyasi, həm də etnik mənzərə 

olduqca rəngarəng idi. 

Zaqros vilayətlərində ən böyük hökmdarlar Mesopotamiya ilə həmsərhəd olan 

zonada  idi.  Bu  vilayətlər  xeyli  dərəcədə  babilləşmiş  Namru  (Namar  -  qədim  Navar) 

vilayəti,  kassitlərə  məxsus  Bir-Xamban,  Bit-Kirziyabku  vilayətləridir.  Bit-Tazakki, 

Bit-İştar,  Murattaş,  Saradauş  həmin  vilayətlərdən  xeyli  kiçik  idi.  E.ə.  XIII  əsrdə 

çox böyük Uruatri siyasi birləşməsi meydana gəldi. 

Bu  zaman  aşşurlular  əsasən  Zaqros  vilayətlərinə  qarətçilik  yürüşlərinə 



çıxmaqla kifayətlənirdilər. Lakin sonralar vəziyyət dəyişdi. Herodot məlumat verir ki, 

"Assuriyanın Yuxarı Asiyada hökmranlığı 520 il davam etmişdir" və "assurilərdən ən 

əvvəl  midiyalılar  ayrılmışlar".  E.ə.  VII  əsrin  70-ci  illərində  yaranmış  Midiya 

çarlığının Aşşur əsarətindən məhz bu zaman xilas olduğunu nəzərə alsaq və göstərilən 

520  ili  də  üstünə  gəlsək,  Aşşurun  "Yuxarı  Asiya"  üzərində  hökmranlığının  nə  vaxt 

başladığını  müəyyənləşdirmiş  olarıq.  Deməli,  Aşşurun  burada  hökmranlığının 

başlanğıcı  e.ə.  XII  əsrin  90-cı  illərindən  sayılmalıdır.  Bu  isə  o  vaxt  idi  ki,  Aşşur 

çarları I Tukultininurta və başqaları Zaqros zonasına yürüşlər edir və öyünürdülər ki, 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə