TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Mənəvi  mədəniyyət  və  ideologiya



Yüklə 3,9 Mb.
səhifə62/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   58   59   60   61   62   63   64   65   ...   186

134 

 

Mənəvi  mədəniyyət  və  ideologiya.  Azərbaycan  ərazisində  Son  tunc  və  İlk 

Dəmir  dövrünə  aid  tədqiq  olunan  qəbir  abidələri  axirət  dünyası  ilə  bağlı  dəfn 

mərasimi,  adət  və  etiqadlar  haqqında  mühakimə  yürütməyə  imkan  verir.  Təəssüflər 

olsun  ki,  dövrün  yaşayış  məskənlərinin  zəif  öyrənilməsi  nəticəsində  yerli  əhalinin 

məişət,  istehsal  və  mənəvi  həyatını  səciyyələndirən  dini  obyektlər  və  mərasimlər 

haqqında  az  danışa  bilirik.  Bu  baxımdan  yanğın  nəticəsində  dağılmış  Sarıtəpə 

məbədinin qalıqları böyük maraq doğurur. Yaşayış yerinin mərkəzində inşa olunmuş 

məbəddə  arxa  divardan  bir  qədər  aralı,  yapma  təsvirlə  bəzənmiş,  üz  tərəfi  qapıya 

baxan  stela  yerləşirdi.  Onun  arxasında  duran  kahin  məbədə  daxil  olan  hər  şəxsi 

dördkünc  gözdən  müşahidə  edə  bilirdi.  Stelanın  qurtaracağı  bir  ucda  qoç  və  donuz 

başları, o biri ucu isə öküz başı formasında düzəldilmişdir. 

Məbəddən  çatal  gövdəli,  qulpu  üzərində  yapma  ilan  təsviri  olan  kuzə 

tapılmışdır. Döşəmədə çiy gildən yastı nimçələr var idi. Onların bəzilərində içərisində 

qurban  gətirilmiş  qab  qoyulmuşdur.  Qablardan  birində  yanıb  kömürlənmiş  yarpaqlı 

üzüm salxımı qalmışdır.   

Sarıtəpə  yaşayış  yerində  dini  mərkəz  bir  neçə  otaqdan ibarət olmuşdu. İkinci 

otaq  tam  qalmasa  da,  orada  daxili  tərtibatdan  çoxlu  gil  yapmalar,  o  cümlədən  ilan 

fiquru var idi. Maraqlıdır ki, məbəd otaqlarında ocaq və ev avadanlığı yox idi. 

Bütün arxeoloji materiallar bu obyektin dini xarakter daşımasına  dəlalət edir.  

Yaşayış  yerinin  sakinləri  məbədə  yeni  məhsulun  barından  gətirir,  burada  kahinlərin 

başçılığı ilə şənlik mərasimi keçirirdilər. 

 

Sarıtəpədə tapılan gil möhürlər müqəddəs əşyalara aiddir. Onların hamısındakı 



naxışlar günəş təsvirlərindən, şüalı günəş dairəsindən ibarətdir. Bu möhürlər, yəqin ki, 

bayram günlərində müqəddəs çörəklərə naxış vurmaq üçün işlədilirmiş. Ola bilsin ki, 

günəşlə  çörəyin  sehrkarlıqla  birləşməsi,  əcdadlarımızın  təsəvvürlərinə  görə,  məhsul 

bolluğunu təmin etməli idi. 

Son  Tunc  və  İlk  Dəmir  dövrü  əkinçi  qəbilələrin  ideologiyasında  heyvanlara 

pərəstiş  müəyyən  yer  tuturdu.  Sarıtəpə  məbədindəki  ağac  dirəklərin  uclarında  gildən 

heyvan  başlarının  (qoç,  donuz,  öküz)  düzəldilməsi  məhz  bununla  izah  edilməlidir. 

Sarıtəpədə bir qab qulpları heyvan fiqurlarını təqlid edir, burada beldən asmaq üçün 

ilgəyi olan tunc at fiquru tapılmışdır. 

Sarıtəpə məbədində kuzə qulpundakı ilanın relyef təsviri qədim əkinçi əhalinin 

dini təsəvvürlərində suya sitayişlə bağlı olmalı idi. 

İbtidai  icma  quruluşunun  dağılması  ərəfəsində  əhalinin  dini  təsəvvürlərinin 

öyrənilməsində  saxsı  qablar  üzərində  çoxsaylı  təsvirlər  xüsusən  maraqlıdır.  Qablar 

üzərində  çoxlu  rəmzi  işarələr  və  heyvanların,  bəzən  adamın  sxematik  fiqurları,  həm 

də  müxtəlif  etiqad,  pərəstiş  və  ayinlərlə  bağlı  təsvirlər  vardır.  Xanlar  rayonunda 

Killikdağdan əldə edilən cam üzərində iki nəfərin əllərini göyə qaldırılmış vəziyyətdə 

heyvanların  qarşısında  durması,  yəqin  ki,  məhsuldarlıq  və  heyvan  artımı  ideyası  ilə 



135 

 

bağlıdır.  Həmin  rayonda  məlum  olan  bir  qrup  camlar  üzərində  verilən  ov  səhnəsi 



kainat haqqında təsəvvürlərlə əlaqədardır; qabın boğazını əhatə edən dalğavari xətt üç 

yerdə dairə ilə kəsilir, Günəş işarəsi - dairələrdən biri nöqtələrlə ovçunun oxu, ikincisi 

ovçu, üçüncüsü isə keçi fiquru ilə birləşir. 

Materiallarda heyvan obrazları və simvolik işarələrlə həmin dövr əhalisinin üç 

aləm  -  Səma,  Yer  və  Su  haqqında  təsəvvürləri  əks  olunur.  Şəmkir  rayonundan 

tapılmış  sürmə  düymənin  orta  hissəsində  günəş  işarəsi,  kənarlarında  quşlar,  onların 

arasında üçbucaqlar (dağlar), maral və keçi təsvirləri verilmişdir. 

Gil  qablarda,  tunc  kəmərlərdə  verilmiş  müxtəlif  səhnələrdə,  eləcə  də  gil 

möhürlərdə günəş işarəsinin olması qədim əhalinin ideologiyasında Günəşə pərəstişin 

böyük əhəmiyyət daşıdığını təsdiq edir. 

Son  Tunc  və  İlk  Dəmir  dövrü  dəfn  abidələri  axirət  dünyası  ilə  bağlı  çox 

cəhətləri aşkar edir. Dəfndə başlıca olaraq ölübasdırma tətbiq olunur, bəzi hallarda ölü 

parçalanırdı,  bəzən  də  ölüyandırma  adətinə  təsadüf  olunur.  Ölülərin  müxtəlif 

avadanlıqla birlikdə basdırılması öləndən sonra həyatın davamına inamla əlaqədardır. 

Dəfn  abidələri  qəbirlərin  tiplərinə  görə  də  müxtəlifdir.  Gəncəçay  hövzəsində  bəzi 

qəbirlərin içərisi ağac tirlərlə iki-üç yarusa bölünürdü. Hər bir yarusda insan skeletinə 

rast  gəlinir.  Ayrı-ayrı  hallarda  aşağı  yarusda  ölü,  yuxarı  yaruslarda  qəbir  avadanlığı, 

heyvan cəsədləri yerləşirdi. 

Əksər  hallarda  ölüləri  bükülü  vəziyyətdə  böyrü  üstə  müxtəlif  istiqamətlərdə 

basdırırdılar.  Oturdulmuş  və  yaxud  uzadılmış  vəziyyətdə  basdırılmış  ölülərə  də  rast 

gəlinir.  Kür  çayının  sağ  sahilində  Mingəçevir  qəbiristanlığında  ölülər  sadə  torpaq 

qəbirlərində  yalnız  bükülü  vəziyyətdə  dəfn  olunmuşlar.  Görünür,  onlar  adi  adamlar 

imiş.  Yaxınlıqda  nəsli  -  qəbilə  cəmiyyətinin  adlı-sanlı  nümayəndələri  basdırılmış 

kurqanlar  yerləşir.  Bəzi  hallarda  ölülərin  üzərinə  qırmızı  oxra  səpirdilər.  Göygöl  və 

Tərtər  rayonlarında  kurqan  qəbirlərində  divarlara  qırmızı  rəng  çəkilməsi  müşahidə 

edilmişdir. 

Dəfn  abidələrindəki  fərqə  adətən  etnik  əlamət  kimi  baxılır.  Ancaq  bir  vaxtda 

eynitipli  əşyalarla  müxtəlif  adətlə  basdırılanlara  da  rast  gəlinir.  1  nömrəli  Dovşanlı 

kurqanının  qəbrində  ölülərdə,  biri  düz  uzadıldığı  halda,  üçü  başlarında  tunc  dəbilqə 

bükülü  vəziyyətdə  basdırılmışdır. 2 nömrəli Dovşanlı  kurqanı qəbirlərinin  hərəsində 

uzadılmış vəziyyətdə bir ölü çox zəngin avadanlıqla (qılınc, iki xəncər, tuncdan nizə 

ucluğu  və  heyvan  təsvirləri  zərb  olunmuş  qızıldan  boru  və  s.)  dəfn  olunmuşdur. 

Dovşanlı  kurqan  qəbiristanlığı,  hər  şeydən  əvvəl,  dəfn  olunmuş  şəxslərin  ictimai 

vəziyyətindəki  fərqi  nümayiş  etdirir.  Daha  iri  qəbirli  nəhəng  kurqanlar  imtiyazlı 

şəxslər  və  yaxud  qəbilə  başçıları  üçün  düzəldilirdi.  Belələri  Qarabağda  -  Füzuli, 

Ağdam,  Tərtər  və  Xanlar  rayonlarında  tədqiq  olunmuşdur.  Tərtər  rayonundakı 

Borsunlu kurqanındakı qəbir öz ölçüsü ilə (32x8 m) nəinki Azərbaycanda, hətta bütün 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə