TELEKANALIN ZARAFATI
Bu əhvalat 50 il bundan əvvəl baş verib. Günlərin bir günü İsveç telekanallarından biri belə
bir məlumat yayır ki, televizorların rəngli göstərməsinin yolu tapılıb. Bunun üçün televizorun
ekranına neylon corab keçirmək kifayətdir.
Dərhal minlərcə insan neylon corab almaq üçün mağazalara axışır. Amma televizorlar
rəngli göstərmir ki, göstərmir. Məlumatı yayan telekanala tamaşaçılardan aramsız zənglər baş -
layır. Oradan isə belə cavab alırlar ki, bir daha sınayın, televizorunuz mütləq rəngli gös tə rəcək!
Yalnız günün sonunda həmin telekanal bunun bir zarafat olduğunu deyir. İsveç xalqı hər
şeyi başa düşür. Düzdür, bu zarafatdan əsəbiləşənlər də olur. Amma hətta onlar da sonradan
özlərini gülməkdən saxlaya bilmirlər.
Dinləmə mətni : Telekanalın zarafatı
Dinləmə mətninə aid suallar.
1. 1.1.1 Hadisə hansı ölkədə baş verib? 2 bal A) Rusiyada B) Fransada C) İsveçdə
2. 1.1.1 Səncə, hadisə ilin hansı günü baş verib? 3 bal A) yanvarın 1-də B) aprelin 1-də
3.1.1.1 Mətndən hansı nəticəni çıxarmaq olar? 3 bal
A) Xalqı aldatmaq olmaz. B) Telekanallar tez-tez yalançı məlumatlar yayırlar.
C) 50 il əvvəl televizorlar ağ-qara göstərirdi.
.
OXU
Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyirdilər. Tez-tez xırman (A) yerinə
topladıqları ota baxırdılar. Arabir qucaqlarında küləş (B), saman gətirib otun üstünə atırdılar.
Bundan başqa, əllərinə keçən quru çırpıları (C), odun qırıntılarını da xırman yerinə yığırdılar.
Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Meşədən uzun payalar (Ç) da kəsib gətir miş -
dilər ki, axşam damların üstünə çıxıb lopa (D) yandırsınlar.
Qızlar özlərinə təzə paltar tikir, gəlinlər yumurta boyayır, bayram plovu dəmləmək üçün
dü yü arıtlayırdılar. Səmənilər süfrələrə düzülürdü. Varlı da, kasıb da çalışırdı ki, bu axşam
süf rəsi boş qalmasın. Aylarla yığdıqlarını bu axşam üçün xərcləyənlər də vardı.
İsmayıl Şıxlı (“Dəli Kür” romanından)
4 .2.1.1 Altından xətt çəkilmiş sözlərə diqqət yetir. Aşağıdakı izahların hansı sözə aid ol -
du ğunu müəyyən et (müvafq hərfi dairəyə al). 3 bal
Taxıl döyüldükdən sonra qalan quru çöplər A B C Ç D
Ucunda neft hopdurulmuş əsgi olan budaq A B C Ç D
Taxılı təmizləmək üçün ayrılmış meydança A B C Ç D
Quru nazik budaqlar, kol qırıntısı A B C Ç D
5. 2.2.3 Kənd camaatı nəyə hazırlaşırdı? 3 bal
A) düşməni qarşılamağa B) Novruz şənliklərinə C) toya
6. 2.2.4 Hansı başlıq mətnin məzmununa uyğun gəlir? 3 bal
A) Kənddə bayram axşamı B) Yanğının səbəbi C) Bir kəndin sakinləri
7. 2.1.1 Altından xətt çəkilmiş ifadəni hansı ifadə ilə əvəz etmək olmaz? 3 bal
A) toranlıq düşən kimi B) qaş qaralan kimi C) dan yeri sökülən kimi
DİL QAYDALARI
8. 4.21.2 ”papaq “ sözünə uygun şəkilçiləri yaz. 6 bal
1.Papa……… rəngi yaşıldır. 2. Papa…….. götürdü. 3. Papa …………… xoşum gəldi
9. 4.1.3 Miqdar saylarından sıra sayları düzəlt. beş, on, əlli, səkkiz, on yeddi, 6 bal
__________________________________________________________
10. 4.1.2 Hansı mürəkkəb sayın yazılışı səhvdir? 6 bal
A) on altı B) birbir C) otuz üçüncü
11. .4.1.2 Say və ad bildirən sözlərin birləşməsindən yaranmış mürəkkəb söz hansıdır? 6 bal
A) Altıağac B) suçiləyən C) Alabaş
12. 4.1.2 Hansı sözdə ”l” samiti ilə başlanan şəkilçilər fərqli səslənir?Altından xətt çək . 6 bal
Qızlar , duzlu, qardaşlar, ilanlar, güllüklər, bayramlar, qoşunlar
13. 4.1.2 “k” samiti “y” samiti ilə əvəz olunan beş söz yaz.7 bal
______________________________________________________________________
14 ,2.1.1. Leqo sözünün mənası nədir ? 7 bal___________________________________________
15. 2.2.2 İlk rəqəmlər hansı ölkədə yaranıb? 8 bal
a) Hindistan b) Ərəbistan c)Misir
16 .4.1.2 Roma rəqəmləri ilə verilmiş ədədləri sözlərlə yazın . 8 bal XX, XV, XIV , XXX, IX
______________________________________________________________________________
17. 4.1.3 Roma rəqəmləri miqdar sayıdır, yoxsa sıra sayları? 10 bal
__________________________
YAZI
18. 3.1.1“Telekanalın zarafatı” mətninin qısa məzmunu şagirdlər tərəfindən yazılır. 10 bal
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_______________________________________________________________________________
Dostları ilə paylaş: |