TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə59/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   55   56   57   58   59   60   61   62   ...   186

128 

 

Silahların əksəri metaltökmə yolu ilə düzəldilirdi. Bu, tunc baltalara, qılınclara 



və xəncərlərə aiddir. Mumdan düzəldilmiş modellər vasitəsi ilə demək olar ki, bütün 

xırda  tunc  əşyalar  -  quş,  heyvan,  insan  fiqurları  və  müxtəlif  bəzəklər  -  asmalar, 

barmaqcıqlar  və  diademlər  (alınlıq)  hazırlanırdı.    Mürəkkəb    formaya  malik  əşyalar 

hissə-hissə hazırlanır, sonra birləşdirilir və bənd edilirdi. Balıqqayadan və Xanlardan 

tapılmış  tunc  hərbi  yabalar  belə  hazırlanmışdır.  Bir  çox  hallarda  xəncərlərdə  və 

qılınclarda dəstək başlığı ayrılıqda hazırlanırdı. Kiçik Qafqaz və ona qonşu ərazilərdə 

xəncər  başlıqları  əsasən  şəbəkəli  düzəldilir,  ağacla  inkrustasiya  olunurdu.  Pasta, 

sümük  və  sədəflə  inkrustasiyaetmə  halları  da  məlumdur.  Qəliblərdə  tökülən  tunc 

əşyalar  zərbetmə  və  cızma  üsulu  ilə  bəzənirdi.  Enli  tunc  kəmərlərdə  insan,  heyvan, 

quş,  balıq,  müxtəlif  nişanlar,  həm  də  dini  xarakter  daşıyan  bütöv  səhnələrə  təsadüf 

olunur.  Metalişləmə  sənətində  tunc  əşyaları  inkrustasiya  etmədə  müxtəlif  rəngli 

metallar  tətbiq  olunurdu.  Dovşanlı  kurqanlarından  əldə  edilmiş  tunc  halqa  və  toqqa 

başlığı  elə  tökülmüşdür  ki,  onlardan  qıvrım  çökəkliklər  vardır.  Həmin  çökəkliklərə 

sonra həmin  metalın  daha açıq rənglisi doldurulmuşdur. Bu dövrdə tuncdan  müdafiə 

üçün qalxan, dəbilqə (Dovşanlı) və qazan (Çovdağ, Xocalı, Meşrif) hazırlanırdı. 

Hər  qəbilə  birliyi  ərazisində  metallurgiya  ocağı  özünəməxsus  tunc  əşyalarla 

səciyyələnir. Məsələn, Talış-Muğan mədəniyyətinin qılınc və xəncəri Xocalı-Gədəbəy 

mədəniyyətinin  eyni  məqsəd  daşıyan  materiallarından  tamamilə  seçilir.  Xocalı-

Gədəbəy  mədəniyyəti  abidələrindən  yaxşı  məlum  olan  tunc  təbərzin  baltalar,  enli 

qılınclar Naxçıvan ərazisindən məlum deyildir. 

E.ə.  II  minilliyin  sonlarında  dəmir  yalnız  xırda  əşyaların  hazırlanmasında 

istifadə  olunur  və  olduqca  az  rast  gəlinir.  Sonralar  dəmir  silah  və  alət  hazırlanırdı. 

Müvafiq  dəlillər  göstərir  ki,  tunc  və  dəmir  metallurgiyasının  inkişafında  varislik 

olmuşdur. 

Talış-Muğan  mədəniyyət  abidələrindən  dəmir  tiyəli  xəncər  və  qılınclar, 

Xocalı-Gədəbəy  mədəniyyətindən dəmir nizələr eyni tunc  əşyaların  formasını təkrar 

edir. 

Azərbaycanda  və  ümumən  Zaqafqaziyada dəmir  metallurgiyasının inkişafı  ilə 



tunc baltaların, qılıncların və bir sıra başqa əşyaların istehsalı kəsilir. 

Son  tunc  və  ilk  dəmir  dövründə  bütün  Zaqafqaziyada  dulusçuluq  sənəti 

inkişafını davam etdirir. Saxsı qab istehsalı əvvələ nisbətən genişlənir və müxtəlifliyi 

artır. 


Dövrün dulus kürələri bu sənətkarlığın qədim yerli ənənələrini saxlayır. Qədim 

Mingəçevir yaşayış yerindən öz quruluşuna görə Azərbaycanın eneolit dulus kürələri 

ilə  çox  oxşarlıq  təşkil  edən  kürələr  aşkar  olunmuşdur.  Mingəçevir  dulus  kürələrinin 

ölçüləri  demək  olar  ki,  eynidir:  uzunluğu  4  m,  eni  2  m.  Məhz  belə  kürələr  çoxlu 

miqdarda  müxtəlif  ölçülü  qabların,  o  cümlədən  dövrün  hər  yaşayış  məskənində 



129 

 

təsadüf  olunan  iri  küplərin  istehsalına  imkan  verirdi.  Ötən  dövrlərdə  iri  qablar 



hazırlanmırdı. 

Mingəçevir  kürələrinin  odluğu  və  qabbişmə  kameraları  vardır.  Onlarda  alov 

çəkməni  gücləndirmək  və  lazımi  hərarəti  almaq  üçün  odluqdan  qab  bişən  kameraya 

səkkiz  boru  qol  qalxırdı.  Kürələrdə  və  onların  ətrafında  450-500  dərəcədə  bişirilmiş 

boz və qara qab parçaları var idi. Ancaq Naxçıvan və Cənubi Azərbaycan ərazisində 

boz qab-qacaqla yanaşı qırmızı bişimli, boyalı saxsı məmulatı da istehsal edilirdi. 

Dulus  məhsulatında  yaraşıqlı  qablar  diqqəti  cəlb  edir.  Onlar  heyvan,  quş 

fiquru,  uzunboğaz  çəkmə,  həm  də  keçidli  qoşa  qablar  formasında  hazırlanırdı. 

Mingəçevir,  Xocalı,  Gədəbəy,  Gəncəçay  hövzəsi  və  başqa  ərazi  abidələrində  daş 

qablar - cam, nimçə, kubok formalı gözəl nümunələr əldə edilmişdir. Mingəçevirdən 

əldə  edilən  camın  qoşa  qoç  başı  formasında  qulpu  vardır.  Eyni  formalı,  ancaq  bir 

qulplu cam Gəncə yaxınlığında Alabaşlı kəndindən əldə edilmişdir. 

Daşişləmə  sənətində  gümüşdən  inkrustasiya  vurmaq  yenilikdir.  Oyuq 

nöqtələrə  gümüş  zərrələri doldurmaqla  həndəsi  fiqur  əmələ  gətirən  təsvir və  heyvan 

rəsmi  maraq  doğurur.  Belə  naxışlar  qədim  Mingəçevir  kurqanlarında  tapılmış  daş 

nimçə və badəvari qabları bəzəyir. 

Son tunc və ilk dəmir dövründə mərmərdən və hematitdən toppuz, əqiqdən və 

xalsedondan  bəzək  əşyaları  hazırlanırdı.  Ağacişləmə  və  toxuculuq  sənətkarlıqda 

mühüm  yer  tuturdu.  Ancaq  bu  sənət  sahələrinin  məhsulları  arxeoloji  abidələrdə 

qalmır. Məişət və dəfn abidələrində ağac geniş tətbiq olunurdu. 

Ağır  arabalarla  yanaşı,  yüngül  dəndəli  təkərli  arabalar  da  hazırlanırdı.  Belə 

çətin və mürəkkəb nəqliyyat vasitəsinin hazırlanması yeni bir texniki proses olmaqla 

onun müxtəlif hissələrinin düzəldilməsi ağacişləmə sənətinə yaxşı bələd olmağı tələb 

edirdi. 


Dövrün  abidələrində  dəfələrlə  parça  izlərinə,  həm  də  qalıqlarına  təsadüf 

edilmişdir.  Bəzi  hallarda  materiya  qalıqlarında  boya  izi  müşahidə  olunmuşdur. 

Boyanmış  parça  qalıqlarına  Mingəçevirdə  təsadüf  edilmişdir.  İy  başlıqlarının 

tapılması əldə ipəyirməyə dəlalət edir. Toxuculuq dəzgahına gəldikdə isə bu dövrdə o 

barədə də danışmaq olar. 

Dəri işləmə sənəti də inkişaf  edir. Uzunboğaz çəkmə və burnu  yuxarı  əyilmiş 

çarıq  modellərinin,  həm  də  tunc  bizlərin  tapılması  bunu  sübut  edir.  Dəridən  paltar 

tikilirdi.  Atın  minikdə  və  qoşquda  istifadəsi  ilə  əlaqədar  at  əsləhəsi  üçün  göndən 

müxtəlif əşyaların hazırlanması zərurəti yaranır. 

Beləliklə,  Son  Tunc  və  İlk  Dəmir  dövründə  sənətkarlığın  bəzi  sahələrinin 

inkişafında  xeyli  tərəqqi  müşahidə  olunur.  Ölkə  iqtisadiyyatının  ümumi  vəziyyəti 

sənətkarlıqda  yeni  sahələrin  yaranmasına  şərait  yaradır,  bu  da  ibtidai  icma 

quruluşunun  dağılma  və  dövlətin  yaranma  ərəfəsində  mübadilənin  və  ticarətin 

genişlənməsinə və güclənməsinə təkan verir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə