Avropanın zəbt edilmiş vilayətləri üzərində bir sıra german tayfaları daha böyük
təsirə malik oldular. Burqundlar Mayn çayının axını boyu məskunlaşdılar, alemanlar orta
Şvabiya ərazisini tutdular. Lakin franklar onları özlərinə tabe etdilər. Yutlandiya
yarımadasından sakslar və anqllar miqrasiya etməyə başladılar. Saksların bir hissəsi
anqllarla birlikdə V-VI əsrlərdə Britaniya adalarına üzüb keçdilər, burada sox sayda kiçik
German dövlət təşkilatları yarandı və onlar artıq IX əsrdə vahid krallıqda birləşdilər.
Anqllar, sakslar, yutlar Britaniyanın cənubi-şərq sahilinə çıxdıqda, onu işğal etməyə
başladılar. German köçkünləri döyüşlərlə Kent tayfaları olan piktləri və skottları
sıxışdırdılar. Onlar 407-ci ildə romalılar oradan getdikdən sonra Romanın Köhnə Britaniya
əyalətinə axışıb gəlmişdilər. Brittlərin parçalanmış tayfaları özlərini qəsbkarlardan qoruya
bilmirdilər, onlara tabe oldular, ya da adanın qərbindəki dağlıq yerlərə – Uelsə, Kornuolla
geri çəkildilər. Bəziləri isə qitəyə köçüb Qalliyada yerləşdilər, bura sonralar Bretan
adlanmağa başlandı. Britaniyanın anqlo-saks işğalı VII əsrdə başa çatdı, bu vaxt sonralar
İngiltərə adlanan vilayətlər tutuldu. Və burada bir neçə müstəqil krallıqlar quruldu.
Qərbi Avropanın sonrakı tarixi üçün daha mühümü frankların köçməsi idi. Franklar
(sözün özü «cəsur», «cəld» mənasnı verir) III əsrdə German tayfalarının bir ittifaqı kimi idi.
IV əsrdən onlar Qalliya ərazisinə nüfuz etdilər. 482-ci ildə Xlodviq frankların hökmdarı
oldu, o, öz torpaqlarını Pireneylərə qədər genişləndirdi.
45 yaşında ölən Xlodviq həyatının sonunda iri dövlətə malik idi, onun ərazisinə
Şimali Qalliya və Cənubi Qalliya daxil idi, axırındıcan Xlodviq vestqotları həmişəlik
qovmuşdu. Öz rəqiblərini kənarlaşdırıb, Xlodviq təkbaşına hökmranlıq etdi. O, qanun
məcəlləsi – “Salli həqiqəti”ni yaratdı. Bu, frankların əvvəlki Salli hüqüqunun kodifikasiyası
idi.
VI əsrdən etibarən tarixi mənbələrdə slavyanlar barədə ilk düzgün məlumatlar
vardır. Bu adı, görünür, onlara germanlar vermişdilər. Slavyanların köhnə vətəni
Karpatdan Visla və Dnepr çayları arasındakı rayonlara qədər uzanırdı. Cənubda
slavyanların qədimdə qonşuları iran qrupuna daxil olan köçəri tayfalar – skiflər, sarmatlar,
alanlar yaşayırdı. 536-cı ildə slavyanlar Adriatik dənizinin sahillərinə çıxdılar.
Frank krallığı ilə Bizansın arasına pərçim olunan yeni qüvvə avarların – Orta
Asiyadan çıxanların köçəri tayfa ittifaqı idi. Azov dənizi sahilində onlar Avar xaqanlığı
yaratdılar. Hunların izi ilə avarlar Karpat vilayətinə girdilər, oradakı yerli slavyan əhalisini
özlərinə tabe etdilər. Bu vaxt onlar Bizans üzərinə hücumlar edirdilər, ona görə də Bizans
onlara xərac verməyə məcbur oldu.
Avarların basqınları vaxtı slavyan xalqlarının da yerdəyişmələri davam edirdi.
Onlar Moraviya və Çexiyada məskunlaşdılar, bir hissəsi isə Balkan yarımadasına nüfuz
etdi. Balkanlarda slavyanlar yerli tayfaları assimilyasiya etdilər, bu tayfalar isə onlardan
min il əvvəl burada yaşayırdılar. Cənubda olanlar isə özləri yerli əhali ilə qarışdılar.
Bütün bu miqrasiyaların gedişində slavyanlar Şərqi Avropada geniş torpaqları
tutdular.
Dünya dinlərinin yaranması
B.e.ə. VI-V əsrlərdə dünya diinləri meydana gəlir. Bu vaxt Budda, Maxavira,
Konfutsi, Lao-Tszı, Zaratuştra, Pifaqor və İsayya öz təlimlərini inkişaf etdirirlər. Kamil din
artıq çox sayda ilahiliklərə sitayiş etmir, mütləq, hər şeyi əhatə edən prinsipi saymaqla ona
pərəstiş edir və bu heç də hökmən deyildir ki, o, allah olmalıdır. Məsələn, buddizmdə
müəllim allahdan yuxarı hesab olunur. İnsanın vəziyyəti dəyişmişdir. Qədim kultlar
dövlət və dini həyatla sıx bağlı idi. Tafyanın və ya icmanın nümayəndəsi kimi hər bir fərd
avtomatik qaydada kulta cəlb olunurdu. Kamil dinlər ilahilik və ya kosmik prinsip ilə
əlaqə qururdu. Qautama Sirxartxa Budda (b.e.ə. 563-479-cu illər) öyrədirdi ki, həyat
əzablarla doludur. Onları yalnız düzgün baxışla izah etmək və ondan qurtulmaq lazımdır.
Bunlara isə düzgün səy, düzgün nitq, düzgün əməllər, düzgün həyat tərzi, düzgün
çalışmaq, düzgün diqqət vermək, düzgün fikrini cəmləşdirmək aiddir. Günahını yumaq
nirvanaya daxil olmaq mənasını verir. Könülün tənhalığı əbədi deyildir, bu, yalnız xarici
dünyanın digər şeyləri kimi yanlış anlamaqdır.
Sonralar Maxavira Cina adını almış Vardxamana hind caynizminin məşhur
müəllimi idi. O, hər cür həyata hörmətlə yanaşırdı. Beləki azan könülün dövrə
vurmasından öz könül əzablarına malik olan adam azad ola bilir, o, heç nə etmir ki,
sonrakı həyatda ona günahı yumaq lazım olsun.
Çinli Konfutsi (b.e.ə. 551-479-cu illər) ləyaqətlər sistemini yaratmışdı, buna
fədakarlıq, ədəblilik, nəzakət, ailəyə və hökumətə sədaqət idi. Bu ləyaqətlər elə qüvvədir
ki, xarici təzyiqlərdən daha çox insana təsir göstərir.
Lao-Tszı qədim Çin daosizminin əfsanəvi banisidir. Dao (tao) – adamlar arasında
harmoniyaya və adamların bütün dünya ilə harmoniyasına aparan yoldur. Yaxşısı budur
ki, nə etməkdənsə, heç nə etməyəsən; fikrini cəmləşdirmək və göstərmək hərəkətdən
yaxşıdır.
İsayya (b.e.ə. 740-701-ci illər) böyük peyğəmbərlərdən biri olmaqla, Babil əsirliyində
olanda Allah Yahveyə inancı moizə etmişdi, buna görə də çar İuda tərəfindən edam
edilmişdi. İsayya Xristosun doğulacağını əvvəlcədən xəbər vermişdi.
Yunan filosofu Pifaqor (b.e.ə. 570-490-cı illər) Orfey kultuna yaxın olan şəbehi
inkişaf etdirmişdi. O, könüllərin qohum olmasına və kosmik harmoniya yaradan
matematik qanunlara inanırdı.
Xristian dini Romada gizli icmalarda yayılırdı, xristianlar təqib olunur, onlar
müxtəlif bəhanələrlə edam olunurdular. Neronun hökmranlığı dövründə xristianlar daha
çox cəzalandırılırdı. Hətta nəcib imperator Trayan da Vifiniyadakı vali Kiçik Piiniyə
xristianları təqib etməyi tapşırırdı. Xristianlara qarşı belə pis münasibətə yalnız imperator
Konstantinin vaxtında son qoyuldu. 312-ci ildəki Roma yaxınlığındakı Mulviya körpüsü
üzərindəki döyüşdə qələbə belə dönüşün yaranmasına səbəb olmuşdu. Əfsanəyə görə,
Konstantin, üzərində «Qalib gələcəksən» sözləri yazılmış xaçı görmüşdü və bu, onun
xristianlığa keçməsi məsələsini həll etmişdi. Bu əlaməti o, həm də dövlətə, həm də kilsəyə
Dostları ilə paylaş: |